Məhkəmə qərarları › İş №3(034)-24/2023

Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-24/2023

24.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-24/2023 24.08.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məməmdbağır qızının katibliyi, X1 iştirakı ilə, X3 Sumqayıt Dövlət Yol Polis İdarəsinin İXP ******* saylı xx.xx.2022-ci il tarixli protokolu əsasında ona tətbiq olunmuş cərimə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Sumqayıt Dövlət Yol Polis İdarəsi tərəfindən çıxarılan İXP ******* saylı xx.xx.2022-ci il tarixli protokola əsasən ona tətbiq olunmur 100 manat cərimə qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X5 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il saat 10:43 radələrində Bakı-Quba yolu 20 km (Saray postu adlanan yerdən) idarə etdiyi «Ford Tranzit» markalı, **-ME-*** qeydiyyat nişanlı avtomobillə hərəkət etdikdə, postda dayanan polis əməkdaşı onun arxasınca gələn digər maşına saxla göstərişi vermişdir. O, dayanmaq istəyəndə əli ilə getməsini işarə etmiş və yan güzgülərdə görmüşdür ki, arxasındakı avtomobil polisin əmrinə tabe olaraq saxlamış, o, isə yoluna davam etmişdir. Daha sonra **-YP-*** dövlət qeydiyyat nişanlı YPX onu saxlamış, Saray postunu keçərkən, “niyə polisin saxlama əmrinə tabe olmadığımı” soruşaraq ondan sənədlərini tələb etmişdir. Dəfələrlə deməsinə baxmayaraq ki, ona yox arxasındakı avtomobilə saxlama əmri verilmiş, o, onu dinləməyərək cərimə tətbiq etdiyini söyləmişdir. Daha sonra video çəkliş tələb etmişdir. Video çəkilişə baxarkən, həqiqətən də məlum olmuşdur ki, onun heç bir günahı yoxdu və bunuda polis əməkdaşına sübut etmişdir. O isə ona bildirmişdir ki, «sən tam haqlısan amma mənim keyfim səni cərimələmək istəyir” demişdir. O, isə bundan məhkəməyə şikayət edəcəyini dedik də, ona “get nə istəyirsən et” demişdir. Sonra o, polisdən protokol tələb etsə də, sistemin işləmədiyini bəhanə edərək heç bir sənəd təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən X5 şikayəti müdafiə edib məzmununa uyğun izahat verərək, bildirmişdir ki, xx.xx.2023-cü ildə Ceyranbatan Sumqayıt ərazisində posta dayanan polis əməkdaşı onun arxasınca gələn digər maşına saxlama göstərişi vermişdir. O, dayanmaq istəyəndə əli ilə getməsini işarə etmişdir. Daha sonra onu **-YP-*** dövlət nişanlı YPX saxlamış, Saray postunu keçərkən niyə polisin saxlama əmrinə tabe olmamasını soruşaraq, ondan sənədlərini tələb etmişdir. Dəfələrlə deməsinə baxmayaraq ki, onun yox, arxasındakı avtomobilə saxlama əmri verilmişdir. Polis onu dinləməyərək cərimə tətbiq etdiyini söyləmişdir. Daha sonra video çəkiliş tələb etmiş, video çəklişə baxarkən həqiqətən də məlum olmuşdur ki, onun heç bir günahı yoxdur və bunuda polis əməkdaşına sübut etmişdir. O isə ona bildirmişdir ki, «sən tam haqlısan amma mənim keyfim səni cərimələmək istəyir». O, isə bundan məhkəməyə şikayət edəcəyini dedik də ona get nə istəyirsən et demişdir. Sonra o, polisdən protokol tələb etsə də, sisteminin işləmədiyini bəhanə edərək heç bir sənəd təqdim etməmişdir. Ona 4 bal, 100 manat yazmışlar. Onun sürdüyü maşının bütün sənədləri yerindədir. Sonda şikayətçi məhkəmədən qərarın ləğv olunmasını xahiş etdi. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış protokolu tərtib etmiş orqan nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Göstərilənlərə əsasən məhkəmə şikayətə protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyib iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət təmin olunmalı, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və qərar ləğv edilməlidir. Belə ki, iş materiallarında olan İXP ******* saylı xx.xx.2022-ci il inzibati xəta haqqında protokoldan və çıxarışdan görünür ki, X5 müvafiq icra hakimiyyəti orqanın əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirməməsi nəticəsində barəsində Azəprbaycan Respublikası İXM-nin 327.3-cü maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə edimlmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinin tələbinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, X5 xx.xx.2023-cü il tarixdə, saat 10:43 radələrində Bakı-Quba yolu 20 km (Saray postu adlanan yerdən) idarə etdiyi «Ford Tranzit» markalı, **-ME-*** qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, postda dayanan polis əməkdaşı onun arxasınca gələn digər maşına saxla göstərişi vermiş, o, dayanmaq istəyəndə polis əməkdaşı əli ilə ona getməsini işarə etmiş və o yoluna davam etmişdir. Lakin avtomobilin yan güzgülərindən görmüşdür ki, arxasındakı avtomobil polisin əmrinə tabe olaraq saxlamışdır. Saray postunu keçərkən, **-YP-*** dövlət qeydiyyat nişanlı YPX onu saxlamış və ondan nəyə görə polisin saxla əmrinə tabe olmamasını soruşmuş və maşının sənədlərini tələb etmişdir. O, polis əməkdaşına ona deyil arxasınca gələn maşına saxla əmrinin verilməsini bildirsə də, polis buna heç bir əhəmiyyət verməmişdir. Bundan sonra o, video çəkliş tələb etmiş və çəkilişdə də polis əməkdaşının ona deyil, onun arxasınca gələn avtomobilə saxla əmrinin verilməsi açıq aşkar görsənsə də, polis əməkdaşı ona kefi belə istədiyi üçün cərimə yazacağını bildirərək, onu 100 manat məbləğində cərimələmişdir. Polis əməkdaşından protokolu tələb etsə də, o, sistemlərində problem olduğundan protokolu verməkdən imtina etmişdir. X5 onun əməlindən inzibati xəta tərkibi olmadığından barəsində inzibati protokol əsasında tərtib edilmiş qərarın ləğv edilməsini xahişi etmişdir. Protokolu tərtib etmiş Sumqayıt Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməməklə yanaşı, məhkəmə tərəfindən göndərilmiş sorğulara da cavab verməmişdir. X2 tərəfindən təqdim olunmuş İXP ******* saylı xx.xx.2022-ci il inzibati xəta haqqında protokolun sürətindən görünür ki, protokol Azəprbaycan Respublikası İXM-nin 100-cü maddəsinin tələblərinə riayət edilmədən tərtib olunmuşdur. Belə ki, protokol onu tərtib etmiş şəxs və barəsində protokol tərtib olunan şəxs tərəfindən işzalanmamış barəsində protokol tərtib olunan şəxsə onun hüquq vəzifələri izah edilməmiş və s. 1.Tağım YPX inspektoru polis baş serjantı X4 protokolu tərtib edərkən barəsində protokol tərtib olunan şəxsin adı, soyadı, ata adından və idarə edildiyi nəqliyyat vasitəsinin markası və nömrəsindən başqa İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsinin pozulmasını göstərməklə kifayətlənmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, X5 tərəfindən törədilmş əməldə inzibati xəta tərkibi olmadığından Sumqayıt Dövlət Yol Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsi ilə barəsində tərtib edilmiş İXP ******* saylı protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üztə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin olunsun. X5 barəsində Sumqayıt Dövlət Yol Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsi ilə barəsində tərtib edilmiş İXP ******* saylı protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üztə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar