Məhkəmə qərarları › İş №3(034)-14/2024

Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-14/2024

13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-14/2024 13.03.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Zərərçəkmiş şəxs Cemil oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 və onun vəkili X2, Zəngilan rayon prokurorunun böyük köməkçisi X1 iştirakları ilə, xx.xx.1974-cü ildə Türkiyə Respublikasında anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, orta təhsilli, Türkiyə Respublikasının Artvin şəhərində qeydiyyatda olmaqla, «Kalyon RSY» şirkətinin Zəngilan rayonunda yerləşən yataqxanasında müvəqqəti olaraq yaşayan X5, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Zəngilan rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli qərar üzrə inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün Zəngilan rayon prokurorluğu məhkəməyə müraciət etmişdir. Zəngilan rayon prokurorluğu inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli qərarını onunla əsaslandırmışdır ki, fiziki şəxs X8 (FİN: xxxxxxx) "Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı qaydaları»-nın 9.5.19cu bəndinin "j" abzasının və vəzifə təlimatının 1-ci bəndinin tələblərini pozaraq, "Kalyon RSY" şirkətinin işçisi, qaynaqçı vəzifəsində işləyən Zərərçəkmiş şəxs Cemil oğlunun iş zamanı yükün (qaynaq olmuş ayaqaltının) yerdəyişməsini həyata keçirən kranın oxunun (bilavasitə yükün) altında dayanmasına yol verdiyinə görə, sonuncunun işləyərkən dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət almasına səbəb olmuş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qeyd olunanlar xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs izahatı, xx.xx.2024-cü il tarixli Tören Hüseyinin izahatı, xx.xx.2024-cü il tarixli, 93 nömrəli məhkəmə-tibbi ekspertiza rəyi və xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/977 nömrəli məhkəmə-texniki təhlükəsizlik ekspertizası rəyi ilə sübut olunur."Kalyon RSY" şirkətində qaynaqçı vəzifəsində işləyən Zərərçəkmiş şəxs Cemil oğlu izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 14- 15 radələrində Zəngilan rayonu, Ağbənd qəsəbəsində tikintisi davam edən tunelin girişində iş zamanı iskələnin üstündə olan 15-20 sm uzunluğundakı armatur onun başına düşmüşdür. Bundan dərhal sonra o, şirkətin tibb məntəqəsinə, daha sonra isə Füzuli rayon Mərkəzi Xəstəxanasına göndərilmişdir. Onun tərəfindən görülən işlərə nəzarət Hüseyin Tören tərəfindən həyata keçirilir. Hadisə baş verdiyi zaman o, tək olmuşdur. "Kalyon RSY" şirkətində briqadir vəzifəsində işləyən X8 izahatda göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 14-15 radələrində Zəngilan rayonu, Ağbənd qəsəbəsində tikintisi davam edən tunelin girişində iş zamanı iskələnin üstündə olan 15-20 sm uzunluğundakı armatur şirkətdə qaynaqçı vəzifəsində işləyən Zərərçəkmiş şəxs başına düşmüş və sonuncu onları köməyə çağırmışdır. Bundan dərhal sonra şirkətin tibb məntəqəsinə, daha sonra isə Füzuli rayon Mərkəzi Xəstəxanasına göndərilmişdir. Zərərçəkmiş şəxs tərəfindən görülən işlərə nəzarət onun tərəfindən həyata keçirilir. Hadisə baş verdiyi zaman Zərərçəkmiş şəxs tək olmuşdur. Füzuli Regional Məhkəmə-X4 xx.xx.2024-cü il tarixli, 93 nömrəli məhkəmə-tibbi ekspertiza rəyində Zərərçəkmiş şəxs Cemil oğlunun aldığı başın təpə nahiyəsinin çapılmış yarası xəsarətinin bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilməsi, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə yetirilməsinin inkar edilməməsi və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olması göstərilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/977 nömrəli məhkəmə-texniki təhlükəsizlik ekspertizası rəyində "Kalyon RSY" şirkətində qaynaqçı vəzifəsində işləyən Zərərçəkmiş şəxs Cemil oğlunun iş zamanı yükün (qaynaq olmuş ayaqaltının) yerdəyişməsini həyata keçirən kranın oxunun (bilavasitə yükün) altında dayanmasına yol verildiyinə görə, "Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı qaydaları"nın 9.5.19-cu bəndinin "j" abzasının və vəzifə təlimatının 1-ci bəndinin tələbinin həmin işlərin görülməsinə rəhbərlik etmiş briqadir X8 tərəfindən pozulması göstərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb rayon prokurorluğunda toplanmış 01-C-24 nömrəli araşdırma materialında inzibati xəta tərkibinin mövcudluğudur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsinə görə, həmin Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 01-C-24 nömrəli araşdırma materialı üzrə cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, lakin Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsinin əlamətləri olduğundan, həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən Zəngilan rayon prokurorunun böyük köməkçisi X3 izahatında qərarı müdafiə edərək bildirmişdir ki, “Kalyon RSY” şirkətində qaynaqçı vəzifəsində işləyən Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs Cemil oğlunun xx.xx.2023-cü il tarixdə Zəngilan rayonu ərazisində Horadiz-Ağbənd yolunun 115-ci kolmetrində işləyən zaman xəsarət alması ilə bağlı xx.xx.2024-cü ildə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Məlumat xx.xx.2024-cü ildə cinayətlər haqqında məlumatların qeydiyyatı kitabında qeydə alınaraq rayon prokurorluğunda araşdırma aparılmışdır. “Kalyon RSY” şirkətində qaynaqçı vəzifəsində işləyən Zərərçəkmiş şəxs Cemil oğlu izahatında göstərmişdir ki, xx.xx.2023-cü ildə, saat 14-15-radələrində Zəngilan rayonu Ağbənd qəsəbəsində tikintisi davam edən tunelin girişində iş zamanı iskələnin üstündə olan 15-20 sm uzunluğundakı armatur onun başına düşmüş, bundan dərhal sonra o, şirkətin tibb məntəqəsinə, daha sonra isə Füzuli rayon Mərkəzi Xəstəxanasına göndərilmişdir. Onun tərəfindən görülən işlərə nəzarət Hüseyin Tören tərəfindən həyata keçirilmişdir. Hadisə baş verdiyi zaman o tək olmuşdur. “Kalyon RSY” şirkətində briqada nəzarətçisi işləyən X8 izahatında göstərmişdr ki, xx.xx.2023-cü ildə saat 14-15 radələrində Zəngilan rayonu Ağbənd qəsəbəsində tikintisi davam edən tunelin girişində iş zamanı iskələnin üstündə olan 15-20 sm uzunluğundakı armatur şirkətdə qaynaqçı vəzifəsində işləyən Zərərçəkmiş şəxs başına düşmüş və sonuncu onları köməyə çağırmışdır. Bundan dərhal sonra şirkətin tibb məntəqəsinə, daha sonra isə Füzuli rayon Mərkəzi Xəstəxanasına göndərilmişdir. Zərərçəkmiş şəxs tərəfindən görülən işlərə nəzarət onun tərəfindən həyata keçirilmişdir. Hadisə baş verdiyi zaman Zərərçəkmiş şəxs tək olmuşdur. Türkiyə Respublikasının vətəndaşı X8 Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi ilə əlaqədar inzibati xəta ilə cəzalandırılmasını xahiş edir. Zərərçəkmiş şəxs kranın altında qalmasa belə, neçə sm ara olsa da onun orda dayanması təhlükəlidir. Zərərçəkmiş şəxsin kranın altında dayanması ilə bağlı hər hansı bir foto şəkil və şahid yoxdur. Kran opertorunun izahatını almamışlar. Sonda Zəngilan rayon prokurorunun böyük köməkçisi məhkəmədən inzibati xəta törətmiş şəxs X6 maddənin sanksiyasında nəzərdə tutulmuş qaydada inzibati cəza tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 azərbaycan dilini yaxşı bilib başa düşdüyünu və tərcüməçiyə ehtiyacının olmadığını bildirərək, Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törətməsində özümü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, “Kalyon RSY” şirkətində briqada nəzarətçisi işlədiyini, xx.xx.2023-cü ildə saat 14-15 radələrində Zəngilan rayonu, Ağbənd qəsəbəsində tikintisi davam edən tunelin girişində iş zamanı iskələnin üstündə olan 15-20 sm uzunluğundakı armatur şirkətdə qaynaqçı vəzifəsində işləyən Zərərçəkmiş şəxs başına düşmüş və o, onları köməyə çağırmışdır. Bundan dərhal sonra Zərərçəkmiş şəxsı şirkətin tibb məntəqəsinə, daha sonra isə Füzuli rayon Mərkəzi Xəstəxanasına göndərmiş və orada onun başına 3 tikiş atılmışdır. Onlar təlimatlara əsasən iş zamanı dəbilqə, jilet, təhlükəsizlik kəməri, eynək, əlcək, toz maskası və dəmir ucluqlu ayaqqabıdan istifadə etməli olmaqları ilə bağlı təlimatlandırılmışlar. Zərərçəkmiş şəxs tərəfindən görulən işlərə nəzarəti o, həyata keçirirmişdir. O, briqadir işləyir və onun 20 işçi var. Onun işlədiyi tünelin içi 100 metr, ərazisi isə 1000 metrə qədərdir və o, həmin əraziyə briqadirlik edir. Onun işçilərinin arasında kaynakçı,operator,dekolye, 5-6 işçi və çavuş var. Zərərçəkmiş şəxs hadisə zamanı tək olmuş, daha sonra onlar Olcaya köməyə getmişlər. Onlar təlimatlara əsasən iş zamanı dəbilqə, jilet, təhlükəsizlik kəməri, eynək, əlcək, toz maskası və dəmir ucluqlu ayaqqabıdan istifadə etməli olmaqları ilə bağlı təlimatlandırılmışlar. Qaldırıcı kran vasitəsi ilə iskələni qaldırıb yerinə bərkitmək istəyərkən Zərərçəkmiş şəxs iskələnin üzərində unutduğu armatur parçası onun başına düşmüş və xəsarət almışdır. O, işçini təlimatlandırmış, bütün qaydaları izah etmişdir. Hadisə baş verəndə o, tuneldə olmuşdur. Hər gün işçilərə verilən təlimatlara əsasən iş zamanı, dəbilqə, jilet, təhlükəsizlik kəməri, eynək, əlcək, toz maskası və dəmir ucluqlu ayaqqabıdan istifadə etməli olmaqları ilə bağlı təlimatlandırırlar. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmədən işə xitam verilməsini, ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs Cemil oğlu izahatında bildirmişdir ki, o, xx.xx.2023-cü ildə saat 14-15 radələrində Zəngilan rayonu Ağbənd qəsəbəsində tikintisi davam edən tunelin girişində iş zamanı iskələnin üstündə olan 15-20 sm uzunluğundakı armatur başına düşmüş, bundan dərhal sonra şirkətin tibb məntəqəsinə, daha sonra isə Füzuli rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş və orada onun başına 3 tikiş atılmışdır.Hadisə zamanı başında kaska (qoruyucu papaq) olmuş, ayağı büdrəmiş, yıxılan zaman kaska başından yerə düşmüş, əl atıb götürənə kimi armatur başına düşmüşdür. Başlarında kaska (qoruyucu papaq) olmasa işləmək qadağandır. O, şirkətdə əmək müqaviləsi ilə işləyir. Onun tərəfindən görülən işlərə rəhbərlik “Kalyon RSY” şirkətində briqadir işləyən Hüseyin Tören tərəfindən həyata keçirilir. Kran operatoru başına armatur düşəndə görmüşdür. Kran operatoru hadisəni görsə də, qarşısını ala bilməzdi. Kranın tam altında dayanmamış, hardasa 50 sm ara olmuşdur. Onlar təlimatlara əsasən iş zamanı dəbilqə, jilet, təhlükəsizlik kəməri, eynək, əlcək, toz maskası və dəmir ucluqlu ayaqqabıdan istifadə etməli olmaqları ilə bağlı təlimatlandırılmışlar. Lakin o, xəsarət almazdan əvvəl ayağı sürüşüb büdrəmiş, bu zaman kaska da başından yerə düşmüşdür. O, əyilib kaskanı yerdən götürmək istəyərkən iskələnin üstündəki 15-20 sm uzunluğundakı armatur başına düşmüşdür. Qalan bütün mühafizə vasitələri üzərində olmuşdur. Hadisə zamanı o, tək olmuşdur. Üzərində həmin armatur yerləşən iskələnin qaynaq işlərini özü görmüşdür. Qaynaq işlərini gördükdən sonra iskələnin üzərindəki bütün artıq dəmir parçalarını kənara atmışdır. Lakin biri diqqətindən yayınmış və həmin armatur parçasını orada unutiuşdur. Bundan sonra qaldırıcı kran vasitəsi ilə iskələni qaldırıb yerinə bərkitmək istəyərkən onun orada unutduğu armatur parçası onun başına düşmüşdür. Kaska başında olsaydı başı xəsarət almazdı. Sonda zərərçəkmiş şəxs məhkəmədən işə xitam veriməsini və ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Zəngilan rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən Teyyub Rəfiyevin xx.xx.2024-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən görünür ki, Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasən toplanmış 01-C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Zəngilan rayon prokuroru Qibləli Kərimovun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Türkiyə Respublikasının vətəndaşı olan X8 barəsində Azərbaycan Respublikası İXMnin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” Mərkəzinin Füzuli regional Məhkəmə- Tibbi Ekspertizası bölməsinin xx.xx.2024-cü il tarixli 93 nömrəli ekspert rəyindən görünür ki, O.C.Alanın almış olduğu xəsarət-başın təpə nahiyyəsinin çapılmış yarası bərk küt əşyanın (əşyaların) həm xəsarət nahiyyəsinə, həm də, xəsarət nahiyyəsinin bu cür əşyalara dəyməsindən törən bilərdi, eləcə də qərarın təsviri hissəsində göstərilən müddətdə (xx.xx.2023) və şəraitdə yetirilməsi inkar olunmur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığıa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/977 nömrəli ekspert rəyindən görünür ki, Zəngilan rayonu ərazisində “Kalyon RSY" şirkətində qaynaqçı vəzifəsində işləyən X11 iş zamanı yükün (qaynaq olunmuş ayaqaltının) yerdəyişməsini həyata keçirən kranın oxunun (bilavasitə yükün) altında dayanması baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə İlə əlaqədar, “Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı qaydaları"nın 9.5.19-cu bəndinin j abzasının tələbi pozulmuşdur. “Kalyon RSY” şirkətində qaynaqçı vəzifəsində işləyən Zərərçəkmiş şəxs Cemil oğlunun iş zamanı yükün (qaynaq olunmuş ayaqaltının) yerdəyişməsini həyata keçirən kranın oxunun (bilavasitə yükün) altında dayanmasına yol verildiyinə görə, "Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı qaydaları"nın 9.5.19-cu bəndinin j abzasının və vəzifə təlimatının 1ci bəndinin tələbi həmin işlərin görülməsinə rəhbərlik etmiş briqadir X8 tərəfindən pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X8 "Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı qaydaları»-nın 9.5.19-cu bəndinin "j" abzasının və vəzifə təlimatının 1-ci bəndinin tələblərini pozaraq, "Kalyon RSY" şirkətinin işçisi, qaynaqçı vəzifəsində işləyən Zərərçəkmiş şəxs Cemil oğlunun iş zamanı yükün (qaynaq olmuş ayaqaltının) yerdəyişməsini həyata keçirən kranın oxunun (bilavasitə yükün) altında dayanmasına yol verdiyinə görə, sonuncunun işləyərkən dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət almasına səbəb olması ilə bağlı məlumat Zəngilan rayon prokurorluğuna daxil olmuş, araşdırma zamanı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, X8 barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması qərara alınmışdır. İnzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb əməyin mühafizəsi qaydalarının pozulması olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixdə, saat 14-15 radələrində Zəngilan rayonu, Ağbənd qəsəbəsində tikintisi davam edən tunelin girişində iş zamanı iskələnin üstündə olan 15-20 sm uzunluğundakı armatur "Kalyon RSY" şirkətində qaynaqçı vəzifəsində işləyən Zərərçəkmiş şəxs Cemil oğlunun başına düşmüş və nəticəsində onun xəsarət almasına səbəb olmuşdur. Hadisədən sonra zərərçəkmiş şəxs dərhal şirkətin tibb məntəqəsinə, daha sonra isə Füzuli rayon Mərkəzi Xəstəxanasına göndərilmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs hadisənin onun səhlənkarlığı səbəbindən baş verməsini, hadisə baş verdiyi zaman isə tək olmasını bildirmişir. Araşdırma zamanı X8 özünu təqsirli bilməmiş və izahatında Zərərçəkmiş şəxs Cemil oğlu tərəfindən görülən işlərə nəzarətin onun tərəfində həyata keçirilməsini, görülən iş zamanı işçilərin təlimata uyğun olaraq dəbilqə, jilet, təhlükəsizlik kəməri, eynək, əlcək, toz maskası və dəmir ucluqlu ayaqqabıdan istifadə etməli olmaqları ilə bağlı təlimatlandırılmalarını, Zərərçəkmiş şəxs Cemil oğlunun isə xəsarət almasında onun heç bir günahı olmamasını bildirsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/977 nömrəli ekspert rəyindən aydın görünür ki, Zəngilan rayonu ərazisində “Kalyon RSY" şirkətində qaynaqçı vəzifəsində işləyən X11 iş zamanı yükün (qaynaq olunmuş ayaqaltının) yerdəyişməsini həyata keçirən kranın oxunun (bilavasitə yükün) altında dayanması baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar, “Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı qaydaları"nın 9.5.19-cu bəndinin j abzasının tələbi pozulmuşdur. “Kalyon RSY” şirkətində qaynaqçı vəzifəsində işləyən Zərərçəkmiş şəxs Cemil oğlunun iş zamanı yükün (qaynaq olunmuş ayaqaltının) yerdəyişməsini həyata keçirən kranın oxunun (bilavasitə yükün) altında dayanmasına yol verildiyinə görə, "Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı qaydaları"nın 9.5.19-cu bəndinin j abzasının və vəzifə təlimatının 1-ci bəndinin tələbi həmin işlərin görülməsinə rəhbərlik etmiş briqadir X8 tərəfindən pozulması və bunun nəticəsində Zərərçəkmiş şəxs Cemil oğlunun sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət alması ilə nəticələnməsi olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. X5 törətdiyi əməldə onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32-33,40,43.1,48-50-ci və 106-115-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar