Məhkəmə qərarları › İş №3(034)-52/2023

Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №3(034)-52/2023

21.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 3(034)-52/2023 21.12.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 13 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında MN ******* nömrəli qərarından verilmiş şikayətini nəzərdən keçirib, müəyyən etdim: X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 13 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında MN ******* nömrəli qərarından şikayətlə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində qəbul edilmiş 13 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında MN ******* nömrəli qərarın ləğv edilməsi və işə yenidən məhkəmə qaydasında baxaraq, müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində tanışları X3 və X5 ilə birlikdə Qubadlı rayonu Ulaşlı kəndi ərazisində Bərgüşad çayından qarmaq vasitəsi ilə balıq tutarkən onlara bir neçə nəfər yaxınlaşmış və onlara guya burada torla balıq tutmalarını demişlər. Hansı ki, onlar torla yox, qarmaq vasitəsi ilə balıq tutmuşlar. Sonrdan Ekologiya və Təbii Sərvətlər nazirliyinin əməkdaşları tərəfindən onların hər biri barəsində protokol tərtib olunmuş və cərimə yazılmışdır. Ona yazılmış cərimə tamamilə qanunsuzdur və məhkəmə qaydasında ləğv olunmalıdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regioanal Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində 13 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati qərar qəbul olunmuş və həmin qərara əsasən 700 manat cərimə olunmuşdur. O, məsələ ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regioanal Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri ilə əlaqə saxlamış, ovda olmadıqları halda nə üçün barələrində inzibati qərar qəbul edildiyini və eyni zamanda həmin qərar qəbul olunarkən onun məlumatlandırmadıqlarını soruşsa da, onlar müxtəlif bəhanələrlə məsələdən yayınaraq sonda onaməhkəməyə müraciət etməsini bildirmişlər. Hesab edir ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi tamamilə əsassız və qanunsuzdur. Məhkəmə şikayəti və şikayətə əlavə olunan sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə sələhiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət-şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsində olan məlumatlardan görünür ki, X1 rəsmi yaşayış yeri Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Konserv Zavodu A/Yat kimi qeyd edilmişdir. Odur ki, X2 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9cu və 114.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldım: X2 tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 13 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında MN ******* nömrəli qərarından verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar