Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-12/2023 28.04.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Zəngilan rayon Polis şöbəsinin X1 sahə rəisi X2, Zərərçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakları ilə, xx.xx.1968-ci ildə Zəngilan rayonu, Malatkeşin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Zəngilan rayonu, Malatkeşin kəndində qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, bina 1, mənzil 45-də məskunlaşmış Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Zəngilan rayon Polis şöbəsinin X1 polis sahə rəisi X7 tərəfindən tərtib edilmiş 28 aprel 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoladan görünur ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 13 radələrində şəxsi münasibətlər zəminində qəsdən Arzu İbrahimovanın qollarından sıxaraq sonuncuya sağ bazunun qançırı ilə müşaiyət olunan, dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətəlar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş orqanın nümayəndəsi X7 izahatında bildirmişdir ki, sənədlərdən də görünür ki, Şəxs İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutan inzibati xətanı törətmişdir. X5 ilə mübahisə edərkən onun sağlamlığına dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmandır. Həmin toplanmış materialla bağlı protokol və qərar yazılaraq Zəngilan Rayon Məhkəməsinə göndərilmişdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özüdə səmimi olaraq əməlini etiraf etərək peşmançılığını bildirmişdir. Sonda protokolu təqdim etmiş orqanın nümayəndəsi məhkəmədən tərəflər barışdığı üçün icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, aramızda anlaşılmazlıq olduğu üçün mübahisə olmuşdur. Əməlindən peşmandır. Arzu xanım və yoldaşını uzun müddətdir ki, tanıyır, belə ki, onun maşınından uzun müddətli taksi kimi istifadə etmişlər. Sadəcə həmin gün aralaırnda anlaşılmazlıq olmuşdur. Peşmançılıq çəkmiş, bir neçə dəfə barışmağa cəhd etmiş, yekunda üzürxahlığını xanım qəbul etmiş və onlar barışmışlar. Törətdiyi əməldən səmimi olaraq peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahatında göstərmişdir ki, o, aralarında belə bir mübahisənin olmasını istəməmişdir. Hüseyn ali təhsilli, etibarlı adamdır, bu insanın pis işi yoxdur. Onlar Hüseyni onları maşınla aparacığı üçün gözləmiş, aralarındakı mübahisədə onun gec gəlməsinə görə olmuşdur. Ərizəni özü yazmış, Hüseynin özüdə, ailəsidə çox mədəni adamdırlar. Qarşı tərəflə barışmışlar. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 14 aprel 2023-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X12 tərəfindən sağlamlığa dair zərər vurmanın təyininə dair xx.xx.2023-cü il tarixli 545 nömrəli ekspert rəyindən görünür ki, 1982-ci il təvəllüdlü X3 məhkəmə-tibbi ekspertizasına əsasən A.P.İbrahimovanın almış olduğu xəsarət - sağ bazunun qançırı küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə qeyd olunan nahiyəyə kənar şəxsin bədən hissəsinin (əl, barmaqlar və sair) təsirindən yarana bilərdi, sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında 15 aprel 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 50 manat inzibati cərimə edilmişdir. Məhkəmə iclasında Şəxs ərizə ilə məhkəməyə müraciət edərək, zərəçəkmiş şəxs ilə barışdıqlarına görə barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda məhkəmə iclasında zərərçəkmiş şəxs X8 ərizə ilə məhkəməyə müraciət edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdıqlarını, ona qarşı heç bir tələb və şikayətin olmamasını bildirərək, inzibati xəta haqqında işə xitam vrilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarını dinləyib, tərəflərin ərizələrini araşdırıb, hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur.Maddənin qeyd hissəində deyilir ki, bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Həmin Məcəllənin 39.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin zərərçəkmiş şəxs ilə barışmalarını nəzərə alıb, hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 12-13, 31,32- 33,40,48-50-ci və 106-115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №3(034)-12/2023
Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-12/2023
28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver