Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 3(034)-49/2022 13.10.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Zəngilan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materialları nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Zəngilan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər baxılması üçün Zəngilan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində yol hərəkəti qaydası əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibatı tənbəh tədbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə borcunu ödəmədiyinə görə inzibati protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən protokol onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-ci maddəsinə əsasən bu Məcəllənin 529.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” qanunda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Göründüyü kimi, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün həmin şəxsi bu Məcəllənin 125.2-cü maddələrində nəzərdə tutulmuş qaydada məlumatlandırılmasından sonra mümkün hesab etmişdir. Məhkəməyə göndərilmiş sənədlərdə Şəxs xx.xx.2022-ci il tarixli İXP ******* №-li Protokolun tərtib edilməsi üçün rəsmi qaydada məlumatlandırılmasını təsdiq edən heç bir sübut təqdim edilmədiyindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Protokol Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Zəngilan rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddələrinə əsasən, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda – inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə məhkəmə qərardad qəbul edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-103, 118,125-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Zəngilan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında material və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Zəngilan rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim Gülsarə İmanova
Məhkəmə qərarları › İş №3(034)-49/2022
Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №3(034)-49/2022
13.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver