Məhkəmə qərarları › İş №3(034)-21/2022

Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-21/2022

21.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-21/2022 21.07.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etibrnamə üzrə nümayəndəsi, vəkili X1 iştirakı ilə, «Kalyon RSY Ortaklığı Ticaret İşletmesi» şirkətinin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsinin tələblərini pozması barədə Zəngilan rayon prokurorluğundan daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «Kalyon RSY Ortaklığı Ticaret İşletmesi» şirkətinin Azərbaycan Respublikasındakı filialının (işə götürənin) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2022-ci il tarixli qərar üzrə inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün Zəngilan rayon Prokurorluğu məhkəməyə müraciət etmişdir. Zəngilan rayon prokurorluğu tərəfindən qəbul edilmiş 02 aprel 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın məzmunundan aydın olur ki, xx.xx.2022-ci il tarixdə “Kalyon RSY Adi Ortaklığı Ticaret İşletmesi” şirkətinin Azərbaycan Respublikasındakı filialının (VÖEN: **********) Zəngilan rayonu ərazisində apardığı yol çəkilişləri ilə bağlı Türkiyə vətəndaşı X2 tuneldə işləyən zaman ikinci boyun fəqərəsinin arxaya doğru travmatik yerdəyişməsi xəsarəti alması ilə bağlı rayon prokurorluğuna daxil olmuş xx.xx.2022-ci il tarixli məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, “Kalyon RSY Adi Ortaklığı Ticaret İşletmesi” şirkətinin Azərbaycan Respublikasındakı filialı (işə götürən) tərəfindən əmək fəaliyyətinə cəlb edilmiş Türkiyə vətəndaşı X2 öz diqqətsizliyi səbəbindən 0,20 metr hündürlükdən uzunluğu 1 metr olan dəmir borunun çiyninə düşməsi nəticəsində boyun nahiyəsinin küt travması, İİ boyun fəqərəsinin arxaya doğru 0,3 sm yerdəyişməsi xəsarəti almış, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olduğu müəyyən edilmişdir. 04-C-22 nömrəli material üzrə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, “Kalyon RSY Adi Ortaklığı Ticaret İşletmesi” şirkətinin Azərbaycan Respublikasındakı filialının (işə götürən) barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanması məsələsinə baxılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə X2 xəsarət aldığı zaman qeyd edilən şirkətlə əmək müqaviləsi mövcud olmamış, yalniz hadisə baş verdikdən sonra tərəflər arasında əmək müqaviləsi bağlanmışdır. Belə ki, Murad Gökbel xx.xx.2022-ci il tarixdə almasına baxmayaraq, xx.xx.2022-ci il tarixli sorğuya cavab olaraq təqdim edilmiş xx.xx.2022-ci il tarixli, “KR 112-03” nömrəli məktubda sonuncunun “Kalyon RSY Adi Ortaklığı Ticaret İşletmesi” şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə (işə götürən) xx.xx.2022-ci tarixində əmək müqaviləsi bağladığı göstərilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati məsuliyyətə səbəb olur. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Beləliklə, toplanmış materialdan müəyyən olunmuşdur ki, hüquqi ünvanı ünvan 1lığı Ticaret İşletmesi” şirkətinin Azərbaycan Respublikasındakı filialı (işə götürən) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X5 hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edərək Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 795 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında xx.xx.2016cı il tarixli Fərmanına əsasən İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(034)-21/2022 nömrəli qərardadı ilə «Kalyon RSY X6 Ticaret İşletmesi» şirkətinin Azərbaycan Respublikasındakı filialının (işə götürənin) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2022-ci il tarixli qərar üzrə araşdırmanın aparılması adiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə göndərilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən Zəngilan Rayon Məhkəməsinin xx.xx.2022-ci il arixli 3(034)-21/2022 nömrəli qərardadından apellyasiya şikayəti verilmiş və iş apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-339/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı apellyasiya şikayəti təmin edilmiş «Kalyon RSY X6 Ticaret İşletmesi» şirkətinin Azərbaycan Respublikasındakı filialının (işə götürənin) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2022-ci il tarixli qərar üzrə araşdırmanın aparılması adiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə göndərilməsinə dair Zəngilan Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 3(034)-21/2022 saylı qərardadı ləğv edilmiş, işə yenidən baxılması üçün material Zəngilan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili X4 «Kalyon RSY X6 Ticaret İşletmesi» şirkətinin Azərbaycan Respublikasındakı filialının (işə götürənin) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında işə xitam verilməsi və inzibati məsuliyyətdən azad edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, «Kalyon RSY X6 Ticaret İşletmesi» şirkətinin Azərbaycan Respublikasındakı filialının (işə götürənin) barəsində inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməlildir. Belə ki, iş materiallarından görünür ki, inzibati xəta hadisəsi xx.xx.2022-ci il tarixdə baş vermişdir və Zəngilan rayon Prokurorunun xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı ilə «Kalyon RSY X6 Ticaret İşletmesi» şirkətinin Azərbaycan Respublikasındakı filialının (işə götürənin) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Qərarda 04-C-22 nömrəli material üzrə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməsi göstərilsə də, cinayət işinin başlanması rədd edilməsi barədə qərarın sürəti iş materiallarına əlavə edilməmişdir. İnzibati xəta haqqında material Zəngilan rayon Məhkəməsinin icratına xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Zəngilan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qaytarılması barədə qərardadından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsində aidiyyət məsələsində fikir ayrılığına aydınlıq gətirildikdən sonra inzibati material baxılması üçün Zəngilan rayon Məhkəməsinə göndərilmişdir. Zəngilan rayon Prokurorunun xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı Sumqayıt Apellyasiya Məhkəməsindən Zəngilan rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixində daxil olmuşdur ki, inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, Azərbyacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin tələbinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Odur ki, qeyd olunanları inəzər alaraq məhkəmə hesab edir ki, «Kalyon RSY X6 Ticaret İşletmesi» şirkətinin Azərbaycan Respublikasındakı filialının (işə götürənin) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53,114-114, 128,129,130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: «Kalyon RSY X6 Ticaret İşletmesi» şirkətinin Azərbaycan Respublikasındakı filialının (işə götürənin) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar