Məhkəmə qərarları › İş №3(034)-30/2022

Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-30/2022

27.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-30/2022 27.09.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi (vəkili) X1, Zəngilan rayon prokurorunun köməkçisi X3 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsinin tələblərini pozması barədə Zəngilan rayon prokurorluğundan daxil olmuş materiala baxaraq, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2022-ci il tarixli qərar üzrə inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün Zəngilan rayon prokurorluğu məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Zəngilan rayon prokurorunun köməkçisi X8 izahatında bildirmişdir ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə 25 iyul 2022-ci il tarixli qərardan görünür ki, X30 və qeyrilərinin Zəngilan rayonu, Ağalı kəndi ərazisində əmək müqaviləsi bağlanmadan müəyyən tikinti-inşaat işlərinin görülməsinə cəlb edilmələri və əmək haqqlarını ala bilməmələrinə dair müraciətlərinə rayon prokurorluğunda baxılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, X30, X25, X31, X32, X19, X20, X14 və X21 olmaqla ümumilikdə 8 nəfər işçi Zəngilan rayonu ərazisində tikinti-inşaat işlərini həyata keçirən Şəxs MMC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərin (xidmətlərin) görülməsinə cəlb edilmişlər.18-C-22 nömrəli material üzrə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Şəxs MMC (işə götürən) barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanması məsələsinə baxılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmişdir. Materiala əlavə edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 xx.xx.2022-ci il tarixli sorğusuna cavab olaraq təqdim etdikləri xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubda qeyd olunmuşdur ki, Elşad Ağayev və digər 7 işçinin adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə əmək müqaviləsi bildirişləri daxil edilməmişdir. Zəngilan RPŞ-nin xx.xx.2022-ci il tarixli sorğusuna cavab olaraq təqdim etdikləri xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X30, X25, X32, X20, X14, və X19 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Şəxs MMC-nin adından elektron nəzarət portalından qeydiyyatdan keçərək Zəngilan rayonu ərazisinə daxil olma hüququna malik olmuşlar. X31 və X10 isə göstərilən tarixlərdə Zəngilan rayonu ərazisinə daxil olmaları üçün DİN-in məlumat axtarış portalında heç bir məlumat aşkar edilməmişdir. X31 və X21 rayon prokurorluğuna təqdim etdikləri izahatlarında həmin müddətdə Zəngilan rayonu, Ağalı kəndi ərazisində həyata keçirilən tikinti-inşaat işlərində iştirak etdiklərini bildirmişlər. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati məsuliyyətə səbəb olur. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Beləliklə, Şəxs MMC (işə götürən) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X30, X25, X31, X32, X19, X20, X14 və X21 olmaqla ümumilikdə 8 nəfər işçini hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilərək Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sonda məhkəmədən işə qanunvericiliyin tələblərinə uyğun olaraq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi (vəkili) X6 izahatında bildirmişdir ki, İnzibati xəta haqqında işin başlanması haqqında Zəngilan rayon prokurorluğu xx.xx.2022-ci il qərar qəbul etmiş, həmin qərarda X33, onun oğlanları X25, X31 və X32, X22, X23, X14, X21 olmaqla 8 nəfər işçi şikayət etdiyi üçün Şəxs barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta törətməsini müəyyən edərək materiala baxılması üçün Zəngilan Rayon Məhkəməsinə göndərmişlər. Materiallardan bəlli olur ki, şikayət etmiş şəxslər işçi kimi tək-tək verdikləri izahatlarında, həmçinin şikayətlərində "xxxx" şirkətnin nümayəndəliyi tərəfindən işə cəlb olunmaqlarını bildirmişər. Həmin şəxsləri "xxxx" şirkəti işə cəlb etmişdir. Tələb olunan nə idisə də onları görməli, daha doğrusu Zəngilan rayon ərazisində görüləcək işlərə cəlb edilməli idilər. Nəyə görə Zəngilan rayon prokurorluğu hal-hazırda ”AS İnşaat” X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi təqsirli bilinməsi barədə qərar qəbul etmişdir. Prokurorluğun nümayəndəsi qeyd edir ki, Zəngilan rayon Polis İdarəsi tərəfindən verilmiş sorğu əsasında onlara portaldan giriş hüququ verildiyindən həmin şəxslər həm də Şəxs işçiləri olmuşlar. Əslində isə bu tamamilə belə deyildir. Belə ki, Şəxs hal-hazırda xüsusi əhəmiyyətli dövlət layihəsi olan Ağalı kəndində 1, 2, 3 mərhələsi üzrə tikinti işləri ilə məşğul olan şirkətdir, artıq 1-ci layihə təhvil verilmiş, kifayət qədər ciddi, öz məsuliyyətlərini başa düşən qanunvericiliyin tələblərinə riayət edən bir şirkətdirlər. Amma onların işlədikləri çox saylı podratçı şirkətlər var. Bəzən olur ki, prosedur olaraq onlara məlumatların göndərilməsi ləngidiyindən, işlərin ləngiməməsi üçün həmin iş işçilərin əraziyə girməsi və hesablanmış müddət ərzində işlərin vaxtında tamamlanması üçün bu xidməti zəruriyyətdən dolayı müqavilə öhdəliyinin tamamlanması üçün bu şəkildə surətli qeydiyyatdan keçirmə mövcuddur. Bunu onların dəvət etdikləri şahidlər özləri də izah edəcəklər. Ona görə də giriş hüququ həmin işçilərin Şəxs Məhdud Məsuliyətli Cəmiyyətinin olması ehtimalı anlamına gələ bilməz. Çünki bu aydın məsələdir ki, onlar "xxxx" şirkətindən cəlb edilmiş və şirkət onlara təqdim etməyə göndərir. Göndərməməsinin nəticəsində hal-hazırki vəziyyət yaranmışdır. Hal-hazırda Şəxsnə qarşı olan inizbati xətada inzibati xəta tərkibi yoxdur. O, baxımdan hesab edir ki, prokurorluq tərəfindən materiala ətraflı baxılmamış, Şəxs ilə "xxxx" arasında hansı müqavilə münasibətinin olması, həmçinin Şəxs əməlində inzibati xəta tərkibi olmamasını aydınlaşdırmamışdır. Məsələlər bu həddə çatdıqdan sonra materiallar onlara göndərilmişdir. "xxxx" şirkətinin nümayəndəliyi ilə əlaqə saxlanılmış, yaranmış vəziyyətlə əlaqədar olaraq bu məsələ ilə bağlı narazı işçilərin olması, onların zəhmət çəkərək işləyən sadə insanlar olması, fəhləliklə məşğul olmaları, amma haqlarının ödənilməməsi diqqətlərinə çatdırılmış və bu söhbətlərinin nəticəsi olaraq 8 nəfər işçidən hal-hazırda 6-nın əmək haqqları verilmiş, qalan 2 nəfər işçi isə aldıqları məlumata görə biri Rusiyada, digəri isə uzaq rayonda olduqlarından gəlib çata bilməmişlər. Həmin işçilərdən 6 nəfərin "xxxx" şirkəti tərəfindən onların ödənilməmiş zəhmət haqqları ödənildikdən sonra həmin işçilər notarial qaydada təsdiq edilmiş ərizələr vermiş, həmçinin digər iki nəfər işçinin də şikayətinin olmaması onlara bildirilmiş və məhkəmədən işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Nümayəndə izahatına əlavə olaraq bildirmişdir ki, Şəxs MMC ilə "xxxx" şirkəti arasında xx.xx.2021-ci il tarixdə bağlanmış “Podrat müqaviləsi” mövcuddur. Həmin müqaviləyə əsasən işçilərin işə qəbulu və işdən azad olmaları, eyni zamanda işçilərin əmək haqqları "xxxx" şirkəti tərəfindən ödənilir. Müqavilə çərçivəsində podratçı şirkət Şəxs MMC-yə işçiləri göndərir Şəxs da həmin işçilərə görülməli iş yerlərini və görülməli işləri göstərir, işlər tamamlandıqdan sonra işləri qəbul edir. Görülən işlərin dəyəri şirkət tərəfindən Podratçı şirkətə ödənilir. Şəxs hər hansı bir öhdəlik daşımadığı üçün maaşlar işçilərə podratçı şirkət tərəfindən nə əsasında hesablanır bilmir, hər şey podrat müqaviləsindədir. Bu iş məhkəməyə gəldikdən sonra onlar özləri bu işin məhkəmədən kənar həllinin tapılmasında maraqlı olmuş, çünki o şəxslərdən ikisi Qarabağ döyüşlərində iştirak etmiş yoldaşlar olmuş, bu gündə onların anım günləridir. "xxxx" şirkəti ilə işgüzar münasibətləri olduğu üçün dərhal görüş təşkil etmiş, həmin görüşün nəticəsində həqiqətəndə onlara məsuliyyətləri xatırladılmış, onlarla razılaşmış və işçilərin əmək haqlarının ödəməyə hazır olduqlarını bildirmişlər. Onların işçilərlə aralarında heç bir əmək müqaviləsi yoxdur. Podratçı öz işçiləri ilə birlikdə işçiləri və ləvazimatları təmin edir. İşçilər bildirmişlər ki, onları "xxxx" şirkəti işə cəlb etmişdir. Ərazidə onların əmək müqaviləsi ilə girib-çıxan öz işçiləridə olmuşdur. Şirkət fərqli-fərqli işlər görür. İşləri Şəxs-dan icazə aldıqdan sonra görür. İcazə alır deyəndə ki, tərəflər arasında müqavilədə var və bu sərbəst mülki müqavilədir. Podrat müqaviləsi isə ümumi çərçivə şəklində bağlanır, sifarişlər təsdiq olunduqdan sonra forma iki ilə rəsmiləşdirilir. "xxxx" daxili fasad işləri ilə ixtisaslaşmış şirkət deyildir. Ümumi tikinti işləri ilə bağlı nə işlər görərsə, onları onun potensialında sifarişlər verirlər. "xxxx"-nun işçiləri 8 nəfərdən ibarət deyildir. Sonda nümayəndə (vəkil) məhkəmədən Zəngilan rayon prokurorluğunun Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata başlaması haqqında qərarın ləğv olunmasını və qanunvericiliyin tələblərinə uyğun olaraq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X35 ifadəsində bildirmişdir ki, o, şirkətdə mühasib olsa da, operator kimi işləmişdir. Ona gələn sənədləri exellə hazırlayır, lazımlı qurumlara göndərir. "xxxx" şirkəti evlərin içində daxili fasad işləri görür. İşçiləri o, işə götürməmişdir. Onları rəsmiləşdirib öz işçiləri kimi işə götürmürlər. Podratçı şirkətin işçilərinə sadəcə olaraq postdan keçirməyə köməklik etmiş, dəfələrlə olub ki, işçilər onlara "xxxx" şirkətini tanımadıqlarını, Şəxs şirkətini tanıdıqlarını demişlər. "xxxx" şirkətindən gələn 8 nəfər işçidən əvvəl keçirdikləri işçilərdə heç bir problem olmamış, əvvəllər də düşüb icazə almışlar. Şəxsiyyət vəsiqəsi üzrə məlumatlar, onunla paralel əmək müqaviləsi, xidməti müqavilə göndərilir, cavab gələndə isə onlar tərəfdən postdan gəlməli və bu iş bu gün bitməlidir deyirlər. Əvvəl 10 nəfəri bir, 5 nəfəri isə bir göndərmişdir. Ümumiyyətlə Şəxs şirkət olaraq işçiləri işə qəbul edəndə 1-ci müsabiqə olur, sonra işçi rəhbərliyə təqdim edilir. O, əsas işçi ilə mühəndisləri danışdırır. Danışırlar, razılaşırlar, sonra onların sənədləri təqdim edilir. Vakansiya üzrə fəhlə, usta, santexnik işə qəbul edilir. Sənədləri baş ofisə göndərir, oradan işə çıxması ilə bağlı təsdiq gəlirsə onda müqavilə ilə işə götürürlər. Müqaviləni sistemə o, oturtmur. Podratçının işçiləri ilə onlar müqavilə bağlamırlar. Onların müəssisəsi podratçının işçilərinə iş tapşırmır. Podratçı şirkətin görməli olduğu işləri gəlib görürlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Keser Ömer ifadəsində bildirmişdir ki, o, öz şirkəti olan "xxxx" şirkətinin rəhbəridir. Azərbaycan dilini başa düşür, tərcüməçiyə ehtiyac yoxdur. Buranın qanunları ilə onların qanunları arasında çox fərq vardır. İşçilərdən biri şikayət vermiş və "xxxx" şirkəti olaraq zərəri ödəmişlər. Zəngilanın Ağalı kəndində podratçı şirkət kimi Şəxs MMC-nın işlərini görmüşlər. Maqsudu işə götürmüş, Maqsuda İşçilərlə əlaqəli olan girişlərin, əmək müqaviləsi imzalanması, bütün işlərini görməsi üçün etibarnamə vermişdir. O, işinin üstündə olmamış, çünki məsafə olduğuna görə bütün bankdakı işlərinin hamısını görmək üçün Maqsuda tapşırmışdır. İşçilərin birindən şikayət gəlmiş və o, şikayətdən sonra işçilərin zərərlərini ödəmiş, onların hər şeylərini qarşılamışdır. 8 nəfər işçi onların şirkəti tərəfindən gəlmiş, onlara portal açılmış, işçiləri işə onlar işə qəbul etmişlər. İşçilərlə olan müqaviləni mühasibi bağlamalı idi, lakin mühasibi ona maddi problemlər yaratmışdır. Hazırda mühasibi ilə bağlı şikayət etmişdir. Bu yaşına qədər Türkiyədə çox iş görmüş, beş ildir ki, buradadır. Portalı bilmir, lakin müqavilə bağlanmalı olduğunu bilir. O, öz işlərini görmək üçün digər bütün işlərini görməyi Rəşada tapşırmışdır. Onun üçün də X28 kəndinə gətirmiş və sövdələşmələrin nə olduğunu bilmir, çünki burdakı qanunlar onların qanunlarından çox başqadır. Şəxs şirkəti ilə onlar çoxdandan əməkdaşlıq edirlər. Podrat müqaviləsin tam başa düşə bilməsədə Şəxs şirkəti ilə onlar arasında birgə əməkdaşlıq barədə müqavilələri var. Həmin müqavilə əsasında həmin 8 nəfər işçini Şəxs şirkətinə göndərilmişdir. Onlarda mühasib kompyuterə daxil olur, işçinin qazancı nədisə onu verərlər. 8 nəfər işçiyə tam anlamıyla verilmiş bir iş olmamışdır. Amma nə iş olsa sıva, boya, çatı bu işləri görməli idilər. Tam yadında deyil, hansı vaxtlarda işə qəbul etmişlər. O, heç vaxt işçilərinin zərər görməsini istəməmişdir. Faydalı olmadı deyə ikinci müqaviləni isə imzalamamışdır. Dekabr ayının sonunda onun müqaviləsi bitmiş, dekabr ayından sonra yanvar ayını isə işləmiyəcəyini demiş və ayrılmışdır. İşçilər onunla Şəxs şirkətində işləmiş, işi onlar tapşırmışlar. Bütün mallar Şəxs-a aid olmuş, onlara sadəcə işçi olmuşlar. İşçilər normalda onunla işləmişdir. Onun göndərdiyi etibarnamə əsasında işçilərə maaş verilməli idi. O, bu ziyana mühasibinə görə düşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X31 ifadəsində bildirmişdir ki, tərəfləri işdən tanıyır. Atası onları işləmək üçün Qarabağa aparmışdır. Sentyabr ayından getmiş, dekabr ayında isə çıxmışlar. O, Ömər Kəsərin şirkətində fəhlə kimi işləmişdir. Onu, atasını və qardaşını işə Ömər bəy götürmüş, müqavilə bağlamamışlar. Bütün zərər ödənilmişdir. İş materiallarında olan Zəngilan rayon prokurorunun köməkçisi Teyyub Rəfiyev tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, 18-C-22 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və Zəngilan rayon prokuroru, kiçik ədliyyə müşaviri X26 tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 25 iyul 2022-ci il tarixli qərardan görünür ki, Şəxs (işə götürən) barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar Zəngilan Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 01 iyul 2021-ci il tarixli AS/p/101/21 nömrəli podrat müqaviləsindən görünur ki, Şəxs ilə "xxxx" X44 İnşaat Turizim Ticaret Sanayi İthalat ve İhracat Limited Şirkəti arasında podrat müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə olnmuş, X7, X11, X16, X12, X15 X17 notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, onların hazırda nə X2, nə də Şəxs şirkətindən heç bir şikayətləri yoxdur, gələcəkdə olmayacaqdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs (işə götürən) tərəfindən törədilmiş əməldə inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməlildir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Zəngilan rayon prokurorunun inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə 25 iyul 2022-ci il tarixli qərarında X30 və qeyrilərinin Zəngilan rayonu, Ağalı kəndi ərazisində əmək müqaviləsi bağlanmadan müəyyən tikinti-inşaat işlərinin görülməsinə cəlb edilmələri və əmək haqqlarını ala bilməmələrinə dair müraciətlərinə rayon prokurorluğunda baxılmış, X30, X25, X31, X32, X19, X20, X14 və X21 olmaqla, ümumilikdə 8 nəfər işçi Zəngilan rayonu ərazisində tikinti-inşaat işlərini həyata keçirən Şəxs MMC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərin (xidmətlərin) görülməsinə cəlb edilmişlər. Zəngilan rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs MMC (işə götürən) barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, inzibati xəta haqqında iş üzrə icraat başlanması məsələsinə baxılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmişdir. Qərarda qeyd edilmişdir ki, onlar tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubunda bildirilmişdir ki, Elşad Ağayev və digər 7 işçinin adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə əmək müqaviləsi bildirişləri daxil edilməmiş, X30, X25, X32, X20, X14 və X19 xx.xx.2021-ci il tarixdən xx.xx.2022- ci il tarixədək olan müddət ərzində Şəxs MMC-nin adından elektron nəzarət portalından qeydiyyatdan keçərək Zəngilan rayonu ərazisinə daxil olma hüququna malik olsalar da, X31 və X10 isə göstərilən tarixlərdə Zəngilan rayonu ərazisinə daxil olmaları üçün DİN-in məlumat axtarış portalında heç bir məlumat aşkar edilməmişdir. X31 və X21 rayon prokurorluğuna təqdim etdikləri izahatlarında həmin müddətdə Zəngilan rayonu, Ağalı kəndi ərazisində həyata keçirilən tikinti-inşaat işlərində iştirak etdiklərini bildirmişlər Zəngilan rayon prokurorluğu göstərilən halları əsas götürərək Şəxs MMC-nin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyi üçün barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati icraat başlanması barədə qərar qəbul etmiş və qərar üzrə materiala baxılması Zəngilan Rayon Məhkəməsinə göndərmişdir. Lakin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Şəxs MMC-nin törətdiyi əməlində heç bir inzibati xətanın tərkibi yoxdur. Belə ki, Şəxs tikinti şirkətidir və hal-hazırda xüsusi əhəmiyyətli dövlət layihəsi olan Ağalı kəndində 1, 2, 3 mərhələsi üzrə tikinti işləri ilə məşğul olur, artıq 1-ci layihə təhvil verilmişdir. Şəxs MMC tikinti şirkəti olduğu üçün tikinti işlərinin aparılmasında bir çox podratçı şirkətlərlə işləyir və bu cür şikətlərdən biri də podratçı "xxxx" X44 İnşaat Turizim Ticaret Sanayi İthalat ve İhracat Limited Şirkəti olmuşdur. Zəngilan rayonu, İkinci Ağalı kəndi ərazisində tikinti işlərinin aparılması məqsədi ilə Şəxs ilə podratçı "xxxx" X44 İnşaat Turizim Ticaret Sanayi İthalat ve İhracat Limited Şirkəti arasında 01 iyul 2021-ci il tarixli AS/p/101/21 nömrəli podrat müqaviləsi bağlanmış və podrat müqaviləsinin 1.3-cü bəndində isə podratçı işləri öz işçi qüvvəsi ilə icrasını öhəsinə götürməsi öz əksini tapmışdır. Araşdırma zamanı məlum olumşdur ki, əmək haqqlarının ödənilməməsi ilə bağlı şikayət etmiş 8 nəfər işçi Şəxs deyil, məhz "xxxx" şirkətinin işə cəlb etdiyi işçilər olmuşlar. Bu halı məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" şirkətnin rəhbəri olan Ömer Keser və digr şahidlər də öz ifadələri ilə təsdiq etmişlər. Omer Keser ifadəsində bildirmişdir ki, şikayət etmiş 8 nəfər işçi onların şirkəti tərəfindən gətirilmiş, həmin işçiləri onlar işə qəbul etmiş və onlara portal açılmışdır. İşçilərlə əlaqəli olan girişlərin, əmək müqaviləsinin imzalaması, bütün işlərini görülməsi üçün etibarnamə verdiyi Maqsud adlı mühasibi tərəfindən həyata keçirlmişdir. Şikyət etmiş işçilərin əmək haqqları «Kaptanoğlu” şirkəti tərəfindən tam şəkildə ödənilmişdir.Bundan əlavə X17 X5, X11, X16, X12, X15 notarial qaydada təsdiq edilmiş ərizələrində onların "xxxx" X27 və Şəxs şirkətinə qarşı şikayətlərinin olmamasını və gələcəkdə olmayacaqlarını bildirmişlər. Bu da onu göstərir ki, Şəxs tərəfindən törədilmiş əməldə inzibati xəta hadisəsinin tərkib əlaməti yoxdur. Azərbyacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Odur ki, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53,114-114, 128,129,130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar