Məhkəmə qərarları › İş №3(034)-6/2023

Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-6/2023

18.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-6/2023 18.04.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Zəngilan rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozması ilə əlaqədar Zəngilan rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 09 mart 2023-cü il tarixli qərar üzrə inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün Zəngilan rayon prokurorluğu məhkəməyə müraciət etmişdir. Zəngilan rayon prokurorluğu inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 09 mart 2023-cü il tarixli qərarın onunla əsaslandırmışdır ki, fakta görə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Baş prokurorunun müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri X6 tərəfindən Azərbaycan Respublikasının CM-nin 308.1 və 162- 1.1-ci maddələri ilə cinayət işi başlanılmış və ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Siyəzən rayon prokurorluğuna göndərilmiş, xx.xx.2022-ci il tarixli cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərara əsasən cinayət işi Zəngilan rayon prokurorluğuna göndərilmişdir. xx.xx.2022-ci il tarixdə rayon prokurorluğuna daxil olmuş cinayət işinin istintaqı zamanı Şəxs MMC (işə götürən) tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 9 nəfər işçinin hər hansı işlərin (xidmətlərin) yerinə edrilməsinə cəlb edilməsi faktında Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən inzibati xəta haqqında iş üzrə icraatın başlanması məqsədəmüvafiq hesab edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb Şəxs MMC (işə götürən) tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 9 nəfər işçinin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, əsas isə qeyd edilən hərəkətdə inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmamasıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs xx.xx.2019-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyata alınmış, qanuni təmsilçisi X8 olan Şəxs X1 (dövlət qeydiyyat nömrəsi (VÖEN): **********).İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxslər:xx.xx.1986-cı il tarixdə İsmayıllı rayonu, Təzəkənd kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, İsmayıllı rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Yeniqala qəsəbəsi ünvanda yaşayan Zərərçəkmiş şəxs3 (şəxsiyyətini təsdiq edən sənəd AA*******),xx.xx.1978-ci il tarixdə Laçın rayonu, Nağdalı kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Laçın rayonu, Nağdalı kəndində qeydiyyatda olmaqla, hazırda faktiki olaraq Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 (şəxsiyyət vəsiqəsini təsdiq edən sənəd AZE********), xx.xx.1957-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdəi əməklə məşğul olan, Mingəçevir şəhəri, İzolit zavodunun yardımçı təsərrüfatında qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs9 (şəxsiyyətini təsdiq edən sənəd AZE0*******),xx.xx.1970-ci il tarixdə Qax rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, hazırda Şəki rayonu, Çeşməli kəndində traktor sürücüsü kimi işləyən, Şəki rayonu, Çeşməli kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs8 (şəxsiyyətini təsdiq edən sənəd - AA*******), xx.xx.1965-ci il təvəllüdlü, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, “Özgül” şirkətində sürücü vəzifəsində işləyən, Şəmkir rayonu, Çinarlı qəsəbəsində qevdiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs4 (şəxsiyyətini təsdiq edən sənəd - AZE********), xx.xx.1961-ci il tarixdə Laçın rayonu, Şam kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan Laçın rayonu, Şam kəndində qeydiyyatda olmaqla, Tərtər rayonu, Seydimli kəndində yaşayan Zərərçəkmiş şəxs5 Qənbər oğlu ( şəxsiyyətini təsdiq edən sənəd AZE0*******), xx.xx.1971 -ci il tarixdə Kəlbəcər rayonu, İstisu qəsəbəsində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də iş icraçısı işləyən, Kəlbəcər rayonu, Zivel kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri, Gülüstan qəsəbəsi yeni yaşayış massivində yaşayan Zərərçəkmiş şəxs7 (şəxsiyyətini təsdiq edən sənəd - AA*******), xx.xx.1982-ci il tarixdə Ağcabədi rayonu, Arasbar kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağcabədi rayonu, Arasbar kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs6 (şəxsiyyətini təsdiq edən sənəd AZE********),xx.xx.1966-cı il tarixdə Kəlbəcər rayonu, Mişni kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Kəlbəcər rayonu, Mişni kəndində qeydiyyatda olmaqla, Samux rayonu, Qarabağlar kəndində yaşayan Zərərçəkmiş şəxs2dur (şəxsiyyətini təsdiq edən sənəd AZE********). Həmin cinayət işi üzrə aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Şəxs MMC (işə götürən) tərəfindən 2021-ci ilin fevralsentyabr aylarında Siyəzən rayonu ərazisində aparılan yol-tikinti işləri ilə əlaqədar olaraq 14 nəfər, 2021-ci ilin noyabr ayından 2022-ci ilin aprel ayına qədər Zəngilan rayonu ərazisində yol-tikinti işləri ilə əlaqədar olaraq 9 nəfər şəxs əmək müqaviləsi imzalanmadan əmək fəaliyyətinə cəlb edilmişdir. Siyəzən rayonu ərazisində aparılan yol-tikinti işləri ilə Zəngilan rayonu ərazisində aparılan yol-tikinti işlərinin arasında 2 ay müddət aralığının olması, həmin tikintidə işləyən şəxslərin fərqli şəxslər olması, Şəxs MMC-nin Siyəzən rayonu ərazisində yol-tikinti işlərini apardığı müddətdə 2 ay müddət sonra Zəngilan rayonu ərazisində yol-tikinti işlərinin aparacağından xəbərsiz olması, hərəkətlərdə vahid niyyətin olmadığını göstərir. Buna görə də, Şəxs MMC (işə götürən) tərəfindən Zəngilan rayonu ərazisində əmək müqaviləsi olmadan əmək fəaliyyətinə cəlb edilmiş şəxslərin sayı 10 nəfərdən az olduğu üçün, qeyd olunan hərəkət nəticəsində Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi Kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin xidmətlərin) yerinə yetirilməsinə cəld edilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranmasına səbəb olur. Beləliklə, Şəxs MMC (işə götürən) tərəfindən 2021-ci ilin noyabr ayından 2022-ci ilin aprel ayına qədər Zəngilan rayonu ərazisində yol-tikinti işləri ilə əlaqədar olaraq 9 nəfər şəxsin əmək müqaviləsi imzalanmadan əmək fəaliyyətinə cəlb edilməsi nəticəsində Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanında 5.4-cü bəndinə əsasən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən baxıldığı göstərilsə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, həmin Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Buna görə də, Şəxs MMC tərəfindən 2021-ci ilin noyabr ayından 2022-ci ilin aprel ayına qədərki dövr ərzində Zəngilan rayonu ərazisində yol-tikinti işləri ilə əlaqədar olaraq 9 nəfər şəxsin onlarla əmək müqaviləsi imzalanmadan əmək fəaliyyətinə cəlb edilməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri olduğundan, həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və qərarın baxılması üçün adiyyəti üzrə Zəngilan Rayon Məhkəməsinə göndərilməsi məqsədəmüvafiq sayılmışdır.. Məhkəmə iclasında iştirak edən Zəngilan rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor X4 izahatında qərarı müdafiə edərək bildirmişdir ki, X8 Şəxs MMC-nin rəhbəri olaraq Zəngilan rayonu ərazisində aparılan tikinti işləri zamanı 9 nəfər şəxsi əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Bununla da İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş tələbi pozmuşdur. Hadisə 2021-ci ilin noyabr ayından 2022ci ilin mart-aprel ayına qədər olmuşdur. Hadisə cinayət işi ilə bağlıdır. Siyəzən rayonu ərazisində 10 nəfərdən çox adam işlətmiş, cinayət işi açılmışdır. Zəngilanda cinayət işi ilə bağlı 10 nəfər yığılmadığına görə 9 nəfər olmuşdur. 9 nəfərin ifadələri var və üzləşdirmə aparılmışdır. Bu işlə bağlı Siyəzən rayon ərazisində cinayət işidə var. 9 nəfər zərərçəkmiş şəxs var. Hadisə 2022-ci ilin iyul ayında aşkar olunmuşdur. Araşdırma əvvəl Siyəzəndə aparılmış, sonradan aidiyyatə görə Zəngilana göndərilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, Şəxs direktoru ona «sən Şəxs yox, “Cənub Nəqliyyat“ Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisisən” deyilmişdir. Amma Zərərçəkmiş şəxs3 bu məsələyə aydınlıq gətirərək Şəxs Məhdud Msuliyyətli Cəmiyyətinin işçisi olmasını bildirmişdir. İlqamı işə götürüləndə onunla əmək müqaviləsi bağlanacağı deyilmişdir. Lakin sonradan o, bir neçə dəfə əmək müqaviləsinin surətini istəmiş, ona verəcəklər demişlər. Əmək müqaviləsi ona veriləndə görmüşür ki, o, “Cənub Nəqliyyat“ Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisidir. Bununla bağlı soruşduqda ona «nə fərqi var, hansı şirkətdir, əsas odur ki, işləyib maaş alırsan» bildirmişlər. İşə düzələrkən İlqamın «Cənub Nəqliyyat “ Məhdud Məsuliyyətli Cəmiyyəti haqqında heç bir məlumatı olmamışdır. Sonda prokurorluğun nümayəndəsi məhkəmədən Şəxs barəsində tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs dəfələrlə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliyin tələblərinə uyğun olaraq lazımı qaydada xəbərdar edilsə də, nümayəndəsi heç bir üzürlü səbəb göstərməndən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs Məhdud Msuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tədqiq olunan sübutlarla, o, cümlədən işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan Zəngilan rayon prokuroru Qibləli Kərimovun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 09 mart 2023-cü il tarixli qərarından görünür ki, Şəxs Məhdud Msuliyyətli Cəmiyyəti (işə götürən) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın baxılması üçün adiyyəti üzrə Zəngilan Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxslərin dindirilməsi haqqında protokolardan görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Əhlimyət oğlu, X3, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9 verdikləri izahatlarında Şəxs Məhdud Msuliyyətli Cəmiyyətinin direktoru Qurban Əliyevdən şikayətçi olmalarını, onlara vurulmuş ziyanın və pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etmişlər. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin xx.xx.2022-ci il tarixli **********2 nömrəli məktubundan görünür ki, Şəxs Məhdud Msuliyyətli Cəmiyyəti tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə əmək müqaviləsi bildirişlər daxil edilməmişdir. Şəxs Məhdud Msuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İXM-nin 192.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmələri tədqiq olunan sübutlarla, o, cümlədən inzibati xəta törətmiş şəxslərin izahatları və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarını dinləyib, hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs 2021-ci ilin fevral-sentyabr aylarında Siyəzən rayonu ərazisində aparılan yol-tikinti işləri ilə əlaqədar olaraq 14 nəfər, 2021-ci ilin noyabr ayından 2022-ci ilin aprel ayına kimi isə Zəngilan rayonu ərazisində yol-tikinti işləri ilə əlaqədar olaraq 9 nəfər şəxslə əmək müqaviləsi imzalanmadan həmin şəxsləri əmək fəaliyyətinə cəlb edilmiş, bununla da Şəxs əmək qanunvericiliyinin tələblərini pozmuşdur. Şəxs MMC Zəngilan rayonu ərazisində əmək müqaviləsi olmadan əmək fəaliyyətinə cəlb edilmiş şəxslərin sayı 10 nəfərdən az olduğundan və zərərçəkmiş şəxslərlə əmək müqaviləsi bağlamadan onları müxtəlif işlərə cəlb etdiyindən Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsi faktı Zəngilan rayon prokurorluğunda araşdırma aparılarkən izahatları alınmış şəxslər tam təsdiq etmişlər. Yəni həmin şəxslərə onlara əmək müqaviləsi bağlanılacağı billdirilsə də, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən buna əməl edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinin tələbinə görə Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, işin hallarını nəzərə alıb hesab edir ki, «Turanyol Group” Məhdud Msuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-nin 192.2-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 12-13, 31,32- 33,40,43.1,48-50-ci və 106-115-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 22000 (iyirmi iki min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar