Məhkəmə qərarları › İş №3(034)-117/2025

Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-117/2025

17.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-117/2025 17.10.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, X1 iştirakı ilə, X6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarının ləğv olunmasına dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X11 şikayətlə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, barəsində tərtib edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. X11 şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə AR DİN BDYPİ-nin Vİİ X19 Xidməti İnspektoru, polis baş serjantı X7 tərəfindən TP ******* №-li nömrəli protokol üzrə həmin tarixdə barəsində İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd edilən qərarı xx.xx.2025-ci il tarixdə rəsmi şəkildə əldə etmiş, BŞDYPİ-nin əməkdaşı tərəfindən təqdim edilmiş qərarın çap edildiyi tarix bu faktı təsdiq edir. Aşağıda göstərilən səbəblərdən AR DİN BDYPİ-nin Vİİ X19 Xidməti İnspektoru, polis baş serjantı X7 tərəfindən qəbul edilmiş "İnzibati tənbeh vermə haqqında" xx.xx.2025-ci il tarixli, TP ******* №-li nömrəli qərar ləğv olunmalıdır. Belə ki, AR İXM-nin 7.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısmda bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara gorə heç kəs inzibati məsuliyyət cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və va onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqmda qərarı tam icra olunmamış xətalara da şamil edilir. Həmin Məcəllənin 11.3-cü maddəsinə əsasən inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. Qeyd edilən qərarda nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi göstərilmişdir. Bundan sonra ona məlum olmuşdur ki, dayısı X2 həyat yoldaşı X3 adına qeydə alınmaqla dayısı X4 tərəfindən idarə olunan "Hyundai Santafe" markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə barəsində Bakı şəhər Baş Polis İdarəsinin X18 İdarəsinin "İnzibati tənbeh vermə haqqında" xx.xx.2025-ci il tarixli, EQ 29300928 nömrəli qərarı tərtib edilmiş və bunun nəticəsində sürücülük hüququ məhdudlaşmışdır. Bundan sonra həmin qərardan tərəfindən Binəqədi Rayon Məhkəməsinə şikayət verilərək Bakı şəhər Baş Polis İdarəsinin X18 İdarəsinin "İnzibati tənbeh vermə haqqında" EQ 27272758 nömrəli, xx.xx.2025-ci il tarixli protokol və həmin həmin protokola əsasən tərtib edilmiş "İnzibati tənbeh vermə haqqında" xx.xx.2025-ci il tarixli qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-561/2025-ci il tarixli qərarı ilə Bakı şəhər Baş Polis İdarəsinin X18 İdarəsinin "İnzibati tənbeh vermə haqqında" EQ 27272758 nömrəli, xx.xx.2025-ci il tarixli qərar ləğv edilmiş və iş yenidən baxılması üçün Daxili İşlər Nazirliyi Baş X18 İdarəsinə göndərilmişdir. İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən barəsində inzibati xəta haqqında is üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqmda is üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir (Maddə 8.1.). İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (Maddə 8.2.). İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (Maddə 8.3.). Göründüyü kimi Bakı şəhər Baş Polis İdarəsinin X18 İdarəsinin EQ 27272758 nömrəli, xx.xx.2025-ci il tarixli "İnzibati tənbeh vermə haqqında" qərarı artıq ləğv olunmuş və həmin qərara görə ona təyin olunmuş cərimə və bal cəzası silinmiş, nəticədə onun sürücülük hüququ bərpa olunmuşdur. Bu səbəbdəndə hesab edir ki, AR DİN BDYPİ-nin Vİİ X19 Xidməti inspektoru, polis baş serjantı X7 tərəfindən qəbul edilmiş "İnzibati tənbeh vermə haqqında" xx.xx.2025-ci il tarixli, TP ******* №-li nömrəli qərar ləğv olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. AR İXM-nin 48-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarnı və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hər tərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısmı almaqdan ibarətdir. İnzibati Xətalar məcəlləsinin 53-cü maddəsinə əsasən (53.1.1.) inzibati xəta hadisəsi olmadıqda və (53.1.2.) inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqmda işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. «İnzibati icraat haqqında" Qanunun 11.1-ci maddəsində göstərilir ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Bu da onu göstərir ki, inzibati orqanlar mövcud qanunlardan asılıdır və qanuna zidd hər hansı tədbir görə bilməz. Bu prinsip həm formal mənada, həm də maddi mənada bütün normativ aktlara bağlılığı özündə ehtiva edir. Hesab edir ki, AR DİN BDYP-nin Vİİ X19 Xidməti İnspektoru, polis baş serjantı X7 tərəfindən qəbul edilmiş "İnzibati tənbeh vermə haqqında" xx.xx.2025-ci il tarixli, TP ******* №-li nömrəli qərarı qanunverciliyin yuxarıda qeyd edilən maddələrinin tələbini pozduğuna görə ləğv olunmalı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunmalıdır. Məhkəmə iclasında iştirak edən şikayətçi X11 şikayəti müdafiə edib, şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin “inzibati tənbeh vermə haqqında” xx.xx.2025 il tarixli EQ 29300928 nömrəli qərarı ilə onun telefonuna cərimə gəlmiş və həmin qərardan xx.xx.2025-ci ildə şikayət vermişdir. xx.xx.2025-ci ildə Bakı Qazax yolunda hərəkətdə olarkən saxlanılmış, barəsində protokol tərtib olunmuş, xx.xx.2025-ci il tarixdə isə X17 kağız formasında şikayət vermişdir. Ona məlum olmuşdur ki, dayısı X2 həyat yoldaşı X3 adına qeydə alınmaqla dayısı X4 tərəfindən idarə olunan "Hyundai Santafe” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə barəsində Bakı şəhər Baş Polis İdarəsi X18 İdarəsi tərəfindən "İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 29300928 nömrəli qərar tərtib edilmiş va bunun nəticəsində sürücülük hüququ məhdudlaşdırılmışdır. Bundan sonra həmin qərardan tərəfindən Binəqədi Rayon Məhkəməsinə şikayət verilərək Bakı şəhər Baş Polis İdarəsinin X18 İdarəsinin "İnzibati tənbeh vermə haqqında” EQ 27272758 nömrəli, xx.xx.2025-ci il tarixli protokol və həmin protokola əsasən tərtib edilmiş "İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş edilmişdir. X5 məhkəmədən protokolun ləğv olunmasını xahiş etdi. Qərarından şikayət verilmiş orqan məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. -İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-5612/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X6 şikayət qismən təmin edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsi :ə'əfindən qəbul edilmiş 16 iyul 2025-ci il tarixli, EQ 29300928 nömrəli inzibati tənbeh enmə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün Daxili İşlər Nazirliyi Baş DölətYol Polisi İdarəsinə göndərilmişdir. -İş materiallarında olan «Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında» xx.xx.2025ci il tarixli, TP seriyalı ******* nömrəli qərardan görünür ki, X11 Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində 400 manat məbləğində inzibati cərimə tətbiq edilmiş və qərarın surəti Azərbaycan Ruespubliksı İXM-nin 57.1-57-5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan iyirmi gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilməsi qeyd edilmişdir. Məhkəmə, şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs X11 xx.xx.2025-ci il tarixdə, saat 11:05-də Bakı Qazax yolunun 99 km ərazidə «X14» minik markalı, 77ST448 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsində nəzərdə tutlmuş inzibati xəta törətdiyinə görə barəsində 400 manat məbləğində inzibati cərimə tətbiq edilmiş və qərardan hansı müddət ərzində şikayət verilməsi göstərilmişdir. Lakin, X11 şikayətində xx.xx.2025-ci il tarixdə X17 kağız formasında şikayət verdiyini bildirsə də, barəsində tərtib olunmuş qərarı hansı tarixdə almasını və həqiqətdən də həmin qərardan şikayət verdiyini təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. X8 Azərbaycan Respublikası İXMnin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 400 manat cərimə telefonuna xx.xx.2025-ci il tarixində gəlməsinə baxmayaraq, Zəngilan Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixində şikayət ərizəsi ilə müraciət etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, X11 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətini ötürmüşdür. Azərbaycan Respublikası İXM-nin 57.1-ci maddsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 57.5-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: Maddə 57.5.1. Bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; Maddə 57.5.2. Bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: Maddə 57.5.2.1. Ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; Maddə 57.5.2.2. Sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan. Həmin Məcəllənin 126.1-ci maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 332.3-cü maddəsinin tələbinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, X6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 12-13, 31,32- 33,40,43.1,48-50-ci və 106-115-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar