Məhkəmə qərarları › İş №3(034)-7/2023

Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-7/2023

03.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-7/2023 03.04.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Zəngilan rayon prokurorunun köməkçisi X3 iştirakı ilə, xx.xx.1971-ci ildə Türkiyə Respublikasında anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, orta təhsilli, Türkiyə Respublikasının Samsun şəhərində qeydiyyatda olan, hazırda müvəqqəti olaraq Zəngilan rayonunda «Kalyon RSY» şirkətinin 115-ci kilometrində yerləşən yaşayış düşərgəsində yaşayan, «Kalyon RSY» şirkətinin Azərbaycan Respublikasındakı filialında biriqada nəzarətçisi vəzifəsində işləyən X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Zəngilan rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 06 mart 2023-cü il tarixli qərar üzrə inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün Zəngilan rayon prokurorluğu məhkəməyə müraciət etmişdir. Zəngilan rayon prokuroru Qibləli Kərimov inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 06 mart 2023-cü il tarixli qərarın onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə xx.xx.1973-ci il təvəllüdlü Türkiyə Respublikasının vətəndaşı X15 rayonu ərazisində fəaliyyət göstərən “Kalyon” şirkətində işləyərkən xəsarət alması ilə bağlı xx.xx.2023-cü il tarixdə Zəngilan RPŞ-dən daxil olmuş məlumata rayon mokurorluğunda “Cinayətlər haqqında məlumatların qeydiyyatı” kitabında 01-C-23 sayla qeydiyyata alınaraq baxılmış, həmin material üzrə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, «Kalyon RSY” şirkətinin Azərbaycan Respublikasındakı filialında briqada nəzarətçisi vəzifəsində işləyən X16 barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması məsələsinə baxılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmişdir.İnzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb əməyin mühafizəsi qaydalarının pozulması barədə Zəngilan rayon prokurorluğuna daxil olmuş məlumat, əsas isə həmin məlumatda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmamasıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.1971-ci il təvəllüdlü, Türkiyə Respublikasının vətəndaşı, orta təhsilli, evli, “Kalyon RSY” şirkətinin Azərbaycan Pespublikasındakı filialında briqada nəzarətçisi vəzifəsində işləyən, Türkiyə Respublikasının Samsun şəhərində qeydiyyatda olmaqla, hazırda müvəqqəti olaraq Zəngilan rayonunda, Kalyon RSY” şirkətinin 115-ci kilometrində yerləşən yaşayış düşərgəsində yaşayan X13r (müvəqqəti yaşayış icazəsinin seriya və nömrəsi: MYİ 0******). İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxs xx.xx.1985-ci il təvəllüdlü, türk, Türkiyə Republikasının vətəndaşı, orta təhsilli, evli, “Kalyon RSY” şirkətinin Azərbaycan Respublikasındakı filialında qaynaqçı vəzifəsində işləyən, Türkiyə Respublikasının Antalya şəhərində qeydiyyatda olmaqla, hazırda müvəqqəti olaraq Zəngilan rayonunda, “Kalyon RSY” şirkətinin 115-ci kilometrində yerləşən yaşayış düşərgəsində yaşayan X9r (müvəqqəti yaşayış icazəsinin seriya və nömrəsi: MYİ 0586442). Araşdırma zamanı rayon prokurorluğuna daxil olmuş və materiala əlavə edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/513 nömrəli ekspert rəyindən görünür ki, Zəngilan rayonu, Ağbənd qəsəbəsi ərazisində “T-1” olaraq adlandırılan tunelin çıxış hissəsində iş sahəsində hərəkət zonasının təmiz saxlanmasına nəzarət etmədiyinə görə vəzifə təlimatının 2.14-cü bəndinin tələblərinin “Kalyon RSY” şirkətinin Azərbaycan Respublikasındakı filialında briqada nəzarətçisi vəzifəsində işləyən X16 tərəfindən pozulması həmin şirkətdə qaynaqçı vəzifəsində işləyən X2 uzun müddətdə pozulmasına səbəb olan az ağır xəsarət alması ilə nəticələnmişdir. Adıçəkilən tunelin çıxış hissəsində yerləşən iş sahəsində hərəkət zonasının təmiz saxianılması, yəni iş sahəsinin kiçik ölçülü daşlardan təmizlənmədiyini və bunun da hadisənin baş verməsinə gətirib çıxardığını nəzərə aldıqda, “Kalyon RSY” şirkətinin Azərbaycan R e s p u b l i kasındakı filialında qaynaqçı vəzifəsində işləyən X14 tərəfindən ə m ə y i n mühafizəsi, təhlükəsizlik texnikası qaydaları və təlimatların tələblərinin pozulması halı müəyyən edilməmişdir. «MTE və PA» Birliyinin xx.xx.2023-cü il tarixli tibbi ekspert rəyində Zeynel Ölmezin sağ qamış sümüyünün medial topuq çıxıntısında natamam sınığın ciduğu, qeyd olunan xəsarətin bərk küt əşyanın (əşyaların) təsirindən törənməsi müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ biləcəyi, dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb sağlamlığa az ağır zərər vurmaya aid olması göstərilmişdir. Beləliklə, “Kalyon RSY” şirkətinin Azərbaycan Respublikasındakı filialında briqada nəzarətçisi vəzifəsində işləyən X4 rayonu, Ağbənd qəsəbəsi ərazisində “T-1” olaraq adlandırılan tunelin çıxış hissəsində iş sahəsində hərəkət zonasının təmiz saxlanmasına nəzarət etmədiyinə görə, vəzifə təlimatının 2.14-cü bəndinin tələblərini pozaraq, ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərərin vurulmasına səbəb olduğundan Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Zəngilan rayon prokurorunun köməkçisi X5 izahatında qərarı müdafiə edərək bildirmişdir ki, Zəngilan rayon prokurorluğunda aparılmış araşdırmalar zamanı müəyyən edilmişdir ki, X16 tərəfindən İXM-nin 198.3-cü maddəsi ilə nəzərdə tutlmuş inzibati xəta törədilmişdir. Ədliyyə Nazirliyi ekspertiza mərkəzinin 13 fevral 2023-cü il tarixli rəyindən görünür ki, X4 rayonunun Ağbənd qəsəbəsi ərazisində “T-1” olaraq adlandırılan tunelin çıxış hissəsində iş sahəsində hərəkət zonasının təmiz saxlanılmasına nəzarət etmədiyinə görə vəzifə təlimatının 2.14-cü bəndinin tələblərini pozmuş və nəticədə həmin şirkətdə qaynaqçı vəzifəsində işləyən X1 uzun müddətdə pozulmasına səbəb olan az ağır xəsarət alması ilə nəticələnmişdir. Şəxsin ayağı daşa ilişib yıxılmış və ayağını əzərək az ağır xəsarət almışdır. Ekspertiza təyin edilmiş və ekspertizada xəsarətin dərəcəsi müəyyən edilmişdir.Texniki təhlükəsizlik ekspertizasında təyin olunmuşdur.Necati Atmaca barədə hal hazırda heç bir məlumatları yoxdur. Sonda məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İnzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunverciliyin tələblərinə uyğun olaraq xəbardar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X16 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan Zəngilan rayon prokuroru Qibəli Kərimovun cinayət işinin başlanmasının rədd edilməsi bardə qərarın ləğv edilməsi haqqında 06 mart 2023-cü il tarixli qərarı ilə 01-C-23 nömrəli material üzrə rayon prokurorunun böyük köməkçisi Anar Adıgözəlov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmişdir. İş materiallarında olan Zəngilan rayon prokurorunun böyük köməkçisi X6 xx.xx.2023-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» toplanmın 01-C-23 nömrəli material üzrə cinaytə işinin bpaşlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «MTE və PA X18 şəxsi» Beyləqan rayon şöbəsinin 10 yanvar 2023-cü il tarixli rəyindən görünür ki, Zeynel Ölmezin sağ qamış sümüyünün medial topuq çıxıntısında natamam sınıq olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığn uzun müddətə pozumasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/513 nömrəli 13 fevral 2023-cü il tarixli ekspert rəyi lə müəyyən edilmişdir ki, iş yerlərində keçid və giriş yollarının səliqə və qaydaya salınmasını, konkret halda hərəkət zonasının təmiz saxlanılması təmin edilmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar “Biriqada nəzarətçisinin vəzifə təlimatı’nın 2.14 bəndinin tələbləri pozulmuşdur ki, bu da baş vermiş hadisənin səbəbi olmuşdur. Zəngilan rayonu, Ağbənd qəsəbəsi ərazisində “T-1” olaraq adlandırılan tunelin çıxış hissəsində yerləşən iş sahəsində hərəkət zonasının təmiz saxlanılmasına nəzarət etmədiyinə görə vəzifə təlimatının 2.14 bəndlərinin tələbləri “Kalyon RSY” şirkətinin Azərbaycan Respublikasındakı filialında briqada nəzarətçisi vəzifəsində işləyən X16 tərəfindən pozulmuşdur. Zəngilan rayonu, Ağbənd qəsəbəsi ərazisində “T-1” olaraq adlandırılan tunelin çıxış hissəsində yerləşən iş sahəsində hərəkət zonasının təmiz saxlanılması, yəni iş sahəsinin kiçik ölçülü daşlardan təmizlənmədiyini və bunun da, hadisənin baş verməsinə gətirib çıxardığını nəzərə aldıqda, “Kalyon RSY” şirkətinin Azərbaycan Respublikasındakı filialında qaynaqçı vəzrəsində işləyən X14 tərəfindən əməyin mühafizəsi təhlükəsizlik texnikası qaydaları və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. İş materiallaırna əlavə edilmiş 1310/22 nömrəli Əmək Müqaviləsinin (kontraktı) surətindən görünür ki, «Kalyon RSY X19 Ticari İşletmesi» şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Ali Durdu ilə Atmaca Necati arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Türkiyə Respublikasının vətəndaşı X15 rayonu ərazisində fəaliyyət göstərən “Kalyon” şirkətində işləyərkən xəsarət alması ilə bağlı xx.xx.2023-cü il tarixdə Zəngilan rayon Polis Şöbəsindən daxil olmuş məlumata rayon prokurorluğunda baxılmış, həmin material üzrə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, «Kalyon RSY” şirkətinin Azərbaycan Respublikasındakı filialında briqada nəzarətçisi vəzifəsində işləyən X16 barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması məsələsinə baxılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb əməyin mühafizəsi qaydalarının pozulması barədə Zəngilan rayon prokurorluğuna daxil olmuş məlumat, əsas isə həmin məlumatda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması olmuşdur. İş materialarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/513 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zəngilan rayonu, Ağbənd qəsəbəsi ərazisində “T-1” olaraq adlandırılan tunelin çıxış hissəsində iş sahəsində hərəkət zonasının təmiz saxlanmasına nəzarət etmədiyinə görə vəzifə təlimatının 2.14-cü bəndinin tələblərinin “Kalyon RSY” şirkətinin Azərbaycan Respublikasındakı filialında briqada nəzarətçisi vəzifəsində işləyən X16 tərəfindən pozulması, həmin şirkətdə qaynaqçı vəzifəsində işləyən X2 uzun müddətdə pozulmasına səbəb olan az ağır xəsarət alması ilə nəticələnməsi olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçısını dinləyib, hesab edir ki, X10 törətdiyi əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 198.3-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası İXM-nin 198.3-cü madəsinə əsasən Bu Məcəllənin 198.2ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. X16 tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tədqiq olunan sübutlarla, o, cümlədən inzibati xəta törətmiş şəxslərin izahatları və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, işin hallarını, X10 şəxsiyyətini və X10 əməlində inzibatı xətaya görə məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 12-13, 31,32- 33,40,43.1,48-50-ci və 106-115-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs X16 Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar