Məhkəmə qərarları › İş №3(034)-21/2024

Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-21/2024

08.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-21/2024 08.04.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, X1 Bakı Nəqliyyat Agentliyi tərəfindən haqqında tətbiq edilmiş inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi barədə şikayətinə (ərizəsinə) baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət (ərizə) ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Bakı Nəqliyyat Agentliyi tərəfindən haqqında tətbiq edilmiş inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, sağlamlığında olan ağır problemlərlə əlaqədar olaraq xarici ölkəyə əməliyyata getməlidir. Onun bu müalicə üçün maddi vəsaiti çatmadığına görə avtomobilini satmaq məcburiyyətindədir. Lakin «Nissan Sunny» minik markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə Bakı Nəqliyyat Agentliyi tərəfindən qoyulmuş cərmələrin olması səbəbindən avtombilini sata bilmir. Ona görə də, məhkəmədən ağır xəstə olmasını, iki uşaq atası olmasını, yoldaşının işsiz olmasını nəzərə alaraq, avtomobil üzərindən cərimələrin götürülməsinə köməklik edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış X2 və inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsi gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Göstərilənlərə əsasən məhkəmə şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 20 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 20 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 20 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 20 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 20 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 40 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinin tələbinə görə şəxs tərəfindən dayanma və ya durma qaydalarını pozmağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 346.2-ci maddəsinə əsasən şəxs ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 idarə etdiyi «Nissan Sunny» minik markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəfələrlə qanunvericiliklə müəyyən edilmiş qaydada dayanma və ya durma qaydalarını pozmuş, bunun nəticəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən barəsində inzibati tənbeh vermə haqqında qərarlar tətbiq edilmişdir. X1 idarə etdiyi avtomobillə dəfələrlə qanunvericiliyin tələblərini pozması iş materiallarına əlavə edilmiş fotoşəkillərlə də, tam sübuta yetrilmiş və həmin qərarların ləğv edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, şikayətçi X1 şikayət ərizəsində göstərdiyi dəlillər əsassız olduğundan şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 12-13, 31,32- 33,40,43.1,48-50-ci və 106-115-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 Bakı Nəqliyyat Agentliyi tərəfindən haqqında tətbiq edilmiş inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar