Məhkəmə qərarları › İş №3(034)-24/2022

Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-24/2022

27.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-24/2022 27.05.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Nəsimi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Zəngilan Rayon Məhkəməsinin 2(034)-72/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Şəxs 1477 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı X2 xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra verilmiş 2(034)-72/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi icra olunması üçün Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə göndərilmiş və icra məmuru tərəfindən xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən Zəngilan Rayon Məhkəməsinin 2(034)- 72/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbi təmin etməyən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə MN ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və protokol baxılması üçün Zəngilan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X4 inzibati protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-72/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 1507 manat alınaraq tələbkar X3 verilməlidir. Qeyd olunan icra sənədi üzrə tələb hazırkı tarixədək təmin edilməmiş və nəticədə borclu Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt qeyd olunan icra sənədi üzrə tələbin borclu tərəfindən təmin edilməməsi ilə də təsdiq edilir. İcra sənədi üzrə izahatı alınarkən borclu Şəxs izahatında hazırda imkanının olmamasını, bir aydan sonra 1000 (min) manat ödəniş edə bilcəyini bildirmişdir. Buna görə də məhkəmədən borclu barəsində lazımı tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati protokol üzrə özünü təqsirli bilərək izahatında bildirmişdir ki, borcu var, borcludur, ödəməyə imkanı olmamışdır. Xəstələndiyi üçün 1 ilə yaxındır ki, ödəniş edə bilmir.Lakin o, tələbkarın borcunu ödəsə də, tələbkar bunu boynundan atmışdır. Borclu olduğunu bilir. Hazırda borcdan 500 manat ödəniş etmişdir. Əgər borc onun pensiyasından tutularsa, onun dolanışığı və dərmanları var. Oğlu işsizdir, neçə vaxtdır ki, ev kirayəsi verir, hətta başqa yerdə tutmaları da var. Qalıq qalan 1000 manat borcu isə 3-4 ay müddətinə hissə-hissə ödəyəcəkdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarında olan MN ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Zəngilan Rayon Məhkəməsinin 2(034)- 72/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi icra edilmədiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan qərardan görünür ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)- 72/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, borclu Şəxs tərəfindən tələbkar X3 borcdan 500 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən icra sənədini üzürsüz səbəbdən icra edilməməsi faktı öz təstiqini tapmadığından və onun hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından başlanmış icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114-115, 128, 129, 130cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: Şəxs barəsində başlanmış Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar