Məhkəmə qərarları › İş №3(034)-33/2022

Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-33/2022

23.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-33/2022 23.08.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Zəngilan rayon X3 Təhlükəsizlik Bölməsinin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakı ilə, xx.xx.1983-cü ildə Zəngilan rayonu, Mincivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, Zəngilan rayonu, Mincivan qəsəbəsi, F.Məmmədov küəçsi, ev 31-də qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, ev 3, mənzil 8-də məskunlaşmış Şəxs, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Zəngilan rayon X3 Təhlükəsizlik Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİ: Zəngilan rayon X3 Təhlükəsizlik Bölməsinin sahə rəisi X2 tərəfindən tərtib edilmiş 23 avqust 2022-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri Narkoloji Dispanseri tərəfinlən verilmiş rəyə əsasən Şəxs sidiyindən marixuana, matafetamin opi, THC, AMP aşkar edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş orqanın nümayəndəsi Zəngilan rayon X3 Təhlükəsizlik Bölməsinin sahə rəisi X2 23 avqust 2022-ci il tarixli MN ******* nömrəli protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Şəxs ərazinin sakini kimi tanıyırlar. Ərazida baş vermiş oğurluq cinayəti ilə bağlı xx.xx.2022-ci il tarixdə saat 14:00-da Şəxs şöbəyə dəvət etmişlər. Şöbədə olan zaman Şəxs qeyri-adi, nəzərə çarpacaq dərəcədə sərxoş vəziyyətdə olması və narkotik vasitə qəbul etməsini etiraf etməsini nəzərə alaraq onun narkoloji müayinədən keçirilməsi üçün göstəriş vermiş və müayinə zamanı da sidiyində marixuana, matafetamin opi, THC, AMP aşkar edilmişdir. Bundan əlava Şəxs onların suallarına cavab olaraq bir gün əvvəl narkotik vasitə qəbul etməsini bildirmişdir. Sonda protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmədən Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs həmin inzibati xətanı törətdiyini etiraf edərək, ara sıra narkotik vasitə qəbul etməsini, lakin aludəçisi olmamasını, son bir həftə olar ki, marixuana, patı və kakos adlı narotik vasitələrdən istifadə etməsini, polis şöbəsinə gələrkən artıq narkotik maddənin təsirində olmasını, əvvəllər narkotik vasitələrdən istifadə etməməsini, birinci dəfədir ki, istifadə etməsini bildirmişdir. Hazırda isə törətdiyi əməldən səmimi olaraq peşmandır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin A/1235 saylı xx.xx.2022-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, sidiyindən marixuana, matamfetamin opi, THC, AMP aşkar edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi Zəngilan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi tərəfindən tərtib olunmuş 23 avqust 2022-ci il tarixli MN ******* nömrəli protokola, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin A/1235 saylı xx.xx.2022-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu və özünün etirafedici izahatı ilə tam sübuta yetdiyindən və o, bu maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanıılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin qeyd hissəsində isə satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, özünün etiraf edici izahatını, səmimi peşman olmasını nəzərə alıb hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32,40,48-50-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 23 avqust 2022-ci il tarixdən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayonu Polis İdarəsinin müvəqqəti saxlanma yerinə təhvil verilsin. Qərarın surəti Şəxs və onun vəkilinə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar