Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-50/2025 27.05.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Zəngilan rayon X3 Təhlükəsizlik Bölməsinin polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakı ilə, xx.xx.1995-ci ildə Bakı şəhəri, Qaradağ rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “Kalyon” şirkətində sürücü işləyən, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu, ev 33-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tələblərini pozması ilə əlaqədar Zəngilan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zəngilan rayon Polis Şöbəsi məhkəməyə müraciət edərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Belə ki, Zəngilan rayon X3 Təhlükəsizlik Bölməsinin polis mayoru Əhmədzadə Nicat tərəfindən tərtib edilmiş xx.xx.2025-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoladan görünur ki, Şəxs 24 may 2025-ci il tarixində metamfetamin, həmin tarixdən təxminən 10 gün öncə qurudulmuş marixuana istifadə etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş orqanın nümayəndəsi X2 izahatında bildirmişdir ki, Zəngilan rayonu, Ağalı kəndində polis əməkdaşları xidmət apararkən “Nissan Note” markalı, **-YG-*** nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsünün şübhəli hərəkətlər etməsini, dəfələrlə polis maşınını gördükdə geri qayıtmasını görüb həmin nəqliyyat vasitəsinə yaxınlaşmış, sənəd tələb etdikdə Şəxs qeyri-adekvat davranaraq sənədlərin olmadığını bildirmişdir. Duracaqda olan zaman sürücüdən nəqliyyat vasitəsində hər-hansısa dəyərli əşyasının və ya qanunla dövriyyəsi qadağan edilmiş predmetlərin olub-olmadığını soruşduqda, Əbubəkr nəqliyyat vasitəsinin salonuda sükanın aşağı hissəsindən kağız bükümdə olan qara rəngli kütlə çıxararaq bunun narkotik maddə olmasını, dediyinə görə isə yerdən tapmasını bildirmişdir. Şəxs qarşı saxlanılarkən və ya polis orqanına gətirilərkən ona qarşı heç bir fiziki zor və təyziq olmamışdır. Sonda protokolu tərtib etmiş orqanın nümayəndəsi təqsirləndirilən şəxsin əməlindən peşman olmasını və bunun sonuncu olmaısna güman etdiklərini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında etdiyi əməldən peşman olmasını bildirmişdir. ”Nissan Note” markalı **-YG-*** nömrə nişanlı nəqliyyat vasitəsi ilə saat 21:00-da Ağalı kəndi ətrafında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq yoxlanılmış, şəxsiyyətinin yoxlanılması zamanı özünü çox gərgin hiss etdiyindən polis əməkdaşları bundan şübhələnərək maşına baxış keçirmiş, baxış zamanı maşında narkotik vasitəyə bənzər kiçik kağız parçasında büküm aşkar edildiyindən onu polis məntəqəsinə apamışlar. Araşdırma gedişatı zamanı ilkin olaraq ona verilən suallara cavab olaraq maşından aşkar edilmiş həmin narkotik vasitəyə bənzər bükümü neçə ay qabaq maşına qoymasını tam xatırlamadığını, hazırda da narkotik vasitədən istifadə etməsini, narkotik vasitə olan marixuananı sonuncu dəfə may ayının 24-də istifadə etməsini, marixuananı Elşən adlı şəxsdən almasını və iki ildən çox olar ki, narkotikdən istifadə etməməsini bildirmişdir. Sonda isə məhkəmədən törətdiyi əməldən səmimi olaraq peşman olmasını nəzərə alaraq, ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. İş materialında olan xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 24 may 2025-ci il tarixində metamfetamin, həmin tarixdən təxminən 10 gün öncə qurudulmuş marixuana istifadə etmiş və nəticidə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materialında olan xx.xx.2025-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi barədə» qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin baslanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş məsuliyyətə cəlb olunması məqsədilə qərarın surəti Zəngilan RPŞ-nin aidiyyatı əməkdaşına həvalə edilmişdir. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair xx.xx.2025-ci il tarixli A/1073 protokolun surətindən görünür ki, Şəxs tibbi müayinədən keçən zaman onda metamfetamin və marixuana qəbulu faktı aşkar edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs idarə etdiyi ”Nissan Note” markalı **-YG-*** nömrə nişanlı nəqliyyat vasitəsi ilə saat 21:00 radələrində Zəngilan rayonu, Ağalı kəndi ətrafında hərəkətdə olan zaman özünü şübhəli apardığından ərazidə xidmət aparan polis əməkdaşları tərəfndən saxlanılmış, sorğu zamanı ondan nəqliyyat vasitəsində qanunla dövriyyəsi qadağan edilmiş əşyanın olub-olmaması soruşularkən şəxs nəqliyyat vasitəsinin salonuda sükanın aşağı hissəsindən kağız bükümdə olan qara rəngli kütlə çıxararaq təqdim etmiş və həmin kütlənin nakotik vasitə olmasını bildirmişdir. İstintaq orqanı tərəfindən aşkar edilmiş bir ədəd kağız büküm ekspertizaya göndərilmiş, verilmiş rəydə maddənin narkotik vasitələrə, psixotrop maddələrə və güclü təsiredicilərə aid olmaması müəyyən edildiyindən şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, sərxoşluqla bağlı tibbi müayinə zamanı şəxsdə metamfetamin və marixuana qəbulu faktı aşkar edilmişdir. Yəni, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın Şəxs tərəfindən törədilməsi onun özünün etirafı,sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu ilə yanaşı, iş üzrə digər sübutlarla tam sübuta yetmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin qeyd hissəində deyilir ki, satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Bundan başqa «şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təstiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununa əlavə edilmiş 1 saylı cədvəldən görünür ki, çəkisi 5 qramdan 500 qramadək olan narkotik vasitə olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma və ya satma cinayət məsuliyyəti yaradır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi əməli etiraf edərək, səmimi peşman olmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Bundan əlavə, məhkəmənin qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, şəxsin hüquqlarının müdafiəsi məhkəmə istintaq zamanı Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən, şəxsin hüquqlarını müdafiə etməyə görə vəkilə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 3 (üç) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabına Vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 33 (otuz üç) manat məbləğində pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32-33,40,43.1,48-50-ci və 106-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 33 (otuz üç) manat məbləğində pul köçürülsün. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №3(034)-50/2025
Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-50/2025
27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver