Məhkəmə qərarları › İş №3(034)-46/2023

Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-46/2023

29.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-46/2023 29.11.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Zəngilan Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakı ilə, xx.xx.1994-cü ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşıdır, ailəli, «Qrand Motors»da mühəndis işləyən, Naxçıvan Muxtar Respublikası Babək rayonunda qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq Massivində yaşayan, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərini pozması ilə əlaqədar olaraq barəsində tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Qasımov X9 rayonunda yerləşən postdan keçərkən polisin qanuni tələbinə tabe olmamış və lazımsız iradlar bildirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Zəngilan Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X8 protokolu müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Zəngilan rayonu 76-cı km adlanan postunda xidmətdə olan zaman həmin vaxt ** PY *** nömrəli nəqliyyat vasitəsi posta yaxınlaşmışdır. Orda bir neçə nəqliyyat vasitəsi olmuş və həmin nəqliyyat vasitələrini yoxlayırdılar. Başqa vətəndaşın sənədində problem olduğu üçün digər əməkdaş xidməti post patrol maşınında əyləşib problem olması barədə rəhbərliyə məlumat verərkən həmin ** PY *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin sürücü nəqliyyat vasitəsi ilə posta yaxınlaşmış, orda olan nəqliyyat vasitələrinin sırasıını gözləməmiş, sağdan ötmə əməliyyatı edərək postu keçmişlər. Postu keçdikdən sonra həmin şəxslərin posta dayanmadıqlarını gördükdə xidmətdə olan əməkdaş səsgücləndirici ilə danışa-danışa səs siqnalı vermişdir. Səsgücləndirici ilə nəqliyyat vasitəsininin dayanmasını təkid etmişdir. Vətəndaş nəqliyyat vasitəsini saxlamayaraq getməsini görmüş polis əməkdaşı post-patrol maşını ilə sayrışan işıqları yandırıb, onların ardınca getmiş. Həmin şəxslər 500-600 metr getdikdən sonra post-patrul maşınının səsgücləndirici siqnal ilə yaxınlaşdığını görüb avtomobili saxlamışlar. Saxladıqdan sonra onlara əməkdaş yaxınlaşıb özünü təqdim etmiş, onlara postda saxlamalı olduqları halda niyə saxladamıqlarını bildirmişdir. Cavab olaraq, bir nəfər Zəngilandan çıxan maşınları yoxlamasını, o biri əməkdaş isə maşında oturub telefonla danışdığı üçün saxlamamasını bildirmişdir. Polis əməkdaşı şəxslərə sənədləri yoxlamaq üçün posta qayıtmalı olmalarını bildirmiş, həmin vətəndaş isə getməyəcəyini və sənədləri burda yoxlayın demişdir. Polis əməkdaşı portalın posta olmasını, oraya yaxınlaşmalı olduqldarını bildirmişdir. Bunu dedikdən sonra onlar posta gəlmişlər. Sürücünün yanında əyləşən sərnişin polis əməkdaşına etiraz etmiş, nəyə görə onları saxlamalarını, buna hüquqlarının olmamasını, onları saxlamaq üçün burda qanunsuz olaraq durmalarını bildirmişdir. Sonra sürücünün yanında olan vətəndaş «ayə çavuş sən kimsən məni saxlatdırırsan, səni məni saxlatdırmağa hüququn yoxdur, 102-yə səndən şikayət edəcəm” kimi qeyri etik ifadələr işlətmişdir. Polis əməkdaşı şikayət etməyin onun hüququ olmasını bildirmişdir.2020-ci ildən Zəngilan rayonuna gedib-gələn vətəndaşlardır. Bu yol təzə açıldığına görə hələ tam istifadəyə verilməmiş, orda daha ciddi nəzarət var və yoxlanılmadan keçməyə heç kimə icazə verilmir. Yoxlanmaları üçün ordan birinci posta göndərirlər.Vətəndaşlar onların əməkdaşlarına qarşı narazıçılıq etmiş, əməkdaşlarda bu barədə rəhbərliyə məruzə etmiş və Ağalı kəndində polis məntəqəsinə dəvət etmişlər. Polis onlara geri qayıdın deyəndə etiraz etmişlər. Polis əməkdaşı şəxslərdən sənədlərini tələb etmiş, lakin onlar sənədləri təqdim etmək istəməmişlər. Bir neçə dəfə təkid edəndən sonra şəxslər birinci yaxınlaşan əməkdaşlarına ümumiyyətlə sənəd təqdim etməmişlər. Digər polis əməkdaşı rəhbərliyə saxladıqları şəxslərin sənədlərini verməmələri ilə bağlı məruzə etməsini, onların polis şöbəsinə aparılacaqlarını bildikləri zaman sənədlərini təqdim etmişlər. Əməkdaşlar onlara polis bölməsinə getmələrini və orada aydınlaşdıracaqlarını bildirmişdir. Həmin şəxslər o, zaman da heçnə etmədikləri barədə narazıçılıq etmişlər. Burda polis əməkdaşının qanuni əmrinə tabesizlik var. Posta saxla əmrini keçmək tabesizlikdir. Səsgücləndirici ilə polis əməkdaşının saxla əmrini verməsi və vətəndaşın saxlamaması tabesizlikdir. Vətəndaş izahatında polisin onu saxlamağını görməməsini, polis əməkdaşının isə onları saxlamamaısnı, onlar postdan keçdikdə isə polis əməkdaşının səsucaldıcı ilə saxla əmrini verməsini eşitmədiyini bildirmişdir. Avtomobilin səsucaldıcı siqnalı çox güclü olduğundan, orada eşidilməmə kimi problem ola bilməzdi. 200 metr məsafəni şəxslərin görməmə ehtimalı yoxdur. Yolda tez-tez təmir getdiyi üçün stasionar nişanı yerə bərkitmirlər. Nişanın rəngi gedə, sola bilər. Müvəqqəti təmir getdiyi üçün nişanı götürmüşlər. Şəxslər həmin işarəni görəndə saxlamalıdırlar. Ancaq şirkət maşınları gedib-gəlir, digər mülki maşınlar o yola daxil ola bilmirlər. Şəxslərin maşını şəxsi maşındır, şirkət maşını deyildir. Vətəndaşların etdikləri hərəkətləri qərəzli şəkildə olmuş, polis əməkdaşı sənəd istənilmiş, vətəndaşlar sənədini verməmişlər. Ona görə də Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, onlar müharibə dövründən o yollarda işləmişlər. Həmin postdan dəfələrlə keçmiş, indiyə kimi heç bir problem olmamışdır. O, posta yaxınlaşanda heç bir nəqliyyat vasitəsi olmamışdır. Orda o, kamerada tələb etmiş, amma kamera olmamışdır. O, maşının sürətini sıfıra qədər salmış, bir nəfər polis nəfərinin Zəngilandan çıxan avtomobili yoxlamasını görmüşdür. O, görmüşdür ki, fikir verən yoxdur, hər dəfə ordan keçəndə saxlayan olmamışdır, çünki ora yeni qurulmuş postdur və orda stasionar post nişanı belə yoxdur. Surəti azaltmış və görmüşdər ki, heç kim yaxınlaşmır, sağa düşmüş, sağa düşəndə arxadan heç nə görünmür. Yer kələ-kötür olduğu üçün səs avtomobilin içində olur, heçnə eşitmək olmur. Sağ tərəfə körpü var oda dəmir yolun körpüsüdür, ordan yenidən sağa dönülür düz yola çıxanda görmüşdür ki, arxadan polis əməkdaşı gəlir. Nə siqnal eşitməmiş, nədə onu saxlayan olmamışdır. Maşını saxlamış, amma onların arxasınca gəlmələrini isə bilməmişdir. O, polisin sayrışan işiğını yandırmasını görmüş, polisə mane olmasın deyə maşını saxlamışdır. Polis əməkdaşı ona yaxınlaşmış, avtomobimldən düşmədən, özünü təqdim etmədən birbaşa ona «ayə niyə maşını saxlamırsan” demişdir. Polis əməkdaşı onlara geri dönmələrini, yoxlamanın isə postda olmasını demişlər. O, cavab olaraq burda yoxlama aparmalarını desə də, polis əməkdaqı posta getməli olduqlarını bildirmiş, onlarda heç bir etiraz etmədən posta getmişlər. Polis əməkdaşlarını tanımır, onlarla ünsiyyəti, nədəki problemi olmamışdır. Onlardan vəsiqələr istənilmiş, heç bir etiraz etmədən vəsiqələri vermişlər. Portalında heç bir problem yoxdur, onların daimi portalları olmuşdur. Yoxladıqları zaman polis əməkdaşı aqresiv danışdığı üçün yanında olan Elçin ona niyə etməsini, erməni deyillər ki, eyni vətənin övladlarıdırlar demişdir. 102 xidmətinə Elçin yığıb məlumat vermiş, polis əməkdaşı isə onlara kimi istəyirsiniz yığın demişdir. Ona saxla deyən olmamışdır. Yolun kənarında qırmızı stasionar yol nişanı yoxdur.Üç ildir ki, o yolu gedib gəlir sənəd istəmişlər, o da vermişdir. Məhkəmədən düzgün ədalətli qərar verməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zəngilan rayon Polis şöbəsinin post patrul xidməti taqımının polis nəfəri X3 ifadəsində bildirmişdir ki, Zəngilanda 76-cı postda xidmət apararkən ** PY *** dövlət nişanlı maşının iki tərəfli istiqamətdə hərəkətdə olduğu halda saxla hərəkəti etmişlər, şəxslər postdan yayınmışlar. Post patrul səsucaldan vasitəsilə “saxla” əmri vermiş, amma şəxslər maşının saxlamamışlar. Yol dolu vəziyyətdə olmuş və onlar sağdan maşını ötüb keçmişlər. Həmin vaxt onunla bir yerdə xidmət aparan polis nəfəri serjant X4 digər avtomobilləri yoxlamış və yoxlanılan şəxslərin birinin sənədində problem olduğuna görə o polis avtomobilində rəhbərliyə məlumat verdiyi zaman ** PY *** dövlət qeydiyyat nişanlı “Pikap” markalı avtomobil sağ istiqamətə postdan yayınaraq Zəngilan rayon Ağalı kəndi ərazisi istiqamətinə getmişlər. Bu zaman o,səsucaldan vasitəsilə ilə onlara “saxla” əmri versə də həmin avtomobildə olan şəxslər avtomobili saxlamamışlar, 500-600 metr gedəndən sonra polis avtomobilinin onlara yaxınlaşdığını görüb avtomobili saxlamışlar. Şəxslərə niyə postdan keçəndən sonra saxlamadıqlarını, polisin saxla əmrinə qəsədn bilərəkdən tabe olmamaları barədə sual vermişdir. Şəxslər onlarla mübahisə apararaq, portalı burda yoxlamalarını bildirmişlər. Onlara burda yoxlaya bilməyəcəyini, posta getməli olduqlarını bildirmişdir. Sonradan onları posta dəvət etmişdir. Posta yaxınlaşanda onlar digər polis əməkdaşı ilə də qışqıra-qışqıra danışmağını davam etmişdirlər. Onlara yaxınlaşıb özlərini təqdim etmiş, digər vətəndaş isə “sizi bura kim qoymuş, kimdirlər ki, onları saxlamışlar” demişdir. Bundan sonra şəxslər onları 102-ə zəng etməklə hədələmişlər. Vəsiqələrini təqdim etmələrini istəsələr də onlar təqdim etməmişlər. Ona sürücünün yanındakı sərnişin «sən kimsənki çavuşsanda nə edə bilərsən mənə” demiş, onları aşağılamışdır. Onlar təmkinli olub heç nə etməmişlər. Sonra həmin şəxsləri Zəngilan rayonu Ağalı kəndində olan polis idarəsinə dəvət etmişlər.Şöbədə olarkən vətəndaşlar özlərini normal aparırmışlar. Ora post olduğu üçün gələn avtomobillər özləri maşını saxlayır. Bu şəxslər isə maşını bilərəkdən saxlamamışlar. Sağda boş yer olduğu üçün keçmişlər. Yol yaradılandan orda üç dənə yol ayrıcısı qoyulmuşdur ki, avtomobillər saxlasınlar. Post-patrul maşında onun yanında durur. Çıxış yoxlanırsa girişdə yoxlanır. Şəxslər maşını saxlamayıb gedəndə posta hərbi qulluqçuların maşını olmuşdur. Şəxslər sağdan keçərək getmişlər. Postda heç bir video görüntü olmamışdır. Zəngilan istiqamətində iki maşın vardı, onların avtomobillərdə video görüntü yoxdur. Onların maşınları yol ayrıcının sağında dayanmışdır. Yol ayrıcı ilə postun arası 10-15 metrdir. O, post-patrul maşınında, digər polis əməkdaşı isə postda olmuşdur. O, maşını saxlamaları üçün siqnal vermiş, amma onlar maşını saxlamamış, Post-patrul avtomobilinin yaxınlaşdığını görüb körpüdən sonra saxlamışlar. Post-patrul avtomobilinin siqnalını eşitməmək mümkin deyildir. Onlardan 500-600 metr uzaqlaşdıqdan sonra onları saxlatmışdır. Onlar heç kimnən kobud danışmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zəngilan rayon Polis şöbəsinin post patrul xidməti bölüyünün polis nəfəri X5 ifadəsində bildirmişdir ki, xidmətdə olan zaman o, Zəngilan rayon ərazisində daxil olan avtomobilləri yoxlamışdır. Bu şəxslər avtomobillərin yoxlanıldığını görərkən sağ istiqamətə yayınaraq Zəngilan rayon ərazisinə daxil olmuş və həmin xidmətdə olan polis əməkdaşı səsgücləndirici ilə saxla əmri vermiş, şəxslər ona məhəl qoymadan getmişlər. Bir az sonra onların geri qayıtdığını gördükdə polis əməkdaşı nəyə görə postdan yoxlanmadan keçdiklərini soruşmuşdur. O, həmin maşına yaxınlaşaraq özünü təqdim edərək onlara nəyə görə postdan yayındığını bildirdikdə şəxslər nəyə görə onları qanunsuz saxlamaqlaırnı, onlaırın burda qanunsuz olaraq dayanmaları kimi sözlərini ifadə etmişlər. O, isə həmin şəxsə onları buraya xidmət etmək üçün təyin etmələrini demişdir. Onlar sənəd istədikdə sənədlərini təqdim etmək istəməmişlər. Polis yoldaşı maşına yaxınlaşaraq sənədləri təqdim etmədiklərinə görə sizin barələrində rəhbərliyə məlumat verəcəklərini bildirmişlər. Həmin şəxslər polis əməkdaşına «kimə deyirsən de siz kimsizki, əyə sən çavuşsan» bildirmişdir. Həmin şəxsə çavuş olmadığını serjant Fərəcov olduğunu bildirmişdir. Həmin vətəndaşlar bilməyərəkdən rütbəni yalnış deməmişlər, çünki onlar hər bir vətəndaşa yaxınlaşanda özlərini təqdim edirlər. Həmin şəxslər barəsində rəhbərliyə məruzə edilmiş, bundan sonra xidmət yoldaşı xidməti maşına əyləşərək həmin şəxsləri şöbəyə dəvət etmişlər. Sənədləri mobil postda yoxlamışlar, onların icazəsi olduqlarını görmüş və icazələri varsa digər avtomobillər kimi niyə növbəyə dayanmayaraq getmişlər.AR və TR dövlət gerbi loqosu icazəsi olan maşın və yaxuddaki şirkət maşınları var. Onların üzərində kolyuon yazısı var xüsusi maşınlardır, onları gördükdə o maşınların bu yoldan istifadə etmək icazəsi var. Mülki maşın olduqda postan keçib qeydiyyatdan keçməli və yoxlanılmalıdılar.Zəngilana girən avtomobil yoxlanılır. Portal olmadan vətəndaş icazəsiz keçə biməz.İcazəni yoxlayıb buraxırlar. Rəhbərlik tərəfindən onlara göstəriş verilir. Zəngilandan çıxan şəxsləridə yoxlayırlar. Postda video kamera yoxdur.Video görüntü üçün Zəngilanda 1 nömrəli stasionar postuna getməlidirlər. Maşın kənara çəkilib yoxlanılır, maşınlara yaxınlaşıb yoxlayırlar. Həmin vaxtı o,yerində gözləmiş, digər polis əməkdaşı arxalarıca getmişlər. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarını və şahid ifadələrini dinləyib, hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, X1 rayonunda yerləşən postdan keçərkən polisin qanuni tələbinə tabe olmamış və lazımsız iradlar bildirmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tədqiq olunan sübutlarla, o, cümlədən inzibati xəta törətmiş şəxsin izahatı, xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 12:50 radələrində X7 ilə birlikdə Zəngilan rayonu ərazisinin 76 km-də yerləşən postda idarə etdiyi “Mitsubishi” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilə posta yaxınlaşmış, postda aparılan yoxlamadan yayınaraq idarə etdikləri avtomrobili saxlamayaraq postu qanusuz keçmiş, polis əməkdaşlarının səsgücləndirici vasitəsi ilə saxla əmrinə tabe olmayaraq hərəkətlərinə davam etdirmiş,postu 500-600 matr kecəndən sonra polis avtomobilinin səsgücləndirici siqnalı ilə yaxınlaşdığını görüb idarə etdiyi avtomobili saxlamış, daha sonra nəqliyyat vasitəsi saxlanıldıqda polis əməkdaşları ilə kobud danışaraq, polisin qanuni tələbinə tabe olmamış,sənədlərini təqdim etməkdən yayınaraq, avtomobildə olan sərnişinlə lazımsız iradlarla polis əməkdaşlarını hədəlmişlər. Ərazidə xidmət aparan polis əməkdaşları baş vermiş hadisə ilə əlaqədar olaraq rəhbərliyə məlumat verilmiş, daha sonra həmin şəxslər polis şöbəsinə dəvət edilmiş, izahatları alındıqdan sonra barələrində inzibati protokol tərtib edilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, işin hallarını və Şəxs şəxsiyyətini, ilk dəfə olaraq inzibati xəta törətməsini nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 12-13, 31,32- 33,40,43.1,48-50-ci və 106-115-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar