Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-44/2024 11.06.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, X1, Qərarından şikayət verilmiş orqanın nümayəndəsi X2 iştirakı ilə, X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər İdarəsi tərəfindən barəsində tətbiq edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X12 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər İdarəsi tərəfindən barəsində tətbiq edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətlə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 08 may 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X12 şikayəti onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X18 Təhsil İdarəsi Zəngilan rayon 13 nömrəli tam orta məktəbin direktoru vəzifəsində işləyir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər İdarəsinin 08 may 2024-cü il tarixli, MN nömrəli inztbati tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində 4000 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Həmin qərarın qəbul edilməsinə əsas isə X5 məlumatlarının ƏMAS-a daxil edilməməsi olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixdə X8 işə qəbul olunmaq üçün ərizə ilə onlara müraciət edərək ərizəsində qeyd etmişdir ki, X18 Təhsil İdarəsinin müdri Fuad Bədəlovun şifahi tapşırığına əsasən onu Zəngilan rayon 13 nömrəli tam orta məktəbdə İKT üzrə laborant vəzifəsinə işə qəbul olunmasına köməklik edilməsini xahiş etmişdir. Məktəbin direktoru olaraq xanımın ərizəsini qəbul edərək, xx.xx.2023-cü il tarixli 11 nömrəli əmr ilə X8 xx.xx.2023-cü ildən məktəbdə İKT üzrə laborant vəzifəsinə işə qəbul edilmiş və onunla əmək müqaviləsi bağlanmış, bütün sənədləşdirmə işləri tam qanuna uyğun olaraq həyata keçrilmişdir. Məktəbin şagird sayının azalması nəticəsində sinif komplektlərinin sayının 9-sinif kompliektindən 8-sinif komplektinə düşdüyünə görə məktəbdə lobarant ştatı ixtisar olunduğu üçün məktəbin lobarant vəzifəsində çalışan Əliyeva (Cəfərova) Nənəxanım Cümşüd qızının xx.xx.2023-cü il tarixindən işdən azad edilməsi, kompensasiya ödənilməsi və son haqq hesabın kəsilməsi barədəxx.xx.2023-cü il tarixli, 53 nömrəli əmr vermişdir. xx.xx.2024-cü il tarixdə X16 Xidmətinə müraciət edərək Əliyeva (Cəfərova) Nənəxanım Cümşüd qızının xx.xx.2023-cü il tarixindən Zəngilan rayon 13 nömrəli tam orta məktəbdə İKT üzrə lobarant vəzifəsində çalışmasını, xx.xx.2023-cü il tarixində sinif komplektlərinin sayının azalması ilə laborant ştatı ixtisar olunduğu üçün vəzifəsindən azad edilməsi, Əliyeva (Cəfərova) Nənəxanım Cümşüd qızının məlumatlarının ƏMAS elektron sisteminə daxil edildiyi zaman elektron (internet) sistemində yaranan problem nəticəsində sistemə daxil edilməməsi, vətəndaşın məlumatları ƏMAS-da olmadığı üçün xitam əmrini sistemdə yerləşdirmək mümkün olmadığından Əliyeva (Cəfərova) Nənəxanım Cümşüd qızının məlumatlarının ƏMAS-a daxil edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Sonradan ona məlum olmuşdur ki, barəsində belə bir əsassız və qanunsuz qərar qəbul edilmişdir. Hesab edir ki, qərar ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən X12 şikayəti müdafiə edərək, şikayətlə eyni məzmunlu izahat verərək, izahatına əlavə olaraq bildirmişdir ki, Əliyeva Nənəxanımın maaşı kart vasitəsi ilə vaxtı-vaxtında ödənilmiş, vergi tutulmuş, tabel cədvəli var, işə vaxtıvaxtında gəlmişdir. O, xanımı sənəd olmadan işlətməmişdir. Tabel elektron deyil, əllə yazılır, çünki onlarda elektron şəkildə yoxdur. 2018-ci ildə ondan əvvəlki direktor Azər müəllim xanımı laborant vəzifəsinə təyin etmişdir. 2022-ci ildə sinif ştat saylarının azalması ilə ştat ixtisara düşmüşdür. Əliyeva Nənəxanımı o, 16 yanvar 2023-cü ildə işə qəbul etmiş, xanımı sistemə əlavə etmiş, sadəcə internet üzərindənmi bilmir, nə olmuşdursa xanımın məlumatları sistemə düşməmişdir. İşçi barədə məlumatları o, özü sistemə vurur. Ştatlar ixtisara düşdüyü üçün xanımı işdən çıxarmaq istəyəndə bilmişlər ki, xanım barəsində məlumatlar sistemə düşməmişdir. Xanım DOST Mərkəzinə müraciət etmiş, Fuad müəllimin qəbulunda olmuş, Fuad müəllim xanıma kompensasiya ödənilməsi üçün onu DOST Mərkəzinə yönəltmişdir. Həmin vaxt sistemə vuranda, yəni 15 sentyabr 2022-ci ilə kimi sistemdə olması görünmüşdür. Əmək müffətişliyi onunla əlaqə saxlamış, sənədləri istəmiş, o, da sənədləri onlara təqdim etmişdir. Protokol tərtib olunması, qərarın çıxarılması ilə bağlı ona məktub göndərilmişdir. 26 aprel tarixində onunla əlaqə saxlanandan sonra bilmişdir ki, barəsində protokol tərtib olunmuşdur. Xanım 9 ay müddətində hər ay maaş almışdır. Sistemə vurandan sonra elektron müqavilə çıxmalı idi, lakin çıxartmamışlar. Həmişə müqaviləni yükləyib sonradan çıxardır. Digərlərinin hər biri sistemdə var, yalnız bu xanımda problem olmuşdur. Xanım sadəcə ƏMAS-a elektron sistemə vurulmaması ilə bağlı şikayət etmişdir. Xanımı xx.xx.2023-cü ildə işə qəbul etmiş, xx.xx.2023-cü ildə işdən azad etmişlər. ƏMAS elektron sisteminə daxil edilməsi üçün əvvəlcə əmr verilir, işə götürülür tarixi bəlli olandan sonra kağız üzərində müqavilə bağlanır və ondan sonra onlar ƏMAS elektron sisteminə yerləşdirirlər. İlk öncə ƏMAS elektron sisteminə yerləşdirib sonra müqavilə bağlayırlar. Müqaviləni xx.xx.2023-cü ildə bağlamışdır. Müqavilə bağlanandan sonra ƏMAS-a yerləşdirirlər, yerləşdirən zaman internetdə problem olduğu üçün xanım sistemə düşməmişdir. Xanımla əmək müqaviləsi bağlayıb əmr vermişlər. Əliyeva Nənəxanım işə qəbul olunan zaman əmrlə tanış olmuş və imza etmişdir. Xanım vaxtıvaxtında kart vasitəsi ilə hər ay maaşını almışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi qərara xitam verilməsini, işçi baxmayaraq ki, ƏMAS elektron sistemində yoxdur, ancaq bütün sənədləri yerindədir, buna əsasən qərar verilməsini və şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin nümayəndəsi X4 şikayəti qəbul etməyərək izahatında bildirmişdir ki, Əmək Məcəlləsinə əsasən işçi ilə müqavilə bağlandıqdan sonra müvafiq qaydada bildiriş əldə olunur. Yalnız bildiriş əldə olunuqdan sonra əmr verirlər. Həmin əmr etibarlı sayıla bilər. Hal-hazırdakı əmr etibarsızdır. Məktuba gəldikdə isə içşinin stajı itməsin deyə məktub verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci və 41-ci maddələrində əmək müqaviləsi bağlanarkən mütləqdir ki, həmin təşkilat gücləndirilmiş elektron imza vasitəsilə informasiya sisteminə yerləşdirilsin. İnformasiya sisteminə yerləşdirildikdən və əmək müqaviləsi bildirişi təqdim olunduqdan sonra işçi işə başlaya bilər. Hazırki işdə həmin bildiriş təqdim edilməmişdir. Təqdim olunmuş əmrin heç bir hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə götürən o halda əmr tətbiq edə bilər ki, işçinin əmək müqaviləsinin hüquqiliyi itsin. Belə olduğu halda sözü gedən əmr etibarsızdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri pozulduğu üçün həmin məktəbdə laborant vəzifəsində işləmiş Əliyeva Nənəxanım tərəfindən təqdim olunmuş izahat Xidmətin Bakı Şəhər İdarəsində araşdırıldıqdan sonra məsələ ilə bağlı birbaşa olaraq 13 saylı Zəngilan rayon məktəbinin direktorunun izahatı alınaraq onun tərəfindən təqdim olunmuş sübutlar araşdırılıqdan sonra məlum olmuşdur ki, işə götürən tərəfindən Azərbaycan Respublikasının İXM-nin 192-ci maddəsinin tələbləri pozulmuş və nəticədə o, inzibati məsuliyyətə cəlb olunmuşdur. İnzibati xəta haqqında məlumat onlara Əliyeva Nənəxanımın müraciətindən sonra məlum olmuşdur. Protokol tərtib olunanda və araşdırma aparılanda məktəb direktoru məlumatlı olmuşdur. Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən sistemə yerləşdirildikdən və bildiriş daxil olduqdan sonra əmək müqaviləsi qüvvəyə minir. Əmək Məcəlləsinin 7-ci və 49-cu maddələrinin tələbləri işə götürən Həsənova Şəhla tərəfindən pozulmuş, bununla əlaqədar X16 Xidməti Bakı şəhər İdarəsi tərəfindən aparılmış araşdırma nəticəsində sözü gedən məsələ öz sübutunu tapmışdır. Həm işə götürən tərəfindən təqdim olunmuş sübutlar, həmçinin X16 tərəfindən araşdırma aparılarkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baxış keçirilərkən işçi Əliyeva Nənəxanımın əmək müqaviləsi olmaması öz əksini tapmışdır. Şikayətin təmin olunmaması, xidmətin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunan qərarın qüvvədə qalmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əliyeva (Cəfərova) Nənəxanım Cümşüd qızı ifadəsindəsində bildirmişdir ki, 2018-ci ilin dekabr ayının 10-da işə laborant kimi Zəngilan rayon 13 saylı orta məktəbə qəbul olunmuş, 2022-ci ilin 15 sentyabrında iş fəaliyyətini itirmiş, məhkəmədə uşaqların azlığı ilə əlaqədar ixtisara düşmüşdür. X19 Təhsil İdarəsinə işə yenidən bərpa olunmaq üçün müraciət etmiş, Fuad müəllimin qəbulunda olmuş və Fuad müəllim onun işini bərpa edəcəyini bildirmişdir. İkinci dəfə Fuad müəllimin qəbulunda olanda bildirmişdir ki, 13 saylı məktəbdə onu işə bərpa edirlər. İşə bərpa olmuş, maaşı isə kart vasitəsi ilə almışdır. Avqust ayının sonu, sentyabr ayının əvvəlində yenidən ixtisara düşmüşdür. Yenidən Fuad müəllimə işə bərpa haqqında müraciət edəndə bildirmişdir ki, Zəngilan 13 saylı orta məktəbinə işə bərpa ilə bağlı hal-hazırda mümkün deyil, məktəbin fəaliyyəti dayanmaq üzrədir. Oktyabr-noyabr aylarında o, DOST Mərkəzinə yaxınlaşmışdır ki, işsizliyi ilə bağlı kompensasiya alsın, orda ona bildirmişlər ki, 2022-ci ilin sentyabr ayında onun iş fəaliyyəti bitmişdir. Bildirmişlər ki, 2023-cü ildə işə bərpa olmaq haqqında sistemdə məlumat yoxdur. Dəfələrlə Kənan müəllimin qəbulunda olmuş, bununla bağlı problemlər yaşanmışdır. Onun əmri sistemə yerləşdirilmədiyi üçün direktor Əmək Müfəttişliyi ilə tez-tez əlaqə saxlamışdır. İkinci dəfə 2023-cü ilin yanvar ayında işə qəbul olmuşdur. Fuad müəllim onu işə qəbul edəndə əmək kitabçasına yazılmışdır. Əmr veriləndə əmrlə tanış olmuşdur. İşə qəbul olunan zamanı onunla əmək müqaviləsi bağlanmışdır. İşə qəbul olunan zaman əmr ilə tanış olub imza etmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını nəzərdən keçirib hesas edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Əliyeva (Cəfərova) Nənəxanım Cümşüd qızının ünvan 1 ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, o, Zəngilan rayon 13 saylı tam orta məktəbinə İKT üzrə laborant vəzifəsinə işə qəbul olunmasına köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X18 Təhsil İdarəsi Zəngilan rayon 13 nömrəli tam orta məktəbin direktoru Şəhla Həsənova tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 11 nömrəli əmrin surətindən görünür ki, X8 xx.xx.2023-cü il tarixdən məktəbdə İKT üzrə laborant vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarın surətindən görünür ki, X12 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 4000 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X18 Təhsil İdarəsi Zəngilan rayon 13 nömrəli tam orta məktəbin direktoru Şəhla Həsənovanın Bakı şəhəri X16 Xidmətinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 03 nömrəli məktubun məzmunundan aydın olur ki, Əliyeva (Cəfərova ) Nənəxanım Cümşüd qızı xx.xx.2023-cü il tarixindən Zəngilan Rayon 13 nömrəli tam orta məktəbdə İKT üzrə lobarant vəzifəsində çalışmış, xx.xx.2023-cü il tarixində sinif komplektlərinin sayının azalması ilə lobarant ştatı ixtisar olunduğu üçün vəzifəsindən azad edilmiş, Əliyeva (Cəfərova) Nənəxanım Cümşüd qızının məlumatlarının ƏMAS elektron sisteminə daxil edildiyi zaman elektron (internet) sistemində yaranan problem nəticəsində sistemə daxil edilməmiş, vətəndaşın məlumatları ƏMAS-da olmadığı üçün xitam əmrini sistemdə yəşdirmək mümkün olmamış, Əliyeva (Cəfərova) Nənəxanım Cümşüd qızının məlumatlarının ƏMAS-a daxil edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X18 Təhsil İdarəsi Zəngilan rayon 13 nömrəli tam orta məktəbin direktoru Şəhla Həsənovanın xx.xx.2023-cü il tarixli 53 nömrəli əmrinin surətindən görünür ki, məktəbin şagird sayının azalması nəticəsində sinif komplektlərinin sayının 9-sinif komplektindən 8-sinif komplektinə düşdüyünə görə məktəbdə lobarant ştatı ixtisar olduğu üçün məktəbin lobarant vəzifəsində çalışan Əliyeva (Cəfərova) Nənəxanım Cümşüd qızı xx.xx.2023-cü il tarixindən işdən azad edilmiş, kompensasiya ödənilmiş, son haqq hesabı kəsilmişdir. İş materiallarında olan işəgötürən Zəngilan rayon 13 nömrəli tam orta məktəbin direktoru Şəhla Həsənova ilə işçi Əliyeva (Cəfərova) Nənəxanım Cümşüd qızı arasında xx.xx.2023-cü il tarixdə işə qəbulla bağlı müddətsiz olaraq əmək müqaviləsi bağlanmış, işçiyə hər ay 406 manat əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, X6 xx.xx.2028-ci ilə Zəngilan rayon 13 nömrəli tam orta məktəbində laborant kimi işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə məktəbdə ştatlar ixtisara düşdüyünə görə laborant vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər İdarəsinin Zəngilan rayon 13 nömrəli tam orta məktəbin direktoru Şəhla Həsənovaya ünvanladıqları xx.xx.2024-cü il tarixli, 3-11- 5\2-34101/2024 nömrəli məktubun məzmunudan görünür ki, onların Əliyeva (Cəfərova) Nənəxanım Cümşüd qızının əmək müqaviləsinin bağlanması ilə bağlı bildirişin “Əmək və məşğulluq” altsisteminə geri tarixə daxil edilməsi barədə 25 aprel 2024-cü il tarixli 03 nömrəli müraciətlərinə X16 Xidmətində baxılmış, müraciətlərində qeyd olunan Əliyeva (Cəfərova) Nənəxanım Cümşüd qızının adına əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərinin “Əmək və məşğulluq” altsisteminə geri tarixə daxil edilməsinə səlahiyyət verilmişdir. Ş.Abduİlayevanın adına ƏMAS-da əmək müqaviləsi bildirişinin keçmiş tarixə daxil edilməsinə dair müraciətin edilməsi tərəflərindən təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. Həmin maddənin 2-ci bəndinə uyğun olaraq istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir. Qeyd olunanları nəzərə alaraq bildirmişlər ki, əmək müqaviləsi bildirişini “Əmək və məşğulluq” altsisteminə daxil edən zaman müraciətdə qeyd olunan işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilməsi təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcləlsinin 7-ci maddəsinin 2-ci bəndinin tələbinə görə Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X12 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şərqi Zəngəzur Regianal Təhsil İdarəsi Zəngilan rayon 13 nömrəli tam orta məktəbin direktoru vəzifəsində işləyir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər İdarəsinin 08 may 2024-cü il tarixli, MN nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində 4000 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Həmin qərarın qəbul edilməsinə əsas isə X5 məlumatlarının ƏMAS-a daxil edilməməsi olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixdə X8 işə qəbul olunmaq üçün ərizə ilə onlara müraciət etmiş, xanımın ərizəsi qəbul edilmiş və xx.xx.2023-cü il tarixli 11 nömrəli əmr ilə X8 xx.xx.2023-cü ildən Zəngilan rayon 13 nömrəli tam orta məktəbdə İKT üzrə laborant vəzifəsinə məktəbin direktoru X12 tərəfindən işə qəbul edilmiş, onunla əmək müqaviləsi bağlanmışdır. Lakin rəhbərlik etdiyi məktəbin şagird sayının azalması nəticəsində sinif komplektlərinin sayının 9-sinif komplektindən 8-sinif komplektinə düşdüyünə görə məktəbdə lobarant ştatı ixtisara düşmüş, bu səbəbdən məktəbin lobarant vəzifəsində çalışan Əliyeva (Cəfərova) Nənəxanım Cümşüd qızının xx.xx.2023-cü il tarixindən işdən azad edilməsi, ona kompensasiyanın ödənilməsi və son haqq-hesabın kəsilməsi barədə məktəb direktoru tərəfindən xx.xx.2023-cü il tarixli, 53 nömrəli əmr verilmişdir. Əliyeva (Cəfərova) Nənəxanım Cümşüd qızı oktyabr-noyabr aylarında DOST mərkəzinə işsizliklə bağlı kompensasiya ödənilməsi üçün müraciət edəndə ona 2023-cü ildə işə bərpa olunması ilə bağlı sistemdə heç bir məlumatın olmamasını bildirmişlər. Sonradan Əliyeva (Cəfərova) X9 Əmək Müfəttişliyi Xildmətinə müraciət etmiş, X16 Xildmətində araşdırma aparıldığı zamanı Əliyeva (Cəfərova) Nənəxanım Cümşüd qızının xx.xx.2023-cü il tarixindən Zəngilan rayon 13 nömrəli tam orta məktəbdə İKT üzrə lobarant vəzifəsində çalışması,xx.xx.2023-cü il tarixində sinif komplektlərinin sayının azalması ilə bağlı laborant ştatı ixtisar olunduğu üçün vəzifəsindən azad edilməsi, Əliyeva (Cəfərova) Nənəxanım Cümşüd qızının məlumatlarının ƏMAS elektron sisteminə daxil edilmədiyi aşkar olunmuşdur. Şikayətçı Zəngilan rayon 13 nömrəli tam orta məktəbin direktoru X3 (Cəfərova) Nənəxanım Cümşüd qızının məlumatlarının ƏMAS elektron sisteminə daxil edilməməsinin səbəbini məlumatları ƏMAS elektron sisteminə daxil edildiyi zaman elektron (internet) sistemində yaranan problem nəticəsində sistemə daxil etmək mümkün olmadığını, sonradan yəni xx.xx.2024-cü ildə X16 Xildmətinə vətəndaşın məlumatları ƏMAS-da olmadığı üçün xitam əmrini sistemdə yerləşdirmək mümkün olmadığından Əliyeva (Cəfərova) Nənəxanım Cümşüd qızının məlumatlarının ƏMAS-a daxil edilməsinə köməklik göstərilməsini xahiş etməsini bildirmişdir. Lakin işəgötürən Zəngilan rayon 13 nömrəli tam orta məktəbin direktoru tərəfindən əmək müqaviləsi qanuni qüvvəsini almadan (əmək müqaviləsi bildirişinin ƏMAS elektron sistemində qeydiyyata alınmadan) işçini işə cəlb etməsi faktı, yəni əmək qanunvericiliyinin tələbləri pozulması aşkar olunmuşdur və onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, X12 tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuş, barəsində tətbiq edilmiş inzibati tənbeh tam qanuni və əsaslıdır, qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur və onun şikayət ərizəsində göstərdiyi dəlillər əsassız olduğundan şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 12-13, 31,32- 33,40,43.1,48-50-ci və 106-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər İdarəsi tərəfindən barəsində qəbul edilmiş 08 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №3(034)-44/2024
Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-44/2024
11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver