Məhkəmə qərarları › İş №3(034)-141/2025

Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-141/2025

25.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-141/2025 25.11.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3, X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakları ilə, xx.xx.1991-ci ildə Zəngilan rayonunda, anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir uşağı olan, işləməyən, Zəngilan rayonunda qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Məktəbli küçəsi 6-da məskunlaşmış, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozması ilə əlaqədar olaraq barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X6 tərəfindən xx.xx.2025-ci ildə tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, borclu X1 Rayon Məhkəməsinini 2(034)-314/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə onun tərəfindən tələbkarın xeyrinə ödənilməli olan 10.101 manat pul vəsaitini ödəməmiş, icra məmurunun qanuni təələblərini yerinə yetirməmiş, çağrışlarına gəlməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X6 inzibati protokolu müdafiə edərək, izahatında bildimrmişdir ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-314/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs -750 əyyarlı 22 qram çəkidə 1 karat brilyantı sep-qiyməti 5080 manat, 750 əyyarlı 8 qram çəkidə 0.5 karat brilyant qolbaq-qiyməti 2120 manat və 750 əyyarlı 10 qram çəkidə 0.7 karat brilyantlı komplekt (sırğa- üzük)-qiyməti 2800 manat dəyərində qızıl-zinət əşyaları, həmin qızıl-zinət əşyaları olmadıqda isə onların dəyəri olan 10.000 manat pul və ödənilmiş 101 manat məbləğində dövlət rüsumu alınaraq X9 verilməlidir. Qeyd olunan icra sənədi üzrə tələb hazırkı tarixədək təmin edilməmiş və nəticədə borclu Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt qeyd olunan icra sənədi üzrə tələbin borclu tərəfindən təmin edilməməsi ilə də təsdiq edilir. İcra sənədi üzrə izahatı alınarkən borclu Şəxs izahatında hazırda imkanının olmamasını, hissə-hissə borcunu ödəyəcəyini bildirmişdir. Buna görə də məhkəmədən borclu barəsində lazımı tədbir görülməsini xahiş edir. İndiyə qədər ödəniş olsaydı az olsada ödənilərdi. Borcu bu vaxta qədər ödəniş etməmişdir. Borclunu tapmaq mümkün olmadığndan onlar tərəfindən artıq borclu barəsində axtarış verilmişdir. İcra sənədi icra olunması üçün Nəsimi İcra şöbsinə yönləndirilmiş, tələb borc tələbidir. Borculun himayəsində olan uşağının isə 7 yaşı var. Sonda isə məhkəmədən inzibati xəta törətmiş şəxs barəsində tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasnıda iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında inzibati protokol üzrə özünü təqsirli bilərək izahatında borcu olmasını, ödəməyə imkanım olmasını, borcunı hissə-hissə ödəməyə söz verməsini, borcdan heş bir ödəniş etməməsini, İşsiz olmasını, borcunu isə 3-4 ay müddətinə hissə-hissə ödəyəcəyini bildirmişdir. Sonda isə məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar X11 izahatında bildirmşdir ki, o, dayısının yoldaşı olan Şəxs toya taxmaq adı ilə brilyant qaşlı qızıl qarnitur dastini xx.xx.2024-cü il tarixdə 1-2 günlük götürmüş, lakin bu günə kimi qaytarmamışdır. Belə ki, qarnitur dəsti -750 əyyarlı 22 qram çəkidə İ karat brilyant sep- qiymətİ 5080 manat, 750 əyyarlı 8 qram çəkİdə 0.5 karat brilyant qolbaq – qİymətİ 21 20 manat və qiyməti 2800 manat olan 750 əyyarlı 10 qram çəkidə 0.7 karat brilyantlı komplekt (sırğa-üzük) dəsti, onlar olmadıq isə həmin qızıl-zinət əşyalarının ümumi qiyməti olan 10.000 manatın ödənilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. -Belə ki, iş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 2(034)-314/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs qarnitur dəsti -750 əyyarlı 22 qram çəkidə 1 karat brilyantı sep-qiyməti 5080 manat, 750 əyyarlı 8 qram çəkidə 0.5 karat brilyant qolbaq-qiyməti 2120 manat və 750 əyyarlı 10 qram çəkidə 0.7 karat brilyantlı komplekt (sırğa- üzük)-qiyməti 2800 manat dəyərində qızıl-zinət əşyaları, həmin qızıl-zinət əşyaları olmadıqda isə onların dəyəri olan 10.000 manat pul və ödənilmiş 101 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı X9 verilməsi qərara alınmışdır. -İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan və tələbinin könüllü icrası haqqında bildirişdən görünür ki, icra sənədi üzrə icraata başlanmış və tələbin 10 gün müddətində könüllü icra olunması borcludan xahiş olunmuşdur. -İş materiallarında olan tələbkar X10 ərizəsindən görünür ki, o, borclu barəsində tədbirlər görülməsini xahiş etmişdir. -İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli borclunun axtarışı haqqında qərarından görünür ki, borclu xx.xx.1991-ci il təvəllüdlü Zəngilan rayonu, Mincivan qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. -İş materiallarından olan Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli borclunun axtarılması haqqında qərarından görünür ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)- 314/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq borclu xx.xx.1991ci il təvəllüdlü Şəxs barəsində axtarış elan edilmiş və saxlanılaraq şəxsiyyətini təsdiq edən sənədlə birlikdə Nəsimi rayon İcra şöbəsinə təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tədqiq olunan sübutlarla, o, cümlədən inzibati xəta törətmiş şəxsin izahatı, xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, işin hallarını, Şəxs şəxsiyyətini, ilk dəfə olaraq inzibati xəta törətməsini, törətdiyi əməd üzrə özünü təqsirli bilməsini, borcunu hissə-hissə ödəyəcəyini, himayəsində azyaşlı uşağnın olmasını nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Bundan əlavə, məhkəmənin qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqlarının müdafiəsi məhkəmə istintaq zamanı Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 məhkəmə istintaqı zamanı göstərilmiş 6 (altı) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabına Vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 66 (altmış altı) manat məbləğində pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 12-13, 31,32- 33,40,43.1,48-50-ci və 106-115-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 66 (altmış altı) manat məbləğində pul köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar