Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-5/2024 14.02.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Zəngilan rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X11 və onun vəkili X5, «Kalyon RYS X19 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının insan resursları üzrə baş mütəxəssisi X2, X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin tələblərini pozması ilə əlaqədar Zəngilan rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə icraatın başlanması haqqında 31 yanvar 2024-cü il tarixli qərar üzrə barəsinə inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün Zəngilan rayon prokurorluğu məhkəməyə müraciət etmişdir. Zəngilan rayon prokurorluğu inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 31 yanvar 2024-cü il tarixli qərarını onunla əsaslandırmışdır ki, fiziki şəxs X18 "Kalyon RSY" şirkətinə məxsus yataqxanada yaşayan “12.2.003.-91 DÜST”-nın (Dövlət standartının) 1.2 bəndinin 5-ci abzasının və “Briqada başçısının vəzifə Təlimatı”nın 2.1, 2.15, 2.16-cı bəndlərinin tələblərini pozaraq, iş yerində təhlükəsizlik texnikasının vəziyyətinin yoxlanılmasını təmin etmədiyindən həmin şirkətdə tornaçı vəzifəsində işləyən Zərərçəkmiş şəxs işləyərkən sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanlar xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, X11 və Zərərçəkmiş şəxs izahatları, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/7871 №-li məhkəmə-texniki təhlükəsizlik və Səhiyyə Nazirliyi "MTE və PA” Mərkəzinin Beyləqan regional MTE bölməsinin xx.xx.2023-cü il tarixli, 380/23 saylı məhkəmə-tibbi ekspertizası rəyləri ilə təsdiq edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/7871 nömrəli məhkəmə-texniki təhlükəsizlik ekspertizası rəyindən görünür ki, torna dəzgahında təhlükə mənbəyi olan hərəkətli hissələri dəzgahın konstruksiyasında nəzərdə tutulmuş qoruyucu vasitə ilə örtmədən dəzgahdan istifadə etdiyindən, “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003.-91 DÜST”-nın 1.2 bəndinin 5-ci abzasının və “Tornaçının vəzifə Təlimatı”nın 2.1 bəndinin, 3-cü bəndin 2-ci abzasının tələbləri tornaçı vəzifəsində işləyən Zərərçəkmiş şəxs tərəfindən, iş yerində təhlükəsizlik texnikasının vəziyyətinin yoxlanılması təmin edilmədiyinə görə,12.2.003.-91 DÜST”-nın (Dövlət standartının) 1.2 bəndinin 5-ci abzasının və “Briqada başçısının vəzifə Təlimatı”nın 2.1, 2.15, 2.16-cı bəndlərinin tələbləri həmin zaman briqada başçısı vəzifəsini icra etmiş “Kalyon RSY” şirkətində mühəndis vəzifəsində işləyən X18 tərəfindən pozulmuşdur. Səhiyyə Nazirliyi “MTE və PA” Mərkəzinin Beyləqan regional MTE bölməsinin xx.xx.2023-cü il tarixli, 380/23 nömrəli məhkəmə-tibbi ekspertizası rəyində Zərərçəkmiş şəxs sol almacıq sümüyündə, fraqmentləri yerini dəyişmiş qapalı sınığın bərk küt əşyanın (əşyaların) təsirindən törənməsi, qərarda göstərilən şəraitdə və müddətdə yaranmasının inkar olunmaması, sağlamlığa az ağır zərər vuran xəsarət olduğu göstərilmişdir. "Kalyon RSY" şirkətdə mühəndis vəzifəsində işləyən Faruk Topçu izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə şirkətin digər işçiləri ona zəng edərək bildirmişlər ki, Zərərçəkmiş şəxs torna dəzgahında işlədiyi zaman dəzgahın üzərindəki material dəzgahın üzərindən çıxaraq onun üzünə dəymiş və xəsarət almışdır. Hadisə zamanı formen Ərtoğrul Taşın əmək məzuniyyətində olması səbəbindən, həmin gün Zərərçəkmiş şəxs tərəfindən görülən işlərə nəzarət mühəndis kimi onun tərəfindən həyata keçirilmişdir. Hadisənin baş verməsinin texniki səbəbi torno dəzgahının üzərindəki alətləri materialın ölçüsünə uyğun olacaq şəkildə dəyişdirməməsi olmuşdur. "Kalyon RSY" şirkətində tornaçı vəzifəsində işləyən Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 19:30 radələrində, Zəngilan rayonu ərazisində torno dəzgahı ilə işləyən zaman dəzgahın üzərindəki material parçası dəzgahdan çıxaraq onun üzünün sol hissəsinə dəymiş və xəsarət almışdır. Hadisə zamanı onun formeni Ərtoğrul Taşın əmək məzuniyyətində olması səbəbindən həmin gün onun tərəfindən görülən işlərə nəzarət mühəndis vəzifəsində işləyən Faruk Topçu tərəfindən həyata keçirilmişdir. Hadisənin baş verməsinin texniki səbəbi torno dəzgahının üzərindəki alətləri materialın ölçüsünə uyğun olacaq şəkildə dəyişdirməməsi olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb 45-C-23 saylı material üzrə aparılmış araşdırma zamanı aşkar edilmiş məlumat olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1 -ci maddəsinə əsasən, həmin Məcəllənin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. Beləliklə, X11 əməlində cinayət tərkibi olmasa da, Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmasına dəlalət edən kifayət qədər sübutlar müəyyən edildiyindən, sonuncunun barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması məqsədəmüvafiqdir. Odur ki, X18 barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmalı və baxılması üçün aidiyyəti üzrə Zəngilan Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak etmiş Zəngilan rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X14 inzibati xəta haqında iş üzrə icraatın başlanması haqqında qərarı müdafiə edərək izahatında bildirmişdir ki, Türkiyə Respublikasının vətəndaşı X18 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi ilə əlaqədar inzibati xəta ilə cəzalandırılmasını xahiş edir. Hadisə ekspertin rəyinə əsasən aşkar olunmuş, Orxan Savaşın xəsarət alması faktına dair daxil olan ekspert rəyinə əsasən həmin şəxsin işinə nəzarəti Topçu Faruk tərəfindən həyata keçirilmiş və nəzarət etmədiyinə görə inzibati xətanı tərtib etmişlər. Araşdırma aparanda həmin şəxslərdən izahat almışlar. Onlar ekspertizaya hər hansı sənəd əsasında deyil, onlara təqdim olunan vəzifə təlimatları, əmək müqavilələri, həmin günü hadisəyə nəzarət edənin kimliyi ilə bağlı bütün məlumatları təqdim etmiş və onların əsasında ekspertin rəyi onlara təqdim olunmuşdur. Həmin gün nəzarət etməli şəxs Ertoğrul Taş adlı şəxs olmuş, lakin həmin şəxs məzuniyyətdə olduğu üçün onun vəzfələrini mühəndis olan Faruk Topçu həyata keçirmişdir. Onlara təqdim olunan vəzifə təlimatları yalnız əməyin təlimatlandırılması ilə bağlı deyil, Ertoğrul Taşın işinə nəzarət etdiyinə görə nəzarət edən şəxs Faruk Topçu olmuşdur. Hər hansı bir əmrə ehtiyyac yoxdur, çünki vəzifə təlimatları ilə bağlı bütün əmək müqaviləsi, hüquq və vəzifələr orda tənzimlənmiş və bunun üçün onlar əlavə sorğu göndərməyə ehtiyac görməmiş, çünki şəxsin özünündə izahatını almışlar. Bununla bağlı nə həmin iki şəxs, nədə başqa biri onlara bildirməmişdir ki, xeyir bu olmalı deyildir, onun yerinə başqa bir adama həvalə olunmuşdur. İzahatları alınanda tərcüməçinin olub-olmadığını bilmir, çünki o, orda olmamışdır. O, əmrə ehtiyac yoxdur deyil, onların sorğu göndərməyə ehtiyac yoxdur bildirmiş, çünki həmin şəxsin vəzifələri kiməsə həvalə olunmalıdır. Onların verdikləri sorğular əsasında işə nəzarət edən şəxs FarukTopçu olmuşdur. Şəxs əməyin mühafizə qaydalarını pozmuşdur. Şəxs təhlükəli iş gördüyü üçün nəzarətsizlik ola bilməz. Faruk bəy Ertoğrul bəy məzuniyyətdə olduğu dövrdə onun yerinə nəzarət etməyə heç kimi təyin etməmişdir. Məhkəmə iclasında iştirak edən Zəngilan rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən X6 inzibati xəta haqında iş üzrə icraatın başlanması haqqında qərarı müdafiə edərək izahatında bildirmişdir ki, araşdırma aparanda həmin şəxslərdən izahat almış, onlar ekspertizaya hər hansı sənəd əsasında deyil, onlara təqdim olunan vəzifə təlimatları, əmək müqavilələri, həmin günü hadisəyə nəzarət edənin kimliyi ilə bağlı bütün məlumatları təqdim etmiş və onların əsasında ekspertin rəyi onlara təqdim olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyində qeyd olunmuşdur ki, torna dəzgahında təhlükə mənbəyi olan hərəkətli hissələri dəzgahın konstruksiyasında nəzərdə tutulmuş qoruyucu vaistə ilə örtmədən dəzgahdan istifadə etdiyindən, tornaçı vəzifəsində işləyən Orxan Savaş tərəfindən iş yerində təhlükəsizlik texnikasının vəziyyətinin yoxlanılması təmin edilmədiyinə görə briqada başçısı vəzifəsini icra etmiş “Kalyon RSY” də mühəndis vəzifəsində işləyən X18 tərəfindən pozulmuşdur. İzahatları alınanda tərcüməçinin olub-olmadığını bilmir, çünki o, orda olmamışdır. O, əmrə ehtiyac yoxdur deyil, onların sorğu göndərməyə ehtiyac yoxdur bildirmiş, çünki həmin şəxsin vəzifələri kiməsə həvalə olunmalıdır. Onların verdikləri sorğular əsasında işə nəzarət edən şəxs FarukTopçudur. Şəxs əməyin mühafizə qaydalarını pozmuşdur. Şəxs təhlükəli iş gördüyü üçün nəzarətsizlik ola bilməz. Faruk bəy Ertoğrul bəy məzuniyyətdə olduğu dövrdə onun yerinə nəzarət etməyə heç kimi təyin etməmişdir. Sonda məhkəmədən inzibati xəta törətmiş şəxs X18 barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X18 haqqında tərtib edilmiş maddə ilə özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, hadisə olduğu zaman 22-ci km-də yerləşən Kalyonun kampında olmuşdur. Ertuğrul Taş həmin gün məzuniyyətdən qayıtmışdır. Hadisə olandan sonra Orxan Savaş Bakıya gətirilmiş və müalicə olunmuşdur. Hadisənin necə olması ilə bağlı video çəkiliş var. Ayna və dəmir parçalarının bağlandığı yerdə onu sökmək yerinə onun üzərinə Orxan Savaş balaca olan ayna bağlamış, o parça fırlanarkən qopub onun üzünə dəymişdir. İdarə əmək müfəttişliyinə Ertuğrul Taş məzunyyətdə olduğu üçün onun adını yazmışlar. Onun adı yazıldığı üçün onu çağırmış və Bərdə rayonunda ifadəsini almışlar. O, ifadə verəndə tərcüməçi olmamışdır. Daha sonra Zəngilan rayon prokurorluğundan onu çağırmış, eyni suallar soruşulmuş, o, da cavab vermişdir. Prokurorluqda da tərcüməçi iştirak etməmişdir. Aradan zaman keçdiyi üçün sualları tam xatırlamır. Dili tam başa düşmədiyindən prokurorluqda belə ifadələr vermişdir. X24 işdə olan hadisəyə görə izahat aldıqlarını bildirmişlər. İşin gedişatını bilmir, sadəcə Ertuğrul Taşın məzuniyyətdə olmasını demişlər. Hadisə baş verən zaman o, orda olmamışdır. Ertuğrul Taş olmadığı zaman işlər üzrə bölgü aparırlar. Ertuğrul Taş işdə olduğu zamanda Orxan Savaşın başın üzərində olub bu işi görün demir, o, öz görəcəyi işi bilir. Ertuğrul Taş məzuniyyətdə olduğu zaman görəcəyi işləri o, bölür, sənəd işlərini kimin edəcəyini tapşır, digər işləri ustalar neçə etmək lazımdır ustaların özləri bilirdilər. Komputer işinə orda kiminsə anlayışı olmadığı üçün öz üzərinə götürmüşdür. Ertuğrul Taş məzuniyyətdə olduğundan işin öhdəliyinin ona verilməsi ilə bağlı hər hansı bir əmr yoxdur. Ertuğrul Taş məzuniyyətdə olmasa da belə, o, Orxan Savaşın işinə nəzarət etməyəcəkdir. Orxan Savaş işləyəndə kimsə onun başının üzərində qalıb nəzarət etmir. Sətən departamenti təlimatlandırma işini aparır. Əməyin mühafizə qaydaları dedikdə Orxan Savaşın 15 illik iş təcrübəsi var o öz işini yaxşı bilir, kimsə ona bu işi gör deyə göstəriş vermir. Təhlükəsizlik qaydalarına riayət olunması üçün 3 aydan bir təlimatlandırılırlar. İşçilərə təhlükəsizliklə bağlı tapşırıq verilir. Onlarda təhlükəsizliklə bağlı ayrıca qurum var və onlar məşğul olurlar. Ərazini gəzəndə təlimata uyğun olmayan görəndə, yəni təlimatlandırılmış maskasını taxmayıbsa özləri də təlimatlandırırlar. Ertoğrul Taşın vəzifəsi formendir. Ertuğrul bəy məzuniyyətdə olduğu zaman işlərin bölgüsünü o, etmişdir. Dəzgah bir 46 nömrədə, o, biridə 22 nömrədə var, eyni anda ikisinə nəzarət etmək mümkün deyildir. Ertuğrul Taş 46-ya gedib gəlir, 115-ə daha az gedib gəlir. Bu işdə nəzarəti Ahmet Kayaya verə bilər, dəqiq yadında deyildir. Ahmet bəyə deməmişlər ki, Orxan Savaşa nəzarət et, onlar ümumi olaraq Ahmet bəyə nəzarət et demişlər. Ona zəng edərək Orxan Savaş xx.xx.2023-cü il tarixdə təxminən 19:30-da torno dəzgahında çalışdığı zaman dəzgahın üzərindəki material parçasının dəzgahdan çıxaraq üzünün sol hissəsinə dəyməsi nəticəsində iş qəzası baş verməsini demişlər. Hadisə baş verən zaman formen Ərturul Taş məzuniyyətdə olduğundan onun vəzifələrini o, icra etmişdir. Dəzgah üzərindəki alətlərin materiala uyğun dəyişdirməməsi səbəbindən sıxılmış və çıxaraq iş qəzası baş vermişdir. Sonda barəsində inzibati xəta üzrə icraat aparılan şəxs məhkəmədən işə xitam verilməsini, ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X9 izahatında bildirmişdir ki, axşam işdən əlavəyə çıxmış, dəzgahda bir qədər işləmiş, sonra yerdə olan vinti bərkitmişdir. Balaca detal olduğu üçün əlavə detal bağlamış, işləyəndə həmin detal yerindən çıxmış və onun üz nahiyəsinə dəymişdir. Günah özündə olmuşdur ki, orda vintləri bağlamamışdır. Hadisə iş vaxtından sonra baş vermişdir. İşləyərkən ancaq gözlükdən istifadə etmişdir. Ertuğrul Taş sadəcə olaraq onlara zəng edir, 46-cı kmdə qalır. Görüləcək işləri Ertuğrul Taş ona demir, o, özü öz işini görür. Kalyonla əlaqədar işlər üçün Ertuğrul Taş tapşırıq verir, onların işlərlə bağlı deyil. Ertuğrul Taşı onlara iş görəndə ehtyatlı olun deyə təlimatlandırır. Onların iş saatları saat 8-də başalyır saat 6-da bitir. Hadisə isə axşam saat 8 yarsı olmuşdur. Hadisə baş vermədən əvvəllərdə o, axşamlar işləmişdir. İş yekunlaşmayıb sabaha çatmalıdırsa axşam işləyib sabaha yekunlaşdırır, bunun üçün də kimsə gəlib onlara işdən sonra işləyin demir. Əlavə işlədiyi iş saatına görə pul alır. Gördüyü işlə bağlı Faruk bəyin hər hansı bir tapşırığı olmamış, bu barədə məlumatı da olmamışdır. O, adətən işləyəndə eynək taxır, həmin gün taxıb-taxmamasını isə xatırlamır. Əməyin təhlükəsizliyi ilə bağlı onlara şərait yaradılmış, heç çatışmamazlıq yoxdur. Baş vermiş hadisədə günahkar odur. Daha öncə belə bir hadisə onun başına gəlməmişdir. Hadisə günü o, əlavə işə çıxır deyə Faruk bəy olmadığı üçün ustalar vardır və onlar məlumatlı idilər. Nəzarət işi Ertuğrul bəyə aiddir, hadisə zamanı o, da məzuniyyətdə olduğu üçün kimsə olmamışdır. Ahmet adlı usta vardı və o, onun işə getməsini bilmiş, halhazırda işdən çıxmışdır. Ahmət bəy zəng edərək, iş var, ordan material göndərir deyir. Ahmət bəy həmin günü Ertuğrul bəyin işini görməmişdir. Məhkəmə iclasında iştirak edən «Kalyon RYS X19 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının insan resursları üzrə baş mütəxəssisi X4 izahatında bildirmişdir ki, o, işçilərin işə qəbulu, yer dəyişməsi, məzuniyyət və ezamiyyətlə məşğul olur. Hadisə avqust ayında baş vermişdir. Avqust ayında hadisə baş verəndə Orxan bəyin briqada rəhbəri məzuniyyətdə olmuşdur. X18 22-ci km var orda olmuşdur. Orxan bəyin işlədiyi ərazi tamamilə başqa yerdədir, onun iş yeri Göradizdə Fizulu rayonunun ərazisindədir. Orxan bəy tornaçı işləyir. Tornaçı dəmir detalların yonulmasıdır. Həmin şəxsin işi elədir ki, müəyyən iş həcmi verilir və ona hər hansı bir göstəriş verilmir, o gündəlik işlərlə məşğldur. X11 həmin günü Orxan bəyə hansısa bir tapşırığı olmamışdır. Prokurorluğun ittihamı ondan ibarətdir ki, verilən tapşırıq əməyin təhlükəsizlik qaydalarına zidd olduğu üçün xəsarət almışdır. Orxan bəy ifadə verəndə bildirmişir ki, baş vermiş qəzada günahkar o, özüdür, qəza onun səhlənkarlığı səbəbindən baş vermişdir. X20 bəyə hansısa bir göstərişi olmamışdır. Eyni zamanda söz əməyin təhlükəsizliyindən gedirsə işçi işə daxil olanda onun görəcəyi iş barədə məlumatı olur və 3 aydan bir dövrü təlimi keçirilir. Dövrü təlim keçiriləndən sonra işlə tanış olub jurnala qol çəkir. Orxan Savaşın jurnalda imzası var. Hər bir işçi departament tərəfindən təlimatlandırılır. Təlimata əsasəndə imza edirlər ki, təlimatla tanış olmuşlar. Qəza baş verən gün Faruk Topçu tərəfindən Orxan bəyə hər hansı bir göstəriş olmamışdır. Orxan bəyin işlərinə nəzarət edən briqada rəhbəri olmuş, həmin müddətdə məzuniyyətdə olmuşdur. Briqadanın rəhbəri məzuniyyətdə olduğu üçün Faruk Topçu prokurorluğa getmiş, ifadə verərək bildirmişdir ki, o, mühəndisdir, briqada rəhbəri məzuniyyətdə olduğu üçün ifadə verməyə o, gəlmişdir. Prokurorluqda Orxan bəyə hər hansı bir tapşırıq verməsi soruşulmuş, o, da ona tapşırıq verməyə hər hansı bir ehtiyac yoxdur o gündəlik öz işlərini görür bildirmişdir. Faruk Topçunun vəzifəsində hər hansı bir şəxsə əməyin təhlükəsizlik qaydaları ilə bağlı vəzifə öhdəliyi yoxdur, onun özü əməyin təhlükəsizlik qaydalarına riayət etməlidir. Prokurorluq bununla bağlı hər hansı bir sorğuda göndərməmişdir. Topçu Faruk briqada rəhbəri deyil, mühəndisdir. Topçu Faruk onların işçisidir, mühəndisdir. İdarə tərəfindən prokurorluğa məziniyyətdə olan briqada rəhbərinin vəzifələrini Faruk bəyə tapşırılması ilə bağlı məlumat verilməyib, prokururluqdan da rəsmi qaydada ,ümumiyyətlə soruşulmayıb ki, briqada rəhbərini kim əvəz edir. Əmək müfəttişliyi zəng edib telefonlara cavb verən şəxs Təhminə xanımdan soruşub, o da mühəndislərin adını, eyni ilə də Faruk bəyin adını da vermişdir. Təhminə xanım telefonlara cavb verən şəxs olduğuna görə onun hər hansı göstəriş vermək səlahiyyəti yoxdur. Prokurorluq birbaşa idarənin rəhbərindən, ya da idarənin məsul şəxsindən bu məlumatı almalı idilər. Əməyin mühafizə qaydaları dedikdə Orxan Savaşın 15 illik iş təcrübəsi var, o, öz işini yaxşı bilir, kimsə ona bu işi gör deyə göstəriş vermir. Hadisə iş vaxtından sonra baş vermişdir. İşləyərkən ancaq gözlükdən istifadə edirlər. Ertuğrul Taş sadəcə olaraq onlara zəng edir, 46-cı kmdə qalır. Kalyonla əlaqədar işlərə Ertuğrul Taş tapşırıq verir . İş saatı saat 8-də başlayır, saat 6-da isə bitir. Hadisə axşam saat 8-in yarsı olmuşdur. Əlavə işlədiyi iş saatına görə pul alır. Gördüyü işlə bağlı Faruk bəyin hər hansı bir tapşırığı olmamış, bu barədə məlumatıda olmamışdır. Ərazilərdə briqada rəhbəri olmadığı halda ərazilərdə tikinti texnikalar üzrə mexaniklər olur. Onlar işlərin gedişatına öz vəzifə borclarına görə nəzarət etdirlər,hadisə baş verən zaman həmin ərazidə tikinti texnikalar üzrə mexanik Alakara Ahmet olmuşdur, hadisədən sonra Ahmet öz xahişi ilə işdən azad olaraq Türkiyəyə getmişdir. Baş vermiş hadisədə günahkar Orxan Savaşın özüdür. Daha öncə belə bir hadisə baş verməmişdir. İş materiallarında olan «cinayət işinin başlanmasının rədd edilməsi haqıqnda» 29 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən toplanmış 45-C-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallaırnda olan «inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında» 31 yanvar 2024-cü il tarixli qərarından görünür ki, fiziki şəxs X11 barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA Birdiyi” Publik Hüquqi şəxs Beyləqan rayon şöbəsi tərəfindən verilmiş 16 oktyabr 2023-cü il tarixli, 380/23 nömrəli canlı şəxsin nekspertizasının ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol almacıq sümüyündə, fraqmentləri yerini dəyişmiş qapalı sınıq olmuş, xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/7871 nömrəli, 29 dekabr 2023-cü il tarixli əmək təhlükəsizliyi tədqiqi ekspertizası rəyindən görünür ki, torna dəzgahında təhlükə mənbəyi olan hərəkətli (fırlanan) hissələri dəzgahın rstruksiyasmda nəzərdə tutulmuş qoruyucu (mühafizəedici) vasitəsi ilə örtülmədən «gahın istifadə edilməsi baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar, “istehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 2.003-91 DÜST”-nın (Dövlət Standartının) 1.2 bəndinin 5-ci abzasının, “Tornaçının vəzifə »imatı”nın 2.1, 2.9 bəndinin 2-ci abzasının və “Briqada başçısının vəzifə Təlimatfnın 2.1, *5 və 2.16 bəndlərinin tələbləri pozulmuşdur. “Kalyon RSY X19 Ticari İşletmesi” Şirkətinin Azərbaycandakı filialında naçı vəzifəsində işləyən Zərərçəkmiş şəxs Salaheddin oğlu torna dəzgahında təhlükə mənbəyi ın hərəkətli (fırlanan) hissələri dəzgahın konstruteiyşifpda nəzərdə tutulmuş qoruyucu ühafızəedici) vasitəsi ilə örtmədən dəzgahdan istifadə etdiyinə görə, onun tərəfindən istehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri.12.2.003-91 DÜST’-nın (Dövlət sndartının) 1.2 bəndinin 5-ci abzasının və «Tornaçının vəzifə Təlimatı»nın 2.1bəndinin, 3-cü bəndinin 2-ci abzasının tələbləri pozulmuşdur. İş yerində təhlükəsizlik texnikasının vəziyyətinin yoxlanılması təmin edilmədiyinə, yəni tomaçı Zərərçəkmiş şəxs Salaheddin oğlu toma dəzgahında işləyərkən dəzgahda təhlükə mənbəyi olan hərəkətli (fırlanan) hissələri dəzgahın konstruksiyasında nəzərdə tutulmuş qoruyucu (mühafizəedici) vasitəsi ilə örtülmədən toma dəzgahından istifadə edilməsinə yol verildiyinə görə, 12.2.003-91 DÜST”-nın (Dövlət Standartının) 1.2 bəndinin 5-ci abzasının tələbi və “Briqada başçısının vəzifə Təlimatı”nm 2.1, 2.15, 2.16 bəndlərinin tələbləri həmin zaman briqada başıçısı vəzifəsini icra etmiş “Kalyon RSY”də mühəndis vəzifəsində işləyən X18 tərəfindən pozulmuşdur. Hadisənin tornaçı tərəfindən dəzgahın hərəkətli (fırlanan) hissələrinin konstruksiyasında nəzərdə tutulmuş qoruyucu (mühafizəedici) vasitə ilə örtülmədən dəzgahdan istifadə edilən zaman baş verdiyini nəzərə aldıqda, iş yerinin şəraiti, təmizliyi və s. bu kimi amillərin hadisənin baş verməsinə təsir göstərmədiyi müəyyən edilir. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, «Kalyon RYS X19Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının işəgöütrənin səlahiyyətlərinin yerinə yetirən Durdu Ali ilə Taş Ertuğrul arasında xx.xx.2022-ci il tarixdə müddətli məşğulluq təsnifatı üzrə biriqada başçısı kimi əmək müqaviləsi bağlanmış və aylıq əmək haqqısı 3.227.08 manat müəyyən edilmişdir. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, «Kalyon RYS X19Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının işəgöütrənin səlahiyyətlərinin yerinə yetirən Durdu Ali ilə Şəxs arasında xx.xx.2021-ci il tarixdə müddətli məşğulluq təsnifatı üzrə mühəndis kimi əmək müqaviləsi bağlanmış və aylıq əmək haqqısı 4.786.44 manat müəyyən edilmişdir. İş materiallaırnda olan «Kalyon RYS X19Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının mühəndisin vəzifə təlimatından görünür ki, mühəndisin vəzifə öhdəliklərinə-layihələri müəyyən etmək və hazırlamaq; layihənin texniki-iqtisadi əsaslandırılmasını hazırlamaq; layihənin məqsədlərini, gözlənilən nəticələri və tələb olunan tədbirləri müəyyən etmək; layihənin texniki şərtlərini aidiyyəti şəxslərə təqdim etmək; yeri və ümumi layihə tədbirlərini təyin etmək; layihələri planlaşdırmaq üçün topoqrafik hesabatları, xəritələri, cizgiləri, səmadan çəkilən şəkilləri və digər topoqrafik və ya geoloji məlumatları təhlil etmək; dizayn üzrə proqram təminatından və şəkil çəkmək üçün müvafiq alətlərdən istifadə etməklə tikinti norma və qaydalarına uyğun olaraq infrastruktur obyektlərini, enerji hidravlik sistemləri, tikinti konstruksiyasım planlaşdırmaq və layihələşdirmək; layihənin praktik mümkünlüyünü müəyyən etmək məqsədi ilə materialların, avadanlıqların, işçi qüvvəsinin kəmiyyətini və xərclərini hesablamaq; Mühəndisin əməyin mühafizəsi üzrə vəzifələri:əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək; əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra etmək, həyat üçün təhlükəli mənbələrdə iş görməmək; əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək; əməyin mühafizəsi qaydalarının bütün pozuntuları haqqında, həmçinin baş vermiş qəzalar və bədbəxt hadisələr haqqında işəgötürənin nümayəndələrinə dərhal məlumat vermək; müntəzəm olaraq əməyin mühafizəsi normaları və qaydaları barədə biliklərini artırmaq; əməyin mühafizəsi məsələləri ilə əlaqədar işəgötürənin və əməyin mühafizəsi üzrə məsul şəxsin tapşırıqlarına, məsləhətlərinə, tövsiyələrinə əməl etmək. İş materiallarında olan «Kalyon RYS X19Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialılında əmək müqaviləsinə xitam olunması barədə 898-X/23 nömrəli əmrindən görünür ki, “Kalyon RSY X19 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialında Tikinti texnikası üzrə mexanik vəzifəsində işləyən Alakara Ahmetin əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçinin öz xahişi ilə) əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. İş materiallarına əlavə edilmiş «Kalyon RYS X19Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının tikinti texnikası üzrə mexanikin vəzifə təlamıtndan görünür ki, mexanikin vəzifə öhdəlikləri-dağ-mədən işləri, tikinti, kənd təsərrüfatı və digər sənaye məqsədləri üçün maşın avadanlığının və alətlərin işlənib hazırlanması və məsləhətlərin verilməsi; yol daşıyıcı vasitələrin bardanlarımn, asma sistemlərinin, tormozların və digər komponentlərin hazırlanmasına dair məsləhətlərin verilməsi və işlənib hazırlanması; tikintidə istifadə edilən texnikaların nasazlıqlarının aşkar edilməsi, aşkar edilmiş həmin nasazlıqların aradan qaldırılmasım təmin etmək; mövcud maşın və texnikanın mühərrikinə xidmət və təmirin təşkili; mövcud qaydalara və xüsusiyyətlərə müvafiq olaraq işlərin keyfiyyətlə yerinə yetirilməsi məqsədilə maşın, mexaniki sistem və avadanlığın hazırlanması, quraşdırılması, istismarı və təmirinə nəzarətin təşkil edilməsi; iş prosesində yaranan problemlərin aşkar edilməsi və həlli üçün maşınqayırma sahəsində texniki biliklərin və prinsiplərin, habelə praktiki təcrübənin tətbiq edilməsi; mahiyyətcə birbirinə yaxın vəzifələrin yerinə yetirilməsi; digər işçilərə rəhbərlik. Tikinti texnikası üzrə mexanik əməyin mühafizəsi üzrə vəzifələri: əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək; əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra etmək, həyat üçün təhlükəli mənbələrdə iş görməmək; əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək; əməyin mühafizəsi qaydalarının bütün pozuntuları haqqında, həmçinin baş vermiş qəzalar və bədbəxt hadisələr haqqında işəgötürənin nümayəndələrinə dərhal məlumat vermək; müntəzəm olaraq əməyin mühafizəsi normaları və qaydaları barədə biliklərini artırmaq; əməyin mühafizəsi məsələləri ilə əlaqədar işəgötürənin və əməyin mühafizəsi üzrə məsul şəxsin tapşırıqlarına, məsləhətlərinə, tövsiyələrinə əməl etmək. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını, dinləyərək hesab edir ki, X18 tərəfindən törədilmiş əməldə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 23 avqust 2023-cü il tarixdə «Kalyon RYS X19 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialında tornaçı vəzifəsində işləyən, Zərərçəkmiş şəxs Zəngilan rayonu ərazisində “X8 Ağabənd» lahiyəsində işləyən zaman xəsarət alması ilə bağlı 06 oktyabr 2023-cü il tarixdə Zəngilan rayon prokurorluğuna məlumat daxil olmuş, daxil olmuş məlumat əsasında prokurorluq tərəfindən araşdırma aparılmış və araşdırma zamanı məlum olmuşdur ki, X18 “12.2.003.- 91 DÜST”-nın (Dövlət standartının) 1.2 bəndinin 5-ci abzasının və “Briqada başçısının vəzifə Təlimatı”nın 2.1, 2.15, 2.16-cı bəndlərinin tələblərini pozaraq, iş yerində təhlükəsizlik texnikasının vəziyyətinin yoxlanılmasını təmin etmədiyindən həmin şirkətdə tornaçı vəzifəsində işləyən Zərərçəkmiş şəxs işləyərkən sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Araşdırma zamanı X18 tərəfindən törədilmiş əməldə cinayət tərkibi olmadığından barəsində toplanmış 45-C-23 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29 yanvar 2024-cü il tarixli qərar qəbul edilmiş və əməlində inzibati xəta tərkibi olduğundan prokurorluq tərəfindən 31 yanvar 2024-cü il tarixli qərarla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış, ona müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədi ilə qərar baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə araşdırması zamanı X18 barəsində tərtib edilmiş inzibati xəta üzrə özünü təqsirli bilməmiş və izahatında qeyd etmişdir ki, Zərərçəkmiş şəxs xəsarət alması ilə nəticələnən hadisə ilə bağlı onun heç bir əlaqəsi olmadığını bildirmişdir. Belə ki, o prokurorluqda ifadə verən zaman azərbaycan dilini tam başa düşmədiyinə görə ona verilən suallara etirafedici cavablar verdiyini bildirmişdir. Hadisənin baş verdiyi ərazi ilə onun olduğu ərazinin arasında 96 km məsafə olmuşdur, yəni o, Horadizdə Fizuli rayonunun ərazisində işləmiş, hadisə isə Zəngilan rayonunun ərazisində baş vermişdir və X18 hadisə baş verən zaman öz ərazisində olmuşdur. Eyni zamanda hadisə işdən sonra saat 19:30 radələrində baş vermişdir. Zərərçəkmiş şəxs işlədiyi ərazinin briqada rəhbəri Ertuğrul Taş məzunyyətdə olmuşdur. Hadisə baş verəndən sonra idarədə işləyən Təhminə xanım tərəfindən onun adı əmək müfəttişliyinə verildiyi üçün ilk əvvəl əmək müfəttişliyi, sonradan isə prokurorluq tərəfindən çağrılmış və hadisə ilə bağlı ifadəsi alınmışdır. Bundan başqa iş materiallarında Ertuğrul Taş məzuniyyətdə olduğundan işin öhdəliyinin X15 verilməsi ilə bağlı hər hansı bir əmr, ya da rəhbərlik tərəfindən göstəriş verilməsi barədə sübut yoxdur. Eyni zamanda, məhkəmə araşdırması zamanı zərərçəkmiş şəxs də verdiyi izahatında xəsarət almasına səbəb məhz özünün səhlənkarlığı olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs 15 il iş stajına malik olan, öz işini çox yaxşı bilən tornaçı olmuş, torno dəzgahında çalışdığı zaman dəzgahın üzərindəki material, şüşə parçasını dəyişəndə böyüyünü qoymağın əvəzinə səhlənkarlıq edərək balacasını qoymuş, dəzgahdan həmin detal çıxaraq üzünün sol hissəsinə dəymiş və nəticədə iş qəzası baş vermişdir. Həmçinin məhkəmə iclasında iştirak edən «Kalyon RYS X19 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının insan resursları üzrə baş mütəxəssisi X4 izahatında təqsirləndirilən şəxs X11 briqada rəhbəri olmadığını, Zərərçəkmiş şəxs işlədiyi ərazinin tamamilə başqa bir ərazi olduğunu və X11 işlədiyi ərazinin arasında 96 km məsafənin olduğunu, rəhbərlik tərəfindən X15 işçilərə nəzarət edilməsi tapşırılmadığını, ərazilərdə briqada rəhbəri olmadığı halda ərazilərdə tikinti texnikalar üzrə mexaniklər olduğunu və onlar işlərin gedişatına öz vəzifə borclarına görə nəzarət etdiklərini, hadisə baş verən zaman həmin ərazidə tikinti texnikaları üzrə mexanik Alakara Ahmet olduğunu, hadisədən sonra Ahmetin öz xahişi ilə işdən azad olaraq Türkiyəyə getdiyini bildirmişdir. Eyni zamanda,məhkəmə onu da qeyd edir ki, iş materiallarına əlavə olunmuş “Mühəndisinin vəzifə təlimatı”nın 2.9-cu bəndində mühəndisin əməyin mühafizəsi üzrə vəzifıləri göstərilmişdir ki,həmin bənddə briqada başçısı olmadığı halda,ya da briqada başçısı məzuniyyətdə olduğu halda onun əməyin mühafizəsi üzrə vəzifılərinı göstəriş olmadan icra etmək, əməyin mühafizəsi üzrə işçilərə nəzarət etmək kimi öhdəliklər qoyulmamışdır. İş materiallarına əlavə olunmuş “Tikinti texnikası üzrə mexanikin vəzifə təlimatı”nın 2.5-cu bəndində göstərilmişdirki, mövcüd qaydalara və xüsusiyyətlərə müvafiq olaraq işlərin keyfiyyətlə yerinə yetirilməsi məqsədilə maşın,mexaniki sistem və avadanlıqların hazirlanması,quraşdırılması,istesmarı və təmirinə nəzarətin təşkil edilməsi nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı tərəflərin ifadələri və iş materialları ilə müəyyən olmuşdur ki, Zəngilan rayon prokurorluğu Zərərçəkmiş şəxs Səlahəddin oğlunun xəsarət almasına səbəb olan əməyin mühafiəzəsi qaydalarının pozulmasının mövcudluğunu göstərən kifayət qədər halların X18 tərəfindən törədilməsini qeyd etsə də, məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, X11 inzibati xətanın tötədilməsində heç bir aidiyyəti olmamışdır. Belə ki, Zəngilan rayon prokurorunun inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə xx.xx.2024-cü il tarixlı qərarına əsasən X18 barəsində inzibati xəta haqqında icraatın başlanmasının əsası kimi X11 mühəndis kimi “Briqada başçısının vəzifə Təlimatı”nın qaydalarının tələblərinin pozulması, həmçinin X11 tutduğu vəzifə mühəndis vəzifəsi olduğundan vəzifə borcuna görə əmək mühafizəsinə nəzarət etmək olduğunu və bu vəzifəsini X11 yerinə yetirməməsi nəticəsində Zərərçəkmiş şəxs Səlahəddin oğlunun xəsarət alması göstərilmişdir. Lakin məhkəmə araşdırması zamanı məzuniyyətdə olan briqada rəhbərinin vəzifə öhdəliklərinin icra etməsi və Zəngilan rayonunda işləyən işçilərə nəzarət edilməsi X15 tapşırılmadığı, bundan başqa Zəngilan rayon prokurorluğunda X18 ifadə verərkən türk dilindən azərbaycan dilinə tərcümə edən tərcüməçi ilə təmin olunmaması müəyyən olunmuşdur. Odur ki, Zəngilan rayon prokurorluğu tərəfindən X11 tərcüməçinin köməyindən istifadə edilməsi hüququ tamamilə pozulmuşdur. Bu da prokurorluq tərəfindən inzibati xətanın subyektinin düzgün seçilməməsinə gətirib çixarmışdır. Azərbyacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.7-ci madəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək hüququ vardır. Azərbyacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqdan inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Odur ki, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, X11 əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53,114-114, 128,129,130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X11 əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №3(034)-5/2024
Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-5/2024
14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver