Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-33/2024 23.05.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, Zəngilan rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X5 iştirakları ilə, xx.xx.1985-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, “Crystal İnşşat» şirkətində satınalma üzrə baş məsləhətçisi vəzifəsində işləyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Zəngilan rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta ilə bağlı xx.xx.2024-cü il tarixli qərar üzrə inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün Zəngilan rayon prokurorluğu məhkəməyə müraciət etmişdir. Zəngilan rayon prokurorluğu inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli qərarını onunla əsaslandırmışdır ki, vəzifəli şəxs "xxxx" ASCnin direktoru vəzifəsində işləyən Şəxs Məmmədəli oğlunun "Elektrik əl maşınları. Ümumi təhlükəsizlik tədbirləri" 12.2.013.0-91 5 e DST-nin 1 saylı əlavəsinin 1-ci bəndinin və "İşçilərin əməyin mühafizəsi üzrə təlimatının təşkili. Ümumi tələblər 12.0.004-90 Dövlət standartı'nın 4.4 bəndinin tələblərini pozaraq, nəzəri bilikləri yoxlanılmadan, elektrik əl maşınlarında işləməsinə dair istehsalat təlimi keçmədən, həmçinin təhlükəsizlik texnikası üzrə ixtisas dərəcəsi olmayan vətəndaş Zərərçəkmiş şəxs həmin şirkətdə usta (qəlibçi) kimi işləməyə cəlb etməsi, Zərərçəkmiş şəxs 1-52.2024-cü il tarixdə, Zəngilan rayonu, Ağalı kəndi ərazisində işləyən zaman laqondanın kəsici hissəsinin tam dayanmasını gözləmədən əlini laqondaya vurduğuna görə, sonuncunun işləyərkən dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət almasına səbəb olmuş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulması inzibati xətasını törətmişdir. Qeyd olunanlar Zərərçəkmiş şəxs, Şahid1, Şahid2, Şahid3, X1 izahatları, Müdafiə Nazirliyi MTE və PA Mərkəzinin Füzuli regional MTE bölməsinin xx.xx.2024-cü il tarixli, 144 nömrəli məhkəmə-tibbi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 5-16-16/2-10/2630 nömrəli məhkəmə-texniki təhlükəsizlik ekspertizası rəyləri və 17-C-24 nömrəli araşdırma materialı üzrə qəbul edilən cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar ilə sübut olunur. "xxxx" ASC şirkətində usta (qəlibçi) vəzifəsində işləyən Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Zəngilan rayonu, Ağalı kəndində otel tikintisində xx.xx.2024-cü il tarixdə, saat 15:30-16:00 radələrində iş zamanı laqonda ilə taxtanı kəsdikdən sonra laqondanı söndürərək yerə qoymuş, lakin öz ehtiyatsızlığından sağ əlinin 3-cü barmağı anidən həmin dayanmaqda olan laqondanın kəsici hissəsinə dəymiş və qanamağa başlamışdır. Özünün səhvi ondan ibarət olmuşdur ki, laqondanın kəsici hissəsinin tam dayanmasını gizləmədən əlini laqondaya vurmuşdur. "xxxx" ASC şirkətində layihə rəhbəri vəzifəsində işləyən Şahid1 izahatında göstərmişdir ki, 2024-cü ilin fevral ayının sonlarında Zərərçəkmiş şəxs ona yaxınlaşaraq 1 həftə əvvəl rayonda olarkən dəhrə ilə barmağını kəsdiyini, laqonda ilə işləyərkən həmin yaranın yenidən qanadığını və Ağalı Ailə Sağlamlıq Mərkəzində əlinə sarğı qoyulduğunu bildirmişdir. O, sonuncudan barmağındakı yaranın hansı şəraitdə açıldığını soruşduqda, sonuncu ona laqonda ilə işləyərkən əlinin harasa ilişdiyini bildirmişdir. Onun həmin vaxt ciddi problemi olmadığından sonuncudan hadisənin baş vermə şəraitini dəqiqləşdirməmişdir. Bundan 2-3 gün sonra Zərərçəkmiş şəxs havanın soyuq olduğunu, işləyə bilmədiyini əsas gətirərək yaşadığı Ağdaş rayonu, Kotavan kəndinə geri qayıtmışdır. SƏTƏM mühəndisi vəzifəsində işləyən Şahid2 və iş icraçısı vəzifəsində işləyən Şahid3 rayon prokurorluğuna Şahid1la eyni məzmunlu izahatlar təqdim etmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, xx.xx.2024-cü ilədək direktoru olduğu "xxxx" şirkəti Zəngilan rayonu, Ağalı kəndində otel tikintisi həyata keçirir. xx.xx.2024-cü il tarixdə həmin otel tərəfindən həyata keçirilən Zəngilan rayonu, Ağalı kəndində yerləşən otel tikintisində usta (qəlibçi) kimi işləyən Zərərçəkmiş şəxs iş zamanı laqonda ilə taxta kəsərkən laqondanı söndürərək yerə qoymuş və bu zaman daha əvvəl əlində olan yaranın açıldığını aşkar etmişdir. Sonuncu xx.xx.2024-cü il tarixdə öz istəyi ilə işdən çıxmışdır. Füzuli regional Məhkəmə-X4 xx.xx.2024-cü il tarixli, 144 nömrəli məhkəmə-tibbi ekspertiza rəyində Zərərçəkmiş şəxs sağ əlin 3-cü bparmağının üst səthinin yarası xəsarəti alması, kəsici alətin (laqonda ola bilər) təsirindən törənməsi, törənmə müddətinin qərarda qeyd edilən tarixə uyğun gəlməsi, sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid olması göstərilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixdə rayon prokurorluğuna daxil olmuş, xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2630 nömrəli məhkəmə-texniki təhlükəsizlik ekspertizası rəyində göstərilmişdir ki, nəzəri bilikləri yoxlanılmamış, həmçinin elektrik əl maşınlarında işləməsinə dair istehsalat təlimi keçməmiş, təhlükəsizlik texnikası üzrə ixtisas dərəcəsi olmayan işçi Zərərçəkmiş şəxs tikintidə elektrik əl maşınından (laqondadan) istifadə etməklə işlərə cəlb edildiyinə görə, "Elektrik əl maşınları, ümumi təhlükəsizlik tədbirləri" 12.2.013.0-91 saylı DST-nin 1 saylı əlavəsinin 1-ci bəndinin və “işçilərin əməyin mühafizəsi üzrə təlimatının təşkili. Ümumi tələblər 12.0.004-90 Dövlət standartı" nın 4.4 bəndinin tələbi işçini tikinti sahəsində həmin işlərin görülməsinə cəlb etmiş şəxs(-lər) tərəfindən pozulmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb inzibati xəta hadisəsinin mövcudluğu göstərən kifayət qədər halların rayon prokurorluğ tərəfindən 17-C-24 nömrələi material üzrə ararılan araşdırma nəticəsində aşkar edilməsidir. 17-C-24 nömrəli araşdırma materialı üzrə qəbul edilən cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs aldığı xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər qrupundan olmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaratmır. Məhkəmə iclasında iştirak edən Zəngilan rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X10 izahatında qərarı müdafiə edərək bildirmişdir ki, vəzifəli şəxs "xxxx" ASC-nin direktoru vəzifəsində işləyən Şəxs elektrik əl maşınları, ümumi təhlükəsizlik tədbirləri, 12.2.013.0-91 saylı DST-nin 1 saylı əlavəsinin1-ci bəndinin və işçilərin əməyin mühafizəsi üzrə təlimatının təşkili, ümumi tələblər 12.0.004-90 Dövlət standartının 4.4 bəndinin tələblərini pozaraq nəzəri bilikləri yoxlanılmadan, elektrik əl maşınlarında işləməsinə dair istehsalat təlimi keçmədən, həmçinin təhlükəsizlik texnikası üzrə ixtisas dərəcəsi olmayan vətəndaş Zərərçəkmiş şəxs həmin şirkətdə usta kimi işləməyə cəlb etməsi, Zərərçəkmiş şəxs xx.xx.2024-cü ildə Zəngilan rayonu, Ağalı kəndi ərazisində işləyən zaman laqondanın kəsici hissəsinin tam dayanmasını gözləmədən əlini laqondaya vurduğuna görə sonuncunun işləyərkən dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət almasına səbəb olmuşdur. Məkkəmədən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə görə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu maddə ilə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü ildə şirkət tərəfindən həyata keçirilən Zəngilan rayonu, Ağalı kəndində yerləşən otel tikitintisində usta kimi işləyən Zərərçəkmiş şəxs iş zamanı laqonda ilə taxta kəsərkən laqondanı söndürərək yerə qoymuş və bu zaman daha əvvəl əlində olan yaranın açıldığını aşkar etmişdir. Aldığı xəsarətlə bağlı Zəngilan rayonu, Ağalı kəndində yerləşən Ağalı Ailə Sağlamlıq Mərkəzinə gedərək tibbi yardım almışdır. xx.xx.2024-cü ildə öz istəyi ilə işdən çıxmışdır. Zərərçəkmiş şəxs əmək müqaviləsi əsasında fəaliyyət göstərmişdir. Əməyin mühafizəsinə dair qaydalarla bağlı normalar mövcuddur və işçilər bu qaydalarla SƏTƏM mühəndisi Elsəvər Məmmədov tərəfindən tanış edilir. Zərərçəkmiş şəxs laqonda ilə işləməsinə dair istehsalat təlimi keçmədən, ixtisas dərəcsi olmadan laqonda ilə iş görməsi barədə hər hansı bir məlumatı olmamışdır. Zərərçəkmiş şəxs təhlükəsizlik texnikası üzrə ixtisas dərəcəsinin olmaması barədə məlumatı olmadığından sonuncu onun tərəfindən işə alınmışdır. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o, xx.xx.2024-cü ildə saat 15:30-16:00-radələrində iş zamanı laqonda ilə taxtanı kəsdikdən sonra laqondanı söndürərək yerə qoymuş, lakin onun öz ehtiyatsızlığından sağ əlinin Ağdaş rayonunda olarkən kəsilən hissəsi anidən həmin dayanmaqda olan laqondanın kəsici hissəsinə dəymiş və sağ əlinin 3-cü barmağı qanamağa başlamışdır. Onun səhvi laqondanın kəsici hissəsinin tam dayanmasını gözləmədən əlini laqondaya vurması olmuşdur. Aldığı xəsarətlə bağlı özü ilkin olaraq barmağını bintlə sarımış və işini görməyə davam etmişdir. xx.xx.2024-cü ildə Ağalı kəndində yerləşən Ağalı Ailə Sağlamlıq Mərkəzinə gedərək orada sağ əlinin 3-cü barmağında olan yara təmizlənərək sarğı qoyulmuşdur. O, xx.xx.2024-cü il tarixdə işdən çıxmış və xx.xx.2024-cü il tarixdə Ağdaş rayonu, Kotavan kəndində yerləşən evinə qayıtmışdır. O, "xxxx" ASC şirkəti ilə bağlanmış əmək müqaviləsi əsasında qəlb ustası kimi fəaliyyət göstərmişdir. Onun usta olaraq laqondadan istifadə etməyə icazəsi olmuşdur. Ağalı kəndində tikilən otelin tikintisinə ümumi rəhbərlik vəzifəsini bilmədiyi Tahir adlı şəxs tərəfindən həyata keçirilmişdir. Adını bilmədiyi briqadiri ona otelin 1-ci mərtəbəsindəki tikintisi yekunlaşmış otaqların birində olan artıq taxtaların kəsilməsini tapşırmışdır. O, işlədiyi müddət ərzində adını bilmədiyi şəxslər tərəfindən hər gün həm şifahi, həm də yazılı təlimatlar almış və təlimatlarla bağlı hər gün jurnallara imza etmişdir. Hadisə zamanı mühafizə vasitələrindən istifadə etmiş, lakin xəsarət aldığı zaman laqonda əlcəyi də kəsərək sağ əlinin 3-cü barmağını kəsmişdir. Xəsarət aldığı zaman yanında adını bilmədiyi fəhlə olmuşdur. Sonda zərərçəkmiş şəxs məhkəmədən ədalətli qərar çıxarmağı xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2024-cü ilin fevral ayının sonlarında Zərərçəkmiş şəxs ona yaxınlaşaraq bir həftə əvvəl rayonda olarkən dəhrə ilə barmağını kəsməsini, laqonda ilə işləyərkən həmin yaranın yenidən qanamasını və Ağalı Ailə Sağlamlıq Mərkəzində əlinə sarğı qoyulmasını bildirmişdir. Bundan 2-3 gün sonra o havanın soyuq olduğunu, işləyə bilmədiyini əsas gətirərək yaşadığı Ağdaş rayonu Kotavan kəndinə geri qayıtmışdır. Məhkəmə iclaında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, 2024-cü ilin fevral ayının sonlarında işçilərdən biri ona yaxınlaşaraq Zərərçəkmiş şəxs 1 həftə əvvəl rayonda olarkən dəhrə ilə barmağını kəsməsini, laqonda ilə işləyərkən həmin yaranın yenidən qanamasını və Ağalı Ailə Sağlamlıq Mərkəzində əlinə sarğı qoyulmasını bildirmişdir. Bundan 2-3 gün sonra o, havanın soyuq olmasını, işləyə bilməməsini əsas gətirərək yaşadığı Ağdaş rayonu Kotavan kəndinə geri qayıtmışdır. Məhkəmə iclaında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 2024-cü ilin fevral ayının sonlarında Zərərçəkmiş şəxs ona yaxınlaşaraq 1 həftə əvvəl rayonda olarkən dəhrə ilə barmağını kəsməsini, laqonda ilə işləyərkən həmin yaranın yenidən qanamasını və Ağalı Ailə Sağlamlıq Mərkəzində əlinə sarğı qoyulmasını bildirmiş və onlan icazə istəmişdir. Bundan 2-3 gün sonra o havanın soyuq olmasını, işləyə bilməməsini əsas gətirərək yaşadığı Ağdaş rayonu Kotavan kəndinə geri qayıtmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Zəngilan rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən X2 xx.xx.2024-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, toplanmış 17-C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Zəngilan rayon prokuroru Qibləli Kərimovun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətəlar Məcəlləsinin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və X6” X11 xx.xx.2024-cü il tarixli 144 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunan xəsarət-sağ əlinin 3-cü barmağınin üst səhtinin yarası, kəsici alət ola bilər laqondanın təsirindən törənmiş, törənmə müddəti xx.xx.2024-cü il tarxə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğundan sağlamlığa yüngül zərər vuran xəsarətlər aiddir. Qeyd olunan xəsarət müayinə olunanın göstəridiyi şəratdə mələ gələ bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16\2-10\2630 nömrəli ekspert rəyindən görünür ki, elektrik əl maşınlarında işləməsinə dair istehsalat təlimi keçməmiş, təhlükəsizlik texnikası üzrə ixtisas dərəcəsi olmayan şəxsin tikintidə elektrik əl maşınından (laqondadan) istifadə edərkən ehtiyyatsız davranması baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “Elektrik əl maşınları, Ümumi təhlükəsizlik tələbləri” 12.2.013.0-91 saylı DST-nın 1 saylı əlavəsinin 1-ci bəndinin və “İşçilərin əməyin mühafizəsi üzrə təlimatının təşkili. Ümumi tələblər 12.0.004-90 Dövlət standartı' nın 4.4 bəndinin tələblərini pozmuşdur. Nəzəri bilikləri yoxlanılmamış, həmçinin elektrik əl maşınlarında işləməsinə dair istehsalat təlimi keçməmiş təhlükəsizlik texnikası üzrə ixtisas dərəcəsi olmayan işçi Zərərçəkmiş şəxs tikinti elektrik əl maşınından (laqondadan) istifadə etməklə işlərə cəlb etdiyinə görə, Elektrik əl maşınları, Ümumi təhlükəsizlik tələbləri” 12.2.013.0-91 saylı DST-nın 1 saylı əlavəsinin 1-ci bəndinin və “İşçilərin əməyin mühafizəsi üzrə təlimatının təşkili. Ümumi tələblər 12.0.004-90 Dövlət standartı' nın 4.4 bəndinin tələbi işçini tikinti sahəsində həmin işlərin görülməsinə cəlb etmiş şəxs(-lər) tərəfindənpozulmuşdur (konkret şəxs (-lər) istintaq tərəfindən müəyyən edilə bilər). Hadisənin baş vermə səbəb və şəraitini nəzərə aldıqda, zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən qayda və təlimatların tələblərinin pozulmaısı halı müəyyən edilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vəzifəli şəxs "xxxx" ASC-nin direktoru vəzifəsində işləyən Şəxs "Elektrik əl maşınları. Ümumi təhlükəsizlik tədbirləri" 12.2.013.0-91 5 e DST-nin 1 saylı əlavəsinin 1-ci bəndinin və "İşçilərin əməyin mühafizəsi üzrə təlimatının təşkili. Ümumi tələblər 12.0.004-90 Dövlət standartı'nın 4.4 bəndinin tələblərini pozaraq, nəzəri bilikləri yoxlanılmadan, elektrik əl maşınlarında işləməsinə dair istehsalat təlimi keçmədən, həmçinin təhlükəsizlik texnikası üzrə ixtisas dərəcəsi olmayan vətəndaş Zərərçəkmiş şəxs həmin şirkətdə usta (qəlibçi) kimi işləməyə cəlb etməsi, Zərərçəkmiş şəxs 1-52.2024-cü il tarixdə, Zəngilan rayonu, Ağalı kəndi ərazisində işləyən zaman laqondanın kəsici hissəsinin tam dayanmasını gözləmədən əlini laqondaya vurduğuna görə, sonuncunun işləyərkən dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət almasına səbəb olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta üzrə iş icraat aparıln şəxs Şəxs Məmmədəli oğlu özünü təqsirli bilmiş və izahatında qeyd etmişdir ki, Zərərçəkmiş şəxs əmək müqaviləsi əsasında fəaliyyət göstərmiş, əməyin mühafizəsinə dair qaydalarla bağlı normalar mövcuddur və bu qaydalarla işçiləri SƏTƏM mühəndisi Elsəvər Məmmədov tərəfindən tanış edilir. Zərərçəkmiş şəxs laqonda ilə işləməsinə dair istehsalat təlimi keçmədən, ixtisas dərəcsi olmadan laqonda ilə iş görməsi barədə hər hansı bir məlumatı olmamış, Zərərçəkmiş şəxs təhlükəsizlik texnikası üzrə ixtisas dərəcəsinin olmaması barədə məlumatı olmadığından sonuncu onun tərəfindən işə alınmışdır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs izahatında hadisənin onun öz səhvi nəticəsində laqonda ilə ehtiyyatsız davaranması olmuş və sağlamılığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarət alması ilə nəticələnməsi olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci madəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə-min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini, özünü həmin maddə ilə təqsirli bilməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32-33,40,43.1,48-50-ci və 106-115-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 1000 (min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №3(034)-33/2024
Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-33/2024
23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver