Məhkəmə qərarları › İş №3(034)-15/2023

Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-15/2023

02.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-15/2023 02.05.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi ilə, Zəngilan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakı ilə, xx.xx.1964-cü ildə Cəbrayıl rayonu, Minbaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşıdır, orta-ixtisas təhsillidir, fərdi əməklə məşğul olur, Cəbrayıl rayonu, Minbaşlı kəndində qeydiyyatdadır, Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, bina 3, mənzil 26-də məskunlaşan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələri ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə təxminən saat 10:50 radələrində ünvan 1 ünvana nalayiq söyüşlər söyərək onu əl-qol və təpiklə vurmağa başlamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Zəngilan rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X4 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs ərazilərinin sakinidir. Vətəndaş alkoqollu içkilərin aludəçisidir. Qonşular tez-tez bundan şikayət edirlər. İçki içərək küçədə nalayiq ifadələr işlədir. Zəngilan rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 yetiknlik yaşına çatmayanların işləri üzrə Kəmalə xanım və polis leytenantı X5 birgə İcra Hakimiyyəti qarşısında əraziyə çıxan zaman Məzahir arxa tərəfdən Əliyar Namazova yaxınlaşaraq onun paqonundan tutmuş, onun üzünə nalayiq ifadələr işlətmiş, ictimaiyyətin gözü qarşısında əl-qol atmışdır. İcra Hakimiyyətində işləyən xanımlar və digər şəxlər bu hadisəni görmüş və onlar lazım olarsa şahid kimi məhkəmədə iştirak etmək istədiklərini bildirmişlər. Məzahir hər gün içkili vəziyyətdə olur və bu cür hərəkətlərini davam etdirir. O, alkoqollu içkilərin təsirindən ərazidə nalayiq ifadələr işlədir. Polis əməkdaşı Əliyar Namazovun verdiyi raporta əsasən protokol tərtib olunmuş və iş Zəngilan Rayon Məhkəməsinə daxil olmuşdur. Şəxsin verdiyi ifadədə döymə və sair kimi hərəkətlər olmamışdır. Şəxs içkili olduğundan tibbi komissiyaya aparılmış və onun içkili olması barədə akt tərtib edilmişdir. Şəxs içkili olaraq polis əməkdaşına nalayiq ifadələr işlətmiş, hətta şöbənin özündə də bu hərəkətlərini təkrar etmişdir. Şəxsə qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki təzyiq olmamışdır. Şəxsi ekspertizaya bu gün aparmışlar. Hadisə səhər saat 10:50 radələrində olmuşdur. Şəxs əl-qol ataraq özü şöbəyə gəlmək istəməmişdir. Sonda protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmədən şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq, ədalətli qərar çıxarılmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, o, polis əməkdaşlarından onu həkimə aparıb yoxlanış etmələrini xahiş etmişdir. 5 nəfər polis işçisi onun əlini qandalla bağlayıb onu döymüşlər. Polis yalan danışır. Evinə gedən zaman yolda bunları görmüş, həmin vaxtı əlində 3 kq tərəvəz olmuş və onlara «mənə 25 günlük həbs verdiniz mən artıq çıxmışam” demişdir. Burda danışan polis Rəşad orda olmamışdır, orda başqa 5-6 nəfər polis əməkdaşı olmuşdur. Onlara qoyduqları hörmətə görə çox sağ ol demişdir ki, iki nəfər polis əməkdaşı onun kürək və qarın nahiyyəsində vurmağa başlamışdır. O, polis əməkdaşının paqonunu cırmamışdır. Onu sonra bölməyə aparmış və bölmədə onu təpik və yumruqla döyməyə başlamışlar, nəfəsi kəsilmişdir. Onu iki polis bölməyə aparmış, polislərə özü gedər desə də onu buraxmamışlar. Onu şöbədə döyərkən elə bil əllərinə erməni əsiri düşmüşdür. Bu gün polis ondan izahat almamış, sadəcə imza etmişdir. Onu polislərin apardığını qonşular təsdiq edə bilərlər. Belə ki, meyvə satan Umudvar və Ataxan görmüşlər. Polis tərəfndən döyülmüş, izahatını isə o verməmişdir. Bir kəlmə onlara çox sağ olun, ona 25 günlük həbs verməklərini demiş və bundan sonra onu döyməyə başlamışlar. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs törətdiyi əməldən səmimi olaraq peşman olmasını nəzərə alaraq, ona həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, şəxs onların ərazisində yaşayan sakindir və onunla heç bir qohumluq əlaqələri yoxdur. Saat 10:50 radələri olardı ki, o, X5, yetiknlik yaşına çatmayanların işləri üzrə komissiyanın nümayəndəsi Kəmalə xanım və İcra Hakimiyyətinin digər nümayəndələri ilə birgə gedən zaman Məzahir ona yaxınlaşmış, ona 25 günlük həbs verdiklərini, ondan əl çəkməyəcəyini, onu öldürəcəyi ilə hədələmiş, ünvanına təhqirəramiz ifadələr işlətməyə başlamışdır. Məzahirə uzaqlaşmasını, camaatın yığışıb onlara baxmasını demişdir. Hətta İcra Hakimiyyətindən gəlib şahid kimi ifadə vermək istəyənlər olmuş, lakin o gətirməmişdir. Məzahir ona əl-qol atmış, təpik vurmuşdur. İlk öncə onlar Məzahiri bölməyə gəlməyə dəvət etmişdir. Lakin o, öz hərəkətlərini davam edərək onu təhqir etmiş və onu bölməyə gətirmişlər. Onun spirtli içki içməsi məlum olmuş və bununla bağlı raport yazmışlar. Məzahir bölməyə getmək istəməmiş, qoluna girib aparmışlar. Polisdə heç kim onu vurmamışdır. Şəxs polislər tərəfindən döyülməsi barədə 102 xidmətinə yığıb yalandan məlumat vermişdir. Bu işlə bağlı onlar Daxili İşlər Nazirliyinə müraciət etmiş, araşdırılmış və heç bir şey olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zəngilan rayon Polis Şöbəsinin PPXT-nin komandir müavini, polis leytenantı X5 ifadəsində bildirmişdir ki, şəxs ərazilərində yaşayan sakindir, onunla heç bir qohumluq əlaqələri yoxdur. Saat 10:50 radələrində o, X3, yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyasının nümayəndəsi Kəmalə xanım və İcra Hakimiyyətinin 5 əməkdaşı ilə birlikdə 3-cü binaya yaxınlaşmışlar. Hardasa polis bölməsindən 500 metr uzaqlaşmışlar ki, təqsirləndirilən şəxs onlara yaxınlaşmışdır. Elə bilmişdir ki, görüşməyə yaxınlaşmışdır. Namazova yaxınlaşan kimi onu nalayiq ifadələrlə təhqir etməyə başlamış, paqonunu dartmışdır. Vəziyyətin cidiləşməsini görüb müdaxilə etmişlər. Şəxs Namazova təpik atmışdır. Onun qolundan tutub bölməyə gətirmiş və izahatını almışlar. Polis əməkdaşını ictimai yerdə təhqir etdiyi üçün onun barəsində Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə cinayət işi açılmasını təklif etmişlər. Şəhərciyin sakini olduqları üçün hümanistlik edərək cinayət işi açmamışlar. Məzahir onları ölümlə hədələmişdir. Bölməyə getmək istəməmiş, onlara müqavimət göstərmişdir. Polis idarəsində Məzahiri döyməmişlər. Şəxs həmin inzibati xətanı törətməsi Zəngilan Rayon Polis Şöbəsinin İTB-nin rəisi polis leytenantı X4 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli İnzibati xəta haqqında protokolu, özünün izahatı, şahid ifadədəlri və iş materiallarında olan digər materiallar ilə tam sübuta yetdiyindən o, bu maddələrlə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarına əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair xx.xx.2023-cü il tarixli A/662 nömrəli protokoldan görünür ki, Şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Azərbayan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələbinə görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Enyi Məcəllənin 33.1.2-ci maddəsinin tələbinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hallar hesab edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə təxminən saat 10:50 radələrində məskunlaşdığı Zəngilan şəhərciyində yerləşən 3 saylı binanın yaxınlığında xidmət aparan Zəngilan rayon Polis Şöbəsinin xidmət üzrə baş inspektoru X1 arxa tərəfdən yaxınlaşaraq onun paqonundan tutmuş, ictimaiyyətin gözü qarşısında xidmət başında olan polis əməkdaşına qarşı nalayiq ifiadələr işlətmiş, ona təpik vurmuş, polis əməkdaşları tərəfindən ona qanunun tələblərinə riayət etməsi təklif olunmuş, lakin Şəxs içkili vəziyyətdə olduğundan bu cür intizamsız hərəkətlərini davam etdirmişdir, polis əməkdaşlarının polis şöbəsinə getməsi tələblərinə məhəl qoymamışdır. Onun içkili olması barəsində tərtib edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair xx.xx.2023-cü il tarixli A/662 nömrəli protokolda öz əksini tapmışdır. Məhkəmə araşdırması zamanı o da məlum olmuşdur ki, eyni xətanı Şəxs xx.xx.2023-cü il tarixdə törətmişdir. Belə ki, o, Zəngilan şəhərciyi ərazisində bu cür hərəkətlərini davam etdirmiş, barəsində Azərbyacxan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri inzibati protokol tərtib edilmiş və inzibati material baxılması üçün Zəngilan Rayon Məhkəməsinə göndərilmiş, Zəngilan Rayon Məhkəməsinin 3(034)-9/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə o, Azəbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 25 gün müddətinə inzibati həbs edilmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini,eyni xətanı təkrar olaraq törətməsini onun məsuliyyətinri ağırlaşdıran hal kimi nəzərə alıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Həbsetmənin əvvəli Şəxs faktiki tutulduğu andan, yəni 02.05. 2023-cü il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32,40,48-50-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 30 (otuz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 02 may 2023-cü il tarixdən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayonu Pols İdarəsinin müvəqqəti saxlanma yerinə təhvil verilsin. Qərarın surəti Şəxs və onun vəkilinə təqdim edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar