Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-34/2022 08.09.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Zəngilan rayon X3 Təhlükəsizlik Bölməsinin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakı ilə, xx.xx.1993-cü ildə Bakı şəhər Yasamal rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Abşeron rayonu, H.Əliyev prospekti, ev 6da qeydiyyatda olan, Abşeron rayonu, Masazır kəndi, Yeni məhəllə, həyat evində yaşayan Şəxs, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Zəngilan rayon X3 Təhlükəsizlik Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİ: Zəngilan rayon X3 Təhlükəsizlik Bölməsinin sahə rəisi X2 tərəfindən tərtib edilmiş 07 sentyabr 2022-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 20:20-də Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyinin ərazisində olarkən onun narkotik vasitənin təsiri altında olması müyyən edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş orqanın nümayəndəsi Zəngilan rayon X3 Təhlükəsizlik Bölməsinin sahə rəisi X2 07 sentyabr 2022-ci il tarixli MN ******* nömrəli protokolu müdafiə edərək izahatında bildirmişdir ki, polis əməkdaşları Şəxs xx.xx.2022-ci il tarixdə Zəngilan şəhərciyinin ərazisində olarkən özünü şübhəli aparmasından və narkotik vasitənin təsiri altında olmasından şübhələndikləri üçün onu rayon polis şöbəsinə dəvət etmişlər. Şöbədə olarkən Şəxs özünün narkotik vasitə qəbul etməsini etiraf etməsini nəzərə alaraq, narkoloji müayinədən keçirilməsi üçün göstəriş verilmiş və müayinə zamanı onun narkotik vasitə qəbul etməsi aşkar edilmişdir. Sonda protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmədən Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs həmin inzibati xətanı törətdiyini etiraf edərək, izahatında bildimişdir ki, xx.xx.2022-ci il tarixdə Zəngilan şəhərciyində yerləşən Qarabağ marketdə özünü şübhəli apardığı üçün rayon polis şöbəsinə dəvət edilmişdir. Özü 17 yaşından bəri narkotik vasitə istifadəçisidir və mütəmadi olaraq narkotik vasitələr qəbul edir. Həmin günü isə qəbul etdiyi psixotrop maddənin təsiri altında olmuşdur. Hazırda isə törətdiyi əməldən səmimi olaraq peşmandır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin A/1322 saylı xx.xx.2022-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs narkotik qəbulu faktı aşkarlanıb, sidikindən narkotik vasitə olan MOR(+) aşkar edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi Zəngilan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi tərəfindən tərtib olunmuş 07 sentyabr 2022-ci il tarixli MN ******* nömrəli protokola, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin A/1322 saylı xx.xx.2022-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu və özünün etirafedici izahatı ilə tam sübuta yetdiyindən və o, bu maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin qeyd hissəsində isə satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, özünün etirafedici izahatını, səmimi peşman olmasını nəzərə alıb hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32,40,48-50-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 08 sentyabr 2022-ci il tarixdən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayonu Polis İdarəsinin müvəqqəti saxlanma yerinə təhvil verilsin. Qərarın surəti Şəxs və onun vəkilinə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Gülsarə İmanova
Məhkəmə qərarları › İş №3(034)-34/2022
Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-34/2022
08.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver