Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-28/2025 16.04.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Zəngilan Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Sabirabad rayonu, Əsgərbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, marketdə müdir müavini işləyən, Sabirabad rayonu, Əsgərbəyli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərini pozması ilə əlaqədar olaraq barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə Zəngilan rayonu, Ağalı kəndində ictimai qyadanı kobud surətdə pozmuş, polis əməkdaşının qanuni tələblərini açıqca hörmətsizliklə pozmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Zəngilan Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X5 izahatında bildirmişdir ki, Zəngilan rayonu Ağalı kəndi ərazisində dolanarkən fəvvarələrin yerləşdiyi parkda xx.xx.2025-ci il tarixdə, saat 00:10 radələrində bir nəfər şəxsin uca səslə söyüşlər söydüyünü eşidib dərhal həmin yerə yaxınlaş, ora gəldikdə “Al marketdə” işləyən Şəxs öz işçisi X2 uca səslə təhqir etməsini, nalayiq ifadələr işlətməsini və qəsdən ictimai qaydanı və ictimai təhlükəsizliyi pozmasını aşkar edib Şəxs qanunsuz əməllərini dayandırmasını tələb etmiş və polis şöbəsinə dəvət etmişdir. Şəxs hərəkətlərini dayandırmadan onun qanuni tələblərinə tabe olmayaraq uca səslə küçə söyüşləri və nalayiq ifadələr işlətməyə davam etmişdir. Odur ki,Şəxs barəsində qanuni tədbir görülməsinə göstəriş verməsini məhkəmədən xahiş edir. Şəxs özü etiraf etmişdir ki, həmin vaxt əsəbi olmuş, polis əməkdaşının iradlarını eşidə bilməmişdir. Şəxs işçisinə hər-hansı əl qol hərəkəti etməmiş, sadəcə işə səthi yanaşmasına görə iradını bildirmişdir. Şəxs içkili olduğu üçün demək olar ki, həmin vaxt affekt vəziyyətində olmuşdur. Xidmətlə bağlı polis əməkdaşı X3 üçün məhkəmədə iştirak edə bilər. İlk öncə vətəndaşa xəbərdarlıq edilmiş, vətəndaş xəbərdarlığıa məhəl qoymadığı üçünona yaxınlaşdıqda onun içkili vəziyyətdə söyüş söyməsini görmüşlər. Polis həmin vaxt orda sakinlərin sıx olduğu yerdə söyüş söydüyü üçün şəxsə xəbərdarlıq etmişdir. Sonda protokou tərtib etmiş orqanın nümayəndəsi məhkəmədən İnzibati xəta törədən şəxsə qarşı yüngül cəza seçilməsini və şəxsin himayəsində üç az yaşlı xəstə övladı olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, Zəngilan rayonu Ağalı kəndində “Al”Super marketin müdir müavini vəzifəsində çalışır. xx.xx.2025-ci il tarixdə Elvin adlı işçi işə gecikmiş, gün ərzində də dəfələrlə ona zənglər etmiş, Elvin onun zəngərinə baxmamış və nəhayət axşam saatlarında iş yerinə gələrkən onunla bu barədə uca səslə nalayiq ifadələr işlətmək yolu ilə mübahisə etmişdir. Elə bu zaman polis əməkdaşı ona yaxınlaşaraq xəbərdarlıq etmiş və sakitləşməsini tələb etmişdir. Həmin vaxt o, spirtli içkinin təsiri altında olmuşdur. Ailəməişət məsələləri ilə bağlı çox ciddi şəxsi problemlərim də olmuş, elə bu səbəblərdən çox əsəbi olmuş və ona görə də istəmiyərəkdən polis əməkdaşının iradlarını və onu sakitləşdirmək üçün etdiyi cəhdlərə məhəl qoymamış və daha sonra polis əməkdaşları tərəfindən Ağalı kəndində yerləşən Polis Məntəqəsinə aparılmışdır.Onun polis əməkdaşı və ya hər hansısa bir şəxsə qarşı qəsdən heç bir ədavəti olmamış, sadəcə olaraq həm spirtli içkinin təsiri altında olması və həm də qeyd etdiyi, lakin açıqlama verə bilmədiyi şəxsi ailədaxili problemlərim səbəbindən bu şəkildə şərait yaranmışdır. Ona yaxınlaşan polis əməkdaşının onu böməsinə aparmasına etiraz etməyərək getmişdir. O, Ağalıda hamını tanıyır, nə onlara qarşı, nədə polis əməkdaşlarına hörmətsizlik etməmişdir. Ona bir dəfə yaxınlaşmışlar ki, yüksək səslə danışmaq olmaz, ondan sonra işçi ilə birlikdə onu polis əməkdaşları şöbəyə aparmışlar. Əməlindən çox peşmandır. Onu birinci dəfə polislər xəbərdarlıq edəndə eşitməmiş, sonradan yaxınlaşanda heç bir müqavimət göstərmədən onlarla polis bölməsinə getmişdir. Səhv etmiş, spirtli içkinin təsirində olmuş, ucadan danışıb ictimai asayişi pozmuş, amma polis əməkdaşlarına qarşı heç bir hörmətsizlik etməmişdir. Sonda barəsində inzibati xəta üzrə iş aparılan şəxs törətdiyi əməldən səmimi peşman olmasını bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarını dinləyib, hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tədqiq olunan sübutlarla, o, cümlədən inzibati xəta törətmiş şəxsin izahatı, xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, işin hallarını və Şəxs şəxsiyyətini, ilk dəfə olaraq inzibati xəta törətməsini, törətdiyi əməldən səmimi olaraq peşman olmasını nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 12-13, 31,32- 33,40,43.1,48-50-ci və 106-115-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və ya protest («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Hakim Gülsarə İmanova
Məhkəmə qərarları › İş №3(034)-28/2025
Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-28/2025
16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver