Məhkəmə qərarları › İş №3(034)-13/2025

Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-13/2025

17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-13/2025 17.02.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Zəngilan rayon prokurorunun köməkçisi X1 iştirakı ilə, xx.xx.1973-cü ildə Türkiyə Respublikasında anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, Türkiyə Respublikasının Artvin şəhərində qeydiyyatda olmaqla, müvəqqəti olaraq Zəngilan rayonunun 115-ci kilometrində yerləşən “Kalyon RSY” şirkətinə məxsus yaşayış düşərgəsində yaşayan X5, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin tələblərini pozması ilə əlaqədar Zəngilan rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə icraatın başlanması haqqında 28 iyun 2024-cü il tarixli qərar üzrə barəsinə inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün Zəngilan rayon prokurorluğu məhkəməyə müraciət etmişdir. Zəngilan rayon prokurorluğu inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 28 yanvar 2025-ci il tarixli qərarını onunla əsaslandırmışdır ki, vəzifəli şəxs - “Kalyon RSY X13 Ticari İşletmesi” şirkətinin Azərbaycan Respublikası filialında tunel tikintisi üzrə briqada nəzarətçisi vəzifəsində işləyən Türkiyə Respublikası vətəndaşı X10 tərəfindən tunel tikintisi üzrə briqadirin əməyin mühafizəsi qaydalarına dair təlimatının, habelə “Elektrik əl maşınları. Ümumi təhlükəsizlik tələbləri” 12.2.013.0-91 saylı DST-nin 1 saylı Əlavəsinin 1ci bəndinin tələbləri pozularaq, elektrik əl maşınlarının istismarına dair istehsalat təlimi keçməmiş və təhlükəsizlik texnikası üzrə ixtisas dərəcəsi olmayan tunel tikintisi işləri üzrə köməkçi Zərərçəkmiş şəxs Ağa oğlunun həmin avadanlıqdan istifadə etməklə “Kalyon RSY” şirkəti ilə bağladığı əmək müqaviləsində nəzərdə tutulan əmək funksiyasına daxil olmayan işlərin görülməsinə cəlb edilməsi, sonuncunun xx.xx.2024-cü il tarixdə Zəngilan rayonunun 115-ci kilometrliyində yerləşən tuneldə işləyərkən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarət almasına səbəb olmuş, bununla da, tunel tikintisi üzrə briqada nəzarətçisi X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qeyd olunanlar Zərərçəkmiş şəxs, Resul Özbek, Mustafa Karaman və Mustafa Karataşın izahatları, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 hüquqi şəxsinin xx.xx.2024cü il tarixli, 582/MEŞ nömrəli və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/9803 nömrəli ekspert rəyləri ilə təsdiq edilir. İş üzrə izahatı alınmış X11 rayon prokurorluğuna verdiyi izahatında göstərmişdir ki, 2023-ci ilin noyabr ayından Zəngilan rayonu ərazisində “Kalyon RSY” şirkətində tunel işçisi kimi işləyir. xx.xx.2024-cü il tarixdə, gecə təxminən saat 02:00 radələrində Zəngilan rayonu, 115-ci kilometr adlanan ərazidə yerləşən tunelin tikintisi ilə bağlı Mustafa adlı işçinin idarə etdiyi yükqaldırıcı texnikanın (kran) səbət hissəsində təxminən 1,5 metr hündürlükdə tunel işçisi kimi beton deşən aparat (drel) vasitəsilə tunelin divarını deşən zaman sol əli ilə həmin aparatın arxa tutacağından, sağ əli ilə isə öndəki tutacağından tutmuş, bu zaman aparat hərəkətdə olarkən birdən-birə divarda yerində fırlanmağa başlamış və həmin vaxt aparatın arxa tutacağını tutduğu sol əlinin 4-cü barmağı yükqaldırıcı kranın üzərində olduğu səbətinin üstdəki dəmiri ilə aparatın arxa tutacağının arasında qalmış və nəticədə xəsarət almışdır. Onun işlərinə nəzarət “Kalyon RSY” şirkətində briqadir kimi işləyən Resul Özbek tərəfindən həyata keçirilir, işlə bağlı göstərişlər də sonuncu tərəfindən verilir. Onun xəsarət alması ilə nəticələnən işingörülməsinə dair göstəriş də Resul Özbek tərəfindən verilmişdir. xx.xx.2024cü il tarixdə xəsarət alması ilə nəticələnmiş hadisə zamanı briqadir Resul Özbek və yükqaldırıcı kranın operatoru Mustafa adlı şəxs həmin yerdə olsa da, yalnız yükqaldırıcı texnikanın (kran) operatoru Mustafa adlı şəxs hadisəni görmüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Kalyon RSY” şirkətində tunel işləri üzrə briqada nəzarətçisi X10 izahatında göstərmişdir ki, 2023-ci ilin avqust ayından Zəngilan rayonu ərazisində “Kalyon RSY” şirkətində tuneldə briqada nəzarətçisi kimi işləyir. xx.xx.2024-cü il tarixdə gecə təxminən saat 02:00 radələrində Zəngilan rayonunun 115-ci kilometrində yerləşən tunelin tikintisi ilə bağlı Şahid1 idarə etdiyi yükqaldırıcı texnikanın (kran) səbət hissəsində təxminən 1,5 metr hündürlükdə tunel işçisi Zərərçəkmiş şəxs Ağa oğlu beton deşən aparat (drel) vasitəsilə tunelin divarını deşən zaman aparat hərəkətdə olarkən birdən-birə divarda yerində fırlanmağa başlamış və nəticədə sol əlinin 4-cü barmağı yükqaldırıcı kranın səbətinin üstdəki dəmiri ilə aparatın arxa tutacağının arasında qalaraq xəsarət almışdır. Hadisə baş verdiyi zaman, o, yükqaldırıcı kranın arxasında olduğu üçün hadisənin necə baş verdiyini görməmişdir. Zərərçəkmiş şəxs tərəfindən görülən işlərə, o, nəzarət edir, işlə bağlı göstərişlər də onun tərəfindən verilir. Eyni qaydada, Zərərçəkmiş şəxs xəsarət alması ilə nəticələnən işin görülməsi ilə bağlı göstəriş də onun tərəfindən verilmişdir. “Kalyon RSY” şirkətində operator vəzifəsində işləyən X4 və həmin şirkətdə SƏTƏM üzrə mühəndis vəzifəsində işləyən X2 rayon prokurorluğuna X10 ilə eyni məzmuniu izahatlar vermişlər. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 582/MEŞ nömrəli məhkəmə-tibbi ekspertizası rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs Ağa oğlunun bədənində aşkar edilmiş sol əlin İV barmağının distal falanqasının sınığı və yumşaq toxuma defekti ilə müşayiət olunan əzilmiş-cırılmış yarası dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya, sol əlin V barmağının əzilmiş-cırılmış yarası xəsarəti isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid o maqla, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gəlməsi mümkün olub bərk küt əşyanın təsirindən əmələ gəlmişdir. xx.xx.2025-ci il tarixdə rayon prokurorluğuna daxil olmuş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/9803 nömrəli məhkəmə-texniki təhlükəsizlik ekspertizası rəyində göstərilmişdir ki, elektrik əl maşınlarının istismarına dair istehsalat təlimi keçməmiş və təhlükəsizlik texnikası üzrə ixtisas dərəcəsi olmayan X8 həmin avadanlıqdan istifadə etməklə işlərin görülməsinə cəlb edildiyinə görə, “Elektrik əl maşınları. Ümumi təhlükəsizlik tələbləri” 12.2.013.0-91 saylı DST-nin 1 saylı Əlavəsinin 1-ci bəndinin tələbləri sonuncunu həmin işin görülməsinə cəlb etmiş şəxs(lər) tərəfindən pozulmuşdur.Kalyon RSY” şirkətinin xx.xx.2024-cü il tarixli, KR-xx-xx/2024 nömrəli məktubuna əsasən təşkilati sənədlərdən görünür ki, “Kalyon RSY” şirkəti ilə Veysəl Atalan arasında bağlanan əmək müqaviləsinə əsasən, sonuncunun tunel işləri üzrə köməkçi kimi əmək funksiyasına tunel tikintisi ilə bağlı istehsalat sahələrində, yol və tikinti meydançalarında yardımçı işləri yerinə yetirmək, iş ərazisini təmizləmək, qaşınmış materialları yenidən istifadə etmək və ya təkrar emal etmək, qurğu, alət və avadanlıqlara texniki xidmət göstərmək, müəssisənin iş prosedurlarına görə iş davam edən müddətdə və başa çatdıqdan sonra ərazini təmiz və təhlükəsiz saxlamaq daxildir. Bundan əlavə, tunel tikintisi üzrə briqadirin əməyin mühafiəzsi qaydaları üzrə təlimatında göstərilmişdir ki, briqadir tunel tikintisi üzrə briqada üzvlərinin əmək və istehsalat intizamını təmin edir və təhlükəsizlik texnikası qaydalarına riayət etmələrinə nəzarət edir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb Azərbaycan Respublikası İXMnin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların rayon prokurorluğu tərəfindən 84-C-24 nömrəli material üzrə aparılmış araşdırma nəticəsində aşkar edilməsidir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş xətanın əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olması və inzibati icraatı rədd edən halların olmamasıdır. 84-C-24 nömrəli araşdırma materialı üzrə qəbul edilən cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs Ağa oğlunun xx.xx.2024-cü il tarixdə aidıgı xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər qrupundan olmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaratmır. Məhkəmə iclasında iştirak edən Zəngilan rayon prokurorunun köməkçisi X6 inzibati xəta haqında iş üzrə icraatın başlanması haqqında qərarı müdafiə edib, qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə rayon prokurorluğuna daxil olmuş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2- 10/9803 nömrəli məhkəmə-texniki təhlükəsizlik ekspertizası rəyində göstərilmişdir ki, elektrik əl maşınlarının istismarına dair istehsalat təlimi keçməmiş və təhlükəsizlik texnikası üzrə ixtisas dərəcəsi olmayan Zərərçəkmiş şəxs Ağa oğlu həmin avadanlıqdan istifadə etməklə işlərin görülməsinə cəlb edildiyinə görə, “Elektrik əl maşınları. Ümumi təhlükəsizlik tələbləri” 12.2.013.0-91 saylı DST-nin 1 saylı Əlavəsinin 1-ci bəndinin tələbləri sonuncunu həmin işin görülməsinə cəlb etmiş şəxs(lər) tərəfindən pozulmuşdur. “Kalyon RSY” şirkətinin xx.xx.2024cü il tarixli, KR-xx-xx/2024 nömrəli məktubuna əlavə edilən təşkilati sənədlərdən görünür ki, “Kalyon RSY” şirkəti ilə Zərərçəkmiş şəxs arasında bağlanan əmək müqaviləsinə əsasən, sonuncunun tunel işləri üzrə köməkçi kimi əmək funksiyasına-tunel tikintisi ilə bağlı istehsalat sahələrində, yol və tikinti meydançalarında yardımçı işləri yerinə yetirmək, iş ərazisini təmizləmək, qaşınmış materialları yenidən istifadə etmək və ya təkrar emal etmək, qurğu, alət və avadanlıqlara texniki xidmət göstərmək, müəssisənin iş prosedurlarına görə iş davam edən müddətdə və başa çatdıqdan sonra ərazini təmiz və təhlükəsiz saxlamaq daxildir. Bundan əlavə, tunel tikintisi üzrə briqadirin əməyin mühafizəsi qaydaları üzrə təlimatında göstərilmişdir ki, briqadir tunel tikintisi üzrə briqada üzvlərinin əmək və istehsalat intizamını təmin edir və təhlükəsizlik texnikası qaydalarına riayət etmələrinə nəzarət edir. Sonda isə məhkəmədən inzibati xəta törətmiş şəxs X7 maddənin sanksiyasında nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X10, zərərçəkmiş şəxs X11, şahidlər X4, X2 məhkəmə iclasında iştirak etməmiş, onlarla telefon vasitəsi ilə əlaqə saxlanılarkən hazırda Türkiyə Respublikasında olmalarını və Azərbaycana isə aprel ayının sonunda qayıdacaqlarını bildirmişlər. Məhkəmə qeyd olunanları nəzərə alaraq, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə iclasında iştirakı mümkün olmayan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Kalyon RSY” şirkətində tunel işləri üzrə briqada nəzarətçisi X10 rayon prokurorluğunda verdiyi izahatında göstərmişdir ki, o, 2023-ci ilin avqust ayından Zəngilan rayonu ərazisində “Kalyon RSY” şirkətində tuneldə briqada nəzarətçisi kimi işləyir. xx.xx.2024-cü il tarixdə gecə təxminən saat 02:00 radələrində Zəngilan rayonunun 115-ci kilometrində yerləşən tunelin tikintisi ilə bağlı Şahid1 idarə etdiyi yükqaldırıcı texnikanın (kran) səbət hissəsində təxminən 1,5 metr hündürlükdə tunel işçisi Zərərçəkmiş şəxs Ağa oğlu beton deşən aparat (drel) vasitəsilə tunelin divarını deşən zaman aparat hərəkətdə olarkən birdən-birə divarda yerində fırlanmağa başlamış və nəticədə sol əlinin 4-cü barmağı yükqaldırıcı kranın səbətinin üstdəki dəmiri ilə aparatın arxa tutacağının arasında qalaraq xəsarət almışdır. Hadisə baş verdiyi zaman, o, yükqaldırıcı kranın arxasında olduğu üçün hadisənin necə baş verdiyini görməmişdir. Zərərçəkmiş şəxs tərəfindən görülən işlərə, o, nəzarət edir, işlə bağlı göstərişlər də onun tərəfindən verilir. Eyni qaydada, Zərərçəkmiş şəxs xəsarət alması ilə nəticələnən işin görülməsi ilə bağlı göstəriş də onun tərəfindən verilmişdir. Məhkəmə iclasında iştirakı mümkün olmayan iş üzrə zərərçəkmiş şəxs X11 rayon prokurorluğuna verdiyi izahatında bildirmişdir ki, 2023-ci ilin noyabr ayından Zəngilan rayonu ərazisində “Kalyon RSY” şirkətində tunel işçisi kimi işləyir. xx.xx.2024-cü il tarixdə, gecə təxminən saat 02:00 radələrində Zəngilan rayonu, 115-ci kilometr adlanan ərazidə yerləşən tunelin tikintisi ilə bağlı Mustafa adlı işçinin idarə etdiyi yükqaldırıcı texnikanın (kran) səbət hissəsində təxminən 1,5 metr hündürlükdə tunel işçisi kimi beton deşən aparat (drel) vasitəsilə tunelin divarını deşən zaman sol əli ilə həmin aparatın arxa tutacağından, sağ əli ilə isə öndəki tutacağından tutmuş, bu zaman aparat hərəkətdə olarkən birdən-birə divarda yerində fırlanmağa başlamış və həmin vaxt aparatın arxa tutacağını tutduğu sol əlinin 4-cü barmağı yükqaldırıcı kranın üzərində olduğu səbətinin üstdəki dəmiri ilə aparatın arxa tutacağının arasında qalmış və nəticədə xəsarət almışdır. Onun işlərinə nəzarət “Kalyon RSY” şirkətində briqadir kimi işləyən Resul Özbek tərəfindən həyata keçirilmiş, işlə bağlı göstərişlər də sonuncu tərəfindən verilmişdir. Onun xəsarət alması ilə nəticələnən işin görülməsinə dair göstəriş də Resul Özbek tərəfindən verilmişdir. xx.xx.2024-cü il tarixdə xəsarət alması ilə nəticələnmiş hadisə zamanı briqadir Resul Özbek və yükqaldırıcı kranın operatoru Mustafa adlı şəxs həmin yerdə olsa da, yalnız yükqaldırıcı texnikanın (kran) operatoru Mustafa adlı şəxs hadisəni görmüşdür. Məhkəmə iclasında iştirakı mümkün olmayan iş üzrə şahidlər X4 və X2 rayon prokurorluğunda verdikləri izahatlaırnda X10 ilə eyni məzmuniu izahatlar vermişlər. İş materiallarında olan «cinayət işinin başlanmasının rədd edilməsi haqıqnda» xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış 84-C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan «inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında» xx.xx.2025-ci il tarixli qərarından görünür ki, vəzifəli şəxs X5 barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 1558/23 nömrəli əmrin surətindən görünür ki, Atalan Veysəl “Kalyon RSY X13 Ticari İşletmesi” şirkətinin Azərbaycan Respublikası filialında tikinti işləri üzrə köməkçi vəzifəsinə işə qəbul edilmiş və onunla əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 1187/23 nömrəli əmrin surətindən görünür ki, Özbek Resul “Kalyon RSY X13 Ticari İşletmesi” şirkətinin Azərbaycan Respublikası filialında biriqada nəzarətçisi vəzifəsinə işə qəbul edilmiş və onunla əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X16 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 582/MEŞ nömrəli canlı şəxsin ekspertizasının ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs Ağa oğlunun bədənində aşkar edilmiş sol əlin İV barmağının distal falanqasının sınığı və yumşaq toxuma defekti ilə müşayiət olunan əzilmiş-cırılmış yarası dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya, sol əlin V barmağının əzilmiş-cırılmış yarası bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, qəraırn təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarxdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlərdən sol əlin İV barmağının distal sınığı və yumşaq toxuma defekti ilə muşayiət olunan əzilmiş-cırılmış yarası dərəcəsinə görə sağlamılığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, sol əlin V barmağının əzilmiş-cırılmış yarası isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs Ağa oğlunun bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəşəraitdə törənə bilərdi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/9803 nömrəli, xx.xx.2025-ci il tarixli əmək təhlükəsizliyi tədqiqi ekspertizası rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar. “Elektrik əl maşınları. Ümumi təhlükəsizlik tələbləri” 12.2.013.0-91 saylı DST-nin 1 saylı əlavəsinin 1-ci bəndinin tələbi pozulmuşdur ki, bu hadisənin baş verməsinə səbəb olmuşdur. Elektrik əl maşınlarının istismarına dair istehsalat təlimi keçməmiş və təhlükəsizlik texnikası üzrə ixtisas dərəcəsi olmayan şəxsin tikintidə (beton deşən) elektrik əl maşınından istifadə etməklə işlərə cəlb edildiyinə görə “Elektrik əl maşınları. Ümumi təhlükəsizlik tələbləri” 12.2.013.0-91 saylı DSTnin 1 saylı əlavəsinin 1-ci başlığının 1-ci bəndinin tələbi işçini tikinti sahəsində həmin işlərin görülməsinə cəlb etmiş şəxs(lər) tərəfindən pozulmuşdur (konkret şəxs(lər) istintaq tərəfindən müəyyən edilə bilər). Hadisənin baş vermə səbəb və şəraitini nəzərə aldıqda işçi X11 tərəfindən qayda və təlimatlarının tələblərinin pozulması halı müəyyən edilmir. Müəyyən edilmş pozuntulara hadisənin baş verməsi arasında səbəbli əlaqənin olub-olmaması hüquqi xarakterli məsələ olmaqla ekspert səlahiyyətindən kənardır. İş yerinin şərati, təmzliyi və s.bu kimi amillər hadisənin baş verməsinə təsir göstərməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, «Kalyon RSY X13 Ticari İşletmesi” şirkətinin Azərbaycan Respublikası filialında tunel tikintisi üzrə briqada nəzarətçisi vəzifəsində işləyən X10 tərəfindən tunel tikintisi üzrə briqadirin əməyin mühafizəsi qaydalarına dair təlimatının, habelə “Elektrik əl maşınları. Ümumi təhlükəsizlik tələbləri” 12.2.013.0-91 saylı DST-nin 1 saylı Əlavəsinin 1-ci bəndinin tələbləri pozularaq, elektrik əl maşınlarının istismarına dair istehsalat təlimi keçməmiş və təhlükəsizlik texnikası üzrə ixtisas dərəcəsi olmayan tunel tikintisi işləri üzrə köməkçi Zərərçəkmiş şəxs Ağa oğlunun həmin avadanlıqdan istifadə etməklə “Kalyon RSY” şirkəti ilə bağladığı əmək müqaviləsində nəzərdə tutulan əmək funksiyasına daxil olmayan işlərin görülməsinə cəlb etmiş, Zərərçəkmiş şəxs Ağa oğlu xx.xx.2024-cü il tarixdə Zəngilan rayonunun 115-ci kilometrliyində yerləşən tuneldə işləyərkən Mustafa adlı işçinin idarə etdiyi yükqaldırıcı texnikanın (kran) səbət hissəsində təxminən 1,5 metr hündürlükdə tunel işçisi kimi beton deşən aparat (drel) vasitəsilə tunelin divarını deşən zaman sol əli ilə həmin aparatın arxa tutacağından, sağ əli ilə isə öndəki tutacağından tutmuş, bu zaman aparat hərəkətdə olarkən birdən-birə divarda yerində fırlanmağa başlamış, həmin vaxt aparatın arxa tutacağını tutduğu sol əlinin 4-cü barmağı yükqaldırıcı kranın üzərində olduğu səbətinin üstdəki dəmiri ilə aparatın arxa tutacağının arasında qalmış, nəticədə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarət almasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın X10 tərəfindən törədilməsi onun özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri ilə, həmçinin ekspert rəyləri ilə tam sübuta yetmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin tələbinə görə bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda-min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32-33,40,43.1,48-50-ci və 106-115-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar