Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-4/2022 10.03.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxsin nümayəndəsi və vəkili Vəkil, İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X5 Azərbaycan Respublikasının Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin inzibati tənbeh vermə haqqında 16 dekabr 2021-ci il tarixli MN ******* saylı qərarından verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən qəbul edilmiş izibati tənbeh vermə haqqında 16 dekabr 2021-ci il tarixli MN ******* saylı qərarın ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X9 şikayəti onunla əsaslandırılmışdır ki, X7 xidmətinin 16.12.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Vep-Dizayn MMC-nin direktoru olaraq o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 3000 manat cərimə edilmişdir. X7 Xidmətinin 16.12.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassızdır. Belə ki, o, 06.06.2021 ci il tarixdə Zəngilan rayonunda Ağıllı kənd layihəsində direktoru olduğu VEP-Dizayn MMC şirkəti ilə subpodratçı olaraq tikinti işləri görür. Baş podratçının tələblərinə əsasən layihədə işləmək istəyən işçilər əvvəl şirkətə şəxsiyyət vəsiqələrinin şəklini göndərir, sonra onları baş podratçı siyahı şəklində postdan keçirib əraziyə gəlməklərini təmin edir, daha sonra isə şirkət onları yataq yemək və iş sahəsiylə tanış edərək, razı olan işçilərlə əmək müqaviləsi bağlanaraq bir gün sonra işə başlayıb işləyirlər. Siyahıya adı düşmüş postdan keçən işçilərin 20 gündən tez portaldan adı silinmir. Beləliklə, şikayətçi olan Balakişiyev Ramiz daxili prosedurlara uyaraq özü ilə birlikdə 3 nəfərlə gələrək usta kimi işləmək istədiyini bildirmişdir. İşlə və əraziylə tanış olduqdan sonra razılığını bildirmiş, onlardan şəxsiyyət vəsiqəsi istədikdə isə o, kəndlərində daha bir neçə nəfərin işləmək istədiyini və onu gözlədiyini bildirərək gedib onlarla gəlib işləyəcəyini deyərək kənddən ayrılmışdır. Həmin gün hətta tibb məntəqəsinə yaxınlaşaraq həkimə onun da diş həkimi (stomotoloq) olduğunu bildirmiş və işləmək istədiyini qeyd etmşdir. Ərazidən gedən X4 bir neçə gün sonra tap.az saytına şirkətin adından yüksək maaş vəd edərək işçi yığımı üçün elan verərək şirkətin adından sui-istifadə edərək gəlir əldə etmək istəmişdir. Bu fakt şirkət tərəfindən aşkarladıqdan sonra həmin adamı dərhal uzaqlaşdırmışdır. Sonra dəfələrlə şirkətin mühəndislərinə zəng edərək, gəlməyə israr etsə də rədd cavabı almışdır. X1 şirkətdən X7 Xidmətinə şikayət etmişdir. X7 Xidməti heç bir əsaslı və ədalətli araşdırma aparmadan sadəcə şikayətçinin irəli sürdüyü yalan arqumentlərə əsaslanıb şikayətçi barədə vəzifəli şəxs kimi qanunsuz olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edərək 3000 manat cərimə etmişdir. Hesab edir ki, sözü gedən qərar tamamilə qanunsuz olması səbəbindən məhkəmə qaydasında ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxsin nümayəndəsi və vəkili Vəkil şikayətin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, «AS İnshaat” MMC-nin sənədlərindən görünür ki, həmin şəxs onlarla işləmişdir. Fiziki şəxs kimi direktoru 3000 manat məbləğində, hüquqi şəxs kimi isə 20.000 manat məbləğində cərimə etmişlər. Bundan əlavə inzibati cərimə və protokolun tərtib edilməsi müddətidə ötürülmüşdür. Hüquqi şəxs kimi 20.000 manat məbləğində cərimə edilmiş qərardan apelyasiya şikayəti verilmiş və Apelyasiya Məhkəməsi tərəfindən qərardan verilmiş şikayət təmin edilmişdir. Protokol heç bir araşdırma aparmadan izahat əsasında tərtib edilmişdir. Sonda iddiaçının nümayəndəsi-vəkili məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X6 izahatında bildirmişdir ki, inzibati xəta apelyasiya məhkəməsində tanınmış, qərara ancaq müddətə görə xitam verilmişdir. 3 ay müddət inzibati xəta aşkarlandığı gündən hesablanır. Portaldan işçi üçün icazə alınır, icazəni "xxxx" MMC verdiyindən VEP-Dizayn MMC şirkəti işçilərin siyahısını həmin cəmiyyətə göndərmişdir. Sonda nümayəndə məhkəmədən şikayətin əsassız olmasını nəzərə alaraq, rədd edilməsini xahiş etdi. Məhkəmə, tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xdmətinin inzibati tənbeh vermə haqqında 16 dekabr 2021-ci il tarixli MN ******* nömrəli qərardan görünür ki, Vep-Dizayn MMC-nin direktoru X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, 3000 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən Vep-Dizayn MMCnin rəhbərliyinə barəsində verilmiş 16 dekabr 2021-ci il tarixli MN ******* nömrəli qərarın icra edilməsi üçün bildiriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş müqavilənin surətindən görünür ki, "xxxx" MMC-nin direktoru Bağırlı Azad Ramiz oğlu ilə Vep-Dizayn MMC-nin direktoru X10 arasında 01 iyun 2021-ci il tarixli ASJ/P/069\21 saylı podrat müqaviləsi bağlanmışdır. İş materiallarında olan bildirişin surətindən görünür ki, şikayətçi barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarın surətini 20.12.2021-ci il tarixdə bildirişə imza etməklə əldə etmişdir. Azərbaycan Respublikası İXM-nin 57.1-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələbinə görə Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinin tələbinə görə buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X9 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələblərini pozduğuna görə barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin inzibati tənbeh vermə haqqında 16 dekabr 2021-ci il tarixli MN ******* nömrəli qərar qəbul edilmiş, həmin qərara əsasən o, 3000 manat məbləğində cərimə edilmiş və müvafiq qərarın icra edilməsi üçün 17 dekabr 2021-ci il tarixdə cəmiyyətin rəhbərliyinə göndərilməsi barədə bildiriş tərtib edilmişdir. X9 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında 16 dekabr 2021-ci il tarixli MN ******* nömrəli qərarın surətini isə 20.12.2021-ci il tarixdə bildirişə imza etməklə əldə etmişdir. 16 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə hansı müddətə şikayət vermə hüququ izah edilmişdir. X2 barəsində olan qərardan şikayət vermə müddətini ötürmüş və onun şikayəti 14 fevral 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bundan əlavə şikayətçi X9 şikayət ərizəsində göstərdiyi dəlillərə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, X5 Azərbaycan Respublikasının Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin inzibati tənbeh vermə haqqında 16 dekabr 2021-ci il tarixli MN ******* saylı qərarından verdiyi şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X5 Azərbaycan Respublikasının Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin inzibati tənbeh vermə haqqında 16 dekabr 2021-ci il tarixli MN ******* saylı qərarından verdiyi şikayəti təmin edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №3(034)-4/2022
Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-4/2022
10.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver