Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-19/2022 23.04.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Zəngilan Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakı ilə, xx.xx.1983-cü ildə Gədəbəy rayonu Söyüdlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, Gədəbəy rayonu Söyüdlü kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsi, M.Arif küçəsi 5, ev 6-da yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərini pozması ilə əlaqədar olaraq barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 22.04.2022-ci il tarixdə Zəngilan rayonu ərazisinə qadağan olunmuş yolla daxil olan zaman polis əməkdaşlarının qanuni tələbərinə tabe olmadığından polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Zəngilan Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X3 protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Zəngilan rayon Polis şöbəsinin post patrul xidməti taqımının polis nəfəri X4 tərəfindən tərtib edilmiş raporta əsasən 22.04.2022-ci il tarixdə təxminən saat 16.30 radələrində Zəngilan rayonu ərazisində yerləşən bir saylı post xidmətində «Mitsubishi L200» markalı ** KF *** dövlət nömrə nişanlı avtomobilin posta yaxınlaşdığını görüb saxlamış, həmin şəxslərin portal icazələri yoxlanılan zaman Şəxs və X2 işğaldan azad olunmuş ərazilərə icazəsiz daxil olduqlarını müəyyən etmiş, onların yanında olan Vüsal Əskərovun icazəsinin olmasına baxmayaraq, həmin şəxslərin işğaldan azad olunmuş ərazilərə icazəsiz daxil olmaları üçün şərait yaratması müəyyən edilmişdir. Daha sonra onların müəyyən edilmiş icazələrin olmaması halında nəyə görə bu ərazilərə daxil oluduqları barədə sual verilən zaman icazə alınmasını və onlara icazə verilməsədə burdan keçəcəklərini bildirmişlər. Uzun sürən mübahisədən sonra həmin şəxslərin sakitləşdirilməsinə baxmayraq polisin qanuni tələlərinə tabe olmayaraq intizamsız hərəkətlərini davam etdirdirdikləri üçün bu barədə polis nəfəri X4 tərəfindən şöbəyə məlumat verilmiş, daha sonra həmin şəxslər şöbəyə gətirilmiş və barələrində onun tərəfindən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 22.04.2022-ci il tarixdə Zəngilan rayonunda fəaliyyət göstərən “Haytaha” şirkətində texnikanın yağını dəyişmək məqsədilə əvvəlcədən tanıdığı Vüsal və Mübariz ilə birlikdə işğaldan azad olunmuş əraziyə yollanmışlar.Onlar bildirdilər ki, bu ərzilərə daxil olmağa onların heç bir icazələri yoxdur. Lakin onlar arxa yoldan istifadə edərək bəzi postlardan yayınmış və yollarına davam etmişlər. Zəngilan rayonu ərazisinə çatdıqda onları postda saxlamış və adlarını yoxlanılmışdır. Bundan sonra onlara icazələrinin olmaması bildirilmiş və onların bu ərazilərə necə daxil olmaları soruşulmuşdur. Onlara icazə alındıqları və onları buraxmasalarda buradan keçəcəklərini bildirmişlər. Uzun sürən söhbətdən sonra polis əməkdaşları onları polis şöbəsinə aparmışlar.Bundan sonra polis əməkdaşları tərəfindən barəsində inzibati protokol tərtib edilmişdir. Sonda inzibati xəta törətmiş şəxs törətdiyi əməldən səmimi peşman olmasını və məhkəmədən barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zəngilan rayon Polis şöbəsinin post patrul xidməti taqımının polis nəfəri X4 ifadəsində bildirmişdir ki, ərazidə xidmətdə olarkən «Mitsubishi L200» markalı ** KF *** dövlət nömrə nişanlı avtomobilin posta yaxınlaşdığını görüb saxlamış, avtomobilin içində üç nəfər şəxs olmuş, həmin şəxslərin portal icazələri yoxlanılan zaman Şəxs və X2 işğaldan azad olunmuş ərazilərə icazəsiz daxil olduqlarını müəyyən etmiş, X5 icazəsinin olmasına baxmayaraq, onları arxa yoldan istifadə edərək bəzi postlardan yayındırmış, postdan keçməyə və qadağan olunmuş əraziyə daxil olmağa çalışmışlar. Onları saxladıqları zaman uzaq yoldan gəldiklərini, qaytımaq istəmədiklərini, hardasa 20 dəqiqə mübahisə etdikdən sonra onları şöbəyə dəvət etmiş, izahatları alınmış və məhkəməyə gətirmişlər. Şəxs həmin inzibati xətanı törətməsi Zəngilan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X3 tərəfindən tərtib olunmuş 22.04.2022-ci il tarixli MN ******* saylı İnzibati xəta haqqında protokolu, özünün izahatı və iş materiallarında olan digər materiallar ilə tam sübuta yetdiyindən o, bu maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması onun özünün etirafı, iş üzrə dindirilmiş şahid ifadələri ilə tam sübuta yetirilmiş və onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərə qanunsuz daxil olaraq öz həyatınıda təhlükə altında qoymasını nəzərə alıb hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32,40,48-50-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 23 aprel 2022-ci il tarixdən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayonu Polis İdarəsinin müvəqqəti saxlanma yerinə təhvil verilsin. Qərarın surəti Şəxs və onun vəkilinə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №3(034)-19/2022
Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-19/2022
23.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver