Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-37/2023 18.10.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Zəngilan rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin polis sahə rəisi X2, Zərərçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2003-cü ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşıdır, subay, «Kolyon» şirkətində mühafizəçi işləyir, İmişli rayonunda qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Zəngilan rayon Polis Şöbəsi tərəfindən barəsində tərtib etdilmiş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİ: Zəngilan rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünur ki, xx.xx.2023-cü il tarixdə, saat 19:30-da Zəngilan rayonu, Ağalı kəndində «Kalyon» şirkətinin hazırladığı yeni yolun giriş hisssində olan posta Kərimov X1 Emin Adil oğlu ilə mübahisə edərək, sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş orqanın nümayəndəsi X3 izahatında bildirmişdir ki,xx.xx.2023-cü il tarixdə, saat 19:30 radələrində Zəngilan rayonu, Ağalı kəndində“Kalyon” şirkətinin hazırladığı yeni yolun girişində olan posta Şəxs vətəndaş X6 ilə mübahisə edərək sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Kərimov X1 Emin Adil oğluna postdan keçməyə imkan vermədiyi üçün mübahisə etmiş, hər ikisi dərəcəsi təyin edilməyən bədən xəsarətləri almışlar. Şəxs özü də səmimi olaraq əməlini etiraf etmiş, peşmançılığını bildirmişdir. Sonda isə məhkəmədən tərəflər barışdığı üçün icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək törətdiyi əməli etiraf edərək izahatında bildirmişdir ki, 2023-cü ilin iyul ayından etibarən “Kalyon RSY ADİ” ortaqlığı ticari işlətməsi şirkətində mühafizəçi işləyir. xx.xx.2023-cü il tarixdə, saat 19:30 radələrində posta «Vaz 2107» markalı ** VH *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi yaxınlaşmış və nəqliyyat vasitəsində sürücü ilə bərabər bir sərnişin olmasını görmüşdür. Sonradan adının Emin olduğunu bildiyi avtomobil sürücüsü ona postu açmasını, «Kalyon» şirkətinə sərnişini düşürüb qayıtmasını demiş, o, da “Kalyon» şirkətinə aid olan avtomobilləri buraxıldığını deyəndə Emin əsəbləşərək “başqa avtomobili buraxanın deyərək” ona nalayiq ifadə işlətmişdir. Aralarında anlaşılmazlıq yaranmış, mübahisə olmuşdur. Özünü təqsirli bilir, əməlindən peşmandır. Məhkəmədən törətdiyi əməldən səmimi olaraq peşman olmasını, tərəflə barışmasını və barəsində olan inzibati işinin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında göstərmişdir ki, 2023-cü ilin avqust ayından etibarən Zəngilan rayon mərkəzi xəstəxanaında sürücü işləyir. xx.xx.2023cü il tarixdə, saat 19:30 radələrində Ağalı kənd ərazsində bir türk vətəndaşı ona yaxınlaşaraq, onu «Kalyon-76» adlanan əraziyə aparmağı xahiş etmiş və adını bilmədiyi türk vətəndaşı ilə razılaşmış, idarə etdiyi «Vaz 2107» markalı ** VH *** qeydiyyat nişanlı avtomobil ilə əraziyə daxil olan yerdə qoyulan mühafizə postuna yaxınlaş, daha sonra adının Şəxs olduğunu bildiyi şəxsə gətirmiş olduğu sərnişini yeni salınmış yol ilə ünvana aparması üçün postun açılmasını istəmiş, Şəxs isə buna icazə verməmişdir. Aralarında anlaşılmazlıq yaranmış, mübahisə olmuşdur.Törətdiyi əməldən səmimi olaraq peşmandır, tərəflə barışmışlar. İş materiallarına əlavə edilmiş 332/23 nömrəli, xx.xx.2023-cü il tarixli canlı şəxsin ekspertizası ekspert rəyindən görünür ki, Şəxs sol baldır nahiyyəsində qançır olmuş, qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialın nəticələri üzrə X4 və Kərimov-Şəmsəddin Qiyaməddin oğlunun əməllərində cinayət hadisəsi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, X4 və Şəxs əməlində xuliqanlıq cinayət əməlinin və ya xırda xuliqanlıq iznibati qayda pozuntusunun tərkib əlamətləri mövcud olmadığından həmin xüsusat üzrə cinayət təqibi və inzibati xəta haqqında iş üzrə icraat rədd edilmiş, X4 və Şəxs əməllərində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin yəni, “döymə” inzibatı xətasının tərkib əlamətləri olduğundan E.A.Quliyev və Şəxs barəsində həmin maddəyə uyğun olaraq, inzibati xəta haqqında iş üzrə icraat açılması üçün qərarın surət Zəngilan RPŞ-nin İctimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs ərizə ilə məhkəməyə müraciət edərək, zərəçəkmiş şəxs ilə barışdıqlarına görə barəsində olan inzibati işə xitam verilməsini xahiş etmişdir. Eyni zamanda məhkəmə iclasında zərərçəkmiş şəxs X6 ərizə ilə məhkəməyə müraciət edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdıqlarını, ona qarşı heç bir tələb və şikayətin olmamasını bildirərək işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarını dinləyib, tərəflərin ərizələrini araşdırıb, hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur.Maddənin qeyd hissəində deyilir ki, bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Həmin Məcəllənin 39.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin zərərçəkmiş şəxs ilə barışmalarını nəzərə alıb, hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 12-13, 31,32- 33,40,48-50-ci və 106-115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №3(034)-37/2023
Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-37/2023
18.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver