Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-39/2024 22.05.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Zəngilan Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Sabirabad rayonu, Kovlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, «GM Constructnon» şirkətində fəhlə işləyən, Sabirabad rayonu, Kovlar kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərini pozması ilə əlaqədar olaraq barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə Zəngilan rayonu, 1-ci stasionar postda aktiv portal icazəsi olmadan rayon ərazisinə daxil olmağa çalışmış, polisin xəbərdarlığına baxmayaraq, qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Zəngilan Rayon Polis X2 Bölməsinin polis sahə rəisi X6 izahatında bildirmişir ki, xx.xx.1989-cu il təvəllüdlü Şəxs xx.xx.2024-cü ildə Zəngilan rayon 1-ci stasionar postda aktiv portal icazəsi olmadan rayon ərazisinə daxil olmağa çalışımış, polisin xıbərdarlığına baxmayaraq qanuni tələbinə məhəl qoymamışdır. O, postdan digər vətəndaş X3 portalsız keçirmişdir. Sonda isə məhkəmədən şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, bir il yarım olar ki, işğaldan azad olunmuş ərazilərdə suvaqçı vəzifəsində işləyir. Sonuncu dəfə birlikdə işlədikləri Babək onlara Laçın rayonunda işləməyi təklif etmiş və portal icazəsi açılması üçün şəxsiyyət vəsiqələrinin şəkillərini Babəkə göndərmələrini istəmişdir. xx.xx.2024-cü ildə işlədikləri Cəbrayıl rayonunda olarkən Babək portallarının açıldığını demiş və onlar Laçın rayonuna doğru hərəkət etmişlər. Zəngilan rayon ərazisində yerləşən polis postunda portalları yoxlanmaq üçün onları saxlamış və sənədlərini alan zaman Elburusun, Babəkin və Xudaverdinin portal icazələri olmadığı müəyyən edilmişdir. Onlar portal açılmayacağını düşünüb Cəbrayıl rayonuna qayıdarkən yolda Babəkə şirkət nümayəndəsi zəng edərək portalların tezliklə açılacağını və geri qayıtmalı olduqlarını bildirmişlər. Onlar geri qayıtmış, Zəngilan rayonu ərazisində yerləşən polis postunda təkrar portal icazələrinin olubolmamasını yoxlamaq üçün polis əməkdaşları şəxsiyyət vəsiqələrini istəmiş, o, bütün şəxsiyyət vəsiqələrini yoxlamaq üçün posta xidmət aparan hərbi qulluqçuya vermiş, sənədlərini yoxlaması üçün şəxsiyyət vəsiqələrini polis əməkdaşına verməsini xahiş etmişdir. Həmin şəxsiyyət vəsiqələrini hərbi qulluqçu polis əməkdaşına vermişdir. Polis əməkdaşı şəxsiyyət vəsiqələrini yoxladıqdan sonra portal icazələrinin olduğunu demiş və hərəkətlərinə icazə vermişdir. Onlar Laçın rayonuna doğru hərəkət etmişlər. O, Xudaverdinin portal icazəsinin olmadığını bilməmişdir. Çünki şəxsiyyət vəsiqələrini yoxlamaq üçün polis əməkdaşlarına təqdim etmişdir. Sonda barəsində inzibati xəta üzrə iş aparılan şəxs törətdiyi əməldən səmimi peşman olmasını nəzərə alaraq, ona həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarını dinləyib, hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tədqiq olunan sübutlarla, o, cümlədən inzibati xəta törətmiş şəxsin izahatı, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, işin hallarını və Şəxs şəxsiyyətini, ilk dəfə olaraq inzibati xəta törətməsini, törətdiyi əməldən səmimi olaraq peşman olmasını nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32-33,40,43.1,48-50-ci və 106-115-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Gülsarə İmanova
Məhkəmə qərarları › İş №3(034)-39/2024
Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-39/2024
22.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver