Məhkəmə qərarları › İş №3(034)-154/2025

Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-154/2025

29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-154/2025 29.12.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Zəngilan rayon prokurorunun köməkçisi X1 iştirakları ilə, Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Zəngilan rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta ilə bağlı xx.xx.2025-ci il tarixli qərar üzrə inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün Zəngilan rayon prokurorluğu məhkəməyə müraciət etmişdir. Zəngilan rayon prokurorluğu inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2025-ci il tarixli qərarını onunla əsaslandırmışdır ki, vəzifəli şəxs - "xxxx" MMC-nin briqadiri vəzifəsində işləyən Şəxs tərəfindən “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 10.1 və 10.7-ci bəndlərinin tələbləri pozularaq, həmin MMC-də quraşdırıcı vəzifəsində işləyən Zərərçəkmiş şəxs hündürlükdə yerləşən sahədə işlərin görülməsində istifadə etdiyi nərdivanı dayanıqlı vəziyyətdə quraşdırmamasına və işi nərdivanın pillələri üzərində dayanmaqla icra etməsinə yol verilməsi, sonuncunun xx.xx.2025-ci il tarixdə Zəngilan rayonu, Məmmədbəyli kəndi ərazisində işləyərkən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət almasına səbəb olmuş, bununla da, briqadir Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir.Qeyd olunanlar Şahid2, Şəxs, Şahid1 və Zərərçəkmiş şəxs izahatları, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” Birliyinin Mərkəzi Məhkəmə-Tibbi Ekspertizalar şöbəsinin xx.xx.2025-ci il tarixli, 545/MEŞ nömrəli və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/7798 nömrəli ekspert rəyləri ilə təsdiq edilir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların 111-C-25 nömrəli material üzrə rayon prokurorluğunda aparılmış araşdırma nəticəsində aşkar edilməsidir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas Azərbaycan Respublikası İXM-in 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olması və inzibati icraatı rədd edən halların olmamasıdır.Araşdırma zamanı Zərərçəkmiş şəxs rayon prokurorluğuna verdiyi izahatında göstərmişdir ki, o, 2025-ci ilin təxminən sentyabr ayından etibarən Zəngilan rayonu ərazisində fəaliyyət göstərən "xxxx" şirkəti ilə bağladığı əmək müqaviləsi əsasında quraşdırıcı kimi günəş panellərinin quraşdırılmasını həyata keçirir. xx.xx.2025-ci il tarixdə, saat 16 radələrində Zəngilan rayonu, Məmmədbəyli kəndində yerləşən fərdi yaşayış evində evin girişindəki çöl qapısının üstünə nərdivanla qalxaraq həmin evin damına quraşdırılmış günəş panellərinə bağlı olan kabellərin yığıldığı “invertor” adlı qutunu qapının üstündə divara drel vasitəsilə bərkidən zaman döşəmə kafel olduğundan üzərində durduğu əldə düzəlmə taxta nərdivan sürüşdüyü üçün yıxılaraq qabırğasının nərdivana dəyməsi nəticəsində xəsarət almışdır. İş yoldaşı Şahid2 əvvəl onu Ağalı Ailə Sağlamlıq Mərkəzinə, oradan isə Füzuli rayon Mərkəzi Xəstəxanasına aparmış və həmin xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra istirahət üçün evə buraxılmışdır. xx.xx.2025-ci il tarixdə isə Goranboy rayon Mərkəzi Xəstəxanasına gedib orada da müayinə olunmuşdur. Zəngilan rayonu ərazisində işləyən zaman onun tərəfindən görülən işlərə nəzarət "xxxx" şirkətində briqadir kimi işləyən Şəxs tərəfindən həyata keçirilmiş və işlə bağlı göstərişlər də sonuncu tərəfindən verilmişdir. Xəsarət alması ilə nəticələnən işin görülməsi ilə əlaqədar göstəriş briqadir Şəxs tərəfindən verilmişdir. Belə ki, onların həmin kənddə bir neçə evdə qalıq işləri qalmışdı ki, o da daxil olmaqla işçilərə həmin işləri yekunlaşdırmalarına dair Şəxs ümumi göstəriş vermişdi. "xxxx" MMC ilə “AS İnşaat“ şirkəti arasında bağlanan subpodrat müqaviləsinə əsasən, subpodratçı "xxxx" MMC sifarişçi “AS İnşaat” şirkəti tərəfindən verilən tapşırıqları, yəni yaşayış evlərinə günəş panellərinin quraşdırılması işini öz öhdəliyinə götürmüşdür. Buna görə də, o da daxıl olmaqla "xxxx" MMC-nin işçiləri əməyin mühafizəsinə dair qaydalarla həm şifahi, həm yazılı, həm də praktiki olaraq SƏTƏM üzrə menecer Elçin Hüseynov tərəfindən tanış edilib təlimatlandırılırlar. Əməyin mühafizəsinə dair qaydalarla bağlı təlimatların nəzərdə tutulduğu müvafiq sənədlər mövcuddur. O da daxil olmaqla "xxxx" MMC-nin işçiləri həmin sənədlərə təlimatda iştirak etmələri və qaydalarla tanış olmaları ilə əlaqədar imza çəkirlər. Əməyin mühafizəsinə dair qaydalarla əlaqədar təlimatlandırılarkən günəş panellərini quraşdıran zaman qarşılaşa biləcəkləri hadisələr, elektrik naqilləriylə, habelə işləmə qaydaları, bu zaman təhlükəsizliklə bağlı görülməli olan tədbirlər və gördüyü işlə bağlı digər diqqət edilməli olan nüanslar izah edilmiş, yanğınsöndürmə tədbirlərinin həyata keçirilməsi üsulları ilə əlaqədar praktiki təlimlər keçirilmişdir. "xxxx" MMC tərəfindən o da daxil olmaqla işçilər ucu dəmirdən olan iş ayaqqabıları, əlcəklər, hündürlükdə iş görən zaman istifadə edilən qoruyucu kəmər kimi mühafizə vasitələri ilə təmin edilirlər. O, xəsarət alması ilə nəticələnən hadisə zamanı iş ayaqqabısı və əlcəklərdən istifadə etsə də, qoruyucu kəmərdən istifadə etməmişdir. Belə ki, onun bildiyinə görə, hündürlük məsafəsi 1.5 metrdən yüksək bir yerə qalxaraq işlədikləri zaman qoruyucu kəmərdən istifadə məcburidir. Onun iş gördüyü hündürlük yaşayış evinin çöl qapısının üstündə, yəni təxminən 1 metrdən az bir hündürlüyə qalxaraq işlədiyi üçün həmin vaxt qoruyucu kəmərdən istifadə edilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən də o, həmin vaxt qoruyucu kəmərdən istifadə etməmişdir. Xəsarət alması ilə nəticələnmiş hadisə zamanı ətrafda birlikdə işlədiyi Şahid2 başqa heç kim olmamışdır. Briqadir Şəxs ailə vəziyyəti ilə əlaqədar şirkət rəhbərliyindən icazə alaraq xx.xx.2025-ci il tarixdə Bakı şəhərinə getdiyi üçün hadisənin birbaşa şahidi olmamışdır. Həmin icazənin "xxxx" MMC tərəfindən hər hansı sənəd əsasında rəsmiləşdirilib-rəsmiləşdirilmədiyi ilə bağlı isə onun heç bir məlumatı yoxdur. xx.xx.2025-ci il tarixdə baş verən hadisə nəticəsində onun aldığı xəsarətin səbəbi nərdivanı döşəməsi kafel olan yerə qoyaraq istifadə etməyi olmuşdur. Belə ki, nərdivan sürüşdüyü üçün yıxılaraq xəsarət almışdır. Araşdırma zamanı Şahid2, Şəxs və Şahid1 rayon prokurorluğuna Zərərçəkmiş şəxs ilə eyni məzmunlu izahatlar təqdim etmişlər. Bundan başqa, Şəxs rayon prokurorluğuna verdiyi əlavə izahatında göstərmişdir ki, o, Zərərçəkmiş şəxs fəaliyyətində texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifələrini icra edən briqadir kimi nərdivandan istifadə zamanı hansı mühafizə qaydalarına riayət edilməli olduğunu bilmədiyi üçün Zərərçəkmiş şəxs həmin qaydaları pozaraq işləməsinə yol vermişdir. Şəxs rayon prokurorluğuna təqdim etdiyi əmək müqavilələrindən görünür ki, xx.xx.2025-ci il tarixdə Şahid2 və Zərərçəkmiş şəxs quraşdırıcı vəzifəsinə, Şəxs isə briqadir vəzifəsinə "xxxx" MMC-də işə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə rayon prokurorluğuna daxil olmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” Birliyinin Mərkəzi Məhkəmə-Tibbi Ekspertizalar şöbəsinin xx.xx.2025-ci il tarixli, 545/MEŞ nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət - sağdan X qabırğanın natamam sınığı ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının küt travması bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə törənə bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. xx.xx.2025-ci il tarixdə rayon prokurorluğuna daxil olmuş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli məhkəmə-texniki təhlükəsizlik ekspertizası rəyində göstərilmişdir ki, Zəngilan rayonu, Məmmədbəyli kəndində yerləşən fərdi yaşayış evində hündürlükdə yerləşən sahədə işlərin görülməsində istifadə olunmuş nərdivanın dayanıqlı vəziyyətdə quraşdırılması təmin edilmədiyinə və işçinin işi nərdivanın pillələri üzərində dayanmaqla icra etməsinə yol verildiyinə görə, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydalan”nın 10.1 və 10.7-ci bəndlərinin tələbləri "xxxx" MMC-nin vəzifə təlimatlarına görə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifələri həvalə edilmiş əməkdaşı tərəfindən pozulmuşdur. 111-C-25 nömrəli araşdırma materialı üzrə qəbul edilən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs aldığı xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər qrupundan olmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1 -ci maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaratmır. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinin tələblərinə görə, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Belə ki, dövlət hakimiyyətinin nümayəndəsi aksiyasım həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun c araq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati- :əsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq əaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən əməyin mühafizəsi qaydalarının pozulması inzibati xətasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 4 ay keçənədək verilə bilər.Eyni zamanda, Azərbaycan Respublikası İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət şinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının ■ədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci 3 ay keçənədək verilə bilər.Azərbaycan Respublikası İXM-in 43-cü maddəsinə görə, həmin Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxır. Odur ki, "xxxx" MMC-də briqadir vəzifəsində işləyən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmalı və baxılması üçün aidiyyəti üzrə Zəngilan rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Zəngilan rayon prokurorunun köməkçisi X2 izahatında qərarı müdafiə edərək bildirmişdir ki, vəzifəli şəxs – "xxxx" MMC-nin briqadiri vəzifəsində işləyən Şəxs tərəfindən “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 10.1 və10.7-ci bəndlərinin tələbləri pozularaq, həmin MMC-də quraşdırıcı vəzifəsində işləyən Zərərçəkmiş şəxs hündürlükdə yerləşən sahədə işlərin görülməsində istifadə etdiyi nərdivanı dayanıqlı vəziyyətdə quraşdırmamasına və işi nərdivanın pillələri üzərində dayanmaqla icra etməsinə yol verilməsi, sonuncunun xx.xx.2025-ci il tarixdə Zəngilan rayonu, Məmmədbəyli kəndi ərazisində işləyərkən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət almasına səbəb olmuş, bununla da, briqadir Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şahid2, Şəxs, Şahid1 və Zərərçəkmiş şəxs izahatları, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” Birliyinin Mərkəzi Məhkəmə-Tibbi Ekspertizalar şöbəsinin xx.xx.2025-ci il tarixli, 545/MEŞ nömrəli və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/7798 nömrəli ekspert rəyləri ilə təsdiq edilir. Araşdırma zamanı Zərərçəkmiş şəxs rayon prokurorluğuna verdiyi izahatında göstərmişdir ki, o, 2025-ci ilin təxminən sentyabr ayından etibarən Zəngilan rayonu ərazisində fəaliyyət göstərən "xxxx" şirkəti ilə bağladığı əmək müqaviləsi əsasında quraşdırıcı kimi günəş panellərinin quraşdırılmasını həyata keçirir. xx.xx.2025-ci il tarixdə, saat 16 radələrində Zəngilan rayonu, Məmmədbəyli kəndində yerləşən fərdi yaşayış evində evin girişindəki çöl qapısının üstünə nərdivanla qalxaraq həmin evin damına quraşdırılmış günəş panellərinə bağlı olan kabellərin yığıldığı “invertor” adlı qutunu qapının üstündə divara drel vasitəsilə bərkidən zaman döşəmə kafel olduğundan üzərində durduğu əldə düzəlmə taxta nərdivan sürüşdüyü üçün yıxılaraq qabırğasının nərdivana dəyməsi nəticəsində xəsarət almışdır. İş yoldaşı Şahid2 əvvəl onu Ağalı Ailə Sağlamlıq Mərkəzinə, oradan isə Füzuli rayon Mərkəzi Xəstəxanasına aparmış və həmin xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra istirahət üçün evə buraxılmışdır. xx.xx.2025-ci il tarixdə isə Goranboy rayon Mərkəzi Xəstəxanasına gedib orada da müayinə olunmuşdur. Zəngilan rayonu ərazisində işləyən zaman onun tərəfindən görülən işlərə nəzarət "xxxx" şirkətində briqadir kimi işləyən Şəxs tərəfindən həyata keçirilmiş və işlə bağlı göstərişlər də sonuncu tərəfindən verilmişdir. Xəsarət alması ilə nəticələnən işin görülməsi ilə əlaqədar göstəriş briqadir Şəxs tərəfindən verilmişdir. Belə ki, onların həmin kənddə bir neçə evdə qalıq işləri qalmışdı ki, o da daxil olmaqla işçilərə həmin işləri yekunlaşdırmalarına dair Şəxs ümumi göstəriş vermişdi. "xxxx" MMC ilə “AS İnşaat“ şirkəti arasında bağlanan subpodrat müqaviləsinə əsasən, subpodratçı "xxxx" MMC sifarişçi “AS İnşaat” şirkəti tərəfindən verilən tapşırıqları, yəni yaşayış evlərinə günəş panellərinin quraşdırılması işini öz öhdəliyinə götürmüşdür. Buna görə də, o da daxil olmaqla "xxxx" MMC-nin işçiləri əməyin mühafizəsinə dair qaydalarla həm şifahi, həm yazılı, həm də praktiki olaraq SƏTƏM üzrə menecer Elçin Hüseynov tərəfindən tanış edilib təlimatlandırılırlar. Əməyin mühafizəsinə dair qaydalarla bağlı təlimatların nəzərdə tutulduğu müvafiq sənədlər mövcuddur. O da daxil olmaqla "xxxx" MMC-nin işçiləri həmin sənədlərə təlimatda iştirak etmələri və qaydalarla tanış olmaları ilə əlaqədar imza çəkirlər. Əməyin mühafizəsinə dair qaydalarla əlaqədar təlimatlandırılarkən günəş panellərini quraşdıran zaman qarşılaşa biləcəkləri hadisələr, elektrik naqilləriylə, habelə işləmə qaydaları, bu zaman təhlükəsizliklə bağlı görülməli olan tədbirlər və gördüyü işlə bağlı digər diqqət edilməli olan nüanslar izah edilmiş, yanğınsöndürmə tədbirlərinin həyata keçirilməsi üsulları ilə əlaqədar praktiki təlimlər keçirilmişdir. "xxxx" MMC tərəfindən o da daxil olmaqla işçilər ucu dəmirdən olan iş ayaqqabıları, əlcəklər, hündürlükdə iş görən zaman istifadə edilən qoruyucu kəmər kimi mühafizə vasitələri ilə təmin edilirlər. O, xəsarət alması ilə nəticələnən hadisə zamanı iş ayaqqabısı və əlcəklərdən istifadə etsə də, qoruyucu kəmərdən istifadə etməmişdir. Belə ki, onun bildiyinə görə, hündürlük məsafəsi 1.5 metrdən yüksək bir yerə qalxaraq işlədikləri zaman qoruyucu kəmərdən istifadə məcburidir. Onun iş gördüyü hündürlük yaşayış evinin çöl qapısının üstündə, yəni təxminən 1 metrdən az bir hündürlüyə qalxaraq işlədiyi üçün həmin vaxt qoruyucu kəmərdən istifadə edilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən də o, həmin vaxt qoruyucu kəmərdən istifadə etməmişdir. Xəsarət alması ilə nəticələnmiş hadisə zamanı ətrafda birlikdə işlədiyi Şahid2 başqa heç kim olmamışdır. Briqadir Şəxs ailə vəziyyəti ilə əlaqədar şirkət rəhbərliyindən icazə alaraq xx.xx.2025-ci il tarixdə Bakı şəhərinə getdiyi üçün hadisənin birbaşa şahidi olmamışdır. Həmin icazənin "xxxx" MMC tərəfindən hər hansı sənəd əsasında rəsmiləşdirilib-rəsmiləşdirilmədiyi ilə bağlı isə onun heç bir məlumatı yoxdur. xx.xx.2025-ci il tarixdə baş verən hadisə nəticəsində onun aldığı xəsarətin səbəbi nərdivanı döşəməsi kafel olan yerə qoyaraq istifadə etməyi olmuşdur. Belə ki, nərdivan sürüşdüyü üçün yıxılaraq xəsarət almışdır. Məkkəmədən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə görə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərərçəkmiş şəxs məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Zəngilan rayon prokurorunun köməkçisi Anar Mahmudovun xx.xx.2025-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, toplanmış 111-C-25 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Zəngilan rayon prokuroru Qibləli Kərimovun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətəlar Məcəlləsinin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarında olan «Agas Group” MMC ilə Şəxs arasında xx.xx.2025-ci il tarixli əmək müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən o, briqadir vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” Birliyinin Mərkəzi Məhkəmə-Tibbi Ekspertizalar şöbəsinin xx.xx.2025-ci il tarixli, 545/MEŞ nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət sağdan X qabırğanın natamam sınığı ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının küt travması bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə törənə bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarın təsviri hissəində göstərilən şəraitdə, yəni hündürlükdən yıxılaraq yerin bərk örtüyünə və ya küt əşyaya dəyməsi nəticəsində törənə bilərdi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli məhkəmə-texniki təhlükəsizlik ekspertizası rəyindən görünür ki, Zəngilan rayonu, Məmmədbəyli kəndində yerləşən fərdi yaşayış evində hündürlükdə yerləşən sahədə işlərin görülməsində istifadə olunmuş nərdivanın dayanıqlı vəziyyətdə quraşdırılması təmin edilmədiyinə və işçinin işi nərdivanın pillələri üzərində dayanmaqla icra etməsinə yol verildiyinə görə, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydalan”nın 10.1 və 10.7-ci bəndlərinin tələbləri "xxxx" MMC-nin vəzifə təlimatlarına görə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifələri həvalə edilmiş əməkdaşı tərəfindən pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-nin briqadiri vəzifəsində işləyən vəzifəli şəxs Şəxs tərəfindən “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 10.1 və 10.7-ci bəndlərinin tələbləri pozulmuş və nəticədə həmin MMC-də quraşdırıcı vəzifəsində işləyən Zərərçəkmiş şəxs xəsarət almasına səbəb olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə, saat 16 radələrində Zəngilan rayonu, Məmmədbəyli kəndində yerləşən fərdi yaşayış evində evin girişindəki çöl qapısının üstünə nərdivanla qalxaraq həmin evin damına quraşdırılmış günəş panellərinə bağlı olan kabellərin yığıldığı “invertor” adlı qutunu qapının üstündə divara drel vasitəsilə bərkidən zaman döşəmə kafel olduğundan üzərində durduğu əldə düzəlmə taxta nərdivan sürüşdüyü üçün yıxılaraq qabırğasının nərdivana dəymiş, sonuncu hadisə nəticəsində sağdan X qabırğanın natamam sınığı ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının küt travması ilə nəticələnən xəsarətini almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci madəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə-min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32-33,40,43.1,48-50-ci və 106-115-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 1000 (min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar