Məhkəmə qərarları › İş №3(034)-35/2022

Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-35/2022

27.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-35/2022 27.09.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi ilə, X1 Bakı şəhəri Baş Polis İdarəsi X5 İdarəsinin inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayətlə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək barəsində tərtib edilmiş inzibati xətaya dair xx.xx.2022-ci il tarixli İXP ******* saylı protokol üzrə qəbul edilmiş qərarın ləğv edilməsi və iş ürə icraata xitam verilməsini xahiş etmişdir. X3 şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə “Koroğlu” metrostansiyasın 5 saylı Asan Xidmət istiqamətinə çıxışında Heydər Əliyev prospekti ilə kəsişən ikinci dərəcəli yolda özünə məxsus ** RS *** qeydiyyat nişanlı «Mitsubishi Pajero» markalı nəqliyyat vasitəsi ilə sağ tərəfə hərəkət edərkən giriş qadağandır nişanını gördükdən sonra nəqliyyat vasitəsinin hərəkətini dayandırmış və geriyə doğru hərəkət etmək üçün imkan axtarmışdır. Bu zaman DYP əməkdaşına hərəkət niyyətinin olmadığını, onun ona yaxınlaşmasından öncə nəqliyyat vasitəsini saxladığını bildirmişdir. Buna baxmayaraq DYP əməkdaşı onun 60 manat ,3 bal cərimə edilməsini bildirmişdir. Bundan sonra asanpay informasiya sistemində elektron kabinetinə inzibati xəta haqqında protokol yerləşdirilmişdir. Elə həmin gün xx.xx.2022-ci il tarixində tərəfindən asanpay vasitəsilə inzibati xətaya dair protokoldan şikayət təqdim edilmişdir. Şikayətə baxan müvafiq səlahiyyətli şəxs onunla xx.xx.2022-ci il tarixdə mobil telefonla əlaqə saxlamış, şikayətə baxılması üçün dəvət etmiş, getməkdən imtina etmşdir. İnzibati tənbeh qərarından şikayət versə də, 20 avqustdan etibarən cərimə məbləğinə dəbbə pulu hesablanmağa başlanmışdır. 01 sentyabr tarixinədək şikayətin nəticəsi barədə nə asanpaya, nədə ünvanına cavab daxil olmamışdır. Nəhayət şikayətə baxan vəzifəli şəxs ilə mobil əlaqə saxlamış, uzun mübarizə apardıqdan sonra şikayətin nəticəsi barədə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 046-86396m-322 saylı məktub e-poçt ünvanına göndərilmişir. Sonda şikayətçi barəsində tərtib edilmiş inzibati xətaya dair xx.xx.2022-ci il tarixli İXP ******* saylı protokol üzrə qəbul edilmiş qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X3 ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxıb qərar qəbul edilməsini xahiş etmişdir.Məhkəmə işə X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Baş Polis İdarəsi X5 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməməsi ilə yanaşı, məhkəmə tərəfindən dəfələrlə telefon vasitəsi ilə inzibatı xəta haqqında materialı, həmçinin ** RS *** qeydiyyat nişanlı «Mitsubishi Pajero» markalı nəqliyyat vasitəsinin kimə aid olması barədə portaldan çıxarışı məhkəməyə göndərilməsi tələb olunsa da, məhkəmənin bu tələbləri cavabsız qalmışdır. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin X2 ünvanladığı məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə idarə etdiyiniz “MİTSUBİSHİ" markalı **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobiliniz ilə şəhərin “Koroğlu" metro stansiyasının qarşısında H.Əliyev prospektinə bitişik ərazidə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələbini pozaraq 3.1 “Giriş qadağandır" yol nişanının təsir zonasına daxil olduğunuz üçün həmin ərazidə xidmət edən YPX əməkdaşı tərəfindən dayandırılaraq barənizdə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.2 maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir.Yol hərəkəti qaydasını pozmağınız həmin ərazidə quraşdırılmış “Təhlükəsiz Şəhər" kameraları vasitəsilə qeydə alınmış videogörüntülərə baxış zamanı öz təsdiqini tapmışdır.Yol hərəkəti qaydasını pozmağınız xüsusi texniki vasitələrlə deyi! YPX inspektoru tərəfindən vizual aşkar edildiyindən buna dair foto və ya video görüntülər elektron kabinetinə yerləşdirilməmişdir.Törətdilmiş inzibati xətanın aşkar edilməsində və sənədləşdiriiməsində YPX əməkdaşı tərəfindən hüquqazidd hərəkətlərə yol verilməsi halları müəyyən edilməmiş, narazı qaldığı halda məhkəməyə müraciət olunması bildirilmişdir. Azərbaycan Respublikası İXM-nin 124.3-cü maddəsinə əssən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, şikayətçi X3 xx.xx.2022-ci il tarixdə “Koroğlu” metrostansiyasın 5 saylı Asan Xidmət istiqamətinə çıxışında Heydər Əliyev prospekti ilə kəsişən ikinci dərəcəli yolda özünə məxsus ** RS *** qeydiyyat nişanlı «Mitsubishi Pajero» markalı nəqliyyat vasitəsi ilə sağ tərəfə hərəkət edərkən giriş qadağandır nişanını gördükdən sonra nəqliyyat vasitəsinin hərəkətini dayandırmış və geriyə doğru hərəkət etmək üçün imkan axtarmışdır. Bu zaman DYP əməkdaşına hərəkət niyyətinin olmadığını, onun ona yaxınlaşmasından öncə nəqliyyat vasitəsini saxladığını bildirmişdir. Buna baxmayaraq DYP əməkdaşı onun 60 manat, 3 bal cərimə edilməsini bildirmişdir. Bundan sonra asanpay informasiya sistemində elektron kabinetinə inzibati xəta haqqında protokol yerləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən X3 hətta verdiyi izahatında ona təyin edilmiş cəriməni ödəməsini də bildirmişdir. Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsi X1 müraciətinə cavab olaraq,xx.xx.2022-ci il tarixdə idarə etdiyi “MİTSUBİSHİ" markalı **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə şəhərin “Koroğlu" metro stansiyasının qarşısında H.Əliyev prospektinə bitişik ərazidə hərəkətdə olarkən yol hərəkəti qaydasını pozulması həmin ərazidə quraşdırılmış “Təhlükəsiz Şəhər" kameraları vasitəsilə qeydə alınmış videogörüntülərə baxış zamanı öz təsdiqini tapmasını bildirilmişdir. Eyni zamanda, ərizəçi inzibati xəta haqqında protokol əsasında ona təyin olunmuş 60 manat cəriməni ödəmişdir. Həmçinin, ərizəçi tərəfindən şikayət ərizəsində göstərdiyi dəlillərə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, X1 Bakı şəhəri Baş Polis İdarəsi X5 İdarəsinin inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 12-13, 31,32- 33,40,43.1,48-50-ci və 106-115-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 barəsində tərtib edilmiş inzibati xətaya dair xx.xx.2022-ci il tarixli İXP ******* saylı protokol üzrə qəbul edilmiş qərarın ləğv edilməsi və iş ürə icraata xitam verilməsinə dair şikayəti təmin edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar