Məhkəmə qərarları › İş №3(034)-53/2024

Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-53/2024

09.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-53/2024 09.07.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X2, Zəngilan rayon prokurorluğunun müstəntiqi X4, X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozması barədə Zəngilan rayon prokurorluğundan daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli qərar üzrə inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün Zəngilan rayon prokurorluğu Zəngilan Rayon Məhkəməsinə müraciət etmişdir Zəngilan rayon prokurorluğu xx.xx.2024-cü il tarixli qərarını onunla əsaslandırmışdır ki, hüquqi şəxs Şəxs-onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi-direktor X5 tərəfindən MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün MMC-nin qanuni təmsilçisi səlahiyyətləri həyata keçirilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından, habelə bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı və tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yaranarsa əmək müqaviləsinin bağlanmasının məcburi olduğu halda həmin tələblər pozularaq, yəni, əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2 şəxs-Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü li tarixədək və Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixdən hal-hazıradək olan müddət ərzində Zəngilan rayonu ərazisində tikinti sahəsində usta kimi işlərin yerinə yetirilməsinə cəlb edilərək Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş əmək qanunvericiliyini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsi hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xətası törədildiyindən Azərbaycan Respublikası İXM-nin 192.1-cl maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Qeyd olunanlar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Şahid1, Şahid2 və Enis Sarıgülün izahatları, Şəxs MMC-nin rayon prokurorluğuna ünvanlanmış xx.xx.2024-cü il tarixli, 001 nömrəli məktubuna əlavə edilmiş sənədlər, “X3 Sistemin”-dən əldə edilmiş Zərərçəkmiş şəxs1 əmək müqaviləsi məlumatları sorğusu və 42-C-24 nömrəli araşdırma materialı üzrə qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar ilə təsdiq olunur. İş üzrə izahatı alınmış Zərərçəkmiş şəxs1 rayon prokurorluğuna verdiyi ilkin izahatda göstərmişdir ki, təxminən bir neçə aydır ki, adını xatırlamadığı şirkətdə əmək müqaviləsi əsasında usta kimi işləmişdir. xx.xx.2024-cü il tarixdən etibarən sözügedən şirkət tərəfindən Zəngilan rayonunun 76-cı kilometrinin yaxınlığında həyata keçirilən tikinti işləri ilə bağlı torpaq sürüşməsinin qarşısının alınması məqsədilə usta kimi yolun qırağına daş yerləşdirməklə işləməyə başlamışdır. Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə rayon prokurorluğuna verdiyi növbəti izahatında bildirmişdir ki, sonuncunun əmək müqaviləsinin xitam olunması ilə bağlı heç bir məlumatı olmamışdır. Şirkətin direktoru Türkiyə Respublikasının vətəndaşı Enis adlı şəxs fevral ayında Ağdam rayonundakı işlər yekunlaşdıqdan sonra Zəngilan rayonu ərazisində işlərin həyata keçirilməsi üçün Zərərçəkmiş şəxs1 da daxil olmaqla işçilərin xx.xx.2024-cü il tarixdə Ağalı kəndi ərazisinə gəlmələrini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 həmin şəxsin adını sonradan xatırlamışdır. Belə ki, görülən işlərə ümumi rəhbər kimi nəzarəti həyata keçirən şəxs sonuncunun işlədiyi şirkətin direktoru Türkiyə Respublikası vətəndaşı Enis adlı şəxsdir. Zərərçəkmiş şəxs1 Zəngilan rayonuna gəldikdən sonra şirkətdə işlərini görməyə davam etmiş, sonuncunun gördüyü işlərə nəzarət Şəxs şirkətində briqadir kimi işləyən Zərərçəkmiş şəxs2 tərəfindən həyata keçirilmişdir. Şəxs MMC ilə bağladığı subpodrat müqaviləsinə əsasən usta kimi işləyən Zərərçəkmiş şəxs2 rayon prokurorluğuna təqdim etdiyi izahatında göstərmişdir ki, Şəxs şirkətində, Zəngilan rayonu ərazisində 2023-cü ilin təxminən noyabr ayından usta vəzifəsində işləmişdir. xx.xx.2024-cü il tarixdən etibarən Zərərçəkmiş şəxs1 da Şəxs şirkətində işləmişdir. Zərərçəkmiş şəxs1 Zəngilan rayonu ərazisində gördüyü işlərə nəzarət Zərərçəkmiş şəxs2 tərəfindən həyata keçirilmiş, habelə işlə bağlı göstərişlər də sonuncu tərəfindən verilmişdir. Çox az işlədiyi üçün Zərərçəkmiş şəxs1 ilə hər hansı əmək müqaviləsi bağlanmamışdır. "xxxx" MMC ilə Şəxs MMC arasında bağlanan xidmət müqaviləsinə əsasən Şəxs MMC-yə mühasibatlıq xidməti göstərən Şahid2 rayon prokurorluğuna verdiyi izahatda göstərmişdir ki, təxminən 2023-cü ilin avqust ayından etibarən "xxxx" MMC-də mühasib vəzifəsində işləmişdir. "xxxx" MMC Şəxs MMC ilə aralarında bağlanan xidmət müqaviləsinə əsasən təxminən 2023-cü ilin aprel ayından etibarən Şəxs MMC üçün mühasibatlıq xidməti həyata keçirmişdir. Şəxs MMC-nin direktoru Enis Sarıgülün Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vərəqəsi olmadığından sonuncu xx.xx.2023-cü il tarixdə Şahid2 notarial qaydada təsdiq edilmiş etibarnamə vermişdir. Bu etibarnamə əsasında Şahid2 həm mühasibatlıq xidməti göstərmiş, həm də kadr işlərini, yəni Enis Sarıgülün göstərişlərinə əsasən işçilərlə əmək müqavilələrinin bağlanması və ya müqavilələrə xitam verilməsi fəaliyyətini həyata keçirmişdir.xx.xx.2024-cü il tarixdə Enis Sarıgül tərəfindən verilən notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında Şahid2 sözügedən şirkətin nümayəndəsi olaraq Enis Sarıgülün göstərişinə əsasən işçi Zərərçəkmiş şəxs1la əmək müqaviləsi bağlamışdır. xx.xx.2024-cü il tarixdə həmin əmək müqaviləsinə şirkətin direktoru Enis Sarıgülün göstərişi ilə verilən və Şahid2 tərəfindən imzalanan əmrə əsasən xitam verilmişdir. “Messar" MMC-nin direktoru Türkiyə Respublikası vətəndaşı Enis Sarıgül rayon prokurorluğuna verdiyi izahatda göstərmişdir ki, Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdən etibarən Enis Sarıgülün direktoru olduğu Şəxs MMC-də işləmişdir. Çox az işlədiyi üçün Zərərçəkmiş şəxs1la hər hansı əmək müqaviləsi bağlanmamışdır. Şəxs MMC iiə Zərərçəkmiş şəxs1 arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış, xx.xx.2024-cü il tarixdə şirkətin Ağdam rayonundakı işləri yekunlaşdığı üçün həmin əmək müqaviləsinə xitam verilmişdir. X17 İsayevin VÖEN-i olduğu üçün onunla əmək müqaviləsi bağlanmasına ehtiyac olmadığını fikirləşdiyi üçün sonuncu ilə əmək müqaviləsi bağlamamışdır. Şahid1 rayon prokurorluğuna Zərərçəkmiş şəxs2lə eyni məzmunlu izahat vermişdir. Şahid2 tərəfindən rayon prokurorluğuna təqdim edilən Azərbaycan Respublikası İqtisadiyyət Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2024-cü il tarixli, **********607700 nömrəli çıxarışından, Zərərçəkmiş şəxs1, Şahid2 və Enis Sarıgülün izahatlarından, Şəxs MMC tərəfindən rayon prokurorluğuna təqdim edilən sənədlərdən görünür ki, Türkiyə Respublikasının vətəndaşı X6 "xxxx" MMC-nin direktorudur (qanuni təmsilçisidir). Şəxs MMC-nin rayon prokurorluğuna ünvanlanmış xx.xx.2024-cü i! tarixli, 001 nömrəli məktubundan və “X3 Sistemin”-dən əldə edilmiş əmək müqaviləsi məlumatları sorğusundan görünür ki, Şəxs MMC ilə Zərərçəkmiş şəxs1 arasında bağlanan xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmiş, sonuncu hadisənin baş verdiyi tarixdə əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. xx.xx.2022-ci il tarixdə Şəxs MMC ilə Zərərçəkmiş şəxs2 arasında bağlanmış ME 001 nömrəli xidmət müqaviləsindən görünür ki, Şəxs MMC daş divar işçiliyi ilə bağlı xidmətlərin göstərilməsini sifariş verib Zərərçəkmiş şəxs2 Məhəmmədli oğluna razılaşdırılmış xidmət haqqı ödəməyi, sonuncu isə Şəxs MMC-nin sifarişinə əsasən həmin işlə bağlı xidmətləri icra etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2-3.4-cü maddəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqdığı halda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə Şəxs MMC ilə Zərərçəkmiş şəxs2 Məhəmmədəd oğlunun arasında bağlanmış ME 001 nömrəli xidmət müqaviləsi Azərbaycan Respublikası əmək qanunvericiliyinin normalarının pozulması ilə bağlanılmış müqavilə olduğundan, əsassız hesab edilir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların rayon prokurorluğu tərəfindən 42-C-24 nömrəli material üzrə aparılmış araşdırma nəticəsində aşkar edilməsidir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas Azərbaycan Respublikası İXM-nin maddəsi ilə nəzərdə tutulmuş xətanın əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanında 5.4-cü bəndinə əsasən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən baxıldığı göstərilsə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, həmin Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hai istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 42-C-24 nömrəli araşdırma materialı üzrə qəbul edilən cinayət işi başlanmasının rədd ediiməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 aldığı xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər qrupundan olmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaratmır. Odur ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmalı və baxılması üçün aidiyyəti üzrə Zəngilan Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən Zəngilan rayon prokurorluğunun müstəntiqi X8 bildirmişdir ki, hüquqi şəxs Şəxs MMC əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iki nəfər şəxs Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, Zərərçəkmiş şəxs2 isə xx.xx.2023-cü il tarixdən hazırki tarixədək Zəngilan rayon ərazisində tikinti sahəsində usta kimi işlərin yerinə yetirilməsinə cəlb edərək Azərbaycan Respublikası İXM 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş əmək qanunvericiliyinin tələblərini pozaraq əmək müqaviləsi olmadan işçiləri işləməyə cəlb etmiş, bununla da inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2-3.4-cü maddəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandığı halda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab olunur və onların mülki müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Mülki müqavilənin bağlanması inzibati məsuliyyətdən azad etmir. Məhkəmə iclasında iştirak etmiş Zəngilan rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X11 izahatında bildirmişdir ki, «Messar” MMC əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iki şəxs-Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və Zərərçəkmiş şəxs2 isə xx.xx.2023-cü il tarixdən hal-hazıradək olan müddət ərzində Zəngilan rayonu ərazisində tikinti sahəsində usta kimi işlərin yerinə yetirilməsinə cəlb edilərək Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş əmək qanunvericiliyini pozaraq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsi hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi inzibati xətası törədildiyindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 xəsarət alması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olmuşdur. Araşdırma zamanı şəxsin hər-hansı bir əmək müqaviləsi olmadığı, lakin ilk öncə verdiyi məlumatda iş zamanı xəsarət aldığı, daha sonra isə qeyri iş saatında xəsarət aldığı müəyyən edilmişdir. Bundan əlavə izahatında daş vurulması üçün müraciət olunan briqadir kimi əvvəl özünü təqdim edən Zərərçəkmiş şəxs2 izahatı alınan zaman şəxsin əmək müqaviləsi əsasında yox, mülki müqavilə əsasında işlədiyi müəyyən olunmuşdur. Hər iki şəxsin Əmək Məcəlləsinin 7-ci maddəsində nəzərdə tutulan əmək müqaviləsi qüvvəyə minmədən elektron imza ilə bildiriş imzalamadan hər iki şəxs müəyyən işlərin görülməsinə cəlb edilmiş inzibati xətanın törədilməsi əsasında inzibati məsuliyyət təyin edilmişdir. Əmək Məcəlləsinin 7-ci maddəsində nəzərdə tutulmuşdur ki, şirkətin əsas fəaliyyət sahəsi nədirsə fiziki şəxs, vəzifəli şəxs işlərin görülməsinə cəlb edilirsə həmin şəxslə əmək müqaviləsinin bağlanması mütləqdir. Mülki müqavilələr bu kimi münasibətlərdə əsassızdır. Podrat müqaviləsi əmək müqaviləsi deyil, mülki müqavilədir. Zərərçəkmiş şəxs2 VÖEN-i var, şəxs özü ilə əmək müqaviləsi bağlaya bilməz, amma hər-hansı bir şəxslə bağlaya bilər. Əgər Zərərçəkmiş şəxs2 əmək müqaviləsi bağlayıb hər-hansı bir şəxsi işə cəlb etsə idi, onlar onu inzibati məsuliyyətə cəlb edə bilməzdilər. İzahatlardan da, göründüyü kimi şəxs orda briqadir kimi fəaliyyət göstərir. Zərərçəkmiş şəxs1la sınaq müddəti Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmamış, Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanmalıdır. Şəxsin verdiyi izahatlarda əmək müqaviləsinə xitam verilməsindən ümumiyyətlə xəbəri olmamışdır. Podrat müqaviləsi bağlamaqda hər hansı bir məhdudiyyət yoxdur. Podrat müqaviləsində tikinti sahəsində kimisə işlədə bilməz. Podrat müqaviləsi bağlayan şəxs həmin şəxslərlə əmək müqaviləsi bağlayıb iş görtürə bilər. VÖEN olan şəxslə podrat müqaviləsi bağlana bilər. Araşdırma onun tərəfindən aparılmış, amma izahatı xidməti zərurəti ilə əlaqədar olaraq o, olmadığından prokurorluğun başqa əməkdaşı almışdır. Məhkəmə iclsında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X6 izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs1 qeyri iş vaxtı zamanı yüngül xəsarət almışdır. Aslan onlarda sınaq müddəti ilə 10 gün işə cəlb olunmuş, səhhəti ilə bağlı işləyə bilməmişdir. Zərərçəkmiş şəxs2 isə podratçıdır və onun VÖEN-i var. Mühasiblər bildirmişlər ki, Hakim əmək müqaviləsi bağlayarsa ona problem olar, çünki onun VÖEN-i var. Qarabağ bölgəsində işçilər 10 gün sınaq müddəti ilə işə götürülür, əgər işçi işlə tanış olub işləyə bilərsə əmək müqaviləsi bağlanılır. Aslan onlarda iki gündən artıq işləyə bilmədiyi üçün onunla əmək müqaviləsi bağlanmamışdır. Aslanın verdiyi ifadəyə görə bir gün işə çıxmış, sonra səhətti ilə əlaqədar işləyə bilməmişdir. xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək Aslan tikinti sahəsində olmuş, amma işləməmişdir. Aslanın təzyiqi olduğu üçün işləyə bilməmişdir. Onlarda iş ağırdır, belə ki, dağları partladıb divarlar düzəldirlər. Hakim podratçı kimi işlərin başında durmuş, işçilərə nəzarət etmişdir. Hakim əvvəllərdə onlarda işləmiş, lakin bu ildən podratçı kimi işləməyə başlamışdır. Hakim əvvəllər onların işçiləri olduğu üçün özünü usta kimi təqdim etmişdir. Hakim yaxşı işçi olduğu üçün briqadir, sonradan isə podratçı olmuşdur. Hakim ilə bu ilin əvvəlindən podratçı kimi işləyirlər. Onlara işə işçi lazım olduqda Hakim gətirir. Zərərçəkmiş şəxs2 3-4 işçisi var, onlarla əmək müqaviləsi bağlayır. Aslan sınaq müddətinə işə götürüldüyü üçün əmək müqaviləsi bağlanmamışdır. Zərərçəkmiş şəxs2 izahatında usta olduğunu bildirmiş, əvvəllər usta kimi işlədiyi üçün elə demişdir. Prokurorluqda ifadə verərkən o, Zərərçəkmiş şəxs1 sınaq müddəti ilə işlədiyini bildirmiş, amma orda az müddətdə işləməsi kimi qeyd edilmişdir. Ona izahatını tam oxumamışlar, o, vəkil tələb etdikdə imza etməsini, əgər problem olarsa vəkil gələr yenidən araşdıracaqlarını bildirmişlər. Ondan prokurorluqda verdiyi izahatı Anar Mahmudov deyil, başqa şəxs almışdır. Zərərçəkmiş şəxs2lə müqaviləri var və onlarda podratçı kimi işləyir. Zərərçəkmiş şəxs1 da sınaq müddəti ilə, amma prokurorluq sınaq müddəti deyil, az işlədi deyə qeyd etmiş, az müddətdə işləmək normal işləmək deməkdir, sınaq müddətində isə işlərlə tanış olmaq deməkdir. Zərərçəkmiş şəxs1 təzyiqi qalxdığına görə bir gün də tam işləməmişdir. Məhkəmədən isə işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid Zərərçəkmiş şəxs2 izahatında bildirmişdir ki, Şəxs MMC-nin direktoru ilə heç bir qohumluq əlaqəsi, düşmənçiliyi yoxdur. Şəxs MMC-də podrat müqaviləsi əsasında işləyir. 6 ay olar ki, Şəxs MMC-də işləyir. Aslan Oğuz rayonundan onlarla işləmək üçün gəlmişdir. İşçini işə götürmədən öncə işlə tanış olması üçün sınaq müddəti verirlər. Orda işçilərə necə işləmək lazımdır onları göstərir. Aslan işlə tanlş olmuş, lakin işləyə bilməyəcəyini, o da bir gün qalmasını, bəlkə işləyə bildin demiş, lakin səhərisi gün Aslanın halı pisləşmiş, onu həkimə aparmış və həkim yüksək təzyiqi olduğundan ona işləmək olmaz demişdir. Ayın 26-sı Aslan işləyə bilmiyəcəyini və evə qayıtmaq istəməsini bildirmişdir. Sonra Aslan ona zəng edərək Oğuzda xəstəxanada olmasını, kəklikotu yığmağa çıxmasını və yıxılaraq ayağından xəsarət almasını bildirmişdir. Prokurorluqdan onu çağırmışlar və işin gedişatının necə olmasını onlara bildirmişdir. Onlar 4-5 gün ərzində sınaq müddəti ilə işçini işə götürürlər. Demək olar ki, hər dəfə 30-a yaxın işçi gəlir, 10 gün müddətində işlə tanış olur, əgər işləyə bilərsə işçi ilə müqavilə bağlayırlar. Hər gün işçilərin formada olmalarına, əlcək taxmalarına nəzarət olnur və yoxlanılır. Əgər işçinin forması olmadan işləyərsə cərimə tətbiq olunur. Aslanı işlə tanış edib aşağı düşmüş, orda işçilərdən biri onu çağıraraq Aslanın rənginin ağappaq olmasını bildirmiş, o, da Aslanı həkimə aparmış, yoxlama zamanı həkim Aslanın yüksək təyziqi olmasını və burda saxlayacağını demişdir. O, podrat müqavilə əsasında baş usta kimi işləyir. O, şirkətlə 3 illik müqavilə bağlamışdır. Podrat müqaviləsi üzrə Baş şirkətdən Enis bəyə nə göstəriş versələr onun göstərişi ilə işləri o, yerinə yetirir. Onun öz adına VÖEN-i var. Şirkətin işlərini görmək üçün VÖEN almışdır. 8-9 nəfər işçisi var və onlarla müqavilə əsasında işləyirlər. İşə o, rəhbərlik edir. Prokurorluqda izahatı ondan başqa şəxs almış, kompyuterdə izhatı yazıb ona qol çıkdirmişlər. Prokurorluqda verdiyi izahatda yalnış yazılmış, əmək müqaviləsi deyil, podrat müqaviləsini demişdir. Prokurorluqda verdiyi izahatda qeyd olunan bəzi sözləri o, deməmişdir. Məhkəmə iclasında iştirak edən şahid Zərərçəkmiş şəxs1 izahatında bildirmişdir ki, Şəxs MMC-nin direktoru ilə heç bir qohumluq əlaqəsi və düşmənçiliyi yoxdur. Bu ilin fevral ayından Şəxs MMC-də Ağdam rayonunda işləmişdir. Fevral ayında Ağdamda iş qutardıqdan sonra Zəngilanda iş olacağını və onda ona məlumat verəcəklərini bildirmişlər. Aprel ayında ona Zəngilanda işin olmasını bildirmişlər və o, da aprel ayının sonu Zəngilana getmişdir. Ona Zəngilanda sınaq müddəti vermişlər. O, Zəngilanda təxmini 4-5 gün olmuşdur. Səhəttində problem yarandığından və işləyə bilmədiyindən onunla əmək müqaviləsi bağlanmamışdır. İşçi işə götürülən zaman sınaq müddəti verilir, işlə tanış olur, daha sonra əmək müqaviləsi bağlanılır. Aprel ayının 24-də Zəngilana getmiş, həmin ayın 29-da evə qayıtmışdır. Onun işi orda daş düzmək olmuşdur. İşə çəxdığı birinci gün təzyiqi qalxdığından işləyə bilməmişdir.1- 2 gün qalmışdır ki, təzyiqi düzələrsə işləyə biləcək, amma səhəti pisləşdiyindən işləyə bilməmişdir. O, prokurorluqda izahat verərkən Ağdamda müqaviləsinin olmasını, Zəngilanda isə müqavilə bağlamdığını bildirmişdir. Prokurorluqda izahat verərkən bildirmişdir ki, işdən çıxmaması ilə bağlı ərizə yazmamışdır. Ağdamda işləri təxmini fevral ayı olardı ki, bitirmişdir. O, Ağdamda işləyən zaman maaş almış, amma Zəngilanda işləmədiyinə görə maaş almamışdır. İş materiallarında olan və Zəngilan rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X11 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərardan aydın olur ki, 42-C-24 nömrəli material üzrə cinayət işinin başlaması rədd edilmşdir. İş materiallarında olan və Zəngilan rayon prokuroru Qibləli Kərimov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarından görünür ki, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və qərarın aidiyyəti üzrə baxılması üçün Zəngilan Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Şəxs ilə Zərərçəkmiş şəxs1 arasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 ay 1 gün müddətinə əmək müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Şəxs ilə Zərərçəkmiş şəxs1 arasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müddətli olaraq usta kimi işə cəlb edilmiş və əmək haqqısı 345 manat təşkil etmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 26/02 nömrəli əmrdən və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən aydın olur ki, Şəxs ilə Zərərçəkmiş şəxs1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023cü il tarixli, 30/11 nömrəli əmrdən görünür ki, Şəxs ilə Zərərçəkmiş şəxs2 arasında bağlanmış xxxxxxx000500 nömrəli əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024cü il tarixli, xx.xx.2024 nömrəli əmrdən görünür ki, Şəxs ilə Zərərçəkmiş şəxs2 arasında bağlanmış xxxxxxx000600 nömrəli əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs direktoru Enis Sarıgül ilə Zərərçəkmiş şəxs2 arasında ME 001 nömrəli subpodratın müqaviləsi bağlanmışdır. İş materiallarında olan Şəxs ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2023-cü il tarixli mühasibatlıq xidmətlərinin göstərilməsi haqqında 1204/23 RGR-MSR nömrəli müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 228080 nömrəli etibarnamənin surətindən görünür ki, Şəxs direktoru Enis Sarıgül tərəfindən Şahid2 adından bir çox işlərin həyata keçirilməsi üçün bir il müddətinə, yəni xx.xx.2024-cü il tarixədək etibarnamə verilmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini dinləyərək, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, hüquqi şəxs Şəxs hərəkətlərində inzibati xətanın tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1 və 76.2 -ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinin (d) bəndində qeyd edilmişdir ki, podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə bu Məcəllə şamil edilmir. Həmin Məcəllənin 7.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 7-ci maddəsinin 2- 1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 7.2-3.4-cü maddəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü li tarixədək və Zərərçəkmiş şəxs2 isə xx.xx.2023-cü il tarixdən hal-hazıradək olan müddət ərzində Zəngilan rayonu ərazisində tikinti sahəsində usta kimi işlərin yerinə yetirilməsinə cəlb etməsi və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş əmək qanunvericiliyinin tələblərini pozması ilə bağlı Zəngilan rayon prokurorluğu tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Şəxs tərəfindən Qarabağ bölgəsində işə cəlb edilən işçilər ilk olaraq görəcəkləri işlərlə tanış olur, işin öhdəsindən gələ biləcəkləri halda onlarla əmək müqaviləsi bağlanılır. Zərərçəkmiş şəxs1 da Şəxs tərəfindən bu ilin aprel ayında Zəngilanda aparılan tikinti işlərinə cəlb edilmiş, o, işlə tanış edilmiş, lakin Zərərçəkmiş şəxs1 səhəttində müəyyən problemlər yaşadığından işləyə bilməmiş, 4-5 gün səhhətində olan problemlərin düzələcəyini ümid etsə də, bu mümkün olmamış və o, yaşadığı rayona geri qayıtmalı olmuşdur. Zəngilanda cəmi bir gün işlə tanış olmuş, işləmədiyi üçün də onunla əmək müqaviləsi bağlanmamışdır. Zərərçəkmiş şəxs2 isə Şəxs ilə aralarında bağlanmış ME 001 nömrəli subpodratın müqaviləsi əsasında işə cəlb edilmişdir. Subpodrat müqaviləsinin şərtlərinə görə Zərərçəkmiş şəxs2 (subpodratçı-fərdi sahibkar) sifarişçinin göstərdiyi şəkildə və bölgələrdə Daş Divar işçiliyinin görülməsi olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 1994-cü il tarixli 228 nömrəli qərarı ilə təsdiq edilmiş “Əsas tikintidə podrat müqavilələri haqqında Qaydalar”-a əsasən mülkiyyət formasından asıllı olmayaraq tikinti-quraşdırma, layihə-tikinti və başqa təşkilat və ya müəssisələr, həmçinin tikintinin yerinə yetirilməsində iştirak edən ayrı-ayrı fiziki və hüquqi şəxslər və yaxud öz üzərlərinə işlərin koordinasiya edilməsi funksiyasını götürmüş vasitəçi təşkilatlar Podratçı ola bilərlər.Tikinti-quraşdırma işlərinin bir hissəsinin yerinə yetirilməsi üçün əgər müqavilədə işin yalnız podratçı tərəfindən yerinə yetirilməsi nəzərdə tutulmamışsa Podratçı, başqa subpodrat təşkilatları cəlb edə bilər. Zərərçəkmiş şəxs2 Şəxs MMC-də yerinə yetirdiyi işlər podrat müqaviləsindən əmələ gələn subpodrat müqaviləsi olduğundan və podrat müqaviləsi Əmək Məcəlləsinin 6-cı maddəsinin (d) bəndində qeyd edildiyi kimi əmək Məcəlləsi ilə tənzimlənmədiyindən məhkəmə hesab edir ki, Şəxs tərəfindən əmək qanunvericilyinin tələbləri pozulmamışdır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Zəngilan rayon prokurorluğunda xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 xəsarət alması ilə bağlı araşdırma aparılması zamanı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əmək müqavilələri olmadığından araşdırma aparılmışdır. Bu faktla bağlı araşdırma aparılması və tərəflərin izahatlarının alınması prokurorluğun bir əməkdaşı tərəfindən aparıldığı halda, qanunvericiliyin tələblərinə zidd olaraq bütün izahatlar prokurorluğun digər bir əməkdaşı Anar Mahmudov tərəfindən imzalanmışdır. X6 prokurorluqda izahatının alındığı zaman vəkil dəvət edəcəyini bildirəndə izahatını tam oxumadan izahatı imzalamağını tələb etmişlər ki, o da məcbur olub imzalamışdır. Bununla da, Şəxs direktoru X2 müdafiə hüququ da pozulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53,114-114, 128,129,130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar