Məhkəmə qərarları › İş №3(034)-38/2022

Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-38/2022

18.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-38/2022 18.10.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin Dövlət X2 polis mayoru X1 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXP ******* nömrəli inzibati protokol üzrə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Şəxs və inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsi gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və protokola əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs tərəfindən inzibati xəta törətməsi faktı protokola əlavə edilmiş sənədlərlə tam sübuta yetirildiyindən o, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarında olan TP ******* saylı xx.xx.2022-ci il tarixli Yol hərəkət qaydaları, yol hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati tənbeh vermə haqqında elektron qərarın sürətindən göründüyü kimi, Şəxs xx.xx.2022-ci il tarixində saat 13:47-də Bakı şəhəri, Ramiz Qəmbərov, Bakı Dövlət Sosial İqtisadi Kolleginin yataqxanası, GPS 40, 4123537, 49, ******* ərazidə «Opel Astra» minik markalı ** RT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən «Taksi» tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan taksi minik avtomobili ilə sərnişin daşımalarını həyata keçirmiş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 322.02-ci maddəsində nəzərdə tutulan inzibari xəta törətdiyinə görə 40 manat məbləğində inzibati cətimə edilmişdir. Şəxs inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan həmin qərarı icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, işin hallarını nəzərə alıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 12-13, 31-33,40,43,48- 50-ci, və 106-115-ci və 529-cu maddələrini rəhbər tutub məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar