Məhkəmə qərarları › İş №3(034)-155/2025

Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-155/2025

29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-155/2025 29.12.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Zəngilan rayon prokurorunun köməkçisi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin tələblərini pozması ilə əlaqədar Zəngilan rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə icraatın başlanması haqqında xx.xx.2025-ci il tarixli qərar üzrə barəsinə inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün Zəngilan rayon prokurorluğu məhkəməyə müraciət etmişdir. Zəngilan rayon prokurorluğu inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2025-ci il tarixli qərarını onunla əsaslandırmışdır ki, vəzifəli şəxs - "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən Şəxs “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 2.1 və 2.2-ci bəndlərinin tələblərini pozmaqla, "xxxx" MMC-də ekskavator operatoru işləyən Şahid1 tərəfindən “Hyundai Robex 210” markalı ekskavator texnikası ilə qazıntı işləri aparılarkən daimi təsirli təhlükəli istehsalat zonasına aid olan sahənin təhlükəsizlik nişanları və müəyyən edilmiş formada yazılar ilə nişanlanmasını təmin etmədiyinə görə, “Kalyon RSY Adi Ortaklığı Ticaret İşletmesi” şirkətinin Azərbaycan Respublikasındakı filialında mühəndis vəzifəsində işləyən Zərərçəkmiş şəxs Yusuf oğlunun xx.xx.2025-ci il tarixdə işləyərkən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarət almasına səbəb olmuş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qeyd olunanlar Zərərçəkmiş şəxs Yusuf oğlu, Şəxs, Şahid1, Şahid2 və X3 izahatları, Müdafiə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Füzuli regional Məhkəmə-X4 xx.xx.2025-ci il tarixli, 1261 nömrəli və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/7744 nömrəli ekspert rəyləri, həmçinin “Kalyon RSY Adi Ortaklığı Ticaret İşletmesi” şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli podrat müqaviləsi ilə təsdiq edilir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların 80-C-25 nömrəli material üzrə rayon prokurorluğunda aparılmış araşdırma nəticəsində aşkar edilməsidir.Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olması və inzibati icraatı rədd edən halların olmamasıdır. Araşdırma zamanı Zərərçəkmiş şəxs Yusuf oğlu rayon prokurorluğuna verdiyi izahatında göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdən, Zəngilan rayonu ərazisində fəaliyyət göstərən “Kalyon RSY” şirkətində mühəndis vəzifəsində işləyir. "xxxx" MMC ilə "Kalyon RSY” şirkəti arasında bağlanan subpodrat müqaviləsinə əsasən, sifarişçi qismində "Kalyon RSY” şirkətinin nümayəndələri, məsələn o və digər şəxslər subpodratçı kimi fəaliyyət göstərən "xxxx" MMC tərəfindən görülən işlərə ümumi nəzarət edir və MMC tərəfindən görülən işlərin keyfiyyətini yoxlayırlar. xx.xx.2025-ci il tarixdə, saat 16:40 radələrində o, Zəngilan rayonu, Ağbənd qəsəbəsində yerləşən 3 nömrəli tunelin çıxışında tikinti ərazisində görülən işlərə nəzarət edən zaman "xxxx" MMC-yə məxsus adını oilmədiyi ekskavator operatorunu görmüş və sonuncuya müvafiq ərazini göstərərək həmin yeri qazmasını istəmişdir. Operator idarə etdiyi “Hyundai Robex 210” markalı ekskavator texnikası ilə onun göstərdiyi yeri qazdığı zaman o, həmin operatora biraz daha sol istiqamətdə İşləməsini göstərmək üçün irəli gəldiyi vaxt operatorun idarə etdiyi texnikanın kovuşuna dəmir armatur parçası ilişmiş və həmin armatur kovuşdan çıxaraq həmin vaxt qazıntı yerindən ən azı təxminən 5-6 metr kənarda dayanan onun sağ diz nahiyəsinə dəymiş və nəticədə xəsarət almışdır. Onun xəsarət alması ilə nəticələnən hadisə zamanı ekskavator operatorunun onu görübgörməməsi barədə dəqiq məlumatı yoxdur. Onun bildiyinə görə, bu növ texnikalar fəaliyyətdə olan zaman həmin texnikadan təxminən 20-25 metr uzaqlıqda dayanmaq lazımdır. Belə ki, əgər texnikaya 20-25 metrdən daha yaxın məsafədə hər hansı bir insan varsa, operator həmin insanı gördüyü zaman texnika təhlükəsizlik qaydalarına riayət etmək məqsədilə fəaliyyətini dərhal dayandırmalıdır. "xxxx" MMC-nin işçilərinin fəaliyyətinə nəzarət həmin MMC-nin briqadir və sahə rəisləri tərəfindən həyata keçirilir. "xxxx" MMC ilə “Kalyon RSY” şirkəti arasında bağlanan subpodrat müqaviləsinə əsasən isə, mən operator və "xxxx" MMC-nin digər işçiləri tərəfindən görülən işlərin keyfiyyətinə nəzarəti həyata keçirirəm. O, sadəcə sahədə işlərin keyfiyyətlə yerinə yetirilməsinə nəzarəti həyata keçirir, "xxxx" MMC-nin işçilərinə işlə bağlı xüsusi hər hansı göstəriş vermir. “Kalyon RSY” şirkətində briqada nəzarətçisi vəzifəsində işləyən X6 rayon prokurorluğuna Zərərçəkmiş şəxs ilə eyniməzmunlu izahat vermişdir."xxxx" MMC-də direktor vəzifəsində işləyən Şəxs izahatında göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdən, Zəngilan rayonu ərazisində fəaliyyət göstərən "xxxx" MMC ilə direktor vəzifəsində işləyir. "xxxx" MMC ilə “Kalyon RSY” şirkəti arasında bağlanan subpodrat müqaviləsinə əsasən, sifarişçi qismində “Kalyon RSY” şirkətinin nümayəndələri, məsələn Türkiyə Respublikası vətəndaşı Zərərçəkmiş şəxs kimi şəxslər subpodratçı kimi fəaliyyət göstərən "xxxx" MMC tərəfindən görülən işlərə ümumi nəzarət edir və MMC tərəfindən görülən işlərin keyfiyyətini yoxlayırlar. xx.xx.2025-ci il tarixdə, səhər saatlarında adını xatırlamadığı işçilərdən biri ona zəng edərək Zəngilan rayonu ərazisində “Kalyon RSY” şirkətinin işçisi Zərərçəkmiş şəxsnm yıxıldığını və Şahid1 onun yanında olduğunu bildirmişdir. O, Şahid1 zəng etdikdə, sonuncu ekskavatorla yeri qazarkən Zərərçəkmiş şəxsnm yıxıldığını, lakin necə yıxılaraq xəsarət aldığını bilmədiyini demişdir. Zəngilan rayonu ərazisində fəaliyyət göstərən "xxxx" MMC-də işlədiyi dövrdə Şahid1 tərəfindən görülən işlərə nəzarət həmin MMC- də direktor kimi onun tərəfindən həyata keçirilir. Ərazidə isə, Şahid1 işlərinə nəzarət subpodrat müqaviləsinə əsasən, Zərərçəkmiş şəxs tərəfindən həyata keçirilir. Zərərçəkmiş şəxs özü şəxsən Şahid1 hadisənin baş verdiyi yerdə qazıntı işləri görülməsinə dair göstəriş vermiş, həmin vaxt o, sonuncuların yanında olmadığından onun Şahid1 qazıntı işlərinin görülməsinin tapşırıldığından daha sonra xəbəri olmuşdur. "xxxx" MMC-də ekskavator operatoru işləyən Şahid1 izahatında göstərmişdir ki, o, 2024-cü ilin oktyabr-noyabr aylarından etibarən Zəngilan rayonu ərazisində fəaliyyət göstərən "xxxx" MMC ilə bağladığı əmək müqaviləsi əsasında ekskavator operatoru kimi işləyir, onun operator kimi işi idarə etdiyi ekskavatorla yer qazmaqdan ibarətdir. Onun işlədiyi "xxxx" MMC ilə “Kalyon RSY” şirkəti arasında bağlanan subpodrat müqaviləsinə əsasən, sifarişçi qismində “Kalyon RSY” şirkətinin hansı vəzifədə işlədiyini bilmədiyi nümayəndələri, məsələn Türkiyə Respublikası vətəndaşı Zərərçəkmiş şəxs kimi şəxslər subpodratçı qismində “Horizon İnşaat" MMC tərəfindən görülən işlərə ümumi nəzarət edir, işçilər tərəfindən görülən işlərin keyfiyyətini yoxlayırlar. Belə ki, onun işlədiyi sahədə də “Kalyon RSY” şirkətinin rəhbər nümayəndəsi məhz Zərərçəkmiş şəxsdır. xx.xx.2025-ci il tarixdə, təxminən saat 17 radələrində o, Zəngilan rayonu, Vejnəli kəndi yaxınlığında yerləşən 3-cü (sonuncu) Tunelin çıxışında ekskavatorla yer qazarkən Zərərçəkmiş şəxs təxminən 6-7 metr məsafədə onun yaxınlığına gəlmiş və qazdığı hissənin dərinliyinə nəzər yetirirmiş. Bundan təxminən bir neçə dəqiqə sonra, o, işinə davam edərkən Zərərçəkmiş şəxs yıxılaraq yerdə oturduğunu görüb ekskavatoru dayandıraraq sonuncunun yanına getmişdir. O, yanına çatanda Zərərçəkmiş şəxs ayağa qalxıb heç nə olmadığını və ona işinə davam etməsini bildirib getmişdir. O, Zərərçəkmiş şəxs hansı şəraitdə nə səbəbdən yıxıldığını, habelə xəsarət alıb-almadığını görməmişdir. "xxxx" MMC-də işlədiyi dövrdə onun tərəfindən görülən işlərə nəzarət həmin MMC-də iş icraçısı kimi işləyən Murad adlı şəxs tərəfindən həyata keçirilmiş və işlə bağlı göstərişlər də sonuncu tərəfindən verilmişdir. Belə ki, Zərərçəkmiş şəxs da işlə bağlı göstərişləri Murad adlı iş icraçısına verir, sonuncu isə o da daxil olmaqla işçilərə icra etdirirmiş. Onlar qeyd edilən ərazidə qazıntı işləri apararkən təxminən 22 və ya 23 sentyabr 2025-ci il tarixdə Zərərçəkmiş şəxs özü şəxsən ona hadisənin baş verdiyi yerdə qazıntı işləri görülməsinə dair göstəriş vermişdir. Sonuncu ona həmin göstərişi verdiyi zaman Murad adlı iş icraçısı onların yanlarında olmamışdır. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş hadisə zamanı ətrafda ondan başqa heç kim olmamışdır. “Kalyon RSY” şirkətində əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə aparıcı mühəndis vəzifəsində işləyən Şahid2 izahatında göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdən, Zəngilan rayonu ərazisində fəaliyyət göstərən “Kalyon RSY” şirkətində əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə aparıcı mühəndis vəzifəsində işləyir. Horizon İnşaat” MMC ilə “Kalyon RSY” şirkəti arasında bağlanan subpodrat müqaviləsinə əsasən, sifarişçi qismində “Kalyon RSY” şirkətinin nümayəndələri, məsələn Türkiyə Respublikası vətəndaşı Zərərçəkmiş şəxs və digər şəxslər subpodratçı kimi fəaliyyət göstərən "Horizon İnşaat” MMC tərəfindən görülən işlərə ümumi nəzarət edir və MMC tərəfindən görülən işlərin keyfiyyətini yoxlayırlar. xx.xx.2025-ci il tarixdə, saat 16:40 radələrində “Kalyon RSY” şirkətində yol tikintisi üzrə mühəndis vəzifəsində işləyən Zərərçəkmiş şəxs xəsarət alması barədə ona məlumat verilmiş, Zərərçəkmiş şəxs hadisədən sonra təcili tibbi yardım avtomobili ilə xəstəxanaya göndərilmişdir. O, baş vermiş hadisə yerinə getdiyi zaman müəyyən etmişdir ki, "xxxx" MMC-də ekskavator operatoru vəzifəsində işləyən Şahid1 idarə etdiyi “Hyundai Robex 210” markalı ekskavator texnikası ilə yeri qazarkən :exnikanın kovuşuna dəmir armatur parçası ilişmiş və həmin armatur kovuşdan çıxaraq həmin vaxt qazıntı yerindən ən azı təxminən 6-7 metr kənarda dayanmış Zərərçəkmiş şəxs sağ diz nahiyəsinə dəymişdir. Daha sonra baş vermiş hadisəni tərtib edilmiş baxış aktı ilə 'əsmiləşdirməklə qeydiyyata almışdır. "xxxx" MMC-nin işçilərinin fəaliyyətinə həmin MMCnin briqadir və sahə rəisləri tərəfindən həyata keçirilir. "xxxx" MMC ilə “Kalyon RSY” şirkəti arasında bağlanan subpodrat müqaviləsinə əsasən isə, Zərərçəkmiş şəxs Şahid1 və "xxxx" MMC-nin digər işçiləri tərəfindən görülən işlərin keyfiyyətinə nəzarəti həyata keçirir. Müdafiə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Füzuli regional Məhkəmə-X4 xx.xx.2025-ci il tarixli, 1261 nömrəli ekspert reyində Zərərçəkmiş şəxs Yusuf oğlunun aldığı sağ qamış sümüyünün proksimal şöbəsinin sınığı xəsarətinin həm bərk küt əşyanın (əşyaların) xəsarət nahiyəsinə, həm də xəsarət nahiyəsinin bu cür əşyalara dəyməsindən törənməsi, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yetirilməsinin inkar olunmaması və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilməsi göstərilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/7744 nömrəli məhkəmə texnikitəhlükəsizlik ekspertizası rəyində göstərilmişdir ki, Zəngilan rayonu, Vejnəli kəndi yaxınlığında yerləşən 3-cü (sonuncu) tunelin çıxışında “Hyundai Robex 210” markalı ekskavator texnikası ilə qazıntı işləri aparılarkən daimi təsirli təhlükəli istehsalat zonasına aid olan sahənin təhlükəsizlik nişanları və müəyyən edilmiş formada yazılar ilə nişanlanması təmin edilmədiyinə görə, “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 2.1 və 2.2-ci bəndlərinin tələbləri həmin işin aparılması zamanı texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarının təmin olunması vəzifəsi həvalə edilmiş şəxs(lər) tərəfindən pozulmuşdur.“Kalyon RSY Adi Ortaklığı Ticaret İşletmesi” şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə "xxxx" MMC arasında bağlanmış 06.01,2025-ci il tarixli podrat müqaviləsinin 10.1.15-ci bəndində avadanlığın iş sahəsi daxilində və xaricində təhlükəsiz hərəkətininin müstəqil olaraq təşkil edilməsi, 10.1.17 və 10.1.18-ci bəndlərində isə Azərbaycan Respublikası Əmək Məcəlləsi və digər normativ aktların tələblərinə uyğun olaraq texniki təhlükəsizlik, əməyin mühafizəsi və ətraf mühitin mühafizəsi qaydalarına ciddi riayət olunmasının və bununla bağlı zəruri tədbirlərin görülməsinin təmin edilməsi öhdəlikləri podratçının, yəni "xxxx" MMC-nin üzərinə qoyulmuşdur. Həmçinin həmin müqavilənin 3 saylı əlavəsinin 3.1-ci (Sahə təhlükəsizliyi) bəndində göstərilmişdir ki, sahə təhlükəsizlik hasarı və nəzarət altında giriş strukturlarının təmin edilməsi, ətraf mühitin təhlükəsizliyinin təmin edilməsi öhdəliyi podratçının, yəni "xxxx" MMC-nin üzərinə qoyulmuşdur. 80-C-25 nömrəli araşdırma materialı üzrə qəbul edilən xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs Yusuf oğlunun Zəngilan rayonu ərazisində işləyərkən aldığı xəsarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər qrupundan olduğundan, material üzrə hər hansı cinayət tərkibinin olması təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinin tələblərinə görə, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Belə ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyridövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati- təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci 3 ay keçənədək verilə bilər.Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinə görə, həmin Məcəllənin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxır. Odur ki, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmalı və baxılması üçün aidiyyəti üzrə Zəngilan rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs nümayəndəsi (vəkili) Vəkil vəsatətlə məhkəməyə müraciət edərək, vəsatəti onunla əsaslandırmışdır ki, Zəngilan rayon prokuroru ədliyyə müşaviri Qibləli Kərimov tərəfindən vəzifəli şəxs-Horizon MMC-in direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə 18 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar baxılması üçün Zəngilan Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/7744 nömrəli məhkəmə texnikitəhlükəsizlik ekspertizası rəyində göstərilmişdir ki, Zəngilan rayonu, Vejnəli kəndi yaxınlığında yerləşən 3-cü (sonuncu) tunelin çıxışında “Hyundai Robex 210” markalı ekskavator texnikası ilə qazıntı işləri aparılarkən daimi təsirli təhlükəli istehsalat zonasına aid olan sahənin təhlükəsizlik nişanları və müəyyən edilmiş formada yazılar ilə nişanlanması təmin edilmədiyinə görə, “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydalarf’nın 2.1 və 2.2-ci bəndlərinin tələbləri həmin işin aparılması zamanı texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarının təmin olunması vəzifəsi həvalə edilmiş səxsflər) tərəfindən pozulmuşdur. Maraqlıdır, hadisə yerinə baxış keçirilmədiyi və araşdırma zamanı alınmış izahatlarda rəydə qeyd olunduğu kimi “...sahənin təhlükəsizlik nişanları və müəyyən edilmiş formada yazılar ilə nişanlanıb-nişanlanmaması izahatlarla müəyyən edilmədiyi halda ekspert necə “...sahənin təhlükəsizlik nişanları və miiəyyən edilmiş formada yazılar ilə nişanlanması təmin edilmədiyinə görə... ” qənaətinə gəlmişdir. Toplanmış materialdan görünür ki, müstəntiq və ya araşdırmanı aparan digər vəzifəli şəxs tərəfindən hadisə verinə baxış keçirilməmiş və izahatlarda sahənin təhlükəsizlik nişanları və müəyyən edilmiş formada yazılar ilə nişanlanıb-nişanlanmaması ilə bafilı heçnə qeyd olunmamışdır. Hadisə yerinə baxış keçirilməmişdirsə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.12,2025-ci il tarixli, 10/7744 nömrəli məhkəmə texniki-təhlükəsizlik ekspertizasının rəyi şübhə altına alınmalıdır. Çünki rəydə birbaşa qeyd olunur ki, “...sahənin təhlükəsizlik nişanları və müəyyən edilmiş formada yazılar ilə nişanlanması təmin edilməmişdir...”. Sual olunur ekspert nəyə əsasən sahənin təhlükəsizlik nişanları və müəyyən edilmiş formada yazılar ilə hişanlanmaması qənaətinə gəlmişdir. Bundan başqa xx.xx.2025-ci i! tarixli, 10/7744 nömrəli məhkəmə texniki-təhlükəsizlik ekspertizasının rəyinin “tədqiqat obyektlərinin göndərilmə şəklinə dair məlumat» hissəsində qeyd olunur ki, 17 noyabr 2025-ci il tarixdə 80-C-25 nömrəli material mərkəzə təqdim edilmişdir. “Tədqiqat prosesinin təsviri” hissəsində isə ekspertizaya təqdim olunmuş iş materialı kimi Kırmızı Lutfulla oğlunun izahatı 03 dekabr 2025-ci il tarixdə Zəngilan rayon prokurorunun köməkçisi Anar Mahmudov tərəfindən alınmışdır. Həqiqətən də Zərərçəkmiş şəxs hadisədən sonra 01 oktyabr 2025-ci il tarixdən 2025-ci ilin dekabr ayının əvvəllərinə qədər Türkiyə Cümhuriyyətində olduğunu nəzərə alaraq, izahatının 03 dekabr 2025-ci il tarixdə alınması real vaxt rejiminə uyğundur. Lakin 17 noyabr 2025-ci il tarixdə Məhkəmə Ekspertizası Mərkəzinə təqdim olunmuş 80-C-25 nömrəli materialda xronoloji ardıcıllıq baxımından 03 dekabr 2025-ci il tarixdə alınmış izahatın yer alması məntiqə uyğun deyildir və keçirilmiş ekspertizanın obyektivliyini şübhə altında qoyur. Odur ki, təkrar məhkəmə texnikitəhlükəsizlik ekspertizası təyin olunmalıdır. Materiala əlavə edilmiş Müdafiə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Füzuli regional Məhkəmə-X4 xx.xx.2025-ci il tarixli, 1261 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, Zərərçəkmiş şəxs Yusuf oğlunun aldığı sağ qamış sümüyünün proksimal şöbəsinin sınığı bərk küt əşyanın (əşyaların) həm xəsarət nahiyəsinə, həm də xəsarət nahiyəsinin bu cür əşyalara dəyməsindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və şəxsin məhkəmə-tibbi ekspertizası “özünün göstərdiyi” müddətdə (xx.xx.2025) və şəraitdə yetirilməsi inkar olunmur, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Rəydən göründüyü kimi qeyd olunan xəsarətin bərk küt əşyanın (əşyaların) xəsarət nahiyəsinə dəyməsindən yaxud da xəsarət nahiyəsinin bu cür əşyalara dəyməsindən törənmiş olmasına birmənalı cavab verilməmişdir. Bu isə o deməkdir ki, Zərərçəkmiş şəxs həmin xəsarəti Şahid1 izahatında qeyd etdiyi şəkildə yəni, yıxılaraq ala bilməsi fikri də inkar olunmur. Məlumdur ki, məhkəmə-tibbi ekspertizasının aparıldığı 20-23 oktyabr 2025-ci il tarixlərdə Kırmızı'Lutfullah Yusuf oğlu Azərbaycan Respublikasında deyil Türkiyə Cümhuriyyətində olmuşdur. Ümumiyyətlə, Lutfullah Kirhıizı hadisədən sonra 01 oktyabr 2025-ci il tarixdən 2025-ci ilin dekabr ayının əvvəllərinə qədər Türkiyə Cümhuriyyətində olmuşdur. Buradan da aydın olunur ki, Zərərçəkmiş şəxs Yusuf oğlu məhkəmə tibbi ekspertizasına şəxsən təqdim edilməmişdir. Lakin məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 1261 nömrəli ekspert rəyinin 2-ci vərəqinin 5-ci abzasında “... hazırda şikayəti xəsarət nahiyyəsində hərəkət zamanı cüzi ağrıdandır..”, “...müayinə olunan orta boylu, düzgün bədən quruluşlu, kafi qidalıdır. Sağ aşağı ətraf gips logenti ilə immobilizasiya olunmuşdur. Bədən səthində sözügedən hadisə ilə əlaqədar gözlə görünən digər hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmadı...” qeyd olunmuşdur. Rəyin nəticə hissəsində isə “....özüniin göstərdiyi müddətdə..." ifadəsi qeyd olunmuşdur. Qeyd olunanlardan belə görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertiza müayinəsinə “şəxsən” təqdim olunmuşdur. Bu zaman sual olunur, qeyd olunan tarixdə fiziki olaraq Azərbaycan Respublikasının ərazisində olmayan bir şəxs necə ola bilərdi ki, həmin tarixdə Müdafiə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 Füzuli regional Məhkəmə-X4 ekspert müayinəsində iştirak edir? Qeyd olunan səbəblərdən ekspertizasının Müdafiə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Füzuli regional Məhkəmə-X4 xx.xx.2025-ci il tarixli, 1261 nömrəli ekspert rəyi şübhə altına alınmalıdır və təkrar məhkəmə tibbi ekspertizası təyin olunmalıdır. Müvafiq ekspertiza rəyləri şübhə doğurduğundan təkrar məhkəmə-tibbi ekspertizası və təkrar texniki-təhlükəsizlik ekspertizasının təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Zəngilan rayon prokurorunun köməkçisi X7 inzibati xəta haqında iş üzrə icraatın başlanması haqqında qərarı müdafiə edərək izahatında bildirmişdir ki, vəzifəli şəxs - "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən Şəxs “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 2.1 və 2.2-ci bəndlərinin tələblərini pozmaqla, "xxxx" MMC-də ekskavator operatoru işləyən Şahid1 tərəfindən “Hyundai Robex 210” markalı ekskavator texnikası ilə qazıntı işləri aparılarkən daimi təsirli təhlükəli istehsalat zonasına aid olan sahənin təhlükəsizlik nişanları və müəyyən edilmiş formada yazılar ilə nişanlanmasını təmin etmədiyinə görə, “Kalyon RSY Adi Ortaklığı Ticaret İşletmesi” şirkətinin Azərbaycan Respublikasındakı filialında mühəndis vəzifəsində işləyən Zərərçəkmiş şəxs Yusuf oğlunun xx.xx.2025-ci il tarixdə işləyərkən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarət almasına səbəb olmuş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qeyd olunanlar Zərərçəkmiş şəxs Yusuf oğlu, Şəxs, Şahid1, Şahid2 və X3 izahatları, Müdafiə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Füzuli regional Məhkəmə-X4 xx.xx.2025-ci il tarixli, 1261 nömrəli və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/7744 nömrəli ekspert rəyləri, həmçinin “Kalyon RSY Adi Ortaklığı Ticaret İşletmesi” şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli podrat müqaviləsi ilə təsdiq edilir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların 80-C-25 nömrəli material üzrə rayon prokurorluğunda aparılmış araşdırma nəticəsində aşkar edilməsidir.Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olması və inzibati icraatı rədd edən halların olmamasıdır. Araşdırma zamanı Zərərçəkmiş şəxs Yusuf oğlu rayon prokurorluğuna verdiyi izahatında göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdən, Zəngilan rayonu ərazisində fəaliyyət göstərən “Kalyon RSY” şirkətində mühəndis vəzifəsində işləyir. "xxxx" MMC ilə "Kalyon RSY” şirkəti arasında bağlanan subpodrat müqaviləsinə əsasən, sifarişçi qismində "Kalyon RSY” şirkətinin nümayəndələri, məsələn o və digər şəxslər subpodratçı kimi fəaliyyət göstərən "xxxx" MMC tərəfindən görülən işlərə ümumi nəzarət edir və MMC tərəfindən görülən işlərin keyfiyyətini yoxlayırlar. xx.xx.2025-ci il tarixdə, saat 16:40 radələrində o, Zəngilan rayonu, Ağbənd qəsəbəsində yerləşən 3 nömrəli tunelin çıxışında tikinti ərazisində görülən işlərə nəzarət edən zaman "xxxx" MMC-yə məxsus adını oilmədiyi ekskavator operatorunu görmüş və sonuncuya müvafiq ərazini göstərərək həmin yeri qazmasını istəmişdir. Operator idarə etdiyi “Hyundai Robex 210” markalı ekskavator texnikası ilə onun göstərdiyi yeri qazdığı zaman o, həmin operatora biraz daha sol istiqamətdə İşləməsini göstərmək üçün irəli gəldiyi vaxt operatorun idarə etdiyi texnikanın kovuşuna dəmir armatur parçası ilişmiş və həmin armatur kovuşdan çıxaraq həmin vaxt qazıntı yerindən ən azı təxminən 5-6 metr kənarda dayanan onun sağ diz nahiyəsinə dəymiş və nəticədə xəsarət almışdır. Onun xəsarət alması ilə nəticələnən hadisə zamanı ekskavator operatorunun onu görüb-görməməsi barədə dəqiq məlumatı yoxdur. Onun bildiyinə görə, bu növ texnikalar fəaliyyətdə olan zaman həmin texnikadan təxminən 20-25 metr uzaqlıqda dayanmaq lazımdır. Belə ki, əgər texnikaya 20-25 metrdən daha yaxın məsafədə hər hansı bir insan varsa, operator həmin insanı gördüyü zaman texnika təhlükəsizlik qaydalarına riayət etmək məqsədilə fəaliyyətini dərhal dayandırmalıdır. "xxxx" MMC-nin işçilərinin fəaliyyətinə nəzarət həmin MMC-nin briqadir və sahə rəisləri tərəfindən həyata keçirilir. "xxxx" MMC ilə “Kalyon RSY” şirkəti arasında bağlanan subpodrat müqaviləsinə əsasən isə, mən operator və "xxxx" MMC-nin digər işçiləri tərəfindən görülən işlərin keyfiyyətinə nəzarəti həyata keçirirəm. O, sadəcə sahədə işlərin keyfiyyətlə yerinə yetirilməsinə nəzarəti həyata keçirir, "xxxx" MMC-nin işçilərinə işlə bağlı xüsusi hər hansı göstəriş vermir. Xəsarət az ağır olmuşdur. Zərərçəkmiş 25 sentyabr 2025-ci il tarixdə xəsarət almış, lakin şəxs həmin vaxt Respublika ərazsində olmamışdır. Onlara məlumat Əmək Müffətişliyindən daxil olmuşdur. Onlara daxil olan məlumat tibb müəssəsindən deyildir, buda hadisədən 1 ay sonraya təsadüf edir. Hadisə yerinə baxış hadisə yerinin müayinəsi onların üçün əhəmiyyət kəsb etdiyi müddətdə olur. Hadisə törədildiyi vaxt SƏTƏM mühəndisi Şahid2 hadisə yerinə gedib hadisə yerinin şəkillərini çəkmiş, bununla bağlı akt tərtib etmiş, izahat ala bildiyi şəxslərdən izahatını almışdır. Onlar texniki təhlükəsizliyi təyin edəndə texniki təhlükəsizliyə hadisə yerini fotoşəkilləri əlavə edilmiş formada təqdim olunmuşdur. Ekspert onun əsasında müəyyən etmişdir ki, ətrafda yazılı nişanlar yoxdur. Zərərçəkmiş şəxsin izahatını 3 dekabr tarixində almışdır. Zərərçəkmiş sağ ayağından xəsarət almışdır. Hadisə zamanı nəzarət edən şəxs şirkətin direktoru Şəxs olmuşdur. Sonda məhkəmədən inzibati xəta törətmiş şəxs Şəxs barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs nümayəndəsi (vəkili) Vəkil izahatında bildirmişdir ki, toplanmış materiallarda İXM-nin 198.3-cü maddəsinin tərkibi yoxdur. xx.xx.2025-ci il tarixdə olan inizibati xəta haqqında qərar ləğv edilməlidir. Məhkəmdən inzibati xəta haqqında qərarın ləğv edilməsini və icraata xitam verilməsi barədə qərarın çıxarılmasını xahiş edirlər. Prokrorluğun gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Belə ki, xəsarət almış Zərərçəkmiş şəxs özü izahatında "xxxx" MMC-ilə "xxxx" MMC ilə arasında bağlanan subpodrat müqaviləsinə əsasən sifarişçi qismində "xxxx" RSY şirkətinin nümayəndələri onun və digər şəxslər subpodratçı kimi fəaliyyət göstərən "xxxx" MMC tərəfindən görülən işlərə ümumi nəzarət edir və MMC tərəfindən görülən işlərin keyfiyyətini yoxlayırlar. xx.xx.2025-ci il tarixdə saat 16:40 radələrində Zəngilan rayonu Ağbənd qəsəbəsində yerləşən 3 nömrəli tunelin çıxışında tikinti ərazisində görülən işlərə nəzarət edən zaman "xxxx" İnşaat MMC-yə məxsus adını bilmədiyi ekskavator operatorunu görüb və ona müvafiq ərazini göstərərək həmin yeri qazmasını istəmiş, operator idarə etdiyi “Hyundai Robex 210” markalı ekskavator texnikası ilə onun göstərdiyi yeri qazdığı zaman onu həmin operatora idarə etdiyi texnikanın kovuşuna dəmir armatur parçası ilişmiş və həmin armatur kovuşdan çıxaraq həmin vaxt qazıntı yerindən ən azı təxminən 5-6 metr kənarda dayanan onun sağ diz nahiyəsinə dəymiş və nəticədə xəarət almışdır. Hadisə zamanı ekskavatorun kovuşunun hansı vəziyyətdə olduğuna fikir vermədiyini bu səbəbdəndə operatorun onu görüb-görmədiyi barədə dəqiq məlumatı olmamışdır. Həmin texnikadan 20-25 metr uzaqda dayandığını, lakin işə nəzarət etdiyi üçün həmin yerdə olduğunu qeyd etmişdir. Şahid1 isə izahatında tunelin çıxışında ekskavatorla yer qazarkən təxminən 6-7 metr məsafədə yaxınlığa gəlib və qazdığı hissənin dərinliyinə nəzər yetirməyə başalmışdır. Bundan bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs sanki yıxılaraq yerdə oturduğunu görüb ekskavatoru dayandıraraq sonuncunun yanına getmiş, yanına çatanda Zərərçəkmiş şəxs ayağa qalxıb heç nə olmadığını və işinə davam etməyini bildirmişdir. Zərərçəkmiş şəxs hansı şəraitdə nə səbəbdən yıxıldığını nədən xəsarət alıb-almadığını görməmişdir. Orada başqa bir şəxs xəsarət alsaydı bərkə bu qədər mübahisələndirilməzdi. Sadəcə bu adam işə nəzarət edəndir. Bundan başqa Zərərçəkmiş şəxs vəzifəli şəxs Şəxs arasında heç bir əmək hüququ münasibəti yoxdur. Prokrorluq tərəfindən inzibati xətalar haqqında toplanmış materiallara gəlinmiş nəticələr ümumu əhəmiyyətb kəsb edən hallar araşdırılmamışdır. Müstəntiq və hadisəni aparan digər vəzifəli şəxs tətəfindən hadisə yerinə baxış keçirilməmiş, lakin Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixdə ekspertiza rəyində göstərilmişdir ki, Zəngilan rayonu Vejnəli kəndinin yaxınlığında yerləşən 3-cü tunelin çıxışında “Hyundai Robex 210” markalı ekskovator texnikası ilə qazıntı işləri aparılarkən daimi təsiri təhlükəli istehsalat zonasına aid olan sahənin təhlükəsizlik nişanları və müəyyən edilmiş formada yazılar ilə nişanlanması təmin edilmədiyinə görə “Tikinti norma və qaydaları lll-4-80.4-cü fəsil.Tikintidə təhlükəsizlik texnikası qaydalarının 2.1,2.2 bəndlərinin tələbləri həmin işin aparılması zamanı texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarının təmin olunması vəzifəsi həvalə edilmiş şəxslər tərəfindən pozulmuşdur. Ekspertizanın rəyini şübhə altına alır, çünki ekspertə bununla bağlı hər hansı bir material təqdim olunmayıbsa ekspert nəyin əsasında rəy vermişdir. Əlavə texniki təhlükəsizlik ekspertizasının təyin olunmasını xahiş edirəm. Zərərəçəkmiş şəxs “Kalyon RSY” şirkətinin mühəndisidir. Tərəflər arasında müqavilə olmamışdır. Kalyon RSY ana şirkətdir, Horizon və digər şirkətlər bunların podratçılarıdır. Kalyon işi verir podratçıda işi yerinə yetirir, sadəcə olaraq Kalyonun mühəndisləri, iş icraçıları onlar işə ümümi nəzarəti həyata keçirirlər. Bu iş üzrə işin icraçısı Horizonda direktor Şəxsdır. Qazıntı işlərinə Horizon şirkəti nəzarət etməlidir. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs nümayəndəsi (vəkili) Vəkil məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs Yusuf oğlu, X6, Şahid1 və Şahid2 məhkəmə iclaslarnın yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayraq, onlar məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan «cinayət işinin başlanmasının rədd edilməsi haqıqnda» xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış 80-C-25 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallaırnda olan «inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında» xx.xx.2025-ci il tarixli qərarından görünür ki, vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Füzuli regional Məhkəmə-X4 xx.xx.2025-ci il tarixli, 1261 nömrəli ekspert reyindən görünür ki, Zərərçəkmiş şəxs Yusuf oğlunun almış olduğu xəsarət-sağ qamış sümüyünün proksimal şöbəsinin sınığı- bərk küt əşyanın (əşyaların) həm xəsarət nahiyəsinə, həm də xəsarət nahiyəsinin bu cür əşyalara dəyməsindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və şəxsin məhkəmə-tibbi ekspertizası zamanı özünün göstərdiyi müddətdə (xx.xx.2025) və şəraitdə yetirilməsi inkar olunmur, dərəcəsinə görə isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/7744 nömrəli, xx.xx.2025-ci il tarixli əmək təhlükəsizliyi tədqiqi ekspertizası rəyindən görünür ki, “Hyundai Robex 210” markalı ekskavator texnikası ilə qazıntı işləri aparılarkən daimi təsirli təhlükəli istehsalat zonasına aid olan sahənin təhlükəsizlik nişanları və müəyyən edilmiş formada yazılar ilə nişanlanması təmin edilmədiyinə görə baş vermiş hadisə ilə əlaqədar “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 2.1 və 2.2-ci bəndlərinin tələbləri pozulmuşdur. Zəngilan rayonu, Vejnəli kəndi yaxınlığında yerləşən 3-cü (sonuncu) tunelin çıxışında “Hyundai Robex 210” markalı ekskavator texnikası ilə qazıntı işləri aparılarkən daimi təsirli təhlükəli istehsalat zonasına aid olan sahənin təhlükəsizlik nişanları və müəyyən edilmiş formada yazılar ilə nişanlanması təmin edilmədiyinə görə baş vermiş hadisə ilə əlaqədar “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 2.1 və 2.2-ci bəndlərinin tələbləri həmin işin aparılması zamanı texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarının təmin olunması vəzifəsi həvalə edilmiş şəxs(lər) tərəfindən pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vəzifəli şəxs- "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən Şəxs “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları” nın 2.1 və 2.2-ci bəndlərinin tələblərini pozmaqla, "xxxx" MMC-də ekskavator operatoru işləyən Şahid1 tərəfindən “Hyundai Robex 210” markalı ekskavator texnikası ilə qazıntı işləri aparılarkən daimi təsirli təhlükəli istehsalat zonasına aid olan sahənin təhlükəsizlik nişanları və müəyyən edilmiş formada yazılar ilə nişanlanmasını təmin etmədiyinə görə, “Kalyon RSY Adi Ortaklığı Ticaret İşletmesi” şirkətinin Azərbaycan Respublikasındakı filialında mühəndis vəzifəsində işləyən Zərərçəkmiş şəxs Yusuf oğlunun xx.xx.2025-ci il tarixdə işləyərkən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarət almasına səbəb olmuş, bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin inzibati xətanın Şəxs tərəfindən törədilməsi zərərçəkmiş şəxs, şahid ifadələri ilə, həmçinin ekspert rəyləri ilə tam sübuta yetmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin tələbinə görə bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda-min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32-33,40,43.1,48-50-ci və 106-115-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-ciümaddəsi ilə təqsirli bilinərək, barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar