Məhkəmə qərarları › İş №3(034)-51/2023

Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-51/2023

28.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-51/2023 28.12.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, X1, X3 Arif oğlunun katibliyi ilə, Rüstəmov Elvin Arif oğlunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Rüstəmov Elvin Arif oğlu şikayətlə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin PX əməkdaşı tərəfindən qəbul edilmlş xx.xx.2023-cü il tarixli qərarının ləğv edilərək, barəsində tətbiq edilmiş 100 manat cərimə tənbehinin silinməsinə və inzibati xəta haqqında icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Rüstəmov Elvin Arif oğlu şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin PX əməkdaşı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarı əsasında Azərbaycan Respublikası İnzibati Xətəlar Məcəlləsinin 327.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi istinad edilərək 100 manat cərimə tətbiq edilmişdir. O, qərarı rəsmi olaraq almamış və qərardan narazıdır. Belə ki, o, istifadəsində olan «Toyota Prius» markalı, **-DS-*** dövlət qeydiyyat nömrəli avtomobili ilə hərəkətdə olarkən Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsi, 95 ünvanında yerləşən ekoloji postda (GPS 40.4382952, 49.7772645) müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinə tabe olmamış və nəticədə ona 100 manat miqdarında cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 327.3-cü maddəsinə əsasən dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Elektron məlumat informasiya sistemində xx.xx.2023-cü il tarixdə tərtib edilmiş qərarda isə törədilən inzibati xətaya dair heç bir foto və ya video əlavə edilməmiş, bundan əlavə həmin vaxt müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbi olmamışdır. Məhkəmə iclasında iştirak edən X3 Arif oğlu izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Baş X4 İdarəsinin YPX əməkdaşı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar əsasında Azərbaycan Respublikası İXM-nin 327.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyi istinad edilərək 100 manat cərimə tətbiq edilmiş, o, qərarı rəsmi olaraq almamış və qərardan narazıdır. Onun istifadəsində olan «Toyota Prius» markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsi 95 ünvanında yerləşən ekoloji postda (GPS 40.4382952, 49.7772645) müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinə tabe olmamış və nəticədə ona100 manat miqdarında cərimə tətbiq edilmişdir. Elektron məlumat informasiya sistemində xx.xx.2023-cü il tarixdə tərtib edilmiş qərarda isə qeyd edilən inzibati xətaya dair heç bir foto və ya video əlavə edilməmiş, bundan əlavə həmin vaxt müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbi olmamışdır. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Baş X4 İdarəsinin YPX əməkdaşı tərəfindən xx.xx.2023-cü il tarixli qərarının ləğv edilərək, barəsində tətbiq edilmiş 100 manat cərimə tənbehinin silinməsinə və inzibati xəta haqqında icraata xitam verilməsinə dair qərar qəbul etməsini xahiş edir. O, dekabr ayının 19-da internet vasitəsi ilə onalyn formada müraciət etsə də, ona cavab verilməmişdir. İnternetdə linkləri olduğu üçün oraya şikayət etmiş, cavab olaraq şikayətinin əsassız olması bildirilmişdir. Onlardan video görüntü tələb etmiş, lakin təqdim etməmişlər. Sonunda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sistemdə olan 143 manat cərimə onun şikayət verdiyi 100 manat cərimə pulunun üzərinə hesablanmış dəbbə pulu ilə birlikdə hesablanmış məbləğdir. İş məhkəməyə verilənə qədər o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə dəfələrlə şifahi və yazılı müraciət etsə də, bunun heç bir nəticəsidə olmamış, şikayətinə heç bir cavab verilməmişdir. Hadisə ekologiya postu adlanan ərazidə xx.xx.2023-cü ildə baş vermişdir. Ona nə protokol, nədə ki, qərar verilməmiş, sadəcə telefonuna cərimə ilə bağlı sms bildiriş gəlmişdir. 10 gün ərzində onlayn qaydada 3-4 dəfə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə şikayət etmişdir. Sonda şikayətçi məhkəmədən ailə vəziyyətini nəzərə alaraq, protokolun ləğv edilməsini xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməməsi ilə yanaşı, məhkəmənin sorğusu əsasında Rüstəmov Elvin Arif oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsi ilə tərtib edilmiş inzibati protokolu, həmin protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati qərarın surətini və Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsi 95 ünvanda, yəni ekologiya postu adlanan ərazidə olan kamera ilə aparılmış video görüntülərin məhkəməyə göndərilməsi tələb olunda da, məhkəmənin bu tələbləri cavabsız qalmışdır. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan bildirişdən görünür ki, Rüstəmov Elvin Arif oğlu xx.xx.2023-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsinin saxlamaq tələbini yerinə yetirmədiyindən Azərbaycan Respublikası İXM-nin 327.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 100 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş ASAN ödəniş sisteminin rəsmi internet saytından ödənişlə bağlı çıxarışından görünur ki, Rüstəmov Elvin Arif oğlunun EQ 18668780 nömrəli protokol üzrə 72 manat, İXP ******* nömrəli protokol üzrə 143 manat cərimə borcu vardır. Azərbaycan Respublikası İXM-nin 124.3-cü maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Rüstəmov Elvin Arif oğlu xx.xx.2023-cü il tarixdə idarə etdiyi «Toyota Prius» markalı, **-DS-*** dövlət qeydiyyat nömrəli avtomobili ilə hərəkətdə olarkən Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsi, 95 ünvanında yerləşən ekoloji postda (GPS 40.4382952, 49.7772645) müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinə tabe olmadığından Azərbaycan Respublikası İXM-nin 327.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 100 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Ərizəçi tərəfindən şikayət ərizəsində göstərdiyi dəlillərə dair məhkəməyə heç bir sübut təqdim edilmədiyindən məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsindən Rüstəmov Elvin Arif oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsi ilə tərtib edilmiş inzibati protokolu, həmin protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati qərarın surətini və Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsi 95 ünvanda, yəni ekologiya postu adlanan ərazidə olan kamera ilə aparılmış video görüntülərin məhkəməyə göndərilməsi tələb olunsa da, məhkəmənin bu tələbləri protokolu və qərarı qəbul etmiş orqan tərəfindən cavablandırlımamışdır. X3 Arif oğlu xx.xx.2013-cü il tarixində cərimə olunması ilə bağlı əl telefonunu SMS gələndən sonra dəfələrlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə yazılı və şifahi müraciət etməsinə baxmayaraq, onun şikayətinə cavab verilmədiyini bildirmiş və məhkəməyə xx.xx.2023-cü il tarixdə DİN-i cənab Vilayət Eyvazova ünvanladığı teleqramı təqdim etmişdir. Lakin xx.xx.2023-cü il tarixdə DİN-i cənab Vilayət Eyvazova ünvanladığı teleqramdan əvvəl müraciətlərin edilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İXM-nin 126.1-ci maddəsinin tələbinə görə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 57.6.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; inzibati tənbeh tətbiq etmə haqqında qərar ona rəsmi qaydada verilmiş sayılır. Odur ki, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Rüstəmov Elvin Arif oğlunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti qərardan şikayət vermə müddətini ötürdüyündən təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 12-13, 31,32- 33,40,43.1,48-50-ci və 106-115-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Rüstəmov Elvin Arif oğlunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin qərarının ləğv edilməsi və iş ürə icraata xitam verilməsinə dair şikayəti təmin edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar