Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 3(034)-30/2023 08.09.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, X1 Zəngilan rayon Yol Patrul Xidmətinin 25 avqust 2023-cü il tarixli İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş qərarından verilmiş şikayətini nəzərdən keçirib, müəyyən etdim: X1 Zəngilan rayon Yol Patrul Xidmətinin 25 avqust 2023-cü il tarixli İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş qərarından şikayətlə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Zəngilan rayon Yol Patrul Xidmətinin inspektoru polis baş şerjantı X4 tərəfindən ona Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə tərtib etmiş olduğu xx.xx.2023-cü il tarixli İPX ******* saylı protokolun və bunun əsasında mənə hesablanmış 150 manat cərimənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Zəngilan rayon Yol Patrul Xidmətinin inspektoru, polis baş şerjantı X4 tərəfindən ona Azərbaycan Respublikası İXM-nin 342.2.2,-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli İPX ******* saylı protokol tərtib edilmiş və o,150 manat cərimə edilmişdir. Həmin protokolu və həmin protkol əsasında 150 manat cərimə edilməsini qanunsuz hesab edir. Belə ki, ona istinad edilən maddi normada normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. O, isə bu inzibati xətanı törətməmişdir. Belə ki, inspektor onun maşınını saxlayaraq, maşınında normativ tələbləri pozan işıqların quraşdırılmasmı bildirmiş, o, isə buna etiraz edərək bildirmişdir ki, həmin işıqlar tam normativ qaydalara uyğun quraşdırılmış və bunu müəyyən etmək üçün ekspertiza və ya hər hansı başqa yoxlamalar da apara bilərlər. Buna baxmayaraq, inspektorlar məcburi olaraq onun avtomaşınını cərimə meydançasına aparmış, bir gün orda qalandan sonra o, maşının buraxılmasını tələb etmiş, lakin inspektorlar bildirmişlər ki, protokolu imzalamasa, avtomaşını buraxmayacaqlar. O, da məcbur olub imzalamış, bununla da kifayətlənməyib, tələb etmişlər ki, o, protokolla razı olması barədə də qeyd yazmalıdır. O, məcbur olub onu da yazmış, çünki onun maşını icarə maşınıdır, o, taksi fəaliyyəti ilə məşğul olur və maşının hər boş durduğu gün ona 50-60 manat borc yaradır. Oan görə də məcbur olub inspektorun dediyi kimi etmiş, protokolu da imzalamış, razı olmağı barədə qeyd də etmişdir. Bundan sonra inspektorlar məcburi qaydada həmin işıqları da, ona sökdürmüşlər, çünki bunu etməsə maşını buraxmayacaqlarını bildirmişlər. O, onlara demişdir ki, heç olmasa işıqlar qasın, onlar bütün normalara uyğundur, amma razılaşmamışlar və işıqları da ona sökdürmüşlər. Bundan sonra ona 150 manat cərimə olunması barədə qərarlı protokol barədə bildiriş gəlmişdir. O, həmin şöbədən protokolu almış və hazırda bu protokoldan qanunsuz protokol kimi şikayət edir. Onu da qeyd edir ki, polis inspektorları bu sahədə qanunsuz hərəkətləri və qanunsuz protokolları respublikada söz-söhbətə, narazılıqlara səbəb olmuş,hətta televiziya xəbərlərində də yer almış, bu verilişlərdə həm avtomobil üzrə mütəxəssislər, həm də Yol Patrul Xidmətinin məsul işçisi də bildirmişdir ki, avtomobillərdə olan “led” işıqları əgər zavod istehsalıdırsa, eləcə də mütəxəssis tərəfindən düzgün quraşdırılmışdırsa, bu halda heç bir inzibati məsuliyyət yaranmır və bu avtomobil sürücüləri barədə inzibati protokol tərtib etmək olmaz. Onun avtomobilində quraşdırılmış işıqlar da, mütəxəssis tərəfindən bütün normalara uyğun quraşdırılmışdır. Bunun əksini iddia edən inspektor mütləq bu barədə mütəxəssis rəyi almalı və ya digər texniki vasitələrdən istifadə edilməli, yalnız müvafiq rəy elanından sonra protokol tərtib edə bilərdi. Amma protokoldan da görünür ki, bu barədə hər hansı bir rəy alınmamış və texniki vasitələrdən istifadə edilməmişdir. Belə olan halda inspektorun tərtib etdiyi protokol qanunsuz olmuşdur. Çünki onun avtomobilində olan işıqların normativ qaydalara uyğunsuz olmasını sübut edən hər hansı bir rəy və sübut yoxdur. Məhkəmə şikayəti və şikayətə əlavə olunan sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə sələhiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət-şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İş materiallarından göründüyü kimi X1 rəsmi yaşayış yeri Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 20-ci Qurultay küçəsi, döngə 6, ev 11 qeyd edilmişdir. Odur ki, X2 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9-cu və 114.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldım: X2 tərəfindən Zəngilan rayon Yol Patrul Xidmətinin 25 avqust 2023-cü il tarixli İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş qərarından verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim Gülsarə İmanova
Məhkəmə qərarları › İş №3(034)-30/2023
Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №3(034)-30/2023
08.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver