Məhkəmə qərarları › İş №3(034)-119/2024

Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-119/2024

18.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-119/2024 18.12.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsi barədə X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayətlə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhər X11 İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarı ilə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.2-ci maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Bakı şəhər X11 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarı ilə razılaşmadığı üçün tərəfindən şikayət vermək zərurəti yaranmışdır. xx.xx.2024-cü il tarixdə etibarnamə ilə idarə etdiyi **-HG- *** dövlət qeydiyyat nişanlı “X7 Prado” markalı avtomobili ilə əvvəllər istifadə etdiyi zaman, yəni “Cop 29” tədbirindən öncə “sola dönmə” məcburi hərəkət nişanı olmayan Gənclər meydanı küçəsinə, yəni Konstitusiya Məhkəməsinə doğru düz daxil olmuşdur. Həmin vaxtı polis əməkdaşı tərəfindən avtomobili saxlanılaraq düzgün daxil olmadığı və “sola dönmə” məcburi hərəkət nişanının tələbinin tərəfindən pozulmasını bildirməklə barəsində inzibati tənbeh haqqında protokol tərtib edilərək İXM-nin 327.2-ci madəsi ilə 3 bal və 100 manat inzibati qaydada cərimə olunduğu bildirilmişdir. Qeyd edir ki, bu zaman ona əlində olan polis əməkdaşları üçün təmin edilmiş elektron qurğu yerinə şəxsi istifadəsində olan telefon vasitəsi ilə göstərmişdir. Həmin yola diqqət yetirəndə sadəcə “sola dönmə” hərəkət yol nişanının tələblərini bilməyərək pozduğundan İXM-nin 327.1-ci maddəsi ilə cərimə olunmalı idi, lakin buna baxmayaraq X8 əməkdaşı İXM-nin 327.2-ci maddəsini də protokola əsassız olaraq əlavə etmişdir. Belə ki, həmin küçəyə “giriş qadağandır” nişanı yalnız avtobuslar üçün nəzərdə tutulduğundan barəsində tənbeh növü kimi tutula bilməz. Bu hal çəkdiyi video görüntü ilə tam təsdiqini tağır. Barəsində olan qərara texniki qurğularla əldə edilmiş heç bir foto və ya video əlavə olunmamışdır. Sadəcə öz təşəbbüsü ilə eyni gün çəkilmiş video görüntü var, lakin DYP əməkdaşı tərəfindən həmin görüntülər elektron kabinetə əlavə olunmalı idi. Yaranmış yanlışlığın DYP tərəfindən həll olunması üçün tərəfindən müraciət olunsa da, heç bir tədbir görülməmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 izahatında bildirmişdir ki, Bakı şəhər X11 İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarı ilə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllləsinin 327.1-ci və 327.2-ci maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Bakı şəhər X11 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarı ilə razılaşmadığı üçün tərəfindən şikayət vermək zərurəti yaranmışdır. xx.xx.2024-cü il tarixdə etibarnamə ilə idarə etdiyi **-HG-*** dövlət qeydiyyat nişanlı “X7 Prado” markalı avtomobili ilə əvvəllər istifadə etdiyi zaman, yəni “Cop 29” tədbirindən öncə “sola dönmə” məcburi hərəkət nişanı olmayan Gənclər meydanı küçəsinə, yəni Konstitusiya Məhkəməsinə doğru düz daxil olmuşdur. Həmin vaxtı polis əməkdaşı tərəfindən avtomobili saxlanılaraq düzgün daxil olmadığı və “sola dönmə” məcburi hərəkət nişanının tələbinin tərəfindən pozulmasını bildirməklə barəsində inzibati tənbeh haqqında protokol tərtib edilərək İXM-nin 327.2-ci madəsi ilə 3 bal və 100 manat inzibati qaydada cərimə olunduğu bildirilmişdir. Polis əməkdaşı inzibati tənbeh tətbiq edən zaman yanlışlığa yol vermişdir. Həmin yola diqqət yetirəndə sadəcə “sola dönmə” hərəkət yol nişanının tələblərini bilməyərək pozduğundan İXM-nin 327.1-ci maddəsi ilə cərimə olunmalı olduğu halda X8 əməkdaşı İXM-nin 327.2-ci maddəsini də protokola əsassız olaraq əlavə etmişdir. Belə ki, həmin küçəyə “giriş qadağandır” nişanı yalnız avtobuslar üçün nəzərdə tutulduğundan barəsində tənbeh növü kimi tutula bilməz. Bu hal məhkəmə iclasında məhkəməyə təqdim etdiyi elektron daşıyıcıda çəkdiyi video görüntü ilə tam təsdiqini tapmışdır. X8 əməkdaşı tərəfindən barəsində olan qərara texniki qurğularla əldə edilmiş heç bir foto və ya video əlavə olunmamışdır. Sonda məhkəmədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə baxışının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş protokolu tərtib etmiş orqanın nümayəndəsi gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materialına əlavə edilən İXP ******* nömrəli protokoldan görünür ki, X2 Xətalar Məcəlləsinin 327.1-ci və 327.2-ci maddələrinin (yol nişanlarının tələblərinə riayət edilməməsi, “Giriş qadağandır” yol nişanının tələblərinin pozulması) tələblərini pozduğu üçün 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobilin yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərardan görünür ki, X5 xx.xx.2024-cü il tarixində Bakı, Gənclər meydanında “Toyota Land-Crusier Prado” markalı, **-HG-*** dövlət qeydiyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsi, “Giriş qadağandır” yol nişanının tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.2-ci madəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinin tələbinə görə, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 131.1-ci maddəsinin tələbinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir: Həmin Məcəllənin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 xx.xx.2024-cü il tarixində Bakı, Gənclər meydanında “Toyota Land-Crusier Prado” markalı, **-HG-*** dövlət qeydiyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsi, “Giriş qadağandır” yol nişanının tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 327.1ci və 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və 100 manat məbləğində cərimə edilmişdir. Polis əməkdaşı tərəfindən avtomobil saxlanılmış və düzgün daxil olmayaraq “sola dönmə” məcburi hərəkət nişanının tələbinin X5 tərəfindən pozulmasını bildirmişdir. X5 tərəfindən yalnız “sola dönmə” hərəkət yol nişanının tələbləri bilməyərək pozulmuş və İXM-nin 327.1-ci maddəsinda nəzərdə tutulmuş inzibatı xəta törətmişdir. Hadisə Gənclər meydanı küçəsində, yəni Konstitusiya Məhkəməsinə gedən yolda baş vermişdir. X8 əməkdaşı ona İXM-nin 327.1-ci maddəsi ilə protokol tərtib edilməli olduğu halda İXM-nin 327.2-ci maddəsini də protokola əsassız olaraq əlavə etmişdir. Belə ki, şikayətçi X5 tərəfindən məhkəməyə təqdim olunmuş video görüntüdən göründüyü kimi “sola dönmə” nişanından 10-15 metr sonra həmin küçəyə “giriş qadağandır” nişanı yalnız avtobuslar üçün nəzərdə tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarında qanunun normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, X5 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında material yenidən baxılması üçün Bakı şəhər X10 İdarəsinə göndərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X5 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında material yenidən baxılması üçün Bakı şəhər X10 İdarəsinə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar