Məhkəmə qərarları › İş №3(034)-4/2023

Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-4/2023

13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-4/2023 13.03.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (vəkili) Vəkil, Daşkəsən rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən X2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsinin tələblərini pozması barədə Daşkəsən rayon prokurorluğundan daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2023-cü il tarixli qərar üzrə inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün Daşkəsən rayon prokurorluğu Zəngilan Rayon Məhkəməsinə müraciət etmişdir. Daşkəsən rayon prokurluğu tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2023-cü il tarixli qərar onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Şahid sürücülük hüququ olmaqla etibarnamə əsasında idarə etdiyi “Shacman” markalı 50-DJ- 019 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Daşkəsən rayonu, Çovdar kəndi ərazisində yerləşən “Maqro Construction” Azərbaycan Respublikası filialının “Topaqələviləşdirmə 4” tikinti sahəsində hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olduğu təqdirdə həmin tələblərə riayət etməyərək X1 idarə etdiyi “MAZ 551600” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşması nəticəsində X1 az ağır xəsarətlər alması faktı əsasında Daşkəsən rayon polis şöbəsinin istintaq qrupunun müstəntiqi, polis baş leytenantı X9 tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır. ********* nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, hüquqi şəxs Şəxs MMC əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Şahid sürücü kimi işə cəlb etmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, aparılmış araşdırma zamanı Şahid izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdən Şəxs MMC-də heç bir əmək müqaviləsi bağlanmadan sürücü vəzifəsində işə başlamış, MMC-nin işçiləri olan Yalçın və Tərlan tərəfindən ona Zəngilan rayonunda “Shacman” markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili idarə etmək üçün verilmişdir. O, Şəxs MMC-nin rəhbərliyi tərəfindən onunla əmək müqaviləsi bağlanmadan Zəngilan rayonun, Ağalı kəndində işləməyə başlamış, həmin vaxt orada çəkilən dəmir yoluna yük avtomobili ilə torpaq və qrabil daşımaqla məşğul olmuşdur. Təxminən 20 gün Zəngilan rayonu, Ağalı kəndində əmək müqaviləsi olmadan işlədikdən sonra Bakı şəhərinə qayıtmışdır. O, Bakı şəhəri, Müşfiq qəsəbəsində təxminən 8 gün işləmişdir. Bakı şəhəri, Müşfiq qəsəbəsində isə kərpic zavoduna yük avtomobili ilə torpaq daşımaqla məşğul olmuşdur. xx.xx.2022-ci il tarixdən idarə etdiyi yük avtomobili ilə Daşkəsən rayonu, Çovdar kəndi ərazisində yerləşən “Maqro Construction” Azərbaycan Respublikası filialının sahəsində işə başlamışdır. Şəxs MMC həmin ərazidə yük avtomobillərinin saz və nasazlığı ilə bağlı yoxlama aparılması üçün emalatxana qurmuşdur. Şəxs MMC-nin işçisi olan mexanik Xəyyam hər gün iş saatı bitdikdən sonra yük avtomobillərinin saz və nasazlığını yoxlayıb səhəri gün onlara təqdim edir, həmçinin o, idarə etdiyi yük avtomobilini iş saatı bitdikdən sonra, yəni 17:45 dəqiqədə orada yerləşən duracağa qoyduqdan sonra avtomobilində nasazlıq olarsa bu barədə mexanik Xəyyama yaxınlaşıb məlumat vermişdir. Xəyyama şirkət işçiləri, eləcə də o, yük avtomobilində hər hansı nasazlıq olduğunu dedikdə Xəyyam yük avtomobillərinə baxış keçirib təmir etmişdir. İş vaxtı onun yük avtomobilinə təpəlik, yəni yoxuş ərazidə torpaq yükləndikdən sonra o, həmin yükü təxminən 200 metr enişə doğru hərəkət edərək orada olan çökəklik əraziyə tökməklə məşğul olmuşdur. xx.xx.2022-ci il tarixdə bir neçə dəfə yoxuş ərazidə yük avtomobili yükləndikdən sonra o, yük avtomobili ilə enişə doğru təxminən 200 metr hərəkət edərək yük avtomobilində daşıdığı torpağı çökəklik əraziyə tökmüşdür. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində idarə etdiyi yük avtomobili yoxuş ərazidə yükləndikdən sonra torpaq yolla enişə doğru hərəkət etməyə başlamışdır. O, yük avtomobilini enişə doğru hərəkət edərək yük avtomobilinin sürət yığmaması üçün “Zatçkonka” qoşmuş və yük avtomobilinin sürəti azalmış, bu zaman qarşısında su avtomobili toz-torpağı yatırmaq üçün yolu sulayaraq hərəkət etmişdir. Bu zaman o, yük avtomobilinin sürüşdüyünü görüb “Zatçkonka”-nı çıxarıb su avtomobilini ötüb keçmişdir. Həmin vaxtı yük avtomobilinin sürəti təxminən 30-35 km/saat olmuşdur. O, qarşıda hərəkətdə olan yük avtomobilini keçən zaman təxminən 40 metr məsafədən “Maz” markalı yük avtomobili öz hərəkət etdiyi zolaqla hərəkət etdiyini görmüşdür. Həmin vaxtı sürət həddi çox olduğu üçün özünü itirib əyləcdən istifadə etməyib yük avtomobilini gəldiyi sürətlə yəni, 40-45 km/saat əks hərəkət zolağı ilə hərəkət etdirmişdir. Bu zaman onun idarə etdiyi yük avtomobili ilə yüksək sürətlə üzərinə doğru hərəkət etdiyini görən “Maz” markalı yük avtomobilinin sürücüsü Xəqani İsmayılov öz hərəkət zolağında hərəkətini tam dayandırıb yük avtomobilini saxlamışdır. O, yük avtomobilinin sükanını bir qədərdə sola doğru çevirməyinə baxmayaraq yük avtomobilinin sağ kabinası “Maz” markalı yük avtomobilinin kabinasının sol küncü ilə toqquşması nəticəsində “Maz” markalı yük avtomobilinin kabinası qoparaq yerə düşmüşdür. Həmin vaxt “Maz” markalı yük avtomobilinin sürücüsü X3 qopan kabinada sıxışıb qalmışdır. Toqquşma nəticəsində onun və Xəqani İsmayılovun idarə etdiyi yük avtomobilləri eyni istiqamətdə hərəkət edərək qarşıda olan iri qayalıq əraziyə çırpılıb dayanmışdır. Onun törətmiş olduğu yol nəqliyyat hadisəsi nəticəsində Xəqani İsmayılovun çənə sümüyü sınmış və cərrahi yolla dalağı çıxarılmışdır. Törətmiş olduğu yol nəqliyyat hadisəsindən dərhal sonra «FRR-2018” MMCnin rəhbərliyi tərəfindən ona əmək müqaviləsi olmadan işlədiyini heç bir hüquq mühafizə orqanına deməməyini, törətmiş olduğu yol-nəqliyyat hadisəsi ilə əlaqədar olaraq zərər çəkmiş şəxsə onun adından köməklik edəcəklərini, yetirmiş olduğu maddi ziyanı ödəyəcəkləri barədə söz vermişlər. O, Şəxs MMC-də əmək müqaviləsi bağlanmadan işləmişdir. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində törətmiş olduğu yol nəqliyyat hadisəsindən sonra ona məlum olmuşdur ki, onun xəbəri olmadan xx.xx.2022-ci il tarixdə Şəxs MMC-nin rəhbərliyi ilə işə götürülməyi ilə bağlı əmək müqaviləsi bağlamışdır. Lakin o, Şəxs MMC-nin rəhbərliyi ilə heç bir əmək müqaviləsi bağlamamış, bağlanmış əmək müqaviləsindən isə heç bir xəbəri olmamışdır. Onun ehtiyyatsızlığı nəticəsində törətmiş olduğu yol-nəqliyyat hadisəsi üzrə özünü günahkar bilir. Onun Zəngilan rayonunda 2022-ci ilin iyul ayının təxminən ortalarında «FRR-2018” MMC-nin işçiləri tərəfindən ona təhkim olunmuş “Shacman” markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edərək işləməyini, orada işləyən hazırda adlarını xatırladığı Şəxs MMC-nin işçiləri X10, X11, Alıyev Seymur Şahid oğlu, Cəfərov Nicat Şahid oğlu, Yalçın və Tərlan təsdiq edə biləcəklərini göstərmişdir. Araşdırma zamanı X10 izahatında göstərmişdir ki, 2021-ci ilin may ayının təxminən əvvəllərindən Şəxs MMC-də ekskavator sürücüsü, yəni oprerator vəzifəsində işə başlamış, 2022-ci ilin təxminən aprel ayının əvəllərində Şəxs MMC-nin rəhbərliyi onu ekskavator sürücüsü kimi işğaldan azad olunmuş Zəngilan rayonuna göndərmişdir. O, orada ekskavator idarə edərək yer qazmaqla məşğul olmuşdur. Zəngilan rayonunda avqust ayının əvəllərinə kimi ekskavator sürücüsü kimi işləmiş, 2022-ci ilin avqust ayının təxminən əvəllərində mexanik-çilingər kimi işləməyə başlamışdır. Bununla da iş fəaliyyəti dəyişmişdir. Zəngilan rayonunda işləyən vaxt tanışı Şahid mobil telefonu vasitəsi ilə zəng edərək işlədiyi Zəngilan rayonunda Şəxs MMC-nin yük avtomobilini idarə etmək üçün sürücü axtarıldığını demiş, telefon danışığı zamanı Şahid işsiz olduğu üçün həmin işə onu düzəltməyini xahiş etmişdir. O, bu barədə Şəxs MMC-nin Zəngilan rayonundakı lahiyə rəhbəri Tərlana demiş, Tərlan isə Sahiblə əlaqə quraraq Zəngilan rayonuna gəlmək üçün onun adını portala daxil etmişdir. Şahid 2022-ci ilin iyul ayının təxminən 13-dan 15-nə olan vaxt aralığında Zəngilan rayonuna gəlmiş və orada Şəxs MMC-nin iş fəaliyyətinə nəzarət edən Şəxs MMC-nin işçisi olan Yalçın Sahibə “Shacman” markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini təhvil vermişdir. Şahid təxminən 20 gün Zəngilan rayonunda qalıb idarə etdiyi “Shacman” markalı yük avtomobili ilə yük daşımışdır. Sahib Zəngilan rayonunda işlədikdən sonra idarə etdiyi yük avtomobili ilə Bakı şəhərinə getmiş, həmin vaxt o, Zəngilan rayonunda qalmışdır. 2021-ci ilin avqust ayının təxminən 25-də Şəxs MMC-nin mexanik işçisi kimi Daşkəsən rayonu, Çovdar kəndində yerləşən “Maqro Construction” Azərbaycan Respublikası filialının istehsalat sahəsində işə başlamışdır. Daşkəsən rayonu, Çovdar kəndi ərazisində mexanik vəzifəsində işə başladığı gündən bu vaxta kimi həmin ərazidə işləyən Şəxs MMC-yə məxsus texnikaların saz vəziyyətdə olub-olmamasına daim nəzarət etmişdir. Araşdırma zamanı X11, Alıyev Seymur Şahid oğlu izahatlarında Şahid 2022-ci ilin iyul ayının təxminən ortalarında Zəngilan rayonunda “Shacman” markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edərək orada işlədiyini təsdiq etmişlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB-nin Publik Hüquqi şəxsin Daşkəsən rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 211 nömrəli rəyindən görünür ki, Şahid məhkəmə tibbi ekspertizası zamanı onun bədəni üzərində xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Azərbaycan Respublikası İXM-nin 54.2-ci maddəsinə əsasən prokuror inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar qəbul etmək hüququna malikdir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta naqqında işə onun törədildiyi yerdə baxılır. Ona görə də, hüquqi ünvanı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 7/25, mənzil 54 olan hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.1 -ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmalı və qərar baxılması üçün aidiyyəti üzrə Zəngilan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (vəkili) Vəkil izahatında bildirmişdir ki, hadisə 29 avqust 2022-ci ildə Daşkəsən rayonunda baş vermişdir. Hadisə olandan sonra onlar şirkətin əməkdaşı Şahidlə gedib istintaq qrupu ilə görüş keçirmişlər. Belə qərara gəlmişlər ki, ekspertizanı gözləsinlər. Ekspertiza 1 dekabrda rəy verəndən sonra bunlar ayın 4-ü cinayət işi başlamışlar. İş kənarda qalmış, müstəntiqində, prokurorunda işi-gücü bura gəlib getmək idi. O, özüdə 30 il müstəntiq olmuşdur. Prokurorluqda ona bildirmişlər ki, onlar tapacaqlar, şahidlər müdürün üzünə duracaq və deyəcəklər ki, onlar Zəngilanda olmuşlar. Şirkətin əməkdaşı yol hadisəsi törətmişdir. Cinayət işinə 17 yanvar 2023-cü ildə xitam verilmişdir. Sonradan oranın polis rəisinin müavini gəlməsi üçün zəng etmiş, o da ona sözünü deməsini bildirmişdir. Müstəntiq, prokuror, idarənin rəisi gündə bir-iki dəfə zəng etmişlər. Dekabrın 15-dən fevralın 1-nə qədər yığırdılar ki, gəlin. Bu söhbətlər ortaya çıxandan sonra Sahib gəlib şirkət ona dəstək vermir deyə, polisi yola verilmədiyinə görə işdən çıxacağını bildirmişdir. Sahib tələb edirdi ki, müstəntiqə, zərərçəkmiş şəxsə 1500 manat pul versinlər. Sahibə köməklik göstərmək istəyirdilər, lakin Sahib yalandan bildirmişdir ki, bəs Zəngilanda işəmişdir. Şahid Zəngilanda işləməmişdir. Şəxs baş ofisi Bakıda yerləşir. İşçiləri işə qəbul edəndə onlar gedib layihələrlə tanış olur. İşə qəbul Bakıda baş ofisdə olur. Layihə rəhbəri işlə tanış edir, baş ofisə məlumat verir ki, məsul işçi işləyə bilər, bundan sonra əmək müqaviləsi bağlanılır. Daxili nizamnaməyə əsasən layihəni işə qəbul edənin rəyindən sonra qəbul olunur. Layihə rəhbəri Tərlan Sahibi 1-2 gün işin mahiyyəti ilə tanış etmişdir. Tərlanın işə gəbul etmək səlahiyyəti yoxdur. Layihə rəhbəri məlumat verir, rəhbərlikdə işə qadirdisə işə götürür. Layihə rəhbəri rəhbərliyə məlumat verildikdən sonra 02 avqust 2022-ci il tarixindən Sahib işə qəbul olunmuş. Sahib 9 avqusta qədər Zəngilanda olmuşdur. Daşkəsənin polisinin belə bir məqsədi var idi ki, onları hərraca qoysun. xx.xx.2023-cü ildə icraatın başlanması saxtadır. Sahib özü bildirmişdir ki, şirkətin rəhbərliyi ona kömək etmədiyi üçün bu ərizəni yazmışdır. İşə qəbul iki gündə və yaxudda bir saata çəkə bilər. 9 avqustda Zəngilan çıxıb Bakıya gəlmişlər. Sonda nümayəndə (vəkili) məhkəmədən prokuror tərfindən təqdim edilmiş qərarın saxta olmasını və işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Daşkəsən rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən X5 izahatında bildirmişdir ki, Şahid iyul ayının 13-dən hardasa 18 gün müddətində sürücü kimi işə cəlb edilmişdir. Zəngilan rayonunda sürücü kimi işə cəlb edilmiş, lakin onunla əmək müqaviləsi bağlanmamışdır. Onlarda bunula bağlı özünün ifadəsi və digər şahidlərin izahatları alınmışdır. İbtidai istintaq dövründə sübuta yetmişdir ki, həqiqətən həmin dövrdə əmək müqaviləsi olmadan işləmişdir. Material müstəntiq tərəfindən toplanılmışdır. Təqsirləndirilən şəxsin ifadəsilə tanış olmuşdur. İki dəfə onlarla danışmış, onlarda bildirmişlər ki, əlinizdə sübutlar varsa gətirin onlara təqdim edin, əgər Sahib həqiqətəndə həmin vaxt işləməyibsə nəyə görə onlar inzibati icraata başlasınlar. «Mən gəlmiyəcəm məhkmədə ləğv etdirəcəm nə istəyirsiz edin» bildirmişdir. Onlar inzibati xətanı törədən şəxsin hadisəni törədib yoxsa yox onu araşdırırlar. Onlar cinayət işini araşdırmırlar. Əlavə araşdırmağa ehtiyac yoxdur, olsaydı Zəngilan rayon prokurorluğuna göndərərdirlər. Lazımi şahid dindirilmiş, özü də əmək müqaviləsi bağlamadan işləməsini bildirmişdir. Sahib əmək müqaviləsiz işləmişdir. Avqust ayının 2-nə qədər işlədiyinə görə əmək müqaviləsi bağlamadan cəlb edildiyindən Şəxs MMC-nin rəhbəri Ramizzadə Fariz İXM 192.1-ci maddəsi ilə təqsirli bilinməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, Şəxs MMC şirkətində sürücü işləyir.2022-ci ilin iyul aylarında 15 günlük məzuniyyət götürüb evə getmişdir. Məzuniyyətdən qayıdandan sonra Sahibi Zəngilanda görmüşdür. Həmin vaxt maşın işlək vəziyyətdə olmamışdır. Sahib iki gün orda olmuş, çıxıb gəlmişdir. Onlardan 3-4 gün sonra o da getmişdir. Sahibi əvvəllər tanımamışdır. Daşkəsəndə Sahibi tanımışdır. Sahibin Zəngilanda işləməsini görməmişdir. Sahib şirkətin maşınında Daşkəsəndə işləmişdir. Polisdə izahatını almışlar. İzahatı oxuya bilmir, orda oxuyublar o da imza etmişdir. Qəzanı görməmişdir. O, polisdə izahatını vermişdir. Ordada izahatını vermişdir. O, **-DJ-*** nömrəli yük avtomobili sürməsini görməmişdir. Sahibi Daşkəsəndə görmüşdür. Sahibin Zəngilanda maşınla işi olduğunu görməmişdir. O, məzuniyyətdən gələndən sonra hamı çıxıb getmişdir. O, oxuya bilmir, izahata o, qol çəkmişdir. Sahibi o, çağırmamışdır. Sahibi kimin çağırması barədə məlumatı yoxdur. Sahibi Zəngilanda işləyən görməmişdir. Sahiblə heç bir qohumluq əlaqələri yoxdur. O, onlarla bərabər Daşkəsənə işləməyə gəlmişdir. İyul ayında 15 gün o, evdə olmuşdur. Sahibi Daşkəsəndə işləyən görmüşdür. Sahibə verilən maşın şirkətin olmuşdur. O, şirkətdə çoxdan işləyir. Əmək müqaviləsi bağlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, Şəxs MMC şirkətində slesar mexanik vəzifəsində işləyir. Zəngilanda işləyəndə tanışı Sahib, iş olanda onu çağırın demişdir. Sahibi haçan çağırması yadında deyildir. Sürücü yeri boş olduğu üçün təhmini 2022-ci ilin yay ayları Sahibi işə çağırmışdır. Sahibdə gəlib işlə tanış olmuşdur. O, Sahibi Tərlanla tanış etmişdir. Birdə o, Sahibi Daşkəsəndə görmüşdür. Şirkət Daşkəsənə köçmüş, orda sürücü işləmişdir. Sahibi Daşkəsəndə avqust ayının sonları görmüşdür. Qəzanı görməmiş, uşaqlardan eşitmişdir. İzahatı ondan Daşkəsəndə almışlar. Sahib deyib ki, onu işə Xəyyam gətirmiş, onun üçün onu çağırmışlar. Daşkəsəndə hamı rəsmi qaydada işləmişdir. Şirkət Bakıda yerləşir. Şirkət harda iş var işçiləri ora göndərir. Zəngilanda işçilərini göndərir. Sahibin Zəngilanda işləməsini görməmiş, işlə tanış olub getmişdir. Kampda Sahib onlarla bir yerdə qalmışdır. Həmin vaxtda o maşın işləmirdi, sürücü də yox idi. İşə qəbul Bakıda olur. Zəngilanda hamıya portal açılır. Qarabağ ərazisinə giriş portalladır. O, 50-DJ -019 nömrəli yük avtomobilini sürməsini görməmişdir. Sahibi işə o, dəvət etmişdir. Özü iş istədiyini ona bildirmişdir. Sahib gələndə kimin qarşıladığını xatırlamır. Rəhbərlikdə Tərlan var idi. Tərlanın işə qəbul edib-etmədiyini bilmir. Maşını Sahibə kimin göstərdiyini bilmir. Polisdə nə ifadə verdiyini xatırlamır. Sahiblə birgə Daşkəsəndə işləmişlər. Sahib gələndə Tərlanla danışıb O, Zəngilanda haçandan işləməsini isə xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Alıyev Seymur Şahid oğlu ifadəsində bildirmişdir ki, Şəxs MMC şirkətində sürücü işləyir. Şaqmanla yük daşıyır. Sahibi cəmi bir dəfə görmüşdür. Zəngilanda işləməsini isə görməmişdir. O, **-DJ-*** nömrəli yük avtomobilini sürməyi görməmişdir. polisdə izahatını oxumamışdır. O, Sahibi yük maşını sürərkən görməmişdir. Ərazidə bir dəfə görmüşdür. O, polis idarəsində izahatı özü yazmamış, komputerlə yazılmış, qol çəkmişdir. Onu Daşkəsəndə gördüyü vaxtı xatırlamır. Sahib Daşkəsəndə şaqman sürürmüşdür. Qəzanı görməmişdir. O, oxuya bilmədiyinə görə bundan istifadə edib izahatı özləri yazmışlar. O, 50-DJ -019 nömrəli yük avtomobilini sürməyi görməmişdir. Sahibi cəmi bir dəfə ərazidə görmüşdür. Sahibi Zəngilanda bir gün görmüşdür.-Vaxt yadında deyil, təxmini yay olardı. O, xəstə olduğu üçün həmin vaxtı evə getmiş, işdə olmamışdır. Polisdə ifadəni oxumadan qol çəkmişdir. Özü işə girəndə sınaq müddəti onda 2-3 gün olmuş, sonra işə götürmüşlər. Polisdə ifadəsində yazılanları o, yazmamışdır. Əmək müqaviləsi haçan bağlanmış, xatırlamır. Əmək müqaviləsinin surəti evdədir. 2022-ci ilin yay ayından işləyir. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində bildirmişdir ki, Şəxs MMC şirkətində layihə kordinatoru vəzifəsində işləyir. Daşkəsəndə olan hadisədə o, olmamış, iş yeri Zəngilanda olmuşdur. Sahibi işdən tanıyır. Sahibin Zəngilanda işlədiyini görməmişdir. Sahibi işə Xəyyam dəvət etmişdir. İşçilər birinci işə gələndə onlar yoxlanır. Ofis Bakıda yerləşir. İşə götürüləndə müqavilə Bakıda ofisdə bağlanır. O, ərazidə işləyir. Sahibin haçan gəldiyi vaxtı dəqiq bilmir. Onun iş yükü çox olduğu üçün kənar adamlarla münasibətdə ola bilmir. Sahib gələndə təxmini yay ayları olmuşdur. Birinci onları yoxlayıb ofisə məlumat verirlər. Xəyyam operator işləmiş, onunla tanış olmuş, buda iş istəmiş, gəlsin yoxlayaq demişdir. O, sürücü kimi yoxlanılmış, gedib işləməmişdir. Sabirin orda dəqiq neçə gün olmasını bilmir. Kampda onlarla qalmışdır.Tək onların yox, Kalyonun bütün işləri dayandırılmışdır. Ondan sonra Sahibdən məlumatı olmamışdır. Yayın axrıncı ayında iş dayanmışdır. İşə qəbul olmadan işləmək olmur, qeydiyyata alınır, ondan sonra işlə təmin olunur. Sahib yoxlanılmış, geri göndərilmişdir. O, 50-DJ -019 nömrəli yük avtomobilini sürməyi görməmişdir. Onun işə götürmək səlahiyyəti olmamışdır. Ofis Bakı şəhərində yerləşir. «FRR-2018” MMC-də 2020-ci ildən iki ilə yaxındır ki, işləyir. Sahibi yay ayları olardı tanımışdır. Onun elə bir səlahiyyəti yoxdur ki, Sahibi işə cəlb etsin. O, orda layihə rəhbəri olmuşdur. İşçi onlara gələndə dərhal işə götürülmür. Orda xüsusi sürücüləri var gələnləri yoxlayırlar. O, orada sadəcə fikir bildirir. Sahibin iş qabiliyyəti xoşuna gəlmişdir, sonra rəhbərliyə məlumat vermişdir. Sahib yalan deyir, onun elə bir səlahiyyəti yoxdur, pul verməmişdir. Sahib sürücü qabiliyyətinin yoxlanılması üçün Zəngilanda maşın sürmüşdür. O, orda heç kimə iş verməmiş, Sahibin sadəcə sürücülük qabiliyyətini yoxlamışdır. İşə qəbul etmək layihə rəhbərinin səlahiyyətinə aid deyildir. İşə gələnləri 2-3 gün yoxlayır və sonradan rəhbərliyə məlumat verir. Həmin vaxtlar layihə dayandırılmışdır. Onların layihəsinin dayandırılma tarixini dəqiq bilmir. Onun ordakı vəzifəsi dayandırılmış və o, Bakıya gəlmişdir. Həmin sürücülərin ordan Bakıya gəlib hara getmələri məlum olmamışdır. Sahibin ora gəlib yoxlanılması və işin dayandırılması bir neçə gün çəkmişdir. Maşının texniki baxışına o, baxa bilmir, texniki baxışa usta baxır. Sahibə marşurutlar öyrədilmiş, bu yolla sürsün və yoxlanılsın. Sahib həmin ərazi ilə tanış olmuşdur. Sahibdə yoxlanılma ərəfəsində orda qalmışdır. Ondan neçə sürücü olması soruşulmuş, o da, qabiliyyətli, işini bilən sürücü olmasını demişdir. Fikrini bildirəndən sonra Sahibin işə qəbul olunmasını bilməmişdir. Sahib maaşı işə gəbul olandan sonra işlədiyi avqust ayının maaşını almışdır. Səhibə maaşı o verməmişdir. İşçilər ofisdən maaş alırdılar. Elə bir işçi var ki, ekskavator sürür və bir həftə yoxlanır. Sahibi 2-3 gün yoxlamışlar. Sahib maşın sürərkən yüklü və yüksüz olaraq hər gün yoxlamışdır. Yoxlanılan vaxt iş kimi sayılmır və pul hesablanmır. Həmin müddətdə yoxlamış, pul verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, o evdə oturmuş, ona Xəyyamdan zəng gəlmişdir ki, şaqman sürmək üçün Qarabağda işləməyə sürücü lazım olmasını bildirmişdir. Xəyyamla Ağcabədidə tanış olmuşdur. İşləməyə razılaşmışdır. Maaşın nə qədər olmasını soruşmuş, danışmaq üçün əlaqə nömrəsi verəcəyini bildirmişdir. Tərlanın nömrəsini vermiş, əlaqə saxlamış, o da, maaşın 1000 manat olmasını bildirmişdir. Maaş kartla deyil, əlbə-əl verilir. Ona bildirmişdir ki, işləmək fikrin varsa sənədləri vatsapda at portal açsın. Razılaşıb Qoşqara sənədləri göndərmişdir. 13 iyulda ona zəng gəlmişdir ki, portal açılmışdır. Mansurun nömrəsini ona əlaqə saxlamaq üçün vermişdir. Mansurla zəngləşib, danışmış və 12-də görüşməsini demişdir. Saat 11 olardı ki, onu yığmışdır ki, Saatlını keçmiş, o da, əşyalarını yığıb getmişdir. Səhər-səhər Zəngilan ərazisinə çatmışlar. Ərazi ilə tanış olmağa getmişlər. Maşını ona göstərmişlər. Maşının təkəri düzələnə qədər su maşınının açarını vermişlər ki, əraziyə su daşınıb çilənməlidir. Ağalı kəndində yol var, maşını ordan doldururlar. Ərazini sulamış, 1-2-3-cü gün su maşınına başqa sürücü gətirmişlər. Maşına sürücü gəlmiş, o, öz maşını ilə işləməyə başlamışdır. Avqust ayının 1-də Tərlan onu çağırıb 550 manat pul vermiş, ona maaşı verilmişdir. Orda işləyən uşaqlarla Ağalıya getmişdir. Orda Kapitalbankdan ailəsinə 500 manat pul göndərmişdir. Avqust ayını işləməyə başlamışlar. Avqust ayının 9-u onlara zəng gəlmişdir ki, toplanıb kampın qarşısına gəlmişlər və onlara işin dayanmasını bildirmişlər. Avqust ayının 9-u axşam Xumarlı kəndində onlara qonaqlıq vermişlər. Səhər saat 4-də çıxmaqlarını demişlər. Hansı əraziyə getməkdiklərini isə deməmişlər. Kalon şəklində çıxmışlar. Horadiz qəsəbəsində onları Yalçına yönəltmişlər. Bakıya Müşviq qəsəbəsinə gəlmişlər. Kərpic zavodda material daşımağa başlamışlar. Gedəcək başqa bir yeri olmadığı üçün maşında qalmışdır. Yalçın gəlib onlara bildirmişdir ki, işi dayandırmışlar, başqa əraziyə gedirlər. Onlar Daşkəsənə gedib çıxmışlar. Onları orda qeydiyyata almış, sənədlərini yoxlamışlar. Xəyyam sənədləri hazırlamış və orda işə başlamışlar. Ayın 29-u 3-4 arası yüklü dağdan düşürmüşdür. Maşına hədsiz 50-55 ton yük vurmuşdular. Ayağını tormoza atmış, maşını saxlaya bilməmişdir. Qabaqda gedən maşından yan keçmiş, maşını sol tərəfində boş yer olduğu üçün oraya yönəltmişdir ki, təpəyə vurub maşını dayandırsın, sağdan maşın yoluna çıxmış və maşını vurmuşdur. Yol-nəqliyyat hadisəsi baş verəndən sonra ona idarələrdən çox zənglər gəlmişdir ki, Bakıya getsin və onu orda qarşılayacaqlar. O, iki dəfə Bakıya gəlmiş və vəkillə görüşmüşdür. Qoşqar onu gətirmiş, cibində pulu olmamış, onu atıb getmişlər. Bu vəkil onu öz kartı ilə keçirib Ağcabədiyə yola salmışdır. Tərlan onu yığmağa başlamışdır ki, «sən niyə orda izahatda yazmısan ki filan tarixdə Zəngilanda işləmişəm” Bildirmişdir ki, müstəntiq sorğu-sual etmiş o da demişdir. Demişdir ki, get müstəntiqə izahat ver ki, Bakıya getmiş, ordada Asan Xidmətin yanında şirkətdə müqavilə bağlamışdır. Eləmədiyini necə yalandan danışmasını bildirmiş, ona “sən onu et iş sənin xeyrinə bitəcək” demişdir. Ona ifadəsini dəyişməsi üçün çoxlu zənglər gəlmişdir. Zərərçəkənlə onun arasında barışıq olmuşdır. O, vəkillə Daşkəsən polis bölməsinə zəng etmiş, İlham müəllimə demişdir ki, bu işçilər heç biri onu Fariz müəllim ilə danışmağa şərait yaratmırlar. Biri dedi ki Fariz müəllim deyir ki, 1000 manata gücü çatır, biri dedi ki, işləyib maaş almısan, hərə bir söz demişdir. Rəşad, Fərrux və Tərlanla danışmışdır. Onu işə Tərlan və Yalçın dəvət etmişdir. İşə çatan kimi maşını və açarı ona vermişlər. Ona maşını Yalçın vermişdir. İyul ayının 15-i günü işə çıxmışdır. "xxxx"-2018 MMC-də əvvəl Ağcabədidə sürücü kimi işləmişdir. Ağcabədidə etibarnamə ilə maşını sürmüş, müqaviləsiz 450 manat maaş almışdır. Tərlanla görüşmüşlər, açarı vermişlər ki, get maşını sür. 13-ü evindən çıxmış, 14-ü Zəngilanda olmuş, 15-i işə çıxmışdır. Xəyyam ilə tanışdır, işin olmasını Xəyyam ona zəng vurub bildirmişdir. Xəyyam işləyirdi. Maşını ona Yalçın təqdim etmişdir. Göstərişi Tərlan onlara vermişdir. Səhərlər sənədə qol çəkirdirlər. Maşının ona etibarnaməsiz verildiyini bilməmişdir. Onu DYP saxlamış, Yalçın gəlib 200 manat verib maşını cərimə meydançasından çıxarmışdır. Niyə maşını etibarnaməsiz idarə etməsini soruşmuş, bildirmişlər ki, burda DYP yoxdur, yola çıxandada onlarlıqdır. Salyan postunda maşınını etibarnaməsiz sürdüyünü bilmişdir. Hadisə baş verəndən sonra ona sənəd düzəltməyə başlamışlar. Zəngilanda çəkilişlər etmiş, telefonunda həmin çəkilişlər var. Çəkilişlərin ilk 15-ni Ağalı kəndində maqazinə girəndə kəndin girişində çəkiliş etmişdir. Maaşın kartla deyil, əlbə-əl verilməsini bildirmişlər. Ona İşlədiyi avqust ayının 10-na kimi 550 manat əlbəəl pul verilmişdir. 550 manat pul alanda heç nəyə qol çəkməmişdir. Daşkəsən rayon polis idarəsində ona heç bir təzyiq olmamışdır. Xəyyam işə qəbul etməmiş, vasitəçi olmuşdur. Şirkət Xumarlı kəndində yerləşirdi. O, müqaviləsiz işə götürüldüyünü bilməmişdir. Soruşanda niyə kartla yox, əlbə-əl verirsiniz, demişlər ki, nəyinə lazımdır, sənə lazım olan pulu əlbə-əl verəcəklər. Avqustun 3-ü müqaviləsiz işlədiyini bilmişdir. Zərərçəkən ondan 12500 manat pul istəmişdir. O da, 3 aydır ki, maşını vermirlər, 3000 manat köməklik edin demişdir. Rəşad mənə zəng vurmuşdur ki, sən işində ol sənin maaşını verəcəklər. Müstəntiqin və zərərçəkmişin dediyi məbləğ arasında çox fərq var idi. İfadə yazanda oxumamışdır. Cinayət işinə xitam verilməsi ilə bağlı xəbəri olmamışdır. 6500 manat zərəçəkənə, 500 manatda Bakıya gedib-gəlməyinə, yollara vermiş, ümumulikdə 7000 manat pul vermişdir. Onun ailəsinə tanımadığı nömrədən zəng gəlmiş, telefonu o, açmış, Sahib olmasını soruşmuşlar, o da sahib olmasını bildirmiş və onu narahat edən Fariz müəllimdir demişdir. Demişdir ki, «sən mənim şirkətimdən şikayət vermisən” bəli demişdir. Nə əsasa soruşmuş, onu müqaviləsiz Zəngilanda işlətməklərini bildirmişdir. Ona vurulan cəriməni «sənə vuracaqlar” demişdir. Keçən dəfə bura gələn sürücülər özlərini elə aparmışlar ki, o, bunlarla işləməmiş, avqust ayının 9-da o, bunlarla yeyib içməmiş, Zəngilanda kafedə çörək yedikləri yerdə həmin oğlanla onun video çəkilişi var. Başqa çəkilişləridə var, ayın 15-dən özü üçün çəkmişdir. 14 iyul 2022-ci ildə Tərlanı ofisdə görmüş, ona layihə rəhbəri olmasını demişlər. Ona sürdüyü maşını göstərmişlər, maşının təkəri buraxmışdır. 14 iyuldan avqustun 9-na kimi orda olmuşdur. Tərlan ona 550 manat pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, yoldaşı Zəngilana iyul ayının 13-ü gecə getmişdir. Səhəri yoldaşını yığmış, oda Zəngilana çatmasını demişdir. 2-3 gün qabaq yoldaşı ilə telefon danışığı olmuş, yoldaşı bildirmişdir ki, Qurbanlıq bayramı keçsin sonra gələcəkdir. Onlarda bayramdan sonra getməyə razılaşmışlar. Yoldaşına dəyən ziyanı istəyirlər. Yoldaşına maaş verməmişlər. 7000 pul ödəmişlər. Tərlanla Xəyyama zəng etmişdir ki, köməklik edin maddi imkanı yoxdur. Onlarlıq deyil bildirmişlər. Yoldaşı qəza törətmiş, şirkətdə heç bir köməklik etməmişdir. Burda olan vəkil Sahibə zəng etmişdir ki, “sən haçandan iş verən olmusan, sən orda çörək yemisən» demişdir. İş materiallarında olan Daşkəsən rayon prokuroru Şahin İmanov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və qərarın aidiyyəti üzrə baxılması üçün Zəngilan Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Daşkəsən rayon polis şöbəsinin İstintaq qrupunun müstəntiqi Cabir Cəfərov tərəfindən qəbul edilmiş cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs rəhbəri X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında işlər üzrə icraat açılması məsələsinə baxılmasından ötrü cinayət işindən həmin xüsusat üzrə material ayrılaraq Daşkəsən rayon prokurorluğuna göndərilmişdir. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Şəxs ilə Şahid arasında xx.xx.2022-ci il tarixdə müddətsiz olaraq yük avtomobilinin sürücüsü kimi əmək müqaviləsi bağlanmış və aylıq əmək haqqısı 555.43 manat müəyyən edilmişdir. İş materiallarında olan Şahid ərizəsindən görünür ki, o, Şəxsnə müraciət edərək tutduğu vəzifədən azad ediliməsini və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş, xx.xx.2022-ci il tarixli 31/10/x nömrəli əmrlərlə Şəxs ilə Şahid arasında bağlanmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş «AsanPay» ödəniş terminalının çıxarışından görünür ki, Şəxs direktoru X20 və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını, şahid ifadəəlrini dinləyərək hesab edir ki, Şəxs (işə götürən) tərəfindən törədilmiş əməldə inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Şahid sürücülük hüququ olmaqla etibarnamə əsasında idarə etdiyi “Shacman” markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Daşkəsən rayonu, Çovdar kəndi ərazisində yerləşən “Maqro Construction” Azərbaycan Respublikası filialının “Topaqələviləşdirmə 4” tikinti sahəsində hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olduğu təqdirdə həmin tələblərə riayət etməyərək X1 idarə etdiyi “MAZ 551600” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşması nəticəsində X1 az ağır xəsarətlər alması faktı əsasında Daşkəsən rayon polis şöbəsinin istintaq qrupunun müstəntiqi, polis baş leytenantı X9 tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır. Daşkəsən rayon polis şöbəsinin istintaq qrupunun müstəntiqi, polis baş leytenantı X9 tərəfindən xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı ilə yolnəqliyyat hadisəsini törətmiş Şahid barəsində Azərbaycan Respublikası CM-nin 263.-1.3 və 264-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, iş üzrə Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş Şahid cinayət məsuliyyətindən azad edilməklə cinayət işi üzrə cinayət təqibinə, o cümlədən cinayət işi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Eyni zamanda həmin qərar ilə Şəxs rəhbəri X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında işlər üzrə icraat açılması məsələsinə baxılmasından ötrü cinayət işindən həmin xüsusat üzrə material ayrılaraq Daşkəsən rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır. Cinayət işinin materialları əsasında Daşkəsən rayon prokuroru Şahin İmanov araşdırma zamanı Şahid xx.xx.2022-ci il tarixdən Şəxs MMC-də heç bir əmək müqaviləsi bağlanmadan sürücü vəzifəsində işləməsi, MMC-nin işçiləri olan Yalçın və Tərlan tərəfindən ona Zəngilan rayonunda “Shacman” markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili idarə etmək üçün verilməsi, Şəxs MMC-nin rəhbərliyi tərəfindən onunla əmək müqaviləsi bağlanmadan Zəngilan rayonun, Ağalı kəndində işləməyə başlaması, həmin vaxt orada çəkilən dəmir yoluna yük avtomobili ilə torpaq və qrabil daşımaqla məşğul olması, təxminən 20 gün Zəngilan rayonu, Ağalı kəndində əmək müqaviləsi olmadan işlədikdən sonra Bakı şəhərinə qayıtması barədə ifadəsini əsas gətirərək, xx.xx.2023-cü il tarixdə Şəxs barəsində Azərbyacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edilərək, baxılması üçün Zəngilan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə araşdırması zamanı şahid ifadələri ilə müəyyən olmuşdur ki, hüquqi şəxs Şəxs MMC əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Şahid Şəxs MMC şirkətində slesar mexanik işləyən X10 tərəfindən sürücü kimi işləmək üçün Zəngilan rayonuna dəvət olunmuşdur. Təxmini 2022-ci ilin iyul aylarının sonlarında Nəsibov X8 rayonuna gəlmiş. Şahid dəvət etdiyi Xəyyam qarşılayaraq Şəxs MMC-nin Zəngilan rayonunda işləyən lahiyə rəhbəri Tərlan Bəşirov ilə tanış etmişdir. Tərlan Şahid işini yoxlamış, ərazi ilə tanış etmişdir. Sahibin işləməli olduğu avtomaşın həmin vaxt nasaz, işləksiz vəziyyətdə olmuşdur. Həmin vaxtlar Zəngilandakı layihəni dayandırmışlar və bütün işçilər texnikaları ilə birgə Zəngilandan çıxmalı olmuşlar. Sahibin işləmək qabiliyyəti Tərlanın xoşuna gəldiyindən o rəhbərliyə Sahib barədə məlumat vermiş. xx.xx.2023-ci il tarixindən Şəxs MMC ilə Şahid arasında, müddətsiz, aylıq əmək haqqı 555 manat olmaqla əmək müqaviləsi bağlanılaraq əmək müqaviləsinin bağlanması barədə məlumat sistemə daxil edilmişdir. Zəngilandan bütün işçilər təxmini 9 avqust ərəfəsində çıxmışlar. Şahid da işçilərlə birlikdə Zəngilandan qayıtmışdır. İşçilər Bakı şəhərinə qayıdandan sonra Şahid “Shacman” markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə bir-iki gün Müşviq qəsəbəsinə işləmiş və sonradan Daşkəsən rayonu, Çovdar kəndi ərazisində yerləşən “Maqro Construction” Azərbaycan Respublikası filialının sahəsində işə başlamışdır. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Şahid idarə etdiyi “Shacman” markalı 50-DJ- 019 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Daşkəsən rayonu, Çovdar kəndi ərazisində yerləşən “Maqro Construction” Azərbaycan Respublikası filialının “Topaqələviləşdirmə 4” tikinti sahəsində hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olduğu təqdirdə həmin tələblərə riayət etməyərək X1 idarə etdiyi “MAZ 551600” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşmuş və nəticəsində X3 az ağır xəsarət almışdır. Şahid Şəxs MMC-də əmək müqaviləsi bağlanmadan işləməsini, əmək müqaviləsinin xx.xx.2022-ci il tarixdə bağlanmasını xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsindən sonra ona məlum olmasını, Zəngilan rayonunda 2022-ci ilin iyul ayının təxminən ortalarında «FRR-2018” MMC-nin işçiləri tərəfindən ona təhkim olunmuş “Shacman” markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edərək işlədiyini, orada işləyən Şəxs MMC-nin işçiləri X10, X11, Alıyev Seymur Şahid oğlu, Yalçın və Tərlan təsdiq edə biləcəklərini, Zəngilanda ona Tərlan 550 manat maaş verildiyini göstərmişdir. Lakin məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və şahid qismində dindirilmiş X10, X11, Alıyev Seymur Şahid oğlu, X12 ifadələrində Şahid Zəngilan rayonuna gəlməsini təsdiq etsələr də, Zəngilanda hər hansı bir maşında işləməsini görmədiklərini bildirmişlər, maaş almasını təsdiq etməmişlər, layihə rəhbərinin işə qəbul etmək, əmək haqqı vermək səlahiyyətinin olmadığını, Şahid Zəngilan rayonunun layihə ərazisi ilə tanış olunduğunu, iş qabiliyyəti yoxlanıldığından sonra rəhbərliyə məlumat verildiyindən sonra əmək müqaviləsi 2 avqust 2022-ci il tarixdə bağlandığını, Zəngilanda iş layihəsi bağlandığına görə Şahid da şirkətim işçiləri ilə birgə Bakıya qayıtdığını, sonra Şahid“Shacman” markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilində Müşviqabada işləməyə göndərildiyini, ondan sonra Daşkəsəndə işlədiyini, Şahid yol nəqliyyat hadisəsi ilə bağlı istintaqda Şəxs MMC barəsində düzgün ifadələr vermədiyini, həmin hadisə ilə bağlı zərərçəkmiş şəxsə yetirilən ziyanın ödənilməsini Şəxs MMC tərəfindən ödənilmədiyinə görə verdiyini bildirmişlər. Eyni zamanda, Əmək müqaviləsinin bağlanması ilə bağlı Əmək müqaviləsi bildirişindən də görünür ki, Şahid xx.xx.2022-ci il tarixdə ,müddətsiz, aylıq əmək haqqı 555 manat olmaqla əmək müqaviləsi bağlanmış,bildirişin çap olunduğu tarix isə xx.xx.2022-ci il göstərilmişdir. Daşkəsən rayon prokurorluğu baş vermiş yol-nəqliyyat hadisəsində inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların Şəxs səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsini qeyd etsə də, məhkəmə araşdırması zamanı Şəxs (işə götürən) tərəfindən törədilmiş əməldə inzibati xəta hadisəsinin olmadığı müəyyən edilmişdir. Azərbyacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Odur ki, qeyd olunanları inəzər alaraq məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində inzibati xəta hadisəsi olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53,114-114, 128,129,130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar