Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-28/2022 04.07.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Zəngilan Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakı ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, bina 6, mənzil 7-də yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 206-cı maddələrinin tələblərini pozması ilə əlaqədar olaraq barəsində tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə saat 13:45-də Zəngilan rayon Polis şöbəsində olarkən növbətçi hissəsinin qarşısında yüksək səslə nalayiq küçə söyüşlərindən istifadə etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs xx.xx.2022-ci il tarixdə saat 14:05-də narkotik vasitənin (amfetamin və marixuana) təsiri altında olması müəyyən edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Zəngilan Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X2-Şəxs barəsində tərtib edilmiş MN ******* və MN ******* nömrəli protokolları müdafiə edərək izahatında bildirmişdir ki, icraatında olan xx.xx.2022-ci il tarixli HK-2/1884 saylı materialla bağlı araşdırma aparılmasına dair xx.xx.2022-ci il tarixdə Mehdiyev X3 rayon Polis şöbəsinə dəvət olunmuşdur. Şəxs izahat alınan zaman özünü qeyri-adekvat apardığı üçün onun narkotik və ya psixotrop maddələrə bağlılığının olmasına dair onda şübhə yarandığından tibbi müayinəyə göndərilmiş və nəticədə onun amfetamin və marixuana qəbul etməsi aşkar edilmişdir. Bundan başqa Şəxs şöbənin növbətçi hissəsinin qarşısında olan dəhlizdə nalayiq küçə söyüşləri işlədərək səs-küy salmış, ona nalayiq ifadələrinə son qoyması və sakit dayanması ilə bağlı iradlar bildirilsə də, o, buna məhəl qoymadığından barəsində inzibati protokollar tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə yaşadığı binanın 5-ci mərtəbəsində narkotik maddə və marixuana qəbul etmiş, onun təsiri altında loto oynamış, bir müddətdən sonra halı pisləşmiş və su istəmək üçün qapı qonşusu olan Gülnaz xanımın qapısını döyərək ondan su istəmişdir. Gülnaz xanım da, onun bu vəziyyətdə olmasını görüb 102 xidmətinə məlumat verməsini eşitdiyinə görə oradan uzaqlaşmışdır. Daha sonra şəhərə gəlmiş, dostunun evində qalmış və həmin müddət ərzində telefonu sönülü vəziyyətdə olmuşdur. xx.xx.2022-ci il tarixdə şəhərciyə qayıdan zaman ona polis tərəfindən axtarılması barədə məlumat verilmişdir. Həmin vaxtı polis əməkdaşları ona yaxınlaşmış və o, polis əməkdaşları ilə birlikdə şöbəyə getmişlər. Şöbəyə aparılarkən və şöbədə olarkən etdiyi əməlindən peşmançılıq hissi keçirdiyindən özü-özünə söyüşlər söymüş, lakin şöbədə kimisə söyüb təhqir etməmişdir. Sonda inzibati xəta törətmiş şəxs törətdiyi əməldən səmimi peşman olmasını və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Zəngilan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X2 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı İnzibati xəta haqqında protokolla, inzibati xəta törətmiş şəxsin özünün etirafedici izahatı və iş materiallarında olan digər sübutlarla tam sübuta yetdiyindən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tələbinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İş materiallarınla olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2022-ci il tarixli A/952 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs narkotik vasitə olan amfetamin və marixuana qəbul etməsi aşkar edilmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini, inzibati xəta törədən şəxsin gənc olmasını, ilk dəfə olaraq inzibati xəta törətməsini, törətdiyi əməldən səmimi olaraq peşman olmasını nəzərə alıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsinin sanksiyası həddində həbs inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Məhkəmə Şəxs polis şöbəsinə dəvət olunub izahatı alınarkən şöbədə səs-küy yaradaraq, nalayiq söyüşlərdən istifadə edərək ictimai qaydanı pozması, yəni xırda xuliqanlıq etməsi ilə bağlı qeyd edir ki, hallar iş materialları ilə tam sübuta yetmədiyindən Şəxs barəsində başlanılmış Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32,40,48-50, 128, 129-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində başlanılmış Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayonu Polis İdarəsinin müvəqqəti saxlanma yerinə təhvil verilsin. Qərarın surəti Şəxs və onun vəkilinə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №3(034)-28/2022
Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-28/2022
04.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver