Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-130/2025 01.11.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Zəngilan Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-nin Zəngilan rayonunda yerləşən filalında sürücü işləyən, Qazax rayonunda qeydiyyatda olan və Fizuli rayonu , Horadiz şəhərində yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərini pozması ilə əlaqədar olaraq barəsində tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə Zəngilan rayonu, Ağalı kəndində polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Zəngilan Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X3 protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Zəngilan rayonu, Ağalı kəndi yaxınlığında xidmətdə olarkən «Mitsubushi” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı və «Mitsubushi L 200» markalı **-TO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin dayanma və durmanın qadağan olduğu ərazidə dayandıqlarını görüb onlara yaxınlaşmış və həmin ərzidə dayanmamalarını və hərəkətə davam etmələrini bildirmiş, bu vaxt hər iki nəqliyyat vasitələrinin sürücüləri ona məhəl qoymamışlar. Sonda protokou tərtib etmiş orqanın nümayəndəsi məhkəmədən İnzibati xəta törədən şəxsin himayəsində azyaşlı övladının olmasının nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, Zəngilan rayonu, Ağalı kəndində “Baksell MMC”-nin Zəngilan rayonunda yerləşən filialında sürücü vəzifəsində çalışır. xx.xx.2025-ci il tarixdə, saat təxminən 15:45 radələrində etibarnamə əsasında idarə etdiyi “Mitsubushi L200” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman Zəngilan rayonu, Ağalı kəndi yaxınlığından keçən yolun kənarında dayanma və durmanın qadağan olduğu yerdə idarə etdiyi nəqliyyat vasitəsini saxlamış, bu vaxt ondan qabaqda hərəkətdə olan iş yoldaşı Çingiz Namazov da idarə etdiyi nəqliyyat vasitəsini saxlamışdır. Bu vaxt o, öz idarə etdiyi nəqliyyat vasitəsindən düşüb Çingizin nəqliyyat vasitəsində əyləşmiş və onlar hara getməli olduqlarını dəqiqləşdirmək məqsədi ilə söhbət etməyə başalamışlar. Bu vaxt ərazidə xidmətdə olan polis əməkdaşları yaxınlaşıb həmin yerdə nəqliyyat vasitəsinin dayanması və durmasının qadağan olduğunu onlara bildirmiş və nəqliyyat vasitələri ilə hərəkətə davam etməli olmalarını demişlər. Onlar polis əməkdaşalrına məhəl qoymadan onların qanuni tələblərinə tabe olmamışlar. Həmin vaxt orada nəqliyyat vasitələrini saxlamağın qadağan olması barədə məlumatı olmamışdır. Əməlimdən çox peşmandır. Polis əməkdaşlarına qarşı heç bir hörmətsizlik etməmişdir. Sonda barəsində inzibati xəta üzrə iş aparılan şəxs törətdiyi əməldən səmimi peşman olmasını bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarını dinləyib, hesab edir ki, Şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tədqiq olunan sübutlarla, o, cümlədən inzibati xəta törətmiş şəxsin izahatı, xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, işin hallarını və Şəxs şəxsiyyətini, ilk dəfə olaraq inzibati xəta törətməsini, törətdiyi əməldən səmimi olaraq peşman olmasını nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Bundan əlavə, məhkəmənin qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqlarının müdafiəsi məhkəmə istintaq zamanı Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 6 (altı) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabına Vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 66 (altmış altı) manat məbləğində pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 12-13, 31,32- 33,40,43.1,48-50-ci və 106-115-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 66 (altmış altı) manat məbləğində pul köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Gülsarə İmanova
Məhkəmə qərarları › İş №3(034)-130/2025
Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-130/2025
01.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver