Məhkəmə qərarları › İş №3(034)-75/2025

Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-75/2025

06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-75/2025 06.08.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Zəngilan Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili X3 iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, X12 və X10 Birliyində mühəndis işləyən, Zəngilan rayonu, Ağalı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə Zəngilan rayonu, Ağalı kəndində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq müqavimət göstərmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Zəngilan Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X13 protokolu müdafiə edərək, izahatında bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Zəngilan rayonu Ağalı kəndində polis əməkdaşlarının qanuni tələbinə qəsən tabe olmayaraq müqavimət göstərmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt polis əməkdaşlarının raportu və izahatları ilə təsdiq edilmişdir. İzahatları o, almışdır.Verdiyi ifadələr əsasında izahatları qeyd olunmuşdur. Sonda protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmədən şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bu maddə ilə özünü təqsirli bilməyərək verdiyi izahatında bildirmişdir ki, o, çayxanada uşaqlarla oturub çay içmiş, bibisi oğlu Salman da orda olmuşdur. Birdə görmüşdür ki, başqa masada mübahisə edir. X5 adlı polis ilə danışmasını görmüşdür. İlqar adlı polis əməkdaşı onu tanımasını, Şəmistanın xalası oğlu olmasını demiş, o, bu məsələnin onluq olmamasını və uzaqlaşmaqmasını istəmişdir. O, qayıdıb öz masasında əyləşmişdir. Salmn adlı bibi oğlu qayıdıb onun oturduğu masaya gəlmiş, ondan nə olmasnı sorşanda kirayə ilə bağlı ona yaxınlaşmasını, lakin qiymətdə razılaşa bilmədikləri üçün mübahisə yaranmasını bildirmişdir. O, da Salmana irad olaraq gərək polis əməkdaşı ilə mübahisə etməzdin demişdir. Salmana polis əməkdaşı ilə danışıb arada mehribançılıq olmasını, o, da evini onlara kirayə verməsini demiş, Salman da onunla razılaşmışdır. Polis əməkdaşı İlqar formada vəzifə başında içki içdiyi zaman ona yaxınalşıb üzür xahlıq etmiş və onla qıraqda danışmaq istəməsini bildirmişdir. İlqar da onunla söhbət etmək üçün qırağa çəkilmişlər. O, İlqara xalası oğlu Şəmistan ilə yaxın olmalarını, Salmana da evi onların razılaşdığı məbləğdə verməsini başa salmasını bildirmişdir. O, İlqara aralarında qanqaraçılıq olmasını istəmədyini bildirmiş, İlqar isə cavab olaraq ona «sən kimisən ki, mənə qanqaraçılıq yaradasan» demişdir. Salmanı çağırmışdır ki, razılaşıb evi İlqarın dostlarına münasib məbləğə kirayə versin. Bunlar arasında yenə mübahisə baş vermiş, o, da bildirmişdir ki, söz-söhbətə ehtiyac yoxdur, qanqaraçılıq olmasın. Polis əməkdaşı İlqar ona təhqiramiz ifadələr işlətməyə başladı. Sonra onun sinəsinə yumruq atmış, İlqara içkili olmasını və belə etmək olmaz demiş, yenə onu təhqir etməyə başlamış, o, da əsəbləşib əynində olan köynəyi çıxardaraq gəl söhbət edək demişdir. O izahatıda o, yazmamışdır. İzahatı polisdə özləri yazmış, ona darıxmamağı, barışdıracaqlarını, iş böyüməsin məsələ burda həll olsun deyə ona izahata qolçəkməsini bildirmişlər. O, da onlara inanıb izahata qol çəkmişdir. Ondan izahatı Rəşad almışdır. Rəşad ona izahata qol çəkməsini, barışıq və şeyin yaxşı olacağını bildirmiş, o, imza etmişdir. İzahatı o, yazmamış, Rəşada inanıb imza etmişdir. O, polis maşınına oturmaq istəməmişdir. Polislərin onunla heç bir düşmənçiliyi yoxdur. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Zəngilan rayonu, Ağalı kəndində post yoldaşı Təhməzov Təhməzlə xidmətdə olmuş, həmin vaxt bir nəfər şəxslə söhbət etmiş, bu vaxt iki nəfər şəxs onlarai yaxınlaşaraq nə olduğunu soruşmuş, onlara kənarlaşmağı və öz işləri ilə məşğul olmaqlarını demişdir. İki nəfər şəxs bir neçə dəqiqə sonra yenidən yaxınlaşmış və nə baş verməsini soruşaraq onlarla mübahisə etməyə başlamışlar. Onlara uzaqlaşmağı, hal-hazırda xidmətdə olmasını və xidməti fəaliyyətlərinə mane olduqlarını demişlər. Onlar bu dediklərinə məhəl qoymayaraq kənarlaşmadıqları üçün həmin şəxsləri polis şöbəsinə dəvət etmişlər. Lakin, həmin şəxslər onlar ilə gəlməyəcəklərini demiş, və onlara qarşı irəli sürdüyü qanuni tələbinə qəsədn tabe olmayaraq müqavimət göstərmişlər. Həmin şəxslərin avtopatrul vasitəsilə rayon polis şöbəsinə gətirilməsini qanuni formada təmin etmişlər. Onlar vətəndaşla söbət edən zaman Vəsfi mübahisə olduğunu düşünmüşdür. Onlar həmin vaxt xidmətdə olmuşlar. Həmin vaxt polis əməkdaşı İlqar orda olmamışdır. Qeyrətlə Vəsfi onlara müqavimət göstərdiyi üçün Post patrul əməkdaşlarını cağırmışdır.Təhməzlə ondan başqa orada polis əməkdaşı olmamış, onlar kömək çağırandan sonra gəlmişlər. Polislərdən heç kim içkili olmamışdır. Xidmətdə onunla Təhməz olmuşdur. Onlara qarşı zorakılıq edərək, polis maşınına əyləşmədikləri üçün həmin şəxslərə fiziki qüvvə tətbiq edib polis maşınına əyləşdirmişlər. Onların işərinə problem yaratdıqları üçün polis bölməsinə dəvət etmişlər. Hadisə Ağalı kəndində yolda baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Zəngilan rayonu, Ağalı kəndində post yoldaşı Fərəcov Rəşadla xidmətdə olmuş, həmin vaxt bir nəfər şəxslə söhbət etmiş, bu vaxt iki nəfər şəxs onlpra yaxınlaşaraq nə olduğunu soruşmuş, onlara kənarlaşmağı və öz işləri ilə məşğul olmaqlarını demişdir. İki nəfər şəxs bir neçə dəqiqən sonra yenidən onlara yaxınlaşmış, nə baş verməsini soruşmuş və onlarla mübahisə etməyə başlamışdır. Onlara uzaqlaşmağı, hal-hazırda xidmətdə olduğunu və xidməti fəaliyyətlərinə mane olduqlarını demişlər. Onlar bu dediklərinə məhəl qoymayaraq kənarlaşmadıqları üçün onları polis şöbəsinə dəvət etmişlər. Lakin, həmin şəxslər onlarla getməyəcəklərini demiş və onlara qarşı irəli sürdüyü qanuni tələbinə qəsədn tabe olmayaraq müqavimət göstərmişlər. Onları avopatrul vasitəsilə rayon polis şöbəsinə gətirilməsini qanuni formada təmin etmişlər. Onlar vətəndaşla söbət edən zaman Qeyrət mübahisə olmasını düşünmışdı. Onlar həmin vaxt xidmətdə olmuş, polis əməkdaşı İlqar isə orada olmamışdır. Qeyrətlə Vəsfi onlara üqavimət göstərdikləri üçün əməkdaşlarını cağırmışdır. Rəşadla ondan başqa orada polis əməkdaşı olmamış, kömək çağırandan sonra gəlmişlər. Polislərdən heç kim içkili olmamışdır. Xidmətdə onunla Təhməz olmuşdur. Onlara qarşı zorakılıq edərək polis maşınına əyləşmədikləri üçün həmin şəxslərə fiziki qüvvə tətbiq edib polis maşınına əyləşdirmişlər. Onların işlərinə problem yaratdıqları üçün polis bölməsinə dəvət etmişlər. Polis əməkdaşlarından heç biri içkili olmamışlar. Orada çoxlu vətəndaşlar vardı, amma adlarını bilmir. X2 səs-küyünə oraya yığışmışlar. Şəxs həmin inzibati xətanı törətməsi Zəngilan Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X13 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* saylı İnzibati xəta haqqında protokol, şahid ifadələri və iş materiallarında olan digər materiallar ilə tam sübuta yetdiyindən o, bu maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, Azərbayan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alıb hesab edir ki, X4 barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Həbsetmənin əvvəli Şəxs faktiki tutulduğu andan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmənin qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hüquqlarını müdafiə etmək üçün Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X9 dəvət olunmuş və o, məhkəmə iclasında iştirak edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqlarının müdafiəsinə 3 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən, hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir . Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32,40,48-50-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Pols İdarəsinin müvəqqəti saxlanma yerinə təhvil verilsin. Qərarın surəti Şəxs və onun vəkilinə təqdim edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 18 saylı vəkil bürosunun hesabına 33 (otuz üç) manat məbləğində pul köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar