Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-14/2022 28.03.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi ilə, Zəngilan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakı ilə, xx.xx.1981-ci ildə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşıdır, ailəli,işləmir, Qəbələ rayonu, Vəndam kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə təxminən saat 16:00 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi ərazisində polis əməkdaşının avtomobili saxla işarəsinə məhəl qoymamış və polis əməkdaşının qanuni göstərişlərinə tabe olmayaraq ərazidən qaçmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Zəngilan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X3 protokolu müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 16:00 radələrində post yoldaşı polis serjantı Əsədov Nicatla birlikdə xidməti ərazidə xidmət apararkən bir nəfər şəxs əlində iki torba ilə Zəngilan şəhərciyində olan kioska yaxınlaşaraq torbaları ora verib aralaşmaq istəyərkən özünü şübhəli apardığını görüb onun dayanmasını tələb etmişlər. Lakin təqsirləndirilən şəxs digər şəxslə birlikdə idarə etdikləri “Toyota” markalı, **-VU-*** dövlət nömrə nişanlı avtomobilə əyləşərək ərazidən qaçmışlar. Onlar dəfələrlə saxla işarəsi versələr də, təqsirləndirilən şəxslər onların saxla isarəsinə məhəl qoymayaraq öz qanunsuz əməllərinə davam edərək ərazidən qaçmışlar. Daha sonra məlum olmuşdur ki, Anar adlı şəxs əlində olan torbalarla kioska yaxınlaşmış, Zəngilan rayon Polis Şöbəsinin rəisi Bəkir Cabbarovun adından suiistifadə edərək, həmin torbaların rəisə çatacağını, rəisin hazırda telefonda olduğunu bildirərək telefonu satıcıya uzatmış və içərisində qoz-fındıq olan iki ədəd torbanı kioska verərək əvəzində 40 manat almışlar. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları həmin şəxsləri idarə etdikləri avtomobillə birlikdə saxlamış, baş vermiş hadisənin araşdırılması üçün Zəngilan RPŞ-nə dəvət etmişlər. Lakin bu zaman heçnə etmədiklərini bildirərək polis şöbəsinə getməkdən imtina etmiş, polisin qanuni göstərişinə tabe olmamışlar, polis əməkdaşları onları qolundan tutub polis avtomobilinə otuzduraraq Zəngilan rayon Polis Şöbəsinə gətirmişlər. Bundan sonra həmin şəxləri Zəngilan RPŞ-nə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Sonda protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmədən inzibati xəta törətmiş şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Şəxs məhkəmə iclasında həmin inzibati xətanı törətdiyini etiraf edərək bildirmişdir ki, 5-6 ilə yaxındır ki, o, qoz-fındıq satışı ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə saat təxminən 16.00 radələrində tanışı Anarla birlikdə Anara məxsus olan avtomobilə Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyinin ərazisində olan kioska yaxınlaşaraq içərisində qoz-fındıq olan torbaları Zəngilan rayon Polis şöbəsinin rəisi Bəkir müəllimin adından istfadə edərək həmin torbaların rəisə çatacağını bildirib satıcıdan əvəzində 40 manat pul almışlar. Pulla ehtiyacları olduqları üçün bu əməli törətmişlər. Ola bilsin ki, idarənin qarşısında onlara saxla əmri verilmiş, lakin onlar eşitməmişlər. Rayondan gələn zaman onları Saray postunda saxlamışlar və onları polis şöbəsinə dəvət etmişlər. Lakin onlar heç bir günahlarının olmamasını bildirərək şöbəyə getməkdən imtina etmişlər. Sonradan polis əməkdaşları onları polis avtomobilinə əyləşdirərək şöbəyə gətirmişlər. Sonda məhkəmədən barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində Zəngilan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X2 dediklərini tam təsdiq edərək əlavə olaraq bildirmişdir ki, aralarında təxminən 5-6 metr məsafə olduğundan, ola bilməz ki, həmin şəxslər onu görmüş olmasınlar. Həmin şəxslər maşında onların saxla işarəsinə tabe olmayaraq qaçandan sonra o, kioska yaxınlaşıb maşında qaçan şəxslərin kioska nə qoyduqları ilə maraqlananda, kiosk satıcısı onların polis rəisinin adından istifadə edərək qoz-fındıq satdıqlarını bildirmişdir. Buna görə də o, dərhal rəhbərliyə bu barədə məruzə etmişdir. Sonradan isə həmin avtomobilin harada olduğunu öyrənmişlər. Sonra həmin şəxslər Saray postunda saxlanılmışdır. Lakin, Saray postunda saxlanılarkən ola bilsin ki, içkili olduqlarından onu görmədiklərini demişlər. Hətta onlar Saray postunda saxlanılan zaman heç bir günahlarının olmadıqlarını bildirərək polis şöbəsinə getməkdən belə imtina etmişlər. Sonra onlar həmin şəxsləri əlindən tutub avtomobilə əyləşdirmişlər. Şahid ifadəsində əlavə olaraq bildirmişdir ki, hadisənin mahiyyəti ilə bağlı satıcıdan da maraqlandıqda o, həmin şəxslərin gətirdikləri qoz-fındıq torbaların Bəkir müəllimə çatacaqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zəngilan rayon Polis şöbəsinin konvoy hissəsinin polis nəfəri X1 Nicat Məmməd oğlu ilə eyni məzmunlu ifadə verərək ifadəsində əlavə olaraq bildirmişdir ki, ərazidə xidmət apararkən əlində iki ədəd torba olan şəxsin kioska yaxınlaşdığını görmüş, həmin şəxs əlində olan torbaları kioska verərək dərhal gəldikləri avtomobilə əyləşib oradan uzaqlaşarkən özlərini şübhəli apardıqları üçün onlara dəfələrlə saxla əmrini versələrdə, həmin şəxslər onların qanuni tələblərinə məhəl qoymayaraq ərazidən uzaqlaqmışlar. Sonradan həmin şəxslər Saray postunda polis əməklaşları tərəfindən saxlanılaraq Zəngilan rayon Polis şöbəsinə gətirilmişlər. Şəxs həmin inzibati xətanı törətməsi Zəngilan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X3 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN ******* saylı İnzibati xəta haqqında protokolu, özünün izahatı və iş materiallarında olan digər materiallar ilə tam sübuta yetdiyindən o, bu maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması onun özünün etirafı, iş üzrə dindirilmiş şahid ifadələri ilə tam sübuta yetirilmiş və onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıb hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32,40,48-50-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 28 mart 2022-ci il tarixdən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayonu Polis İdarəsinin müvəqqəti saxlanma yerinə təhvil verilsin. Qərarın surəti Şəxs və onun vəkilinə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №3(034)-14/2022
Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-14/2022
28.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver