Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-28/2023 23.08.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Zəngilan rayon Polis şöbəsinin X4 sahə rəisi X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Zəngilan rayonu, Ağalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, evli, fərdi əməklə məşğul olan, Zəngilan rayonu, Ağalı kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Zəngilan rayon Polis şöbəsinin X4 polis sahə rəisi X12 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoladan görünur ki, xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində Zəngilan rayonu, Ağalı kəndində Ağıllı kənd yaşayış massivində Şəxs ətrafdakılara məhəl qoymayaraq ictimai qaydanı kobud surətdə pozub, ucadan qışqırıb səs-küy salaraq, söyüşlər söyərək yaşayış qaydalarını pozmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətəlar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş orqanın nümayəndəsi X11 izahatında bildirmişdir ki, göründüyü kimi Zəngilan Rayon Polis şöbəsinin istintaq qrupunun müstəntiqi polis leytenantı Ağamusa Bəşirli tərəfindən cinayət işi üzrə icraatına xitam verilməsi barədə qərar qəbul olunmuş, cinayət işi üzrə və hadisədə iştirak edən şəxslərə inzibati qaydada qərarın surəti Zəngilan rayon X17 təhlükəsizlik bölməsinə göndərilmişdir. Qərardan göründüyü kimi X9, X7 və X1 ictimai qaydanı pozmuş və mübahisədə Şəxs da iştirak etmişdir. Tərəflər arasında sözlü mübahisə olmuşdur. X21 arasında olmuşdur.İctimai yerdə söyüş söymüşlər. Təqsirləndiriləni şəxsin məhkumluğu və əliliyi yoxdur. Sonda protokolu tərtib etmitş orqanın nümayəndəsi şəxs barəsində İnzibati tənbehdə nə cəza nəzərdə tutulursa o cəzanında verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Zəngilan rayonun Ağalı kəndindən olan X6, X5 və X10 tanıyır, onlar həmkəndlidilər. Elman, Məhəmməd və İmaməli ilə birlikdə Ağalı kəndində yerləşən «Xan Çinar» restoranında yemək yeyib, spirtli içki olan araq içmişlər. Restorandan çıxdıqdan sonra çay içmək üçün İmaməlinin evinə getmişlər. Çay içdikdən sonra gec olduğundan o, öz yaşadığı evə qayıtmaq üçün İmaməlinin evindən çıxmış,150-200 metr aralaşan zaman səs-küy gəlmiş və o səs-küy gələn yerə qayıtmışdır. Orda Elman, İmaməli və Məhəmməd öz aralarında mübahisə etdiklərini görmüşdür. Səs-küyə ərazidə xidmət aparan polis əməkdaşları gəlmiş, onları sakitləşdirmiş və onlarla birlikdə onu da polis məntəqəsinə dəvət etmişlər.Polis əməkdaşları onunla eyni zaman gəlmişdir. Polis məntəqəsində onların sərxoşluq müayinəsi yoxlanmış və şikayət olmadğı üçün onlar evə qayıtmışlar. İmamaəlinin evində çıxdıqdan sonra orda mübahisə dava olmuş, lakin o, həmin hadisəni görməmişdir. Sonradan eşitmişdir ki, həmin mübahisə vaxtı Məhəmməd Elmanın üz hissəsindən vurmuşdur.Həmçinin sonradan eşitmişdir ki Məhəmməd Elmanı vurduğu üçün Elmanın oğlu Əmrah ilə Məhəmməd arasında mübahisə olmuş, mübahisə zamanı Əmrah Məhəmmədi vurmuşdur. Özü heç bir səs-küy salmamış və söyüş də söyməmişdir.Törətdiyi əməldən peşmandır,onun heç bir günahı yoxdur. İş materiallarında olan və Zəngilan rayon X17 Təhlükəsizlik Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qəraırn surətindən görünür ki, X9 Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək barəsində 50 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli «şəxsin cinayət məsuliyyətindən azad edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə» qərarın surətindən görünür ki, X13, X9 və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın açılması üçün qərarın surəti Zəngilan rayon Polis Şöbəsinin İTB-nə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarını dinləyib, tərəflərin ərizələrini araşdırıb, hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə həmkəndliləri olan X9, X7 və X13 ilə birlikdə Zəngilan rayonu, Ağalı kəndində yerləşən «Xan Çinar» restoranında yemək yeyib, spirtli içki qəbul etmiş, daha sonra restorandan çıxaraq çay içmək üçün İmaməlinin evinə getmişlər. Çay içdikdən sonra o, artıq gec olduğuna görə öz yaşadığı evə qayıtmaq üçün İmaməlinin evindən çıxmışdır. Təxminən 150-200 metr aralaşan zaman səs-küy eşitmiş və o, səs-küy gələn tərəfə getmişdir. Ora çatandan Elman, İmaməli və Məhəmməd öz aralarında mübahisə etdiklərini görmüşdür. Hadisə yerinə polis əməkdaşları gəlmiş,polis əməkdaşları elə demək olar ki,eyni vaxtda gəlmişdir. Sonra onu da mübahisə etdiklərlə birlikdə polis bölməsinə dəvət etmişlər. Polis Bölməsində olarkən onların sərxoş olub-olmaması yoxlanlımış, bundan sonra onlar evə bruraxmışlar. Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirmişdir ki, onun baş vermiş hadisədə heç bir təqsiri yoxdur, baş vermiş hadisəni görməmiş, sadəcə olaraq, Məhəmmədlə Elman arasında baş vermiş mübahisə zamanı Məhəmmədin Elmanın üz nahiyyəsindən vurmasını eşitmişdir. İş materiallarındada Şəxs kimnənsə mübahisə etməsi, səs-küy qaldırıb,söyüş söyməsi barədə hər hansı sübut yoxdur. Belə olan halda məhkəmə, hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs inzibati xəta törətməsi faktı öz təsdiqini tapmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 12-13, 31,32- 33,40,48-50-ci və 106-115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 510-u maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №3(034)-28/2023
Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-28/2023
23.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver