Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-152/2025 17.12.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin inzibati xəta haqqında iş üzrə qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin inzibati xəta haqqında iş üzrə qərarlarından şikayətlə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, “Yol hərəkəti qaydaları və yol yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 31053065 nömrələi qərarın ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 şikayəti müdafiə edərək izahatında bildirmşdir ki, xx.xx.2025-ci il tarixində DYP əməkdaşı tərəfindən onun avtomobili barədə EQ 31053065 nömrəli protokol tərtib olunmuş, yolda heç bir velisoped zolağı olmadığı halda DYP əməkdaşı İXM-nin 346.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair inzibati protokol tərtib edilmişdir. Qeyd etdiyi kimi yolda heç bir velisoped zolağı (1.26 nişanlanma xətti) olmadığı halda ona bu protokolla nəzərdə tutulmuş 100 manat cərimə məbləğindən (əlavə hesablanan dəbbə pulu daxil olmaqla) və 2 cərimə balından qətiyyən narazıdır.Çünki AR İXM-də dəyişiklik edilməsi barədə Milli Məclisin qərara aldığı “ Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikikdə 15-1 nömrəli bənddə velisoped zolağının və velisoped cığırının mütləq şəkildə 1.26 nişanlanması ilə işarənməli olduğu qeyd edilmişdir. Velisoped zolağı olmadığı halda ona necə cərimə yazılmış, həmin yola ümumiyyətlə maşın daxil ola bilməz. Velisoped zolağının və velisoped cığırının mütləq şəkildə 1.26 nişanlanması ilə işarənməli olduğu yer bildirilir. Yolun başında velisopedin işarəsi var.Orda giriş qadağandır işarəsi olmamışdır. xx.xx.2025-ci ilə DİN-nə cərimə ilə bağlı müraciət etmiiş, müraciəti araşdırılması üçün Yasamal rayon Polis İdarəsinə göndərilmişdir. Sonda isə məhkəmədən protokol əsasında qəbul edilmiş qərarın ləğv olunmasını xahiş etdi. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş «Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” EQ 31053065 nömrəli, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-53/2-54738/11 nömrəli məktubundan görünür ki, şikayətçinin müraciəti əsasında tərəflərindən aparılmış araşdırma zamanı xx.xx.2025-ci il tarixdə «BMV» markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə zidd olaraq Azərbaycan Respublikasının İXM-nin 346.7-ci maddəsinin tələbinə uyğun EQ 31053065 saylı elektron qərar əsaslı olaraq qəbul edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən «inzibati xəta hadisəsi olmadıqda», «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 128.1-ci maddəsinin tələbinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən isə şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbinə görə bu Məcəllənin135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Eyni Məcəllənin 135.1.1-ci maddəsinin tələbinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Eyni Məcəllənin 135.1.5-1-ci maddəsinin tələinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.7-ci maddəsinin tələbinə görə velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin velosiped yolunda dayanmasına və durmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin, hazırkı iş üzrə araşdırma zamanı məlum olmuşdur ki, şəxsin həmin maddə ilə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi əsassızdır. Çünki qanunvericilikdə bir başa qeyd eilmişdir ki, velisoped zolağının və velisoped cığırları mütləq şəkildə 1.26 nişanlanması ilə işarələnməlidir. İşarələnmə olduğu halda həmin yolla avtomobillərin girməsi qadağandır. İş materiallarında olan foto şəkillərdən görünür ki, yolun başında velisoped işarəsi olsada, həmin yol velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin hərəkət zolağları ilə işarələnməmiş, həmçinin yola giriş qadağandır işarəsi yoxdur, bu da qərarırın ləğv olunması üçün əsasddır. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən tərtib edilmiş «Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” EQ 31053065 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayəti təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən tərtib edilmiş «Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” EQ 31053065 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №3(034)-152/2025
Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-152/2025
17.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver