Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-53/2023 29.12.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, X6 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 13 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X8 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 13 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli qərarından şikayətlə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və işə yenidən məhkəməyə qaydasında baxaraq, müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. X8 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində tanışları X13 və X15 ilə birlikdə Qubadlı rayonu, Ulaşlı kəndi ərazisində Bərgüşad çayından qarmaq vasitəsi ilə balıq tutarkən onlara bir neçə nəfər yaxınlaşmış və onlara guya burada torla balıq tutmalarını demişlər. Hansı ki, onlar torla yox, qarmaq vasitəsi ilə balıq tutmuşlar. Sonrdan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən onların hər birləri barəsində protokol tərtib olunmuş və cərimə yazılmışdır. Ona yazılmış cərimə tamamilə qanunsuzdur və məhkəmə qaydasında ləğv olunmalıdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regioanal Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində 13 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati qərar qəbul olunmuş və həmin qərara əsasən 700 manat cərimə olunmuşdur. O, məsələ ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri ilə əlaqə saxlayaraq, ovda olmadıqları halda nə üçün barəsində inzibati qərar qəbul edildiyini və eyni zamanda həmin qərar qəbul olunarkən onu məlumatlandırmadıqlarını soruşsa da, onlar müxtəlif bəhanələrlə məsələdən yayınaraq sonda ona məhkəməyə müraciət etməsini bildirmişlər. Hesab edir ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi tamamilə əsassız və qanunsuzdur. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 rayonu, Ağalı kəndində mağaza müdüri işlədiyini bildirərək ifadəsində göstərmişdir ki, işdən sonra gedəcək başqa yerləri olmadığı üçün arada gedib Bərgüşad çayının qırağında dostları ilə vaxt keçirirlər. xx.xx.2023-cüil tarixdə tanışları X13 və X15 ilə birlikdə asudə vaxtlarını səmərəli keçirmək üçün Qubadlı rayonu, Ulaşlı kəndi ərazisində Bərgüşad çayından qarmaq vasitəsi ilə balıq tutarkən onlara bir neçə nəfər yaxınlaşmış və onlara guya burada torla balıq tutmaqlarını demişlər. Polis əməkdaşı onları görüb yaxınlaşmış, nə etdiklərini soruşmuş, o da, dostları ilə vaxt keçirdiklərini bildirmişlər. Polis əməkdaşları onlara burda balıq ovu etmələrinin qanuna zidd olmasını bildirmişlər. Onlarda sentyabr ayının 1-dən balıq ovunda qadağaların götürülməsini bildirmişlər. Onların orda balıq ovu etmək fikirləri olmadıqlarını, sadəcə çaya bir tilov atmış və 3-5 dəqiqə orda oturduqları zaman polis əməkdaşları gəlib onlara yaxınlaşdıqlarını bildirmişlər. Orda onlar polis əməkdaşına balıq ovu etməmələrini bildirəndə aralarında mübahisə yaranmış və onları mübahisə ilə bağlı polis bölməsinə dəvət etdiklərini düşünmüşlər. Sonradan onlara məlum olmuşdur ki, polis bölməsinə onları balıq ovunun qadağan edilməsi ilə bağlı dəvət etmişlər. Əgər onlar orda balıq ovu etsəydilər polis əməkdaşları öncədən çəkiliş edərdilər. Onlar orda üç nəfər olmuş, polis əməkdaşlarının biri ilə tanışlıqları olduğu üçün görüşən zaman polis əməkdaşı onlara balıq ovu etmələri barədə məlumat gəlməsini bildirmişlər. Onlar iki nəfər polis əməkdaşı ilə söhbət etmiş, söhbət əsnasında polis əməkdaşı 10 metirlikdə qustar üsulu ilə hazırlanmış tilov olmasını bildiriş və polis əməkdaşı özü öncədən qoymuş kimi qardaşdan tilovu götürməsini xahiş etmişdir. Elmanda polis əməkdaşının gözünün qarşısında tilovu götürmüş və polis əməkdaşının xahişi ilə əlində tilov 10-20 metr çayın içində irəli getmişdir. Sonradan onlara məlum olmuşdur ki, polis əməkdaşı onların səmimiyyətindən istifadə etmişdir.Onlara tilov vasitəsi ilə balıq ovlamağa çalışdıqlarını, balıq ovunda olmadığını bildirmişlər. Polis əməkdaşları onları bölməyə dəvət edib izahatlarını almışlar. Bu hadisədən bir müddət keçəndən sonra 19 oktyabrda onlara bildiriş gəlmiş, polis əməkdaşları haqqlarında şikayət göndərmiş, 27 oktyabr tarixli bildirişə əsasən onlpara protokol tərtib olunacağını bildirilmişdir. Sonra onlara protokol tərtib olunub göndərilmiş, 27 oktyabr tarixində baxılıb protokol tərtib olunması ilə bağlı bildiriş onlara 19 oktyabr da göndərilmiş, amma protokol 18 oktyabr tarixində tərtib olunmuşdur. Heç bir maddi sübut olmadan, əllərində əsas olmadan onlar barəsində protokol tərtib olunmuşdur. Protokol tərtib olunanda onlara yanlış anlaşılma olması bildirilmişdir. O, polis əməkdaşlarından maddi sübutun olub-olmadığını soruşmuş və onlara sadəcə olaraq çayın ətrafında dincəlməklərini bildirmişlər. Sonradan polis əməkdaşlarına müraciət edəndə vatsap yazışmasında üzürlü sayın texniki səhv olmasını bildirmişlər. Vaxtı yanlış göndərilən protokola sonradan qərarda göndərilmiş və qərarada İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddə ilə onu təqsirli bilmişlər. O, da protokol və qərardan məhkəməyə şikayət etmək məcburiyyətində qalmışdır. Müstəntiqi əvvəldən tanımamışdır. Müstəntiqin onlara qərəzli olmasına səbəb Elman adlı yoldaşla aralarında öncədən mübahisənin olmasıdır. O, öz izahatında vətəqə ölçüsünə uyğun olmayan iki ədəd balıq ovlamaqların bildirdikləri üçün ona həmin balıqları göstərilməsini xahiş etmişdir. Onlara çayın kənarında ümumiyyətlə akt tərtib etməmiş, sadəcə müstəntiq işin gedişatında belə göstərmişdir ki, onların haqqında İXM –nin hansısa bir maddəsi ilə iş açılacaqdır. Onlara barəsində hansı maddənin tətbiq edilcəyi ilə bağlı qərarın ona təqdim edilməsini, bununla balı Respublika Prokurorluğuna şikayət edəcəyini bildirmişdir. Polis əməkdaşları onları 07 sentyabr tarixində Bərgüşad çayının qırağında tutmuş və polis bölməsinə dəvət edib izahatlarını almışlar. 3 gün sonra onlara polis bölməsinə gəlmələri barədərində akt tərtib olunacağı ilə məlumat verilmiş, onlara heç bir maddi sübutun olmamasını, necə akt tərtib ediləcəyini bildirmiş, polis əməkdaşı onlar olmasa da, o, aktı tərtib edəcəyini bildirmişdir. O, 3 gündən sonra yenidən əlaqə saxlamış və onun hansı maddə ilə cərimə edilməsi ilə bağlı qərarın verilməsini xahiş etmişdir. Ona cinayət işinin başlanması rədd edilməsini, işin baxılıb araşdırılması üçün Ekologiya və Təbbi Sərvətlər Nazirliyinə göndərilməsi bildirilmişdir. Ekologiyada olarkən onlara 27 oktyabr tarixində barələrində protokol tərtib olunması ilə bağlı 19 oktaybr tarixində bildiriş göndərilmiş, gəlsələrdə-gəlməsələrdə barələrində protokol tərtib olunacağı bildirilmişdir. Protokol 18 oktyabr tarixində, qərar isə 13 noyabr tarixində yazılmışdır. O, balıq ovunun qadağan edilməsi ilə bağlı məlumatsız olmuşdur. Çay qırağındada balıq ovu qadağandı deyə heç bir tablo yerləşdirilməmişdir. Müstəntiq özündən onun adından izahat yazmış, həmin izahatı oxumuş və müstəntiqə o, bu sözləri demədiyi təqdirdə necə yazmasını demişdir. Polis əməkdaşı tanıdığı Cəlil adlı şəxsdir, soyadını isə bilmir.O, düşünür ki, polislər onların səmimiyyətlərindən istifadə edib qurma qurmuşlar. İfadəni onlardan Qabil Məmmədov adlı müstəntiq almışdır. Məhkəməyə şikayətlə isə dekabr ayında etmişdir. Onlar orda heç bir balıq ovu etməmişlər. Onlar araşdırma məqsədi ilə Ekologiya və Təbbi Sərvətlər Nazirliyinə dəvət edilmiş, lakin o, hazırda Xankəndinə işi ilə bağlı təyinat aldığı üçün şəxsən Möhübbət müəllim ilə əlaqə saxlamış, onlara 3 gün dövlət tədbiri ilə bağlı gəldiyini, qayıdanda mütləq onların çağrışına gələcəyini bildirmişdir. O, da Xankəndindən gələndən sonra ona bildirilmişdir ki, onunla olan yoldaşlarının da gəlib dindirilməsini və onlara minimum cərimə tətbiq olunacağı deyilmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Zəngilan rayonunun Ağalı kəndində Qubadlı rayonunun Ulaşlı kəndi ərazisində Həsənov Pərviz, Əliyev Elman və İbrahimov Daşqın birlikdə Əliyev Elmana məxsus xidməti maşında balıq ovu etmək məqsədi ilə Bərgüşad çayına getmişlər. Bərgüşad çayı ərazisində balıq ovu həyata keçirərkən Qubadlı rayonu Polis İdarəsinin əməkdaşları həmin vətəndaşlara yaxınlaşmış, balıq ovu ilə məşğul olmasının təfərüatını öyrənmək məqsədi ilə onlarda müvafiq icazə sənədinin olmasını, hansı növdə balıq ovlamaları deyə məlumat almaq üçün yaxınlaşanda Əliyev Elman istifadəsi qadağan edilmiş sintetik tor vasitəsi ilə torun çayda çıxarılma şəklini fakt, sübut kimi onlar təqdim etmişlər. Bu məlumat onlara daxil olandan sonra onlarda müəyyən araşdırmalar aparmış, həmin araşdırmadan sonra müəyyən olunmuşdur ki, Zəngilan rayon Polis Şöbəsində bu üç nəfər barəsində cinayət işi açılmışdır. Polis əməkdaşları üç nəfər şəxsdə icazə sənədlərinin olmadıqlarını görmüş və polis bölməsinə dəvət etmişlər. Polis Şöbəsinə dəvət edildikdən sonra ilkin istintaq başlanmış və araşdırma nəticəsində müəyyən olunmuşdur ki, vətəndaşların əməllərində cinayət tərkibi yoxdur, açılan cinayət işi rədd edilərək inzibati qaydada baxılması məqsədi ilə 12 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət olunmuşdur. Onlarda həmin müraciəti araşdırıb və görmüşlər ki, vətəndaşların əməllərində İXM-nin 272.1-ci maddəsinə zidd əməl olduğuna görə tərəflərindən xx.xx.2023-cü il tarixində protokol tərtib olunması üçün xx.xx.2023-cü ildə vətəndaşları protokolun tərtib olunması üçün işin araşdırılması ilə bağlı dəvət etmişlər. Həmin məktub xx.xx.2023-cü ildə Horadiz rayonunun poçtundan Zəngilan rayon Ağalı poçtuna göndərilmiş, Zəngilan rayonu Ağalı postu isə onların məktubunu xx.xx.2023-cü ildə almışdır. Onlarda xx.xx.2023-cü ildə protokol tərtib etməmişdən əvvəl gözləmiş, vətəndaşların gəlmədiyini görmüş, Zəngilan rayonunda poçt şöbəsində çalışan Sevinc xanımla telefon vasitəsi ilə əlaqə saxlamışlar. Sevinc xanım onlara məlumat verərək demişdir ki, onun poçtalyonu olmadığı üçün məktubları şəxsən təqdim edə bilmir, amma vətəndaşlardan biri Zəngilan rayon “Rahat” marketdə çalışdığı üçün onu hamının tanımasını, digər vətəndaş Əliyev Elmanın həyat yoldaşı isə Zəngilan rayonu Ağalı kəndində xəstəxananın direktoru, digər bir vətəndaşın isə idarənin müdüri olmasını, telefon nömrələrini tapıb əlaqə saxladıqlarını, gəlib məktubları götürmədiklərini bildirmişlər. Onlarda hər biri ilə telefon vasitəsi ilə əlaqə saxlamışlar. Vətəndaş Daşqın bəylə əməkdaşları əlaqə saxlamış, Daşqın bəy ona 2-3 gün vaxt verilməsini, Xocalı rayonunda “Rahat” marketin açılışında iştirak etməsini bildirmişdir. 17 oktyabr tarixində Həsənov Pərvizin və Əliyev Elmanın həyat yoldaşı gəlib onlara bildirmişlər ki, sənədlərini gətirib təqdim edəndən sonra protokol tərtib edilməsini və 18 oktyabrda gələcəkləri ilə bağlı onlara söz vermişlər. 18 oktyabr tarixində şəxslərlə əlaqə saxlanılmış və onlar gəlməyəcəklərini bildirmişlər. 11 oktyabr 2023-cü il tarixdə Sevinc xanım onlara Pərviz Həsənovun və Elman Əliyevin poçta yaxınlaşıb məktubları götürməklərini bildirmişlər. Vətəndaşlar dedikləri vaxta gəlmədiklərinə görə dövlət nəzarət funksiyasını həyata keçirən orqanın çağırışına məhəl qoymadıqları üçün onlarda xx.xx.2023-cü ildə protokol tərtib etmişlər. Prtokolu tərtib etmiş və onlara vaxt verilmiş, 27 oktyabr 2023-cü il tarixində onların barəsində qərar çıxarılacığı gəlib iştirak etmələrini xahiş etmişlər. 19 oktyabr 2023cü il tarixdə protokolun bir surətini və qərara çağırış məktubunu hazırlayaraq vətəndaşlara göndərilmişdir. Poçt vasitəsi ilə məhsulun götürməsini vətəndaşlar gecikdirmiş, onlarda 27 oktyabr 2023-cü ildə qərarı çıxarmamışlar. Telefon vasitəsi ilə fərdi qaydada məlumat 13 noyabr 2023-cü il tarixdə barələrində qərar çıxaracaqları ilə bağlı məlumat vermişlər. Şəxslər yenə çağırışlarına məhəl qoymadıqları üçün onlarda polisin izahatı əsasında, polisin çıxardığı qərara istinad edərək, İXM-nin 272.1-ci maddəsinə görə şəxslər barəsində cərimə tətbiq etmişlər. Cərimənin tətbiq edilməsi zamanı şəxslərin işğaldan azad olunmuş ərazilərdə məskunlaşmalarını nəzərə alaraq, cəriməni minimum məbləğdə tətbiq etmişlər. Vətəndaş bilərəkdən qəsdən poçtdan məktubu götürməkdən yayınmışdır. Vətəndaşlar məktubu götürmədikləri təqdirdə onlara protokol tərtib etsələr də, onlar sonra protokolu və qərarı ləğv etdirə biləcəklərini düşünmüşlər. Vətəndaşlar barəsində protokol tərtib olunmuş və onlar protokol əsasında qərar qəbul etmişlər. Vətəndaşlara araşdırılıb protokol tərtib olunması üçün iki dəfə məktub göndərilmiş, telefon vasitəsi ilə əlaqə saxlanılmış, vaxtı bildirilmiş, amma şəxslər gəlməmişlər. 02 oktyabr tarixində onlar vətəndaşlara barələrində protokol tərtib olunması ilə bağlı məktub hazırlamışlar, 04 oktyabr tarixində isə məktubu göndərmişlər. 05 oktyabrda məktub Horadiz poçtundan Ağalı poçtuna təhvil verilmişdir. 07 oktyabr tarixində Ağalı poçtu həmin məktubu təhvil almışdır. 11 oktyabr tarixində Həsənov Pərviz və Əliyev Elmanın həyat yoldaşına xanım məktubları təqdim etmişdir. Onlar vətəndaşın gəlmədiyini və xəbərnamənin onlara qayıtmadığı üçün protokol tərtib etməmişlər. Qərarın surəti tərəfə 14 noyabrda verilmiş və tərəf isə qərarın surətini 16 noyabrda almışdır. Amma xəbərnamədə İbrahimov Daşqının 04 dekabrda qərarın surətini alması qeyd olunmuşdur. İbrahimov Daşqın, Əliyev Elman və Həsənov Pərviz qeyd edirlər ki, onların xəbəri olmadan barələrində protokol tərtib etmişlər. X19 kəndində olmadığı üçün onlar onu gözləmiş, amma Əliyev Elman həyat yoldaşı və Həsənov Pərviz idarəyə gələrək minimum məbləğdə cərimə yazılması ilə bağlı razılaşmışlar. İbrahimov Daşqının bildirişi alması ilə bağlı sübut kimi telefon danışıqları var. 13 noyabrda onlar qərarı qəbul etmiş, 14 noyabrda isə tərəfə göndərmişlər. Sonda qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmədən ədalətli qərar çıxarmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 rayon Polis şöbəsinin İstintaq qrupunun müstəntiqi olduğunu qeyd edərək ifadəsində bildirmişdir ki, Qubadlı rayon Polis Şöbəsinin əməkdaşları Cəlaləddin Əsədov və X20 rayon Ulaşlı kəndi ərazisində xidmətdə olarkən Pikab maşının dayandığını görmüşlər. Polis əməkdaşları maşına yaxınlaşıb müşahidə etmişlər ki, X8 qanunsuz olaraq sintetik tor vasitəsi ilə balıq ovu ilə məşğuldur və bu video çəkilişdə qeydə alınmışdır. Məlum məsələdir ki, düşməndən azad olmuş torpaqlarda düşmən tərəfindən müəyyən sayda ekoloji cinayətlər törədilmiş və bunların qarşısının alınması üçün Daxili İşlər Nazirliyi tərəfindən, dövlət tərəfindən ciddi nəzarət olduğuna görə onlarda bu yöndə qətiyyətli tədbirlər görürlər. X1 torla balıq tutmaqla kütləvi surətdə balıqların məhvinə səbəb olmuşlar. İXM-də 700 manatdan-1700 manatdək cərimə nəzərdə tutulmuş, hətta o, təklif edir ki, bu cür halların qarşısının alınması üçün cərimənin yüksək olunmasını istəyir. Torpaqları işğaldan azad olunandan sonra dövlət başçısı tərəfindən də dəfələrlə çaylara körpə balıq buraxılmışdır. İbrahimov Daşqın bildirsədə ki, Əliyev Elmanla hansısa polis əməkdaşının ədavəti olmuş, bu heç bir əsas deyil ki, polis əməkdaşı öz xidməti vəzifəsini yerinə yetirsin və yaxudda yerinə yetirməsin. X11 marketdə işləyir, hətta ədavət deyil, dostluq münasibəti var. İstintaq aparılarkən İbrahimov Daşqın, Əliyev Elman və Həsənov Pərviz hər hansı təsirə məruz qalmamışlar. Hər birinin ayrıayrılıqda izahatlarını alınmışdır. Əliyev Elman izahatı alınan zaman etiraf etmişdir ki, sintetik tor vasitəsi ilə balıq ovu etmişlər. Həsənov Pərvizində izahatı alınan zaman etiraf etmişdir ki, hər üçüdə sintetik tor vasitəsi ilə balıq ovu etmişlər. X21 balıq ovu etdiyini etiraf etməmişdir. Video görüntüyə alınan zaman orda Elmanla Daşqının bir yerdə dayandığı görünür. O, doğruluğu müəyyən etmək üçün onların ayrı-ayrılıqda izahatları alınmışdır. İbrahimov Daşqın, Əliyev Elman və Həsənov Pərvizin izahatları alındıqdan sonra buraxılmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qubadlı rayon Polis şöbəsinin müvəqqəti saxlama yeri polis nəfəri-növbətçi vəzifəsində işləyən polis baş serjantı X18 ifadəsində bildirmişdir ki, polis əməkdaşı Əsədov Cəlalla xidmətdə olduğu zaman Qubadlı rayon Ulaşlı kəndi ərazisindən keçərkən görmüşlər ki, yolun kənarında ağ rəngdə Pikab markalı maşın dayanmış və baxdıqda maşının içərsində sərnişin yoxdur və bu onlarda şübhə yaratmışdır. Baxmışlar ki, çayın qırağında üç nəfər balıq ovu edirlər. Elman adlı şəxsin əlində balıq tilovu olmuşdur. Onlara yaxınlaşmış və onların özlərinin iştirakları ilə torları sudan götürmüşlər. Şəxslərə polis əməkdaşı Əsədov Cəlaləddin yaxınlaşmış, o, yuxarıda dayanmış, çaya tərəf düşməmiş, sonra şəxsləri polis idarəsinə gətirmişlər. Həmin şəxsləri əvvəldən tanımamış, onlara qarşı heç bir müqavimət olmamışdır. Onlar əvvəl iki polis əməkdaşı olmuş, sonradan hadisə yerinə başqa polis əməkdaşları da gəlmişlər. Mülki formada olan əməkdaşları da orda olmuşlar. İbrahimov Daşqın, Əliyev Elman və Həsənov Pərviz ilə heç bir ədavətləri olmamışdır. Məhkəmə, tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və X7 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli 6-BM/2623-100 nömrəli inzibati xətalar haqqında işlər üzrə bildrişindən görünür ki, Qubadlı RPŞ-nin əməkdaşları tərəfindən Qubadlı rayonu, Ulaşlı kəndi ərazisində qanunsuz balıq ovlanması faktı ilə bağlı barələrində inzibati iş başlanması, inzibati xəta ilə bağlı işə xx.xx.2023-cü il tarixdə, saat 10:00-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində baxılması, inzibati işə baxış zamanı özlərinin və ya səlahiyyətli nümayəndənin (vəkalətnamə ilə birgə) iştirakını təmin etmələri xahiş edilmiş, əks təqdirdə inzibati xətalar barədə işə iştirakları olmadan baxılacağı bildirilmişdir. İş materiallarında olan 19 noyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində fiziki şəxs qismində 700 manat məbəğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş və X7 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli 6-BM/2623-107 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla əyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Həmçinin qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə məcburi icraya yönəldiləcəyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqında» qərarın surətindən görünür ki, X6 əməlində hər hansı cinayət tərkibinin əlamətləri olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, barəsində Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılmasından ötrü müvafitq materiallar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. İş materniallarında olan və X7 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli 6-BM/2623-092 nömrəli inzibati xətalar haqıqnda işlər üzrə bildirişdən görünür ki, 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə xx.xx.2023cü il tarixdə Qubadlı rayonu, Ulaşlı kəndi ərazisində qanunsuz balıq ovu faktı ilə əlaqədar Qubadlı RPŞ-nin xx.xx.2023-cü ii tarixli HK-|/107(2023) nömrəli material üzrə qərarı daxil olmuş, qərara uyğun olaraq Azərbaycan Respublikasının İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmiş, barənizdə inzibatı qaydada tədbir görülməsi məqsədilə inzibati xata ilə bağlı işə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində 10 10.2023-cü il tarixdə, saat 15:00-da baxılaraq protokol tərtib olunacağı, şş üzrə onlarda olan bütün sübutlarınızı idarəyə təqdim edə bilmələri, inzibat işə baxış zamanı özlərinin və ye səlahiyyətli nümayəndəndələrinin (vəkalətnamə ilə birgə) iştirakının təmin edilməsi onlardan xahiş edilmiş, əks təqdirdə inzibati xətalar barədə işə iştirakları olmadan baxılmaıs bildirilmişdir. İş materiallarına əlavə edilmiş və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Qubadlı rayon Polis Şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən aydın olur ki, Qubadlı rayon Ulaşlı kəndi ərazisindən keçən çay Bərgüşad çayıdır. Həkəri və Bərgüşad çayları xramulya, şirbit, forél balığının növləri, sazan və s.növ balıqların yaşayış areallarıdır Həmçinin qeyd olunan çaylara Xəzər dənizinin Azərbaycan Respublikasına aid olan hissəsində yaşayan keçici və yarımkeçıcl balıqlar qidalanma və kürü tökmə məqsədilə keçərək yaşayırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-çi il tarixli 243 nömrəli qərarının “Balıq və digər su bioresusları ovunun qaydaları» na 2 nömrəli əlavəsinə əsasən balıq və digər su bioresurslarının idman və həvəskar ovuna tilov (qarmaq) metal balıqcıq, domca və ya xərçəng toplayan alətləri İlə icazə verilir. Əlavənin 5-ci bəndinə əsasən Azerbaycan Respublikasında baiiq və dlgər su biresurslarının idaman və həvəskar ovu Kür, Araz çayları ilə əlaqəsi olan bütün su hövzələrində 01 may- 30 iyun tarixlərində qadağan edilmişdir. Qanunla qadağan edilmiş balıq və digər su bioresurslarının ovlanmasında istifadə edilən alətlərin siyahısına kimyəvi və partlayıcı maddələr, sintetik torlar, elektrik cəryanı , küstar usulla hazırlanmış digər ələtlər daxildir. Məlumat üçün bildirilir ki, işğaldan azad edilmiş ərazilərdə, heyvanların, quşların, balıq və digər su bioresurslarının ovuna icazə verilməməsi qeyd edilmişdir. Azərbaycan Respublikası İXM-nin 57.1-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələbinə görə Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinin tələbinə görə buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə X8 tanışları X13 və X15 ilə birlikdə asudə vaxtlarını səmərəli keçirmək üçün Qubadlı rayonu, Ulaşlı kəndi ərazisində Bərgüşad çayından qarmaq vasitəsi ilə balıq tutarkən polis əməkdaşları onları görüb yaxınlaşaraq onlara burda balıq ovu etmələrinin qanuna zidd olmasını bildirmişlər və araşdırma aparılması üçün polis şöbəsinə dəvər edilərək izahatları alınmışdır. Araşdırma zamanı X8 və tanışları X13 və X12 əməllərində Bərgüşad çayından sintetik tor ilə balıq ovlamaları faktı öz təsdiqini tapmışdır. Lakin onların əməllərində cinayət tərkibinin əlamətləri olmadığından onlar barəsində cinayət işinin başlanmasının rədd edilməsi və barələrində Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsi ilə inzibatı xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılmasından ötrü müvafiq materiallar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. X8 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsinin tələblərini pozduğuna görə barəsində inzibati tənbeh vermə haqqında 13 noyabr 2023-cü il tarixli MN ******* nömrəli qərar qəbul edilmiş, həmin qərara əsasən o, 700 manat məbləğində cərimə edilmişdir. X8 məhkəmə araşdırması zamanı Bərgüşad çayında onlar balıq ovu ilə məşğul olmadıqlarını, balıq tutmağın həmin çayda qadağan olunmasını bilmədiyini, inzibatı araşdırma ilə bağlı ona 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən heç bir məlumat verilmədiyini bildirsə də, məhkəmə araşdırması zamanı dindirilmiş şahid ifadələri, təqdim olunmuş fotoşəkillər və qəbzlərlə X6 inzibatı xəta törətməsi faktı tam sübuta yetirilmişdir. Belə ki, şahid qismində dindirilmiş polis əməkdaşı X16 və polis baş serjantı X18 ifadələrində, X6 və onun yanında olan iki nəfər qanunsuz olaraq sintetik tor vasitəsi ilə balıq ovu ilə məşğul olduqlarını və bu barədə video çəkilişdə qeydə alınmasını bildirmişlər. 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi tərəfindən təqdim olunmuş fotoşəkillətdən görünür ki, Zəngilan rayonu Ağalı kəndinin girişində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə ov etməyin (balıq və digər canlılar ) qadağan olması və cərimənin ***-**** manat olması barədə lövhə quraşdırılmışdır. Eyni zamanda X8 barəsində balıq ovu ilə bağlı araşdırma aparılması, protokol tərtib olunması ilə bağlı dəfələrlə məlumatlandırılmışdır. 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi tərəfindən təqdim olunmuş qəbzlərdən göründüyü kimi X7 2 oktyabr 2013-cü il tarixdə bildiriş göndərilmiş,18 oktyabrda protokol tərtib olunandan sonra 19 oktyabrda göndərilən göndərişi şəxsən xəbərnaməyə imza etməklə almışdır, 2 noyabrda bildiriş göndərilmiş, həmin məktubu qəbul etməkdən imtina etmiş, 13 noyabrda qərar qəbul olunmuş və müvafiq qərar icra edilməsi üçün 13 noyabr 2023-cü il tarixdə X7 göndərilmiş və iş materiallarında olan «poçt göndərişlərinin verilməsi haqqında» xəbərnamənin surətindən görünür ki, qərarın surətini X8 04 dekabr 2023-cü il tarixdə imza etməklə əldə etmişdir. İnzibati xəta haqqında qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə hansı müddətə şikayət vermə hüququ izah edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X6 şikayəti əsassızdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, X6 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 13 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 13 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayəti təmin edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №3(034)-53/2023
Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-53/2023
29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver