Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-47/2023 29.11.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Zəngilan Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakı ilə, xx.xx.1989-cu ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşıdır, ai təhsillidir, evilidir, «Qrand Motors»-da baş mexanik işləyir, Beyləqan rayonu Məşədi Əzizbəyov ev 82-də yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərini pozması ilə əlaqədar olaraq barəsində tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bayramov X4 rayonunda yerləşən postdan keçərkən polisin qanuni tələbinə tabe olmamış və lazımsız iradlar bildirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Zəngilan Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X7 protokolu müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Zəngilan rayonu ərazisində 76-cı km adlanan postunda xidmət aparan polis əməkdaşı ** PY *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edən şəxsə yaxınlaşmışdır. Xidmət aparılan ərazidə bir neçə nəqliyyat vasitəsi olmuş və orada olan avtombillər yoxlanılmışdır. ** PY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində olan sərnişinlərin də sənədləri yoxlanılmış, sənədlər yoxlanılan zaman vətəndaşın sənədində problem olduğu üçün xidmətdə olan polis əməkdaşı digər əməkdaşa post-patrol maşınında rasiya ilə rəhbərliyə bu barədə məruzə etməyi tapşırmışdır. Digər əməkdaş rəhbərliyə məlumat verərkən ** PY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü nəqliyyat vasitəsi ilə posta yaxınlaşmış, orda olan nəqliyyat vasitələrinin sırasını gözləməmiş, sağdan ötmə əməliyyatı edərək postu keçmişlər. Postu keçdikdən sonra onların dayanmadıqlarını görüb xidmətdə olan əməkdaş səsgücləndirici ilə danışa-danışa səs siqnalı verərək “saxla” əmrini vermiş. Vətəndaş siqnalı eşitsə də idarə etdiyi nəqliyyat vasitəsini saxlamamış və sürüb getmişdir. Post-patrol maşını ilə onların arxasınca getmiş, təxminən 500-600 metr getdikdən sonra həmin şəxsləri saxlamışdır. Saxladıqdan sonra onların əməkdaş həmin şəxslərə yaxınlaşaraq özünü təqdim etmiş və onlara posta saxlamalı olduqlarını bildikləri halda niyə saxlamadıqlarını deyəndə onlar,bir nəfər digər Zəngilandan çıxan maşınları yoxladığını və o biri əməkdaş maşında oturub telefonla danışdığı üçün saxlamadığını bildirmişdir. Polis əməkdaşı bunlara sənədlərin yoxlanması üçün posta qayıtmalı olmalarını, həmin vətəndaş polis əməkdaşına posta getməcəyini və sənədlərin burda yoxlamasını demişdir. Polis əməkdaşı ona portalın posta olmasını və ona görə də posta yaxınlaşmalı olmalarını bildirmişdir. Bundan sonra onlar posta gəlmişlər. Sürücünün yanında əyləşən sərnişin polis əməkdaşına etiraz edərək, onları saxlamaq hüquqlarının olmamasını və qanunsuz olaraq burda durmaqlarını bildirmişdir. Sürücünün yanında olan vətəndaş «ayə çavuş sən kimsən məni saxlatdırırsan”, sənin məni saxlatdırmağa hüququn yoxdur, 102-yə səndən şikayət edəcəm” kimi ifdalər işlətmişdir. Polis əməkdaşı vətəndaşa şikayət etməyin onun hüququ olmasını bildirmişdir. 2020-ci ildən Zəngilan rayonuna gedib-gələn vətəndaşlardır. Bu yol təzə açıldığına görə hələ tam olaraq istifadəyə verilməmiş, ciddi nəzarət olduğu üçün heç kimə yoxlanılmadan keçməyə imkan verilmir. Gəlib yoxlansınlar deəyə vətəndaşlar birinci posta göndərilir. Həmin vətəndaşlar onların əməkdaşlarına qarşı narazıçılıq etdikləri üçün əməkdaşlar bu barədə rəhbərliyə məruzə etmiş və vətəndaşlar Ağalı kəndində olan polis məntəqəsinə dəvət edilmişlər. Hadisə olanda o, orda olmamış, polis əməkdaşının izahatı ilə danışır. Təmir getdiyi üçün orda video görüntü yoxdur. Kalyon şirkətinin kameraları vardır, onlarda hal-hazırda işləmirlər. Şirkətin orda kameraları var, həmin kamerlarda yol tikintisinə nəzarət edir.Həmin kameralar da işləmir.Postun özündə kamera yoxdur.102 xidmətinə nə deyilibsə operator deyilənləri qeyd etmiş, polis orqanına məlumat verilmiş və bu barədə raport da var. Polis əməkdaşının qanunsuz hərəkətinə görə deyil, ötkəm danışığı üçün 102-ə zəng etmişdir. Vətəndaşların özləri də bilir ki posta saxlmaq lazımdır. Şəxs barəsində qanuni tədbir görməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, polis əməkdaşı yalnış deyir,düz demir, o yazılanları deyir. Yolun digər tərəfində körpü hissəsindən gəliş üçün baryel qurulmuşdur. Onlar ora getməmiş, sağ tərəfə kampa düşmüşlər. Bir əməkdaş qarşıdan gələn nəqliyyat vasitəsini yoxlamış, onların qarşısında isə heç bir nəqliyyat vasitəsi olmamışdır. Sağdan keçmə kimi ehtimal olmamışdır. Qarşıdan gələn avtomobil varsa onun solundan necə keçə bilər. Müharibə dövründə mühəndis olaraq 44 günlük müharibədə mühəndislik qoşunları ilə birgə o torpaqlarda olmuşlar. 2020-ci ildən o, həmin torpaqlarda xidmət göstərir. Hansı postan necə keçməli olduqlaırnı, səlahiyyətlərinə əməl edəcəklərini yaxşı bilirlər. Əqil ona polisin gəlməsini demiş, o da, maşını saxlamışdır. Onlar polisə getmirlər, sənədləri burda yoxla deməmişlər. Onlar polis əməkdaşına bura kimi gəlməsini və sənədləri yoxla demişlər. Polislərdə onlara posta qayıtmaqlarını bildirmişlər. Orda onlar tərəfindən polisə qarşı heç bir etiraz olmamışdır. Polis əməkdaşlarını əvvəldən tanımamış, hadisə vaxtı tanımışdır. Onlar posta qayıdıb gəldikdən sonra polis əməkdaşlarından biri onlara yaxınlaşıb “ayə” ilə danışmağa başlamış, polis əməkdaşına birincisi ondan yaşca balaca olmasını, belə danışmağın ayıb olmasını, ikincisi isə əgər polis əməkdaşının danışığı kimi danışarsa hörmətsizlik etmiş olacağını və polis əməkdaşına düzgün danışmasını demişdir. Onlara dövlət qulluqçusunun danışıq kodeksi olmasını bildirmişdir. 102 xidmətinə şikayət edəcəyini, polis əməkdaşı isə cavabında hara istiyirsən şikayət et demişdir. Polis əməkdaşı ratsyanın götürüb dəstək çağırmışdır. Polis əməkdaşına ona tabesizlik etmədən nəyə görə dəstək çağırırsa demiş, o, da 102-yə zəng etmiş, çavuş var, bu arada yox serjant imiş onun səhvi budu çavuş deməsi olmuş, üzürlü saysın bilməmişdir.102 xidmətinə inspektorun onunla necə danışdığını bildirmiş, onlar da qeydə almışlar. 102 xidməti ilə danışmasını görəndə polis əməkdaşları onları bölməyə dəvət etmişlər. Onun bölməyə getmə səbəbi inspektorun onunla d anışığının düzgün olmamasıolmuşdur. Bölməyə gedəndə onun barəsində protokol tərtib etmələrini görmüşdür. O, qarşısında notebook olduğu üçün başı ona qarışmışdır. Əqil maşının surətini azaldanda görmüşdür ki, qırmızı maşın var və polis əməkdaşı onu yoxlayır. Füzuli postun keçmişlər, portalları da orda yoxlanmışdır. Polis subordinasiya qaydasını pozmuş, onlar ayə ilə danışmışdır. O, niyə maşını saxlamışlar deyə 102 zəng etməsini bildirməmişdir. Polis əməkdaşları onlarla kobud danışıb aşağılamışlar. Məhkəmədən düzgün ədalətli qərar verilməsini xahiş edir, ona qarşı olan ittihamlar sübut olunmasını istəyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zəngilan rayon Polis şöbəsinin post patrul xidməti taqımının polis nəfəri X2 inzibati xəta törətmiş şəxsləri şəxsləri hadisədən tanıdığını, onlarla heç bir qohumluq əlaqələrinin olmadığını bildirərək ifadəsində bildirmişdir ki, Zəngilan rayonunda 76-cı posta xidmət apararkən ** PY *** dövlət nömrə nişanlı avtomobilin iki tərəfli istiqamətdə hərəkətdə olduğu zaman saxla işarəsi versələr də, avtomobil postdan yayınmışdır. Yol dolu vəziyyətdə olmuş və onlar sağdan maşını ötüb keçmişlər. Həmin vaxt onunla bir yerdə xidmət aparan polis nəfəri serjant X3 digər avtomobilləri yoxlamış və yoxlanılan şəxslərin birinin sənədində problem olduğuna görə o polis avtomobilində rəhbərliyə məlumat verdiyi zaman da ** PY *** dövlət qeydiyyat nişanlı “Pikap” markalı avtomobil sağ istiqamətə postdan yayınaraq Zəngilan rayon Ağalı kəndi ərazisi istiqamətinə getmişlər. Bu zaman o,səsucaldan vasitəsilə ilə onlara “saxla” əmri versə də həmin avtomobildə olan şəxslər avtomobili saxlamamışlar, 500-600 metr gedəndən sonra polis avtomobilinin onlara yaxınlaşdığını görüb avtomobili saxlamışlar. Avtomobilə yaxınlaşıb özünü təqdim edəndən sonra onlardan niyə avtomobili saxlamadıqlarını, postdan keçəndən polisin saxla əmrinə qəsdən bilərəkdən tabe olmamaları barədə sual vermiş, sürücünün yanında oturan şəxs onunla mübahisə etmiş “Bizi nəyə görə və hansı ixtiyarla saxladınız?deyə kobut danışmış vəsigəsini verməkdən də imtina etmiş, həmin şəxslər əvvələ ona portalı burda yoxla deyə posta getməkdən imtina etmişlər, onlara portalı burda yoxlaya bilməcəklərini və posta getməli olacaqlarını bildirəndən sonra sürücü sərnişinlə birgə posta gəlmişlər. Posta yaxınlaşanda həmin şəxslərin onunla xidmət aparaq digər əməkdaşla qışqıra-qışqıra danışaraq «sizi bura kimi qoyub kimsiz bizi nəyə görə saxlatmısız» deyə qanunsuz hərəkətlərini davam etmişdir.İcazələrinin olmasını yoxlamaq üçün sərnişindən,sonradan adı məlum olan Şəxs sənədlərini tələb etmişdir lakin sərnişin Şəxs sənədlərini təqdim etməkdən boyun qaçırmışdır. Ondan sonra həmin şəxs onları 102 xidmətinə zəng etməklə hədələyərək ona “sən kimsən ki, çavuşsanda nə edə bilərsən mənə “ demiş və onları aşağılamışdır. Onlar təmkinli davranaraq heçnə etməmişlər. Bundan sonra həmin şəxsləri Zəngilan rayonu, Ağalı kəndində yerləşən polis idarəsinə dəvət etmişlər. Elçin adlı şəxs niyə onları saxlamaqlarını və onları bura kimin təyin etməsini demişdir. Onlar əməliyyat qrupuna zəng etdikdən sonra həmin şəxslər vəsiqələrini təqdim etmişlər. Dəfələrlə şəxsə xəbərdarlıq etsə də, şəxs öz bildiyini etmişdir. O, heç bir vətəndaşla kobud danışmamışdır. Sənədləri sürücü şəxs ona təqdim etməmişdir. Şəxslər polis yoldaşı ilə mübahisə etmiş, vəsiqələrini istəsələr də verməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zəngilan rayon Polis şöbəsinin post patrul xidməti bölüyünün polis nəfəri,polis serjantı X3 inzibati xəta törətmiş şəxsləri hadisədən tanıdığını, onlarla heç bir qohumluq əlaqələrinin olmadığını bildirərək ifadəsində bildirmişdir ki, həmin günü xidmətdə odmuş və Zəngilan rayon ərazisində daxil olan avtomobilləri yoxlamışdır. Bu şəxslər avtomobillərin yoxlanıldığını görmüş, sağ istiqamətə yayınaraq Zəngilan rayon ərazisinə daxil olmuşlar və həmin xidmətdə olan polis əməkdaşı səsgücləndirici vasitəsi ilə onlara saxla əmri vermiş, lakin şəxslər saxla əmrinə məhəl qoymadan getmişlər. Həmin vaxt o avtomobilləri yoxlamış və yoxlanılan şəxslərin birinin sənədində problem olduğuna görə onunla bir yerdə xidmət aparan post patrul xidməti taqımının polis nəfəri X2 polis avtomobilindən rəhbərliyə məlumat verdiyi zaman ** PY *** dövlət qeydiyyat nişanlı avtomobil sağ istiqamətə postdan yayınaraq Zəngilan rayon Ağalı kəndi ərazisi istiqamətinə getmişlər. X2 da polis avtomobilindən səsucaldan vasitəsilə ilə onlara “saxla” əmri versə də həmin avtomobildə olan şəxslər avtomobili saxlamamışlar, xidmət yoldaşı xidməti avtomobillə həmin avtomobilin ardınca getmiş.Bir az sonra onların geri qayıtmasını gördükdə polis əməkdaşı onlara nəyə görə postdan yoxlanmadan keçdiklərini soruşmuşdur. O, həmin maşına yaxınlaşaraq özünü təqdim edərək nəyə görə postdan yayınmalarının səbəblərini soruşmuş, sürücünün yanında olan sərnişin isə digər polis əməkdaşı maşında otutduğu üçün saxlamadığını,ümumiyyətlə siz kim siz? Sizi bura nəyə qoyublar?, onları qanunsuz saxlamaları, burda qanunsuz olaraq dayanmaları kimi ifadələr işlətmişlər. O, isə həmin şəxsə onları buraya xidmət etmək üçün təyin etdikərini demişdir. Həmin şəxslərdən sənədləri tələb olunsa da, şəxslər sənədlərini təqdim etmək istəməmişlər. Polis yoldaşı maşına yaxınlaşaraq maşında olan şəxslərə sənədləri təqdim etmədikdərinə görə onların barəsində rəhbərliyə məlumat verəcəklərini bildirmişlər. Şəxslər isə onlara «kimə deyirsən de siz kimsiniz ki, əyə sən çavuşsan» demişlər. O, həmin şəxsə onun çavuş olmadığını, serjant Fərəcov olduğunu bildirmişdir. Həmin vətəndaşlar bilməyərəkdən rütbəni yalnış deməmişlər, çünki onlar hər bir vətəndaşa yaxınlaşanda özlərini təqdim edirlər. Həmin şəxslər barəsində rəhbərliyə məruzə etmiş və ondan sonra xidmət yoldaşı xidməti maşına əyləşərək şəxsləri şöbəyə dəvət etmişdir. Şəxslər sənədləri verməkdən boyun qaçırmış, bir neçə təkiddən sonra sürücü sənədləri təqdim etmişdir. Hər iki vətəndaşdan sənəd vermələrini xahiş etmişlər.Onlarla kobud danışmamışlar Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarını və şahid ifadələrini dinləyib, hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, Bayramov X4 rayonunda yerləşən postdan keçərkən polisin qanuni tələbinə tabe olmamış və lazımsız iradlar bildirmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadəkmüddətə inzibati həbs tətbiq olunur. Belə ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tədqiq olunan sübutlarla, o, cümlədən inzibati xəta törətmiş şəxsin izahatı, xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs X8 ilə birlikdə xx.xx.2023-cü il tarixdə saat 12:50 radələrində Zəngilan rayonu ərazisinin 76 km-də yerləşən postda X5 idarə etdiyi “Mitsubishi” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilə posta yaxınlaşmış, postda aparılan yoxlamadan yayınaraq idarə etdikləri avtomrobili saxlamayaraq postu qanusuz keçmiş, polis əməkdaşlarının səsgücləndirici vasitəsi ilə saxla əmrinə tabe olmayaraq hərəkətlərinə davam etdirmiş, daha sonra nəqliyyat vasitəsi saxlanıldıqda polis əməkdaşları ilə kobud danışaraq, polisin qanuni tələbinə tabe olmamış,sənədlərini təqdim etməkdən yayınaraq lazımsız iradlarla polis əməkdaşlarını hədəlmişlər. Ərazidə xidmət aparan polis əməkdaşları baş vermiş hadisə ilə əlaqədar olaraq rəhbərliyə məlumat verilmiş, daha sonra həmin şəxslər polis şöbəsinə dəvət edilmiş, izahatları alındıqdan sonra barələrində inzibati protokol tərtib edilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, işin hallarını və Şəxs şəxsiyyətini, ilk dəfə olaraq inzibati xəta törətməsini nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 12-13, 31,32- 33,40,43.1,48-50-ci və 106-115-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №3(034)-47/2023
Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-47/2023
29.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver