Məhkəmə qərarları › İş №3(034)-42/2024

Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-42/2024

05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-42/2024 05.06.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında material və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən baxılması üçün Zəngilan Rayon Məhkəməsinə daxil olmuşdur. İş materiallarından görünür ki, Şəxs EQ 18625083 nömrəli, EQ 17823866 nömrəli, EQ 18625082 nömrəli, EQ 17918262 nömrəli, EQ 17823868 nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-ci maddəsi ilə 16 aprel 2024-cü il tarixli, İXP seriyalı ******* saylı, 16 aprel 2024-cü il tarixli, İXP seriyalı ******* saylı, 16 aprel 2024-cü il tarixli, İXP seriyalı ******* saylı, 16 aprel 2024-cü il tarixli, İXP seriyalı ******* saylı, 16 aprel 2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş barəsində inizibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və protokolu tərtib etmiş orqanın nümayəndəsi gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta törətmiş X1 cərimə və dəbbə pulu üzrə borcunu ödədiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və inzibati məsuliyyətdən azad olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş ödəniş sistemindən əldə edilmiş məlumatdan görünür ki, EQ 18625083 nömrəli, EQ 17823866 nömrəli, EQ 18625082 nömrəli, EQ 17918262 nömrəli, EQ 17823868 nömrəli inzibati protokol üzrə borc artıq ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin qeydinə əsasən Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53,114, 128,129,130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar