Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-7/2022 01.03.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Zəngilan rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin polis sahə rəisi X2, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakları ilə, xx.xx.1989-cu ildə Zəngilan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əmklə məşğul olan, orta təhsilli, Zəngilan şəhəri, H.Hacıyev küçəsi, ev 11-də qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, bina 2, mənzil 57də məskunlaşan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Zəngilan rayon Polis şöbəsi tərəfindən barəsində tərtib etdilmiş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİ: Zəngilan rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin polis sahə rəisi X7 tərəfindən tərtib edilmiş 01.02.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoladan görünur ki, X10 yaşadıqları evdə aralarında baş vermiş münaqişə zamanı həyat yoldaşı X3 vuraraq ona xəsarət yetirmişdir. Bununla da X10 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş orqanın nümayəndəsi X7 izahatında bildirmişdir ki, X6 20.02.2022-ci il tarixdə ərizə ilə polis şöbəsinə müraciət edərək həyat yoldaşı Şəxs ilə 18.02.2022-ci il tarixdə saat 23.00 radələrində aralarında mübahisə baş vermiş, mübahisə zamanı Anar içkili vəziyyətdə olduğundan onun qollarından vurmuş, daha sonra onu boğaraq döymüşdür. Şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Baş vermiş hadisə ilə bağlı tərəflər hər ikisi şöbəyə dəvət edilmiş, onların izahatları alınmış, Şəxs törətdiyi əməli etiraf etmiş, əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması 28.02.2022-ci il tarixli qərarla rədd edilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək törətdiyi əməli etiraf edərək izahatında bildirmişdir ki, o, zərərçəkmiş şəxs X6 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş və bu nikahdan onların iki uşaqları var. 18.02.2022-ci il tarixdə yaşadıqları evdə həyat yoldaşı X8 ilə ailə-məişət zəminində aralarında münaqişə baş vermiş, münaqişə zamanı o, əsəbləşərək yumruqla həyat yoldaşımın əl nahiyəsinə bir neçə dəfə vurmuşdur.Hazırda törətdiyi əməldən səmimi olaraq çox peşmandır və zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında göstərmişdir ki, o, Şəxs ilə rəsmi olaraq nikaha daxil olmuş və bu nikahdan onların 2015-ci il təvəllüdlü Tunar adlı oğlanları və 2016-ci il təvəllüdlü Ayan adlı qızları doğulmuşdur. 2022-ci il tarixdə yaşadıqları evdə həyat yoldaşı Anar ilə aralarında ailə-məişət zəminində mübahisə baş vermiş və mübahisə zamanı Anar sağ qoluna yumruq vuraraq onu döymüşdür. Hazırda onlar barışmışlar və onun təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmədən Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 Publik Hüquqi şəxs tərəfindən sağlamlığa dair zərər vurmanın təyini ilə bağlı verilmiş 23.02.2022-ci il tarixli 376 nömrəli ekspert rəyindən görünür ki, X4 bədən səhtində aşkar olunmuş xəsarətlər-sağ bazu nahiyəsinin 2 (iki) ədəd qançırı küt əşyanını (əşyaların) təsirindən müayinədən 2-3 gün əvəvl əmələ gəlmişdirlər, qərarın təsviri nəticəsində göstərilən 18.02.2022-ci il tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə, həm əd ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildikərində dərəcələri təyin olunmur. A.X.Ağalarovuın bədən səhtində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin müxtəlif şəritlərdə və həmçinin qərarda gösərilən şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, əl bamaqları və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. İş materiallarına əlavə edilmiş 28.02.2021-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərardan görünür ki, X1 ərizəsi əsasında toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmağından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında Şəxs ərizə ilə məhkəməyə müraciət edərək, zərəçəkmiş şəxs ilə barışdıqlarına görə barəsində olan inzibati işə xitam verilməsini xahiş etmişdir. Eyni zamanda məhkəmə iclasında zərərçəkmiş şəxs X5 ərizə ilə məhkəməyə müraciət edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdıqlarını, ona qarşı heç bir tələb və şikayətin olmamasını bildirərək işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarını dinləyib, tərəflərin ərizələrini araşdırıb, hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur.Maddənin qeyd hissəində deyilir ki, bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Həmin Məcəllənin 39.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin zərərçəkmiş şəxs ilə barışmalarını nəzərə alıb, hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 12-13, 31,32- 33,40,48-50-ci və 106-115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №3(034)-7/2022
Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-7/2022
01.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver