Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 3(034)-68/2025 25.07.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Şikayətçi «Kalyon RSY X12 Ticari İşlemesi» Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Ali Durdunun nümayəndəsi X1, Şikayətçi «Kalyon RSY X12 Ticari İşlemesi» Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Ali Durdunun vəkili X2, Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətnin nümayəndəsi X6 iştirakları ilə, «Kalyon RSY X12 Ticari İşlemesi» Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Ali Durdu tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Qarabağ regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: «Kalyon RSY X12 Ticari İşlemesi» Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Ali Durdu şikayətlə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Ənalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Qarabağ Regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-4233/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə inzibati xəta hadisəsi Zəngilan rayonun ərazisində törədildiyindən şikayət və ona əlavə edilmiş sənədlər adiyyəti üzrə baxılması üçün Zəngilan Rayon Məhkəməsinə göndərilmişdir. Ali Durdu şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Qarabağ Regional şöbəsi tərəfindən barəsində xx.xx.2025-ci il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında verilmiş qərarı aşağıdakılara görə ləğv edilməlidir. xx.xx.2025-ci il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarda qeyd edilmişdir ki, “Kalyon RSY X12 Ticari İşletmesi” Şirkətinin işçisi X3 xx.xx.2025-ci il tarixində saat 20:30 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə zamanı tələb olunan çeşiddə fərdi mühafizə vasitələri təmin olunmamasına görə onu İnzibati Xətalar Məcəlləsinin 198.1.6-cı maddəsinə əsasən təqsirli bilərək, həmin Məcəllənin 114.1.1-ci maddəsinə əsasən, 1000 manat məbləğində cərimə tətbiq etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin xx.xx.2025ci il tarixli 3- 17-5/3-2-441/2025 nömrəli əmri ilə təyin edilmiş komissiya tərəfindən "Kalyon RSY X12 Ticari İşletmesi" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının avtonəqliyyat vasitələri üzrə çilingəri X3 xx.xx.2025-ci il tarixdə saat 12:30 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə ilə bağlı təhqiqat aparılmış və tədqiqatın nəticəsi olaraq akt tərtib olunmuşdur. Qeyd olunan təhqiqat aktının 4-cü bölməsində “Bədbəxt hadisənin səbəbləri” aşağıdakılar göstərilmişdir. Filianın rəhbərliyi tərəfindən təsdiq edilmiş “Avtonəqliyyat vasitələri üzrə çilingərinin vəzifə təlimatı»nın “ Vəzifə öhdəlikləri” bölməsinin 2.7-ci bəndinin (Avtonəqliyyat vasitələri üzrə çilingərin əməyin mühafizəsi üzrə vəzifələri) 2-ci hissəsinin ( əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra etmək, həyat üçün təhlükəli mənbələrdə iş görməmək) tələblərinə riayət edilməməsi”, həmin aktın 6.1 -ci bəndində qeyd edilmişdir ki, bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4-cü bölməsinə əsasən "Kalyon RSY X12 Ticari İşletmesi" Şirkətinin Azərbaycan Respublikasındakı filialının avtonəqliyyat vasitələri üzrə çilingəri X3 ehtiyatsızlığı müəyyən edilsin.” Beləliklə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Qarabağ Regional şöbəsi tərəfindən aparılan təhqiqat nəticəsində müəyyən edilmişdir ki, bədbəxt hadisənin baş vermə səbəbi, işəgötürənin tələb olunan çeşiddə fərdi mühafizə vasitələri təmin olunmaması deyil, işçinin özünün öz vəzifələrinin düzgün icra olunmaması qeyd edilmişdir. Eyni zamanda bədbəxt hadisə ilə bağlı X10 il oğlunun ehtiyatsızlığı müəyyən edilmişdir. Bununla yanaşı, X7 işəgötürən tərəfindən xx.xx.2024-cü il tarixində tələb olunan çeşiddə fərdi mühafizə vasitələri ilə təmin olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, onun əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iclasında iştirak edən şikayətçi «Kalyon RSY X12 Ticari İşlemesi» Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Ali Durdunun vəkili X4 vəsatətlə məhkəməyə müraciət edərək, məhkəmənin icraatında olan 3(034)-68/2025 nömrəli inzibati xəta haqqında işin baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş vermiş və vəsatəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Qarabağ Regional şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında qeyd edilmişdir ki, “Kalyon RSY X12 Ticari İşletmesi” Şirkətinin işçisi X3 xx.xx.2025-ci il tarixində saat 20:30 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə zamanı tələb olunan çeşiddə fərdi mühafizə vasitələri təmin olunmamasına görə X14 Xətalar Məcəlləsinin 198.1.6-cı maddəsinə əsasən təqsirli bilənərək, həmin Məcəllənin 114.1.1-ci maddəsinə əsasən, 1000 manat məbləğində cərimə tətbiq edilmişdir. Qeyd olunan qərardan şikayət Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsinə baxmayaraq, baxılması üçün Zəngilan Rayon Məhkəməsinə göndərilmişdir. Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş DYİ ******* saylı “Daimi Yaşamaq üçün İcazə vərəqəsinə” əsasən, Ali Durdunun daimi yaşayış ünvanı Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi, 132-ci keçid, 1-ci döngə, ev 253-dir. Bununla yanaşı Ali Durdu barəsində bundan əvvəl də analoji inzibati xəta haqqında işlər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmışdır. (Qeyd olunan qərarlar vəsatətə əlavə edilmişdir).Ona görə də aidiyyətin dəqiq müəyyən olunmasından ötrü işin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə işin materiallarını, verilmiş vəsatəti nəzərdən keçirib hesab edir ki, iş üzrə ərazi adiyyəti mübahisələndirildiyindən inzibati iş üzrə bütün materiallar aidiyyət məsələsinə aydınlıq gətirilməsindən ötrü Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 129.1.3 maddəsinin tələblərinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət-şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəmələrinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İş materiallarından da göründüyü kimi şikayət verən «Kalyon RSY X12 Ticari İşlemesi» Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Ali Durdunun daimi yaşayış ünvanı Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi, 132-ci keçid, 1-ci döngə, ev 253 ünvandır və şikayətçi onun şikayətinə Zəngilan rayon Məhkəməsində baxılmasına dair vəsatət də verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası İXM-nin 129.1.3 maddəsinə dəyişiklik edilməsi barədə qanun qanuni qüvvəsini almadığını nəzərə alıb hesab edir ki, şikayətçi «Kalyon RSY X12 Ticari İşlemesi» Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Ali Durdunun vəkili X2 vəsatəti təmin edilməli və aidiyyət üzrə fikir ayrılığının aradan qaldırılması üçün şikayət inzibatı materiallar ilə birlikdə Zəngilan Rayon Məhkəməsinin yurisdiksiya üzrə aid olduğu Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayətçi «Kalyon RSY X12 Ticari İşlemesi» Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Ali Durdunun vəkili X2 vəsatəti təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən adiyyəti üzrə baxılması üçün Zəngilan rayon Məhkəməsinə göndərilmiş «Kalyon RSY X12 Ticari İşlemesi» Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Ali Durdu tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Qarabağ regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət üzrə ərazi adiyyətinin müəyyən edilməsi üçün 3(034)-68/2025 nömrəli iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №3(034)-68/2025
Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №3(034)-68/2025
25.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver