Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-138/2025 24.11.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, X1 iştirakı ilə, X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli «İnzibati tənbeh vermə haqqında” elektron qərarın ləğv olunmasına dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli «İnzibati tənbeh vermə haqqında” elektron qərarın ləğv olunmasına dair şikayəti Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən adiyyəti üzrə baxılması üçün Zəngilan Rayon Məhkəməsinə göndərilmiş və material xx.xx.2025-ci il tarixdə Zəngilan Rayon Məhkəməsinə daxil olmuşdur. X5 şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində saat 15:06 radələrində Bakı şəhəri, Ə.Rəcəbli küçəsində qeydə alınmış EQ30228145 saylı inzibati protokol əsasında ona150 manat məbləğində cərimə və 4 ballıq inzibati məsuliyyət tətbiq edilmişdir. Protokolda onun İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsini (327.4 1.1,1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə) pozduğum qeyd olunmuşdur. Lakin, həmin ərazidə yol ayrıcını və ya zolaqların sayını göstərən heç bir nişan mövcud deyildir. Yolda zolaqları müəyyən edən yerüstü nişanlanma (markirovka) olmamışdır. Hərəkət sıxlığı səbəbilə digər sürücülərlə birlikdə o, da sağ tərəfdən alternativ hərəkət etmiş, fotoşəkillərdən də aydın görünür ki, nə qəza şəraiti yaradılmış, nə də digər nəqliyyat vasitələrinin hərəkətinə mane olunmuşdur. Qeyd etmək lazımdır ki, yol nişanlarının və markirovkanın olmaması sürücülər üçün əlavə hüquqi məsuliyyət yarada bilməz. "Yol hərəkəti haqqında" Qanunda qeyd olunur ki, yol nişanları sürücüyə görünən və anlaşılan olmalıdır (YHQ 61-ci maddə). X3 12-ci maddəsi inzibati xəta anlayışını izah edir. Qanuna əsasən, inzibati pozuntu xəta törədildiyi sübut olunan zaman hesab edilir, sübuta qədər isə bu şübhədir. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində göstərilir ki, inzibati pozuntunun olması ilə bağlı şübhə varsa, bu vətəndaşın xeyrinə həll edilir. Bu məsələ ilə bağlı xx.xx.2025-ci il tarixində Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinə yazılı qaydada müraciət etmiş, xx.xx.2025-ci il tarixində müraciəti Nərimanov rayon Polis İdarəsinə yönləndirilsə də, indiyə qədər şikayətinə cavab verilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən inzibati protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 şikayəti müdafiə edib, şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, bilmədiyi üçün qaydanı pozmuş, bu yol əslində bir tərəflidir. O, polisə sənədlərin ona verilməsi üçün müraciət etmiş, lakin sənədlər ona verilməmiş, onlayn göndərilicəyi bildirilmiş, sentyabr ayında isə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. O, işarə olmadığı üçün qarşı yola çıxmış və qarşı tərəfdən maşın gəldiyini görmüşdür. Əvvəldəndə o yol bir tərəfli yol olmuş və təmirə görə yol müvəqqəti bağlanmışdır. Yol təmir olunub bitmiş, indi isə yol bir tərəfli olmuşdur. Hadisə isə avqust ayında baş vermişdir. X2 məhkəmədən protokol əsasında qəbul edilmiş qərarın ləğv olunmasını xahiş etdi. Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət təmin edilməməlidir. -Belə ki, iş materiallarında olan «Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli elektron qərardan görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində 150 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmiş və qərardan Azərbaycan Ruespubliksı İXM-nin 57-1-57.5-ci maddədərində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan iyirmi gün müddətində inzibati xəta haqqınnda iş üzrə qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası İXM-nin 57.1-ci maddsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 57.5-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: Maddə 57.5.1. Bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; Maddə 57.5.2. Bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: Maddə 57.5.2.1. Ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; Maddə 57.5.2.2. Sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan. Həmin Məcəllənin 126.1-ci maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 xx.xx.2025-ci il tarixində saat 15:06 radələrində Bakı şəhəri, Ə.Rəcəbli küçəsində «Toyota Camry minik» markalı 10 AZ-529 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1.1.3 və 1.11 üfüqi nişanlama xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınının əks istiqamətində hərəkət etmə nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulumş inzibati xətanı törətdiyinə görə barəsində 150 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmiş və qərardan hansı müddət ərzində şikayət verilməsi qeyd edilmişdir. Şikayətçi barəsində tərtib edilmiş inzibati qərarın ləğv olunması üçün ilk olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə elektron formada, daha sonra xx.xx.2025-ci il tarixdə isə şikayətlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-4637/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət adiyyəti üzrə baxılması üçün Zəngilan Rayon Məhkəməsinə göndərilmiş və material məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Araşdırma zamanı X5 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli «İnzibati tənbeh vermə haqqında” elektron qərarı hansı tarixdə almasını təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli «İnzibati tənbeh vermə haqqında” elektron qərardan şikayət vermə müddətini ötürmüş, həmçinin prosessual müddətin bərpa olunması ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli «İnzibati tənbeh vermə haqqında” elektron qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 12-13, 31,32- 33,40,43.1,48-50-ci və 106-115-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli «İnzibati tənbeh vermə haqqında” elektron qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №3(034)-138/2025
Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-138/2025
24.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver