Məhkəmə qərarları › İş №3(034)-48/2024

Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-48/2024

25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-48/2024 25.06.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi (vəkili) Nümayəndə, Zəngilan rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X3 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozması ilə əlaqədar Zəngilan rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 04 aprel 2024-cü il tarixli qərar üzrə inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün Zəngilan rayon prokurorluğu məhkəməyə müraciət etmişdir. Zəngilan rayon prokuroru Qibləli Kərimov inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 04 aprel 2024-cü il tarixli qərarı onunla əsaslandırmışdır ki, hüquqi şəxs Şəxsn (VÖEN: **********) - onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi -direktor (qanuni təmsilçisi) X17 (FİN: 1FACA7) tərəfindən MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı və tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yaranarsa əmək müqaviləsinin bağlanmasının məcburi olduğu halda həmin tələbləri pozaraq, yəni, əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2 fiziki şəxs Zərərçəkmiş şəxs2 2022-cü ilin aprel ayından 2024-cü ilin aprel ayınadək və X11 2024-cü ilin mart ayından xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Zəngilan rayonu Mincivan qəsəbəsi ərazisində tikinti sahəsində usta kimi işlərin yerinə yetirilməsinə cəlb edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş əmək qanunvericiliyini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsi hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xətasını törətdiyinə görə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır.Qeyd olunanlar Zərərçəkmiş şəxs2, X8, Şahid2 və Şahid1 izahatları, xx.xx.2024-cü il tarixli, 2-2-161/2- 036827/2024 nömrəli sərhədkeçmə məlumatları, xx.xx.2024-cü il tarixli, 3-17-5/2-30995/2024 nömrəli Əmək və X5 Nazirliyi yanında X10 Xidmətinin məktubu, xx.xx.2023-cü il tarixli, MER PR 001 nömrəli xidmət müqaviləsi, xx.xx.2024-cü il tarixli sənədlərə baxış aparılması haqqında protokol, xx.xx.2023-cü il tarixli, MER PR 009 nömrəli xidmət müqaviləsi və xx.xx.2024-cü il tarixli, 005 nömrəli "xxxx" MMC-nin məktubu kimi sənədlərlə təsdiq edilir. Araşdırma zamanı Zərərçəkmiş şəxs2 rayon prokurorluğuna xx.xx.2024-cü il tarixdə verdiyi izahatda göstərmişdir ki, o, "xxxx" MMC-də xidmət müqaviləsi əsasında formen kimi "xxxx" MMC-nin usta və fəhlələrinin fəaliyyətinə nəzarəti həyata keçirmiş, eyni zamanda usta kimi beton keçidlərinin tikintisində usta kimi fəaliyyət göstərmişdir. Ona əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair normalar "xxxx" MMC-də SƏTƏM vəzifəsində işləyən Şahid1 tərəfindən təlim edilmiş və “texniki təhlükəsizlik” ilə bağlı qeydiyyat jurnalına imza etdirilmişdir. xx.xx.2024-cü il tarixdə saat 14:00 radələrində Zəngilan rayonu, Mincivan qəsəbəsi ərazisində körpü tikintisi zamanı o, beton keçidlərinin sökülməsi ilə məşğul olduğu zaman taxtanı həmin beton keçidindən ayıran zaman bərkimiş beton qalığı sonuncunun üzərinə düşməsi nəticəsində o, burnunun sol keçəcəyindən çapılmış yara xəsarəti almışdır. xx.xx.2024-cü il tarixdə ona iş yerində xəsarət alması ilə nəticələnmiş işin yerinə yetirilməsinə dair göstəriş adını bilmədiyi şirkətdə mühəndis vəzifəsində işləyən X13 tərəfindən verilmişdir. Araşdırmanın sonrakı mərhələsində Zərərçəkmiş şəxs2 rayon prokurorluğuna verdiyi növbəti izahatında göstərmişdir ki, ilkin izahatında hadisə baş verən zaman işlədiyi müəssisənin adını səhv göstərmişdir. Belə ki, 2022-ci ilin aprel ayından etibarən o, Şəxs MMC-də usta kimi Füzuli, Kəlbəcər rayonlarında, xx.xx.2024-cü il tarixdən etibarən Zəngilan rayonunda fəaliyyət göstərmişdir. Lakin ona və Şəxs MMC-də işləyən digər işçilərə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair normalar "xxxx" MMC- də SƏTƏM vəzifəsində işləyən Şahid1 tərəfindən təlim edilmiş və “texniki təhlükəsizlik” ilə bağlı qeydiyyat jurnalına imza etdirilmişdir. xx.xx.2024-cü il tarixdə ona iş yerində xəsarət alması ilə nəticələnmiş işin yerinə yetirilməsinə dair göstəriş Şəxs MMC-də mühəndis vəzifəsində işləyən X13 tərəfindən verilmişdir. X13 rayon prokurorluğuna xx.xx.2024-cü il tarixdə verdiyi izahatda göstərmişdir ki, 2023-cü ilin dekabr ayından etibarən "xxxx" MMC-də əmək müqaviləsi əsasında formen vəzifəsində işləmiş və formen olaraq onun işi fəhlə və ustaların fəaliyyətinə nəzarət etməkdən ibarət olmuşdur. İşçilər "xxxx" MMC-də SƏTƏM vəzifəsində işləyən Şahid1 tərəfindən əməyin mühafizəsinə dair qaydalarla bağlı normalar ilə təlimatlandırılmış və “texniki təhlükəsizlik” ilə bağlı qeydiyyat jurnalına imza çəkmişlər.xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 iş yerində xəsarət alması ilə nəticələnmiş işin yerinə yetirilməsinə dair göstəriş onun tərəfindən verilmişdir. X13 rayon prokurorluğuna verdiyi növbəti izahatlarında ıcstərmişdir ki, Şəxs MMC-nin işçiləri iş geyimi ilə "xxxx" MMC tərəfindən təmin edildiyi üçün jiletlərdə "xxxx" yazısı olduğu və görülən iş "xxxx" MMC-nin o, və Zərərçəkmiş şəxs2 rayon prokurorluğuna verdikləri ilkin izahatlarda özlərini "xxxx" MMC-nin işçiləri kimi təqdim etmişlər. Lakin onlar həmin dövrdə xidmət müqaviləsi əsasında "xxxx" MMC-nin işlərini görən Şəxs MMC-nin işçiləri olmuşlar. 2024-cü ilin mart ayından xx.xx.2024-cü il tarixədək o, Şəxs MMC-də əmək müqaviləsi olmadan işləmiş və işlərin yerinə yetirilməsinə Şəxs MMC-nin direktoru X17 tərəfindən aəlb edilmişdir. Sonuncu şifahi şəkildə onu işə qəbul edərək Şəxs MMC-də işləyən işçilərə işlə bağlı göstərişləri vermək səlahiyyətini ona həvalə etmişdir. Zərərçəkmiş şəxs2 podratçı şirkət olan "xxxx" MMC-nin işlərini yerinə yetirməsi üçün Şəxs tərəfindən işlərin görülməsinə cəlb edilmişdir. Zərərçəkmiş şəxs2 ilə Şəxs MMC arasında əmək müqaviləsi deyil, xidmət müqaviləsi bağlanmışdır. Zərərçəkmiş şəxs2 ilə Şəxs MMC arasında müqavilə bağlandığı zaman həmin şirkətin rəhbərliyi bu formada işlərin yerinə yetirilməsi üçün işçi ilə xidməti müqavilənin bağlanmasının kifayət etdiyini düşünmüş, əmək müqaviləsinin bağlanmasının zəruri olduğunu bilməmişdir. Şəxs MMC-də SƏTƏM vəzifəsində işləyən işçisi olmadığından, Zərərçəkmiş şəxs2 və digər işçilər "xxxx" MMC-nin SƏTƏM vəzifəsində işləyən Şahid1 tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair normalar ilə təlim edilmiş və təhlükəsizlik ilə bağlı adını xatırlamadığı qeydiyyat jurnalına imza çəkmişlər. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 iş yerində xəsarət alması ilə nəticələnmiş işin yerinə yetirilməsinə dair göstəriş onun tərəfindən verilmişdir. Şahid2 rayon prokurorluğuna verdiyi izahatında göstərmişdir ki, o, 2020-ci ildən etibarən "xxxx" MMC-də direktoru vəzifəsində işləyir. Zəngilan rayonu, Mincivan qəsəbəsi ərazisində körpü tikintisi ilə əlaqədar həyata keçirilmiş tikinti işləri "xxxx" MMC ilə Şəxs MMC arasında bağlanmış subpodrat müqaviləsi əsasında icra olunmuşdur. Həmin müqaviləyə əsasən "xxxx" MMC sifarişçi qismində Zəngilan rayonu, Mincivan qəsəbəsi ərazisində körpü tikintisi ilə əlaqədar görülən işləri Şəxs MMC-nə həvalə etmişdir. Həmin tikinti işləri getdiyi zaman "xxxx" MMC-dən orada yalnız SƏTƏM vəzifəsində işləyən Şahid1 olmuşdur. Bunun səbəbi Şəxs MMC- də SƏTƏM vəzifəsində işləyən hər hansı işçinin olmaması olumuşdur. Yaşar Arsu, Zərərçəkmiş şəxs2 və orada işləyən digər işçilər isə Şəxs MMC-nin işçiləri olmuşdur. Şəxs MMC-də usta vəzifəsində işləyən Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə xəsarət aldığı zaman o, hadisə yerində olmamış, ona görə də, sonuncunun hansı şəraitdə xəsarət alması barədə onun məlumatı olmamışdır. Şahid1 rayon prokurorluğuna verdiyi izahatında göstərmişdir ki, o, 03,04.2023-cü il tarixdən etibarən "xxxx" MMC-də SƏTƏM vəzifəsində işləmiş, işlədiyi dövrdə Zəngilan rayonu, Mincivan qəsəbəsi ərazisində "xxxx" MMC-nin sifarişi əsasında Şəxs MMC-nin həyata keçirdiyi körpü tikintisi ilə əlaqədar görülən işlərdə Şəxs MMC-nin işçilərini əməyin mühafizəsi və texniki təhlükəsizliyinə dair qaydaları ilə təlimatlandırmış və işçilər “iş öncəsi təlimat” adlanan qeydiyyat jurnalına imza çəkmişlər. İşçilər həmçinin “Giriş təlimat” və “Yanğın təhlükəsizliyi təlimat”-la üç aydan bir onun tərəfindən şifahi şəkildə tanış edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 14:00 radələrində Zəngilan rayonu, Mincivan qəsəbəsi ərazisində körpü tikintisi zamanı Zərərçəkmiş şəxs2 beton keçidlərinin sökülməsi ilə məşğul olduğu zaman taxtanı həmin beton keçidindən ayıran zaman bərkimiş beton qalığı sonuncunun üzərinə düşməsi nəticəsində Zərərçəkmiş şəxs2 burnunun sol keçəcəyindən çapılmış yara xəsarəti almışdır. Zəngilan rayonu, Mincivan qəsəbəsində işləyərkən Zərərçəkmiş şəxs2 tərəfindən görülən işlərə "xxxx" MMC ilə Şəxs MMC arasında bağlanmış subpodrat müqaviləsi əsasında mühəndis vəzifəsində işləyən Tural Omarov nəzarət etmişdir. Lakin hadisə baş verdiyi tarixdə Tural Omarov Bakı şəhərində olduğundan, sonuncunu X13 əvəz etmişdir. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 xəsarət alması ilə nəticələnmiş hadisəyə səbəb olmuş işin yerinə yetirilməsi göstərişi X13 tərəfindən verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "İnternet Vergi İdarəsi"-nin "Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında" elektron sorğusundan, X8 izahatlarından, MER PR 001 nömrəli və MER PR 009 nömrəli xidmət müqaviləsindən görünür ki, Türkiyə Respublikasının vətəndaşı X17 "xxxx" MMC-nin direktorudur (qanuni təmsilçisidir).Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin xx.xx.2024-cü il tarixli məlumatından görünür ki, X17 xx.xx.2024-cü il tarixdə saat 07:55-də Qırmızı Körpü dövlət sərhədindən buraxılış məntəqəsində dövlət sərhədlərindən çıxaraq Gürcüstan ərazisinə keçmiş və o tarixdən sonra Azərbaycan Respublikasının ərazisinə qayıtmamışdır. “X1 Sistemi”-də əldə olunmuş əmək müqaviləsi məlumatları sorğusundan görünür ki, Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək, həmçinin hadisənin baş verdiyi tarixdə əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətindən xx.xx.2024-cü il tarixdə rayon prokurorluğuna ünvanlanmış 3-17-5/2-30995/2024 nömrəli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdən etibarən X13 "xxxx" MMC-də xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə işləmiş, Şəxs MMC-də isə xx.xx.2024-cü il tarixdən hazırki vaxtadək işləyir. Yəni Zərərçəkmiş şəxs2 xəsarət alması ilə nəticələnmiş hadisə zamanı X13 hər hansı şirkətdə əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. xx.xx.2023-cü il tarixdə "xxxx" MMC ilə Şəxs MMC arasında bağlanmış MER PR 001 nömrəli xidmət müqaviləsi əsasən "xxxx" MMC qəlib quraşdırılması və beton tökülməsi işləri ilə bağlı xidmətlərin göstərilməsini sifariş verib Şəxs MMC-nə razılaşdırılmış xidmət haqqı ödəməyi, Şəxs MMC isə "xxxx" MMC-nin qəlib quraşdırılması və beton tökülməsi işləri və izolyasiya ilə bağlı xidmətləri icra etməyi göstərməyi öhdəsinə götürmüşdür. Təqdim edilmiş sənədlərə baxış keçirilərkən həmin xidmət müqaviləsinin icrasını təsdiq ; ədən elektron qaimələr və ödəniş tapşırıqları əhəmiyyət kəsb etdiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 236.5-ci maddəsinə əsasən götürülmüş və Tiateriala əlavə edilmişdir. Şəxs MMC-nin rayon prokurorluğuna ünvanlanmış xx.xx.2024-cü il tarixli 005 nömrəli məktubda həmin şirkətə məxsus vəzifə təlimatları, əməyin mühafizəsi və təlükəsizlik rexnikası üzrə təlimatlar və digər sənədlər tikinti ərazisində itdiyi üçün araşdırmaya təqdim olunmasını mümkün olmadığı göstərilmişdir. Araşdırma zamanı Zərərçəkmiş şəxs2 və X13 rayon prokurorluğuna ilkin verdikləri izahatlarında "xxxx" MMC-nin işçiləri olduqlarını bildirsələr də, araşdırmanın sonrakı mərhələsində "xxxx" MMC-nin deyil, həmin şirkətə müqavilə əsasında xidmət göstərən Şəxs MMC-nin işçiləri olduqlarını göstərmişlər. Zərərçəkmiş şəxs2 və X13 "xxxx" MMC-nin deyil, Şəxs MMC-nin | işçiləri olduqları digər şəxslərdən alınmış izahatlar, materiala əlavə olunmuş xx.xx.2023-cü il tarixli, MER PR 001 nömrəli xidmət müqaviləsi, araşdırma zərurəti ilə əlaqədar olaraq əldə olunmuş məlumatlar və toplanmış digər sübutlarla tam təsdiqini tapmışdır.İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların rayon prokurorluğu tərəfindən 36-C-24 nömrəli material üzrə aparılmış araşdırma nəticəsində aşkar edilməsidir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranmasına səbəb olur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2-3.4-cü maddəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandığı halda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Bu səbəbdən xx.xx.2023-cü il tarixdə Şəxs MMC ilə Zərərçəkmiş şəxs2 arasında bağlanmış MER PR 009 nömrəli xidmət müqaviləsi Azərbaycan Respublikası əmək qanunvericiliyinin normalarının pozulması ilə bağlanılmış müqavilə olduğundan, əsassız hesab edilir. Beləliklə, aparılmış inzibati araşdırma zamanı "xxxx" MMCdə (işəgötürən) Zəngilan rayonu, Mincivan qəsəbəsi ərazisində tikinti işləri ilə əlaqədar olaraq 2 şəxsin, Zərərçəkmiş şəxs2 və X8 əmək müqaviləsi imzalanmadan əmək fəaliyyətinə cəlb edilməsi nəticəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında "Azərbaycan Respublikasının xx.xx.2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanında 5.4-cü bəndinə əsasən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən baxıldığı göstərilsə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, həmin Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə iş yerində xəsarət alması ilə bağlı rayon prokurorluğunda toplanmış 36-C-24 nömrəli materialda cinayət tərkibi olmadığından, həmin material üzrə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Odur ki, "xxxx" MMC-də Zəngilan rayonu, Mincivan qəsəbəsi ərazisində tikinti işləri ilə əlaqədar olaraq 2 şəxsin, Zərərçəkmiş şəxs2 və X8 əmək müqaviləsi imzalanmadan əmək fəaliyyətinə cəlb edilməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və baxılması üçün aidiyyəti üzrə Zəngilan Rayon Məhkəməsinə göndərilməsi barədə xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən Zəngilan rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X12 qərarı müdafiə edərək izahatında bildirmişdir ki, "xxxx"MMC-də usta vəzifəsində işləyən Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü ildə Zəngilan rayonu ərazisində iş yerində xəsarət alması ilə bağlı xx.xx.2024-cü il tarixdə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Araşdırma zamanı Zərərçəkmiş şəxs2 rayon prokurorluğuna xx.xx.2024-cü ildə verdiyi izahatda göstərmişdir ki "xxxx" şirkətində xidmət müqaviləsi əsasında həm formen kimi "xxxx" şirkətinin usta və fəhlələri kimi fəaliyyət göstərən işçilərə nəzarəti həyata keçirmiş, həm də usta kimi beton keçidlərinin tikintisi ilə məşğul olmuşdur. xx.xx.2024-cü il tarixdə saat təxminən 14:30-da "xxxx" şirkətinin Zəngilan rayon Mincivan qəsəbəsi ərazisində həyata keçirdiyi körpü tikintisi ilə əlaqədar o beton keçidlərinin sökülməsi ilə məşğul olduğu vaxt taxtanı həmin beton keçidindən ayıran zaman bərkimiş beton qalığı onun üzərinə düşdüyü səbəbindən o burnunun sol keçəcəyindən çapılmış yara xəsarəti almışdır. xx.xx.2024-cü il tarixdə onun iş yerində xəsarət alması nəticələnmiş hadisəyə səbəb olmuş, işin yerinə yetirilməsi göstərişi "xxxx" şirkəti ilə podrat müqaviləsi bağlayan adını bilmədiyi şirkətin mühəndisi X13 tərəfindən verilmişdir. Araşdırmanın sonrakı mərhələdə Zərərçəkmiş şəxs2 rayon prokurorluğuna xx.xx.2024-cü il tarixdə verdiyi izahatında göstərmişdir ki, Zəngilan rayonu, Mincivan qəsəbəsində işlədiyi dövrdə o, Şəxs şirkətində usta kimi beton keçidlərinin tikintisi ilə məşğul olmuşdur. xx.xx.2024-cü il tarixdə rayon prokurorluğuna verdiyi izahatında o, işlədiyi şirkət barədə səhv məlumat göstərmişdir. Belə ki, 2022-ci ilin aprel ayından etibarən o Şəxs şirkətində usta kimi Füzuli-Kəlbəcər rayonlarında, xx.xx.2024-cü il tarixdən isə Zəngilan rayonuna ezam olunmuşdur. Usta kimi o, 13 il işlədiyi kifayət qədər təcrübə topladığı üçün digər usta və fəhlələrə işlə bağlı şifahi məsləhətlər verdiyi üçün o formen kimi özünü təqdim etmişdir. Şəxs MMC-də formen vəzifəsində işləyən X13 rayon prokurorluğuna xx.xx.2024-cü il tarixdə verdiyi izahatda göstərmişdir ki, 2023-cü ilin dekabr ayından etibarən "xxxx" şirkətində əmək müqaviləsi əsasında formen vəzifəsində işləmiş və formen olaraq onun işi fəhlə və ustaların fəaliyyətinə nəzarət etməkdən ibarət olmuşdur.xx.xx.2024-cü il tarixdə saat təxminən 14:30-da "xxxx" şirkətinin Zəngilan rayon Mincivan qəsəbəsi ərazisində həyata keçirdiyi körpü tikintisi ilə əlaqədar Zərərçəkmiş şəxs2 beton keçidlərinin sökülməsi ilə məşğul olduğu vaxt taxtanı həmin beton keçidindən ayıran zaman bərkimiş beton qalığı sonuncunun üzərinə düşməsi səbəbindən burnunun sol keçəcəyindən çapılmış yara xəsarəti almışdır. Araşdırmanın sonrakı mərhələsində X13 rayon prokurorluğuna xx.xx.2024-cü il tarixdə verdiyi izahtda göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə rayon prokurorluğuna verdiyi izahatda əvvəllər, yəni 2023-cü ilin iyul ayından həmin ilin noyabr ayına qədər "xxxx" şirkətində işlədiyi üçün özünü "xxxx" MMC-nin işçisi kimi təqdim etməklə səhv məlumat vermşdir. O “Mer İnşaat “şirkətində 2023-cü ilin mart ayından hazırki vaxtadək əmək müqaviləsi əsasında formen vəzifəsində işləyir. “Mer İnşaat “şirkətinin rəhbəri X18 xx.xx.2024-cü il tarixdə Türkiyə Respublikasına getdiyi üçün sonuncunun vəzifələrini əmr əsasında deyil, etibarnamə əsasında faktiki olaraq o, həyata keçirmişdir. İlk öncə onlara Zərərçəkmiş şəxs2 iş zamanı xəsarət alması barədə məlumat daxil olmuşdur. Araşdırma zamanı müəyən etmişlər ki, şəxsin əmək müqaviləsi yoxdur, mülki müqavilə bağlanmışdır. Əmək Məcəlləsinin 7-ci maddəsində qeyd olunmuşdur ki, şirkətin hüquqi şəxsin əsas fəaliyyət sahəsi ilə bağlı müqavilə bağlanırsa bu yalnız əmək müqaviləsi ola bilər. Zərərçəkmiş şəxs2la əmək müqaviləsi bağlanmadığı üçün tədbir görülmüş, sonra şəxsin işlərinə nəzarət edən sahə rəisi kimi özünü təqdim edən Arsu Yaşardır və məlum olmuşdur ki, Arsu Yaşarlada əmək müqaviləsi bağlanmamışdır. Məhkəmədən hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İXM 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi ilə əlaqədar barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi (vəkili) Nümayəndə izahatında bildirmişdir ki, prokrorluğun təqdim etdiyi qərardan müəyyən olunur ki, Şəxs MMC-nin əsas tələbi şəxslərin mülki müqavilə ilə deyil, əmək müqaviləsi olmadan işləmələridir. Bu fikirlə o, razı deyildir. O, aldığı məlumata əsasən Şəxs MMC-nin tkinti deyil, özünə məxsus avadanlıqları varki onların icarəyə verilməsi ilə məşğul olur. Şirkət qanunla qadağan olmayan fəaliyyət növü ilə məşğul ola bilər. Hesab edirlər ki məhkəməyə verilən qərar əsassızdır, qərarın təmin olunmamasını məhkəmədən xahiş edirlər. Görülən iş tikinti işi olmuş, iki şəxs Zərərçəkmiş şəxs2 və X13 ilə bağlanan müqavilə podrat müqaviləsi olmuşdur. Arsu Yaşar Şəxs MMC-nin şirkətin rəhbərinin nümayəndəsidir. Arsu Yaşarın fəaliyyət növü mübahisəli məsələdir. Arsu Yaşar rəhbər səviyyəsində olan biridir. Məhkəmədən isə işə xitam veriməsini və inzibati tənbeh tətbiq edilməməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tədqiq olunan sübutlarla, o, cümlədən işə əlavə edilmiş digər sənədlərlə, həmçinin Zərərçəkmiş şəxs2 və X8 Zəngilan rayon Prokurorluğunda apaşdırma aparıldığı zaman verdikləri etirafedici ifadələri ilə tam sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs2 Zəngilan rayon Prokurorluğunda xx.xx.2024-cü il tarixdə verdiyi izahtında göstərmişdir ki, o, təxminən 2022-ci ilin aprel ayından etibarən Şəxs şirkətində usta vəzifəsində işləmiş, xx.xx.2024-cü il tarixdə işlə əlaqədar Zəngilan rayonuna ezam olunmuşdur. Zəngilan rayonu, Mincivan qəsəbəsində işləyən zaman o, Şəxs şirkətində usta kimi beton keçidlərinin tikintisi ilə məşğul olmuş, xx.xx.2024-cü il tarixdə, saat təxminən 14:30-da "xxxx" şirkətinin sifarişi əsasında “Mer İnşaat" MMC-nin həyata keçirdiyi Zəngilan rayonu, Mincivan qəsəbəsi ərazisində körpü tikintisi ilə əlaqədar o, beton keçidlərinin sökülməsi ilə məşğul olduğu vaxt o, taxtanı həmin beton keçidindən ayıran zaman bərkimiş beton qalığı üzərinə düşdüyü səbəbindən burnunun sol keçəcəyindən çapılmış yara xəsarəti almışdır. Xəsarət aldığı üçün o, xx.xx.2024-cü il tarixdə yaxınlıqda yerləşən Ağalı Ailə Sağlamlıq Mərkəzinə müraciət etmiş və orada ona tibbi yardım göstərilmişdir. xx.xx.2024-cü il tarixdə işdən azad olunmaq üçün öz səyilə mühəndis kimi işləyən Tural Omarova müraciət edərək işdən ayrılmışdır. xx.xx.2024-cü il tarixdə rayon prokurorluğuna verdiyi izahatda səhv göstərmiş, belə ki, 2022-ci ilin aprel ayından etibarən o, Şəxs şirkətində usta kimi Füzuli, Kəlbəcər rayonlarında, xx.xx.2024-cü il tarixdən isə Zəngilana ezam olunmuş, usta kimi 13 il işlədiyindən, yəni kifayət qədər təcrübə yığdığı üçün usta və fəhlələrə işlə bağlı şifahi məsləhətlər verdiyindən formen kimi özünü təqdim etmişdir. Lakin o, heç vaxt formen vəzifəsində işləməmiş və Şəxs-da usta kimi fəaliyyət göstərmişdir. O, Şəxs şirkəti ilə xidmət müqaviləsi əsasında fəaliyyət göstərmişdir. Dəqiq xatırlamasa da, onunla Şəxs MMC arasında xidmət müqaviləsi bağlanılarkən şirkətin adından X17 direktor kimi imza çəkmişdir. Şəxs MMC-nin əsas fəaliyyət istiqaməti tikinti işlərinin həyata keçirilməsi sahəsidir. O, Şəxs MMC-də işlədiyi dövr ərzində tikinti sahəsinə aid işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Onunla Şəxs MMC arasında hansı səbəbdən xidmət müqaviləsi bağlandığı barədə məlumatı yoxdur. Onun əmək qanunvericiliyinin bu kimi normalardan kifayət qədər bilikləri yoxdur, özü isə "xxxx" MMC ilə xidmət müqaviləsinin bağlanmasının usta kimi fəaliyyətə başlaması üçün kifayət etdiyini düşünmüşdür. Onun əmək müqaviləsi olmadığı üçün o, əmək haqqını xatırlamadığı məbləğdə Yaşar Arsu tərəfindən əlbə-əl almışdır. Zəngilan rayonu, Mincivan qəsəbəsində işləyərkən onun tərəfindən görülən işlərə Şəxs şirkətinin mühəndisləri Tural Omarov və Yaşar Arsu nəzarət etmişlər. Əməyin mühafizəsinə dair qaydalarla bağlı normalar mövcuddur və bu qaydalarla onlar "xxxx" şirkətində SƏTƏM mühəndisi kimi işləyən Səfalı adlı şəxs təəfindən hər iş günü səhər saat 07:35-də işə başlamazdan əvvəl tanış edilir və “texniki təhlükəsizlik” ilə bağlı qeydiyyat jurnalına imza çəkirlər. Şahid1 onu və digər işçiləri təlimatlandırarkən 1.80 metr hündürlükdə işləyərkən təhlükəsizlik kəmərindən istifadə etməsini, jiletlərdən istifadə etməsini, dəbilqənin iş zamanı hər işçidə olmasını, işlər görülən zaman qoruyucu eynəkdən istifadə etməsi, yolun təmizliyinə nəzarət etməsini, yük qaldırılan zaman yükün altında durmamasını, elektrik naqillərini yoxlanmasını işçilərə izah edir. Şirkət tərəfindən baş qoruyucu tikinti dəbilqələri, eynək, əlcək, qoruyucu ayaqqabı və xüsusi iş geyimi ilə təmin edilirlər. xx.xx.2024-cü il tarixdə xəsarət alması ilə nəticələnən hadisə zamanı eynək istisna olmaqla, digər qoruyucu vasitələrdən yəni, tikinti dəbilqəsi, əlcək, qoruyucu ayaqqabı və iş geyimindən istifadə etmişdir. Eynəyi isə gözlərinin yan tərəflərini sıxması səbəbindən həmin vaxt çıxartmışdır. Həmin vaxt ona nəzarət edən şəxs Yaşar Arsu olmuşdur. X20 başqa tuneldə olmuş, digər işçilərə nəzarət etmiş və bu səbəbdən onun eynəksiz işləməsindən Yaşar Arsunun məlumatı olmamışdır. Sonuncu ona və digər işçilərə birinci tuneldən ikinci tunelə getmək göstərişi verəndən sonra o və X9 2-ci tunelə getmiş, dərhal Yaşar Arsu və işçilər gəlməmişdən əvvəl işə başlamış, işə başlayan zaman beton qalığı üzərinə düşməsi səbəbindən o, xəsarət almışdır. Baş vermiş hadisə nəticəsində o, burnunun sol keçəcəyindən çapılmış yara almış, hal hazırda həmin xəsarət müşahidə edilmir. xx.xx.2024-cü il tarixdə onun xəsarət alması ilə nəticələn hadisə baş verən zaman yanında «Mer İnşaat” şirkətində fəhlə işləyən Toğrul Əliyev olmuşdur. xx.xx.2024-cü il tarixdə onun xəsarət alması ilə nəticələnmiş hadiəsəyə səbəb olmuş işin yerinə yeririlməsi göstərişi Şəxs şirkətinin mühəndisi Yaşar Arsu tərəfindən verilmişdir. xx.xx.2024-cü il tarixdə onun xəsarət alması ilə nəticələnmiş hadisəyə səbəb onun taxtaları beton keçidindən araladığı zaman ehtiyatsızlıqdan beton qalıqlarının qoparaq üzərinə düşməsi olmuşdur. X2 rayon Prokurorluğunda xx.xx.2024-cü il tarixdə verdiyi izahtında göstərmişdir ki, 2023-cü ilin mart ayından etibarən Şəxs şirkətində formen vəzifəsində işləyir. Zəngilan rayonu ərazisində o, 2023-cü ilin təxminən aprel ayından həmin ilin oktyabr ayına qədər "xxxx" şirkətində işləmişdir. 2023-cü ilin oktyabr ayından 2024-cü ilin mart ayına qədər Zəngilan rayonu ərazisində işləməmişdir. Şəxs şirkətində isə 2024-cü ilin mart ayından hazırkı vaxtadək formen vəzifəsində işləyir. Şəxs MMC ilə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. 2024-cü ilin mart ayından xx.xx.2024-cü il tarixdə o, Şəxs MMC-də əmək müqaviləsi olmadan işləmişdir. Əmək haqqını o, həmin dövrdə əlbə-əl Şəxs MMC-nin direktoru X17 tərəfindən almış və işlərin yerinə yetirilməsinə sonuncu tərəfindən cəlb edilmişdir. Şəxs MMC-nin direktoru X17 şifahi şəkildə onu işə qəbul edərək Şəxs MMC-də işləyən işçilərə işlə bağlı göstərişləri vermək səlahiyyətini ona həvalə etmişdir. xx.xx.2023-cü il tarixdə Şəxs MMC ilə "xxxx" MMC arasında bağlanmış MER PR 001 nömrəli xidmət müqaviləsinə əsasən Şəxs MMC-nin yerinə yetirdiyi işlərə görə ödənişin həyata keçirilməsi üçün "xxxx" MMC-nə elektron qaimə verilmişdir. xx.xx.2023-cü il tarixdə Şəxs MMC ilə "xxxx" MMC arasında imzalanmış MER PR 001 nömrəli xidmət müqaviləsinə əsasən Şəxs MMC-nin yerinə yedirdiyi işlərə görə ödəniş xatırladığı qədəri ilə “Kapital Bank” vasitəsi ilə həyata keçirilmişdir. Həmin ödənişi təsdiqləyən bank qəbzinin şirkətin ofisində hal hazırda olubolmaması barədə məlumatı yoxdur. "xxxx" MMC-nin subrodratçısı kimi Şəxs şirkəti işçilərini işlərin görülməsinə cəlb edir. Zərərçəkmiş şəxs2 da podratçı şirkət olan "xxxx" MMC-nin işlərini yerinə yetirməsi üçün Şəxs tərəfindən işlərin görülməsinə cəlb edilmişdir, yəni Zərərçəkmiş şəxs2 Şəxs şirkətinin işçisi olmuşdur. Zərərçəkmiş şəxs2 ilə Şəxs MMC arasında xidmət müqaviləsi bağlanmışdır. Dəqiq xatırlamasa da, Zərərçəkmiş şəxs2 ilə Şəxs MMC arasında xidmət müqaviləsi bağlanılarkən şirkətin adından X17 direktor kimi imza çəkmişdir. Həmin xidmət müqaviləni rayon prokurorluğuna təqdim etməyə yadından çıxmışdır. Şəxs MMC-nin əsas fəaliyyət istiqaməti tikinti işlərinin həyata keçirilməsi sahəsinə aiddir. Zərərçəkmiş şəxs2 Şəxs MMC tərəfindən işlədiyi dövr ərzində tikinti sahəsinə aid işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Zərərçəkmiş şəxs2 ilə Şəxs MMC arasında müqavilə bağlandığı zaman həmin şirkətin rəhbərliyi bu formada işlərin yerinə yetirilməsi üçün işçi ilə xidmət müqavilənin bağlanmasının kifayət etdiyini düşünmüş, əmək müqaviləsinin bağlanmasının zəruri olduğunu bilməmişdir. Zərərçəkmiş şəxs2 hadisənin baş verdiyi tarixdə Şəxs MMC-nin işçisi olmuşdur. Lakin "xxxx" MMC böyük şirkət olduğu üçün, həmin şirkətin SƏTƏM vəzifəsində işləyən Şahid1 Şəxs MMC-də işləyən işçiləri təhlükəsizliklə bağlı qaydalarla təlimatlandırdığı üçün, iş geyimi "xxxx" tərəfindən verildiyindən işçilərin jiletlərində "xxxx" yazısı olduğu üçün və ümumiyyətlə "xxxx" MMC-nin adı tez-tez hallandığı üçün o və Zərərçəkmiş şəxs2 səhvən sonuncunu "xxxx" şirkətinin işçisi kimi təqdim etmişlər. Zərərçəkmiş şəxs2 xəsarəti ilə nəticələnmiş hadisənin baş verdiyi tarixdə o, «Mer İnşaat” MMC-nin işçisi olmuş, lakin "xxxx" MMC böyük şirkət olduğu üçün, həmin şirkətin SƏTƏM vəzifəsində işləyən Şahid1 Şəxs MMC-də işləyən işçiləri təhlükəsizliklə bağlı qaydalarla təlimatlandırdığı üçün, iş geyimi "xxxx" tərəfindən verildiyindən işçilərin jiletlərində "xxxx" yazısı olduğu üçün və ümumiyyətlə "xxxx" MMC-nin adı tez-tez hallandığı üçün o, səhvən xx.xx.2024-cü il tarixdə rayon prokurorluğuna verdiyi izahatda özünü "xxxx" şirkətinin işçisi kimi təqdim etmişdir. İş materiallarında olan Zəngilan rayon prokurorluğunun müstəntiqi Tamerlan Axundovun «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 xəsarət alması ilə bağlı toplanmış 36-C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Zəngilan rayon prokuroru Qibləli Kərimovun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət barəsində Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın baxılması üçün adiyyəti üzrə Zəngilan Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Şəxs direktoru M.Z.Erturk tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli etibarnamədn görünürki, Şəxs (**********) Azərbaycan Respublikasının bütün səlahiyyətli dövlət və qeyri-dövlət orqanlarında, idarə və təşkilatlarda, polis, prokurorluq, məhkəmədə, digər dövlət və qeyri dövlət təşkilatlarında şirkətin maraqlarını təmsil etmək və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olan hərəkətlər etmək, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda şirkətin adından ərizə, sorğu verməyi, müqavilələr bağlamaq, sənədləri təqdim etmək və almaq, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, şahidə, üçüncü şəxsə, zə'ərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə quratmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia ərizəsini və digər sənədləri imzalamaq, iddianın predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün dövlət orqanlarında şirkətə aid olan işləri aparmağı bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etmək Zərərçəkmiş şəxs1 etibar edilmişdir. İş materiallarında olanq xx.xx.2024-cü il tarixli baxış aparlıması haqqında protokoldan görünür ki baxış zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Şəxs MMC arasında bağlanmış “04” vərəqdə MER PR 001 nömrəli xidmət müqaviləsi əsasında "xxxx" MMC ‘sifarişçi” qismində tərəf kimi əks olunmuş, Şəxs MMC isə icraçıdır. Müqavilə 4 səhifədən ibarətdir. Tərəflərin nümayəndələri "xxxx" MMC-nin direktoru Şahid2dur. Şəxs MMC-nin nümayəndəsi X17 adında şəxsdir. Müqavilənin predmeti "xxxx" MMC qəlib quraşdırılması və beton tökülməsi işləri ilə bağlı xidmətlərin göstərilməsini sifariş vermiş Şəxs MMC-nə razılaşdırılmış xidmət haqqı ödəməyi, "xxxx" MMC isə "xxxx" MMC-nin qəlib quraşdırılması və beton tökülməsi işləri və zolyasiya ilə bağlı (beton, armatur və qazıntı işlərin təmin edilməsi xaric, beton, armatur və oazıntı işləri sifarişçi tərəfindən təmin olunacaq) xidmətləri icra etməyi göstərməyi öhdəsinə götürür. Xidmət müqaviləsinə görülmüş işlərə görə “02” vərəqdə EBDV 959517 nömrəli, “02” vərəqdə EBDY 069218 nömrəli və “02” vərəqdə EBDX 862555 nömrəli elektron qaimələr tərtib edilmiş, “01” vərəqdə xx.xx.2023-cü il tarixli BD1 nömrəli, “01” vərəqdə xx.xx.2024-cü il tarixli 3D6 nömrəli və “01” vərəqdə xx.xx.2024-cü il tarixli BD1 nömrəli ödəniş tapşırığı əlavə edilmişdir. Şəxs MMC ilə Zərərçəkmiş şəxs2 arasında bağlanmış “04” vərəqdə MER PR 009 nömrəli xidmət müqaviləsi əsasında Şəxs MMC “sifarişçi” qismində tərəf kimi əks olunmuş, Zərərçəkmiş şəxs2 isə icraçıdır. Müqavilə 4 səhifədən ibarətdir. Müqavilənin predmeti - Şəxs MMC qəlib quraşdırılması və beton tökülməsi işləri ilə bağlı xidmətlərin göstərilməsini sifariş verib Zərərçəkmiş şəxs2 razılaşdırılmış xidmət haqqı ödəməyi, sonuncu isə Şəxs MMC-ni qəlib quraşdırılması və beton tökülməsi işləri və izolyasiya ilə bağlı xidmətləri icra etməyi öhdəsinə götürmüşdür. Baxış zamanı araşdırma üçün əhəmiyyət kəsb etdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 236.5-ci maddəsinə əsasən MER PR 001 nömrəli xidmət müqaviləsinin surəti, MER PR 009 nömrəli xidmət müqaviləsinin surəti, EBDV 959517 nömrəli, EBDY 069218 nömrəli və EBDX 862555 nömrəli elektron qaimələrin surətləri, xx.xx.2023-cü il tarixli BD1 nömrəli, xx.xx.2024-cü il tarixli BD6 nömrəli, xx.xx.2024- cü il tarixli BD1 nömrəli ödəniş tapşırığların surətlər götürülmüş və protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş müqavilənin surətindən görünür ki, Şəxs MMC-nin direktoru X17 ilə hüquqi şəxs yaratmadan fəaliyyət götərən X6 arasında xx.xx.2023-cü il tarixli MER PR009 nömrəli xilmət müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin 21 may 2024 il tarıxli məktubuna əlavə edilmış X8 adına “Əmək və məşqulluq” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişləri barədə məlumatdan göründüyü kimi, X13 xx.xx.2023- cu il tarixdə "xxxx" MMC-dən işdən çıxmışdır və xx.xx.2024-cü il tarixdə Şəxs ilə müddətli əmək müqaviləsi bağlanmışdır. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarını dinləyib, hesab edir ki, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı və tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yaranarsa əmək müqaviləsinin bağlanmasının məcburi olduğu halda həmin tələbləri pozaraq, yəni, əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Zərərçəkmiş şəxs2 2022-cü ilin aprel ayından Fizuli, Kəlbəcər rayonlarında, xx.xx.2024-cü il tarixdən isə Zəngilan rayonunda usta kimi 2024-cü ilin aprel ayınadək Şəxs MMC şirkətində xidməti müqavilə əsasında və X11 isə 2024-cü ilin mart ayından xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Zəngilan rayonu Mincivan qəsəbəsi ərazisində heç bir müqavilə bağlanmadan tikinti sahəsində usta kimi işlərin yerinə yetirilməsinə cəlb etmiş, nəticədə əmək qanunvericiylinin tələbləri hüquqi şəxs "xxxx" MMC-ti tərfindən pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinin tələbinə görə Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, işin hallarını nəzərə alıb hesab edir ki, hüquqi şəxs «Mer İnşaat” Məhdud Msuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32-33, 40, 43.1, 48-50-ci və 106-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 22.000 (iyirmi iki min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar