Məhkəmə qərarları › İş №3(034)-27/2022

Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-27/2022

14.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-27/2022 14.07.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Tovuz rayonu, Yanıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşıdır, ailəlidir, «Kalyon» şirkətinedə sürücü işləyir, Tovuz rayonu, Yanıqlı kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə Zəngilan rayonu hava limanı yaxınlığında idarə etdiyi “Ford” markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Kamaz” markalı avtomobillərin toqquşması nəticəsində avtomobildə sərnişin X4 başın alın nahiyəsinin səthi sıyrıntısı, sağ əlin və sol baldırın əzilmiş yarası, Şəxs isə sağ budun əzilmiş yarası xəsarətləri almışlar. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında həmin inzibati xətanı törətdiyini etiraf edərək izahatında bildirmişdir ki, o, 2022-ci ilin fevral ayında Zəngilan rayonunda fəaliyyət göstərən “Kalyon” şirkətində sürücü işləyir. xx.xx.2022-ci il tarixdə iş yoldaşı Qəni ilə birlikdə etibarnamə əsasında idarə etdiyi “Ford tranzit” markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı avtomobillə magistral yol hesab edilən Zəngilan rayon hava limanı yolu ilə Zəngilan rayonu istiqamətində hərəkət etmişdir. Həmin vaxt ondan bir neçə metr irəlidə Ağbənd istiqamətində hərəkət edən “Kamaz” markalı avtomobilin dönmə işığını sola yandırdığını görüb onu ötəcəyini düşünərək irəli doğru manevr etmək istəyərkən idarə etdiyi avtomobilin ön sağ tərəfi Kamazın arxa sol təkərinə dəymişdir. Nəticədə avtomobilin sol tərəfi deformasiyaya uğramış, özü və sərnişini Qəni isə bədən xəsarəti almışlar. Törətdiyi əməldən səmimi olaraq peşmandır. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarını dinləyib, hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif edilmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 07 iyun 2022-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X2 əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «MTE və PA Birliyi» X6 Beyləqan rayon şöbəsi tərəfindən verilmiş 174/22 nömrəli ekspert rəyindən görünür ki, X1 mil-bilək oynağı və sol baldır nahiyyələrinin əzilmiş yaraları, alın nahiyyəsinin sınığı olmuşudr. Qeyd olunan xəsarətlər- bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, muayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni 26 may 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomaşın salonun qabarıq interyerlərinə zərbə dəyməsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vumaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «MTE və PA Birliyi» X6 Beyləqan rayon şöbəsi tərəfindən verilmiş 175/22 nömrəli ekspert rəyindən görünür ki, Şəxs sağ bud nahiyyəsinin qançırı olmuşudr. Qeyd olunan xəsarətlər- bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, muayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni 26 may 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomaşın salonun qabarıq interyerlərinə zərbə dəyməsi nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılması inzibati həbs tətbiq olunur. Belə ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tədqiq olunan sübutlarla, o, cümlədən inzibati xəta törətmiş şəxsin izahatı, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, işin hallarını və Şəxs şəxsiyyətini, ilk dəfə olaraq inzibati xəta törətməsini, törətdiyi əməldən səmimi olaraq peşman olmasını nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 12-13, 31,32- 33,40,43.1,48-50-ci və 106-115-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar